Prezident İlham Əliyev son çıxışlarından birində qeyd edib ki, “xəritələrdə Sevan gölü adlı göl yoxdur, o gölün adı Göyçə gölüdür”. Bu iddia tarix, toponomiya və milli kimliklə bağlı daha geniş mübahisənin bir hissəsidir. Lakin eyni zamanda, bəzi rəsmi mənbələrdə “Sevan” adının hələ də istifadə olunması tarixi həqiqətə ləkə gətirir. Bu fakta isə bəzi yerli bankların saytlarında rast gəlirik.
Dövlət başçısı "Təkcə XX əsrin əvvəllərində Çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. O xəritələrdə "Sevan gölü" adlı göl yoxdur. O xəritələrdə "Göyçə gölü"dür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb" fikirlərini bildirmişdi. O, həmçinin bu xəritələri təbliğ etmək, elmi əsərlər hazırlamaq və gənclərə təqdim etməyin vacibliyini qeyd etmişdi.
Kommersant.az bildirir ki, tarixi mənbələrdə “Göyçə” hidronimi türk mənşəli sayılır. Məsələn, akademik araşdırmalarda “Göyçə” sözünün “göy + çay (çə)” komponentlərindən ibarət olduğu deyilir.
“RabitəBank” bu tarixi həqiqətə zidd addımlar atır. Məsələn, sözügedən bankın rəsmi internet saytında prezidentin “Sevan gölü" adlı göl yoxdur. O, gölün adı "Göyçə gölü"dür" dediyi ərzini həm erməni, həm də Azərbaycan dilində təqdim edir. Burada sual yaranır ki, bankın məqsədi nədir?
Bu isə aydındır ki, bankın sözügedən gölü “Sevan” adlandırması bizim milli və tarixi irsimizə zərər vurur.









