Sosial şəbəkələrdə psixoloq Şəfəq Qədirlinin mərhum ilahiyyatçı Hacı Şahinlə bağlı söylədikləri birmənalı qarşılanmayıb.
"DİA-AZ" Milli.Az-a istinadən xəbər verir ki, psixoloqun səsləndirdiyi fikirlər qısa zamanda geniş rezonans yaradıb.
Onun "Hacı Şahinə toxunulmazlıq hüququnu kim verib? sualı birmənalı qarşılanmayıb.
"Mənə Hacı Şahinə toxunma deyə çox mesajlar yazırsınız. Azərbaycanda ilahiyyatçılara toxunulmazlıq hüququ verilib? Bu mövzu barədə video çəkəcəyəm."
Onun sözləri sosial mediada böyük müzakirələrə səbəb olub. Bir qisim izləyici psixoloqun fikirlərini dəstəkləyərək cəmiyyətdə müxtəlif mövqelərin müzakirə edilməsinin vacibliyini vurğulayıb. Digər tərəf isə bu çıxışı hörmətsizlik kimi qiymətləndirib.









