Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı SOCAR "Abşeronneft" Qaz Çıxartma İdarəsində DOST-un xətti ilə işə götürülmüş, hazırda isə işsiz və eyni zamanda çarəsiz buraılan narazı vətəndaşın gileyini ictimailəşdirib.
"DİA-AZ" xəbər verir ki, "Suya yazılan şikayətlər..." silsiləsi olaraq qeyd etdiyimiz faktı ictimailəşdirən NHMT sədri Venera Cabbarova adlı şikayətçiyə istinadla yazır (şikayətçinin dilindən -red.):
"50 yaşım var, məni və daha neçə işçiini - DOST Agentliyinin xətti ilə "Abşeronneft"ə götürülmüş işçiləri ixtisara salılar.
Hazırda işsiz olaraq qaşayıram... Başqa iş tapmağım da mümkün deyil. 9 il işlədiyim müəssisədən xahiş etdim ki, məni rəsmi olaraq işə qəbul edin...
Götürmədilər işə... İndi də deyirlər ki, ancaq tanışlıqla, tapşırıqla işə qaytarırlar.
Xahiş edirəm bizə kömək edin..."









