İndiyədək bu kateqoriyaya aid şəxslər tibbi sığorta xidmətlərindən dövlət vəsaiti hesabına faydalanırdılar. Lakin yeni qaydaya görə, onlar illik olaraq minimum əməkhaqqının 48 faizi həcmində sığorta haqqı ödəməli olacaqlar.
Sözügedən qərar cəmiyyətdə narazılıqla qarşılanıb.
Əksər vətəndaşlar doğru qərar qəbul edilmədiyini bildirir.
Məsələ ilə bağlı Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafanın fikrincə sözügedən məsələyə yenidən baxılmalıdır:
“Ümumi götürsək, icbari tibbi sığortanın gəlməsi insanların problemini xeyli yüngülləşdirdi. Ancaq indi ortaya belə bir məsələ çıxıb. Hesab edirəm ki, bu qərara bir də baxılmalıdır”.
Deputat qeyd edib ki, əgər işsizlik 10 faiz vətəndaşın tənbəlliyinin təzahürüdürsə, 90 faiz halda iş yerinin olmamasının nəticəsidir.
“İş tapa bilməyən insana dövlət bu imkanı yaratmalıdır. Məsələn, özəl sektora qaeşı daha da stimullaşdırıcı addımlar atılmalıdır ki, özəl sektorlar da bu addımı daha çox yaratsın”.









