Əsas Səhifə > Güney Press > 9 milyon manatlıq tender bu şirkətə verildi
9 milyon manatlıq tender bu şirkətə verildiBu gün, 10:52 |
|
ADSEA tabeliyində “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” PHŞ (VÖEN: 1300300711) Zərdab rayonunun Dəkkoba kəndinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə bağlı tenderi yekunlaşdırıb. "DİA-AZ" xəbər verir ki, tenderin qalibi “Hovers Group” MMC (VÖEN: 1501843641) olub. Tərəflər arasında 9 milyon 287 min manatlıq müqavilə imzalanıb.Qeyd edək ki, qalib şirkət 2011-ci ildə yaradılıb. Nizamnamə kapitalı 345 min 720 manat olan şirkətin qanuni təmsilçisi Zaynalov İlqar Adgözəl oğludur. Geri qayıt |