Bankların kredit və faiz MƏNGƏNƏSİ .....                     Gərginlik pik həddə: 4 məşhur nazirliyə qarşı birləşdi .....                     Müdafiə Nazirliyi 4 milyon manata dərman preparatları alacaq .....                     “Ermənistanda buna qarşı çıxan ya agent, ya alçaqdır” .....                     Qızı Nəriman Həsənzadənin son vəziyyətini açıqladı .....                     “Prime Cotton”da mühüm təyinat olub .....                     “Övladdan imtina anlayışı yoxdur” .....                     Yanan binanın sakinləri kompensasiya tələb edirlər: Ayda 100 min manat... .....                     Prezident "Sevan adlı göl yoxdur" deyir... "Rabitəbank"ın rəsmi saytı isə... .....                     SOCAR: DOST xətti ilə gələnlər... indi İŞSİZ QALIB! .....                     Şahin Şıxlinski Bakıda saxlanılan rusla dəyişdirilə bilər .....                     Şanlı zəfərin təcəssümü: 25 noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi... .....                     Parkda SSRİ bayrağı qaldırdılar: ÇAĞIRIŞ EDİLDİ .....                     Qəbələdə sel TƏHLÜKƏSİ .....                     III rüblük hesabat bankı ifşa edib... .....                     Region kifayət qədər simvolik hesab müəyyən edib: Qərbin xeyrinə 2:1 .....                     “İndiyədək arxamda kim olub ki?” .....                     "Tiktok"dakı paylaşıma görə dava düşdü: Vəzifəli şəxs döyüldü .....                     Yeniyetmə oğlan Bakıdakı oteldə anasını öldürüb .....                     "Kamera Orkestrinin rəhbəri olanda restoranda da işləyirdim... .....                     Paşinyan bu gün Ermənistan Təhlükəsizlik Şurasının iclasını keçirəcək .....                     Ermənistanda hərbi xidmət müddətini 18 aya endirmək təklif olunub .....                     Mədəniyyət Nazirliyində dövlətin qanunları işləmirsə: KİMİN SÖZÜ ÜSTÜNDÜR? .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     “Lukoyl” Azərbaycan bazarını TƏRK EDƏCƏK? .....                     Sədərəkdə erkən nikahın qarşısı alınıb .....                     “Holcim Azərbaycan” şirkətində NƏ BAŞ VERİR? .....                     Elçin Ağamalı atası ilə görüşə bilmir .....                     "Qadınlar mənimlə buna görə evlənmək istəyir" .....                     Paşinyanın “böyük qumarı”: Ermənistan “tarixi ərazi”dən vaz keçir .....                     Bakıdan İrəvana qayıdan Koçinyan: Hacıyev bizə bildirdi ki... .....                     “SOCAR Georgia”nın rəhbərliyində təyinat olub .....                     Dövlət sektorunda işləyənlərin sayı ən çox hansı rayonlarda azalıb? .....                     “Bizdən şübhələnən istintaqa müraciət etsin” .....                     Partiya sədri Samirə Əfəndini söydü və linç etməyə çağırdı .....                     Hamı onu gözləyirdi: Məcnun Məmmədov "yuxudan ayıldı"... .....                     Xəzər dənizi ikiyə bölünəcək .....                     Azərbaycanda “Gəlirlərin deklorasiyası haqqında” qanun qəbul olunacaq? .....                     Bakıda anasını döyən şəxsə hökm oxundu .....                     Ermənistan Azərbaycanla sərhəddə 3 “zastava” yaratdı: Nə baş verir? .....                 

"Kamera Orkestrinin rəhbəri olanda restoranda da işləyirdim... ...irad tutdular, dedim maaşım azdır"
Tarix: Bu gün, 12:38 | Çap et

Qara Qarayev adına Dövlət Kamera Orkestrinin keçmiş bədii rəhbəri, Bülbül adına orta ixtisas musiqi məktəbinin direktoru, Xalq artisti, dirijor Teymur Göyçayevin APA-ya müsahibəsi

Tələsik addımlarla Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin pilləkənlərini qalxıb içəri daxil oluruq. Girişdə dayanan mühafizəçiyə Teymur Göyçayevin yanına getdiyimizi deyirəm və dərindən nəfəs alıram. Bildirirlər ki, Teymur müəllim məşqdədir. Gəlişimiz barədə xəbər verən kimi koridorun o biri başından maestronun “Gəlsinlər” sözü eşidilir. İmtahana girən uşaqlar kimi həyəcanlanıram…

- Teymur müəllim, məşq prosesini izləyəndə sizin musiqiyə necə ürək qoyduğunuz üzünüzdən açıq-aydın görünürdü. Bəs şagirdləriniz necə, dərslərinizə ürək qoyurlar?

- Hamısı müəllimdən asılıdır, istedadsız uşaq yoxdur — sadəcə istedadın hansı sahədə olduğu fərqlidir. Bizə elə uşaqlar gəlir ki, valideyn deyir övladım filan alətdə ifa edir, amma biz görürük ki, onun istedadı musiqi sahəsində deyil. Bu məktəbə qəbul olunan bütün uşaqları bir-bir mən yoxlayıram. Bəzən yanıldığım da olur, qəbul zamanı çox aktiv görünür, sonra isə tənbəlləşməyə başlayır. Uğurun açarı 1 faiz istedad, 99 faiz isə zəhmətdədir. Valideyn də gərək uşağı səhər saat 6-da oyatsın, axşama qədər uşaq məşq etsin.

Uşaq nə anasını, nə də atasını görür

- Belə çıxır ki, akademik musiqi sahəsinə yönəlmiş uşaqların inkişafında valideynlərinin rolu böyükdür?

- Əlbəttə. Sovet vaxtı elə müəllimlər var idi ki, valideynə deyirdi: “Biriniz işdən çıxın, yalnız uşaqla məşğul olun”. Əgər mənim anam və müəllimim olmasaydı, mən heç kim olardım.

- İndiki valideynlərə “Çıx işdən, uşaqla məşğul ol” demək olur?

- İndiki valideynlər özlərini qurban vermirlər. Bizim vaxtımızda valideyn uşağın təhsili üçün özünü qurban verirdi. Bu gün isə valideyn uşaqdan çox özünü düşünür, sonra da deyirlər ki, uşaq niyə mənimlə soyuqdur. Çünki uşaqla danışmırlar, ünsiyyət qurmurlar. Dərsə sürücü aparır, evdə dayə baxır, uşaq nə anasını, nə də atasını görür.

Bütün sahələrdə mədəniyyətin səviyyəsi aşağı düşüb

- Siz məşq keçəndə fikir verdim uşaqlarla rus dilində danışırsınız. Bunun səbəbi nədir?

- Bilirsiniz, xaricdən dirijor gələndə onlar əsasən rus və ingilis dillərində danışırlar. Ona görə də mən dərsdə uşaqlarla bəzən rus dilində danışıram. Uşaqların bir qismi rus dilini bilmir, amma mən əsas ifadələri onlara izah edirəm ki, xarici dirijorla işləyəndə onun nə istədiyini başa düşsünlər.

- Dirijorlar hamısı göstərişləri eyni cür əl hərəkəti ilə ifadə edirlər?

- Ümumi hərəkətlər var, lakin hər dirijor bunu özünəməxsus şəkildə göstərir. Mən Niyazinin orkestrində ifa etməmişəm, amma danışırlar ki, o vaxtlar Niyazi səhnəyə çıxanda artıq orkestri təkcə baxışı ilə idarə edirdi. İndi isə hərdən baxıram, ifaçı səhnədə uzanır. Axı sən səhnədəsən, hörmətsizlik etmək olmaz. Hazırda bütün sahələrdə mədəniyyətin səviyyəsi aşağı düşüb, eləcə də səhnə mədəniyyəti sahəsində. Mən çalışıram ki, buradakı uşaqları indidən səhnəyə düzgün şəkildə hazırlayım. Mən bura gələndə bura sanki Sədərək bazarını xatırladırdı, amma yavaş-yavaş hər şeyi qaydaya salmağa başladım.

- Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə bu qədər həssas yanaşmağınızın səbəbi özünüzün də buranın məzunu olmağınız ola bilər?

- Əlbəttə, 6 yaşımdan burada oxumuşam və vaxtilə onların yerində olmuşam. Uşaqlar bir yerdə ifa etməyi sevirlər, tək ifa etmək onlar üçün sıxıcı olur. Mən burada artıq 5-ci, 6-cı sinifdən etibarən uşaqları orkestrə cəlb edirəm. Onlar 11-ci sinfi bitirib gedəndən sonra isə yeni uşaqlar toplamağa başlayıram. Bu vaxta qədər əlimdən təxminən 10–15 orkestr keçib.

Mənim uşaqlarım maşında bir yerə gedərkən kimsə ara musiqisi qoyursa, narahat olurlar

- Ən uğurlu hesab etdiyiniz uşaq orkestriniz hansı olub?

- 2006-cı ildə Mehriban xanımın təşəbbüsü ilə yaradılan Uşaq Dövlət Simfonik Orkestri ən uğurlu uşaq orkestri olub. Həmin vaxt Mstislav Rostropoviç Bakıda olanda demişdi ki, əgər böyük orkestrlərinizin yüksək səviyyədə olmasını istəyirsinizsə, gənclərdən ibarət orkestr yaradın ki, onlar orada yetişsinlər.

- İnsanlara klassik musiqiyə qulaq asmağı öyrətmək lazımdır demisiniz. İndiki zamanda bu nə dərəcədə mümkündür?

- Çətindir, amma mümkündür. Mənim uşaqlarım maşında bir yerə gedərkən kimsə ara musiqisi qoyursa, narahat olurlar. Demirəm ki, onlar bütün günü Motsart dinləyirlər, sadəcə yaxşı musiqiyə qulaq asırlar.

Elə oxuyanlar var ki, adam nə oxuduğunu başa düşmür

- Yaxşı musiqi nədir?

- Zövqlə yazılan, harmoniyası olan, sözləri yerində. Elə ifaçılar var ki, adam nə oxuduğunu başa düşmür. Mən onların oxuduqlarını “bir günlük mahnılar” adlandırıram. Yaxşı musiqi isə heç vaxt ölmür. Üzeyir Hacıbəylinin “Koroğlu” uvertürası himnə bərabər musiqidir. Bundan əlavə “Sənsiz”, “Sevgili canan” kimi romanslar heç vaxt ölməyən əsərlərdir.

- Bu gün “Koroğlu” uvertürası səviyyəsində əsər bəstələyə biləcək bəstəkarlar var?

- Onu 100 ildən sonra biləcəyik. Hazırda tələbat bayaq dediyim bir günlük musiqilərədir. Bu gün əsl xalq artistləri toylarda oxuyanlardır. Çünki onlar zalı doldura bilirlər, amma mən doldura bilmirəm.

Bizim musiqi elitar musiqidir

- Bunun səbəbi nədir?

- Çünki bizim musiqi elitar musiqidir. Bu isə o demək deyil ki, yalnız akademiklər bu musiqini dinləməlidir. Biz rayonlarda konsertlər verəndə görürdüm ki, insanlar bizim ifa etdiyimiz əsərləri necə maraqla dinləyirlər. Rayonlarda bizə deyirdilər ki, belə musiqilər üçün darıxmışıq.

- Demək təqdim edən yoxdur.

- Bəli. Baxın, Niyazi sovet vaxtı kolxozlarda nə qədər konsert verirdi. İndi də insanlara təqdim etmək lazımdır, yoxsa onlar belə musiqilərin olduğunu hardan bilsinlər?

Ailəni saxlamaq üçün bəzən ora-bura əl atmalı olursan

- Sizin pop ifaçılarla birgə konsertləriniz də olub.

- Bilirsiniz, mən niyə onlarla çıxış etdim? Çünki onlar Cahangir Cahangirov və Tofiq Quliyevdən ifa edirdilər. Biz xaricdə konsert verəndə həmin bəstəkarların musiqilərini ifa edirdik və oradakı qonaqlar hamısı yaxşı mənada təəccüblənirdilər.

- Yaxşı sənətkar həmişə az olub?

- Bilirsiniz, əvvəllər burada başqa millətlərin nümayəndələri var idi, ona görə yaxşı sənətkarlar daha çox gözə dəyirdi.

- Bu sahədə maliyyənin azlığı gənclərin yönəlməsinin qarşısını alır?

- İndi mən maddiyyat barədə rahat danışa bilmirəm, çünki mənə ad veriblər, təqaüd veriblər. Amma bunlar olmayanda özümü ora-bura vurub pul qazanırdım. Elə vaxtlar olub ki, restoranda ifa etmişəm. Ailəni saxlamaq üçün bəzən ora-bura əl atmalı olursan.

Bu musiqi məktəbinə Bülbülün yox, Kövkəb Səfərəliyevanın adı verilməli idi

- Restoranda ifa edərkən dirijor kimi də fəaliyyət göstərirdiniz?

- Bəli, kamera orkestrində işləyirdim. 1995-ci ildən 2000-ci ilə qədər həm restoranda, həm də kamera orkestrində çalışmışam. Sonra mənə dedilər ki, restoranda ifa etməyin bir az yaxşı alınmır. Mən isə cavab verdim ki, maaşım çatmır, necə edim? Bundan sonra mənə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında əlavə işlər verildi.

- Bu gün qazancınız sizi qane edir?

- Mən maşın sürmürəm, mənə olmaz, çünki tez əsəbiləşib özümdən çıxıram. Bir evim, bir də kiçik bağım var, mənə bəsdir; bundan çox adama nə lazımdır? Ən böyük həzz isə səhnədə aldığım həzzdir. Mən siqaret də çəkmişəm, içki də içmişəm, amma heç vaxt səhnədə aldığım həzzi onlardan almamışam.

-Bu məktəbə niyə Bülbülün adı verilib?


- 1961-ci ildə Bülbül vəfat edəndən sonra bu məktəb yaradılıb və ona görə də Bülbül adına musiqi məktəbi adlandırılıb. Məktəbin ilk direktoru Üzeyir Hacıbəylinin tələbəsi Kövkəb Səfərəliyeva olub. Ona görə də bura onun adını vermək lazım idi.

Mən də o adamlardan deyiləm ki, gedib şikayət edim

– Kamera orkestrini də Qara Qarayev yaratmayıb.

- Bəli, həmin orkestrin banisi Fikrət Əmirov və Nazim Rzayevdir.

- Kamera orkestrinin heyətində daha çox yaşlı ifaçılar üstünlük təşkil edir. Gənclərə yer vermək mümkün deyil?

- Mütləq yer verilməlidir, çünki kollektiv davamlı olmalıdır. Ona görə dəyişikliklər aparılmalı və gənclərə də yer ayrılmalıdır.

- Kamera orkestrindən niyə ayrıldınız?

- Çox təəssüf ki, 2018-ci ildə məni orkestrdən uzaqlaşdırdılar. Səbəbini hələ də bilmirəm. Mən də o adamlardan deyiləm ki, gedib şikayət edim. Düşündüm, bəlkə belə daha düzgündür.

20 il əvvəl daha enerjili idim, ifam fərqli idi

- Kamera orkestrinin konsertlərinə gedirsiniz?

- Yox, getmirəm, ürəyim sınıb.

- Maraqlıdır ki, siz skripka ifaçısı olsanız da bütün mükafatları dirijor kimi almısınız.

- Bəli, çox maraqlıdır. 20 il skripkada ifa etmişəm, amma mükafatları dirijor kimi almışam. Mən özümü dirijor hesab etmirəm, peşəkar skripka ifaçısıyam, dirijorluq isə mənim üçün bir fəaliyyət sahəsidir. Dirijor kimi rəsmi təhsilim yoxdur, Niyazinin də yox idi, bu, Allah vergisidir.

- Orkestrlə çıxış etmək üçün darıxırsınız?

- Ölürəm orkestr üçün. Məktəbdə uşaqlarla ildə iki dəfə çıxış edirəm, amma bu azdır. Fəxri adımı alanda dedim ki, 20 il əvvəl daha enerjili idim, ifam fərqli idi. Düzdür, indi tələbəyə bir şeyi daha tez və rahat izah edə bilirəm, çünki təcrübəm mənə bu imkanı verir.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bankların kredit və faiz MƏNGƏNƏSİ - "Borc gecikmələri zamanı tətbiq olunan mexanizm..."
Bu gün, 15:22
Gərginlik pik həddə: 4 məşhur nazirliyə qarşı birləşdi – Nə baş verir?
Bu gün, 15:18
Müdafiə Nazirliyi 4 milyon manata dərman preparatları alacaq
Bu gün, 15:16
“Ermənistanda buna qarşı çıxan ya agent, ya alçaqdır” - Bakıdan qayıdan Koçinyan
Bu gün, 15:14
Qızı Nəriman Həsənzadənin son vəziyyətini açıqladı
Bu gün, 15:12
“Prime Cotton”da mühüm təyinat olub - BUNDAN SONRA...
Bu gün, 15:10
“Övladdan imtina anlayışı yoxdur” – Atası Nurcandan necə imtina edib?
Bu gün, 15:07
Yanan binanın sakinləri kompensasiya tələb edirlər: Ayda 100 min manat... - MÜRACİƏT
Bu gün, 14:58
Prezident "Sevan adlı göl yoxdur" deyir... "Rabitəbank"ın rəsmi saytı isə... - BU NƏDİ BELƏ?
Bu gün, 14:53
SOCAR: DOST xətti ilə gələnlər... indi İŞSİZ QALIB! - Yalnız tanışı olanlar...
Bu gün, 14:42
Şahin Şıxlinski Bakıda saxlanılan rusla dəyişdirilə bilər - belə deyirlər...
Bu gün, 14:26
Şanlı zəfərin təcəssümü: 25 noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi... - MƏQALƏ
Bu gün, 14:19
Parkda SSRİ bayrağı qaldırdılar: ÇAĞIRIŞ EDİLDİ - ŞOK GÖRÜNTÜLƏR (VİDEO)
Bu gün, 14:10
Qəbələdə sel TƏHLÜKƏSİ – Kəndlər SU ALTINDA qala bilər
Bu gün, 13:12
III rüblük hesabat bankı ifşa edib... - BU NƏDİ BELƏ?
Bu gün, 13:08
Region kifayət qədər simvolik hesab müəyyən edib: Qərbin xeyrinə 2:1 - Bəs bu geosiyasi model nə qədər sabit olacaq?
Bu gün, 13:01
“İndiyədək arxamda kim olub ki?” – Samir Abasov danışdı
Bu gün, 12:56
"Tiktok"dakı paylaşıma görə dava düşdü: Vəzifəli şəxs döyüldü - TƏFƏRRÜAT
Bu gün, 12:47
Yeniyetmə oğlan Bakıdakı oteldə anasını öldürüb - Məhkəmə
Bu gün, 12:44
"Kamera Orkestrinin rəhbəri olanda restoranda da işləyirdim... ...irad tutdular, dedim maaşım azdır"
Bu gün, 12:38
Paşinyan bu gün Ermənistan Təhlükəsizlik Şurasının iclasını keçirəcək
Bu gün, 12:29
Ermənistanda hərbi xidmət müddətini 18 aya endirmək təklif olunub - KİV
Bu gün, 12:27
Mədəniyyət Nazirliyində dövlətin qanunları işləmirsə: KİMİN SÖZÜ ÜSTÜNDÜR? - İTTİHAM VAR...
Bu gün, 12:26
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:21
“Lukoyl” Azərbaycan bazarını TƏRK EDƏCƏK? – Son 20 GÜN
Bu gün, 12:11
Sədərəkdə erkən nikahın qarşısı alınıb - TƏFƏRRÜAT
Bu gün, 12:08
“Holcim Azərbaycan” şirkətində NƏ BAŞ VERİR? - İLGİNC İDDİALAR
Bu gün, 12:04
Elçin Ağamalı atası ilə görüşə bilmir - qarşı tərəf qaçır
Bu gün, 11:54
"Qadınlar mənimlə buna görə evlənmək istəyir" - Xalq artisti
Bu gün, 11:52
Paşinyanın “böyük qumarı”: Ermənistan “tarixi ərazi”dən vaz keçir - “Tasnim”
Bu gün, 11:50
Bakıdan İrəvana qayıdan Koçinyan: Hacıyev bizə bildirdi ki... - AKTUAL
Bu gün, 11:47
“SOCAR Georgia”nın rəhbərliyində təyinat olub - ƏMR
Bu gün, 11:33
Dövlət sektorunda işləyənlərin sayı ən çox hansı rayonlarda azalıb? - SİYAHI
Bu gün, 11:31
“Bizdən şübhələnən istintaqa müraciət etsin” - 16 yaşlı qızın ölümündə müəmmalar
Bu gün, 11:28
Partiya sədri Samirə Əfəndini söydü və linç etməyə çağırdı - QALMAQAL
Bu gün, 11:27
Hamı onu gözləyirdi: Məcnun Məmmədov "yuxudan ayıldı"... - BUNDAN SONRA...
Bu gün, 11:16
Xəzər dənizi ikiyə bölünəcək - Azərbaycanlı alim
Bu gün, 11:14
Azərbaycanda “Gəlirlərin deklorasiyası haqqında” qanun qəbul olunacaq? –Deputatdan AÇIQLAMA
Bu gün, 11:12
Bakıda anasını döyən şəxsə hökm oxundu
Bu gün, 11:01
Ermənistan Azərbaycanla sərhəddə 3 “zastava” yaratdı: Nə baş verir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:55
Samir Abasov istefaya göndərildi
Bu gün, 10:52
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR! - Dövlətin pulu belə “YEYİLİR”
Bu gün, 10:42
Daşınmaz əmlak bazarında böhran başlayıb - Qiymətlər UCUZLAŞDI
Bu gün, 10:39
"Niyə utanmadan şəhid ailələri və qazilərin evinə göz dikir?" - NARAZILIQ VAR...
Bu gün, 10:35
150 çarpayılıq Cəbrayıl Xəstəxanasının tikintisinə ayrılan vəsait nə qədər şişirdilib - İLGİNC FAKTLAR...
Bu gün, 10:31
Bakı metrosu Fransa şirkəti ilə 17 milyonluq alış-verişə başlayıb
Bu gün, 10:26
"Varvara Balıq”ASC-nin vergi borcu 234 min manatı ötüb
Bu gün, 10:22
"Kaspian Biznes Servisez” MMC-nin vergi borcu 148 min manata yaxınlaşıb
Bu gün, 10:17
Belə olanda xalq artistinin əlinə pul gəlir... - ÖZÜ DEYİR...
Bu gün, 10:14
Yayılması qadağan edilən informasiyaların dairəsi genişləndirilir - DETALLAR
Bu gün, 10:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru