"Birmarket tətbigindən noyabrın 7-si airpods 4 sifariş etmişəm, bu ayın 11-i üçün çatdırılması qeyd olundu, amma..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Rashad Zamanov adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "O gün bu gündü məhsul hələ də çatdırılmayıb, zəng də edəndə deyirlər texniki problemdir...
Bu problem 2 həftədir ki hələ də həll yolunu tapmayıb... Elə bil okeanın o biri tərəfindən gətirirlər məhsulu.
Hər gün də sms bildirişi gəlir ki, çatdırılma bu gün olacaq...
Çox məsuliyyətsiz şirkətdir... həqiqətən də... Ayın 11-dən bu günə kimi hər gün zəng edirəm eyni şeyi təkrarlayırlar..."









