“AFB Bank” ASC-nin Marketinq Departamentinə yeni direktor təyin edilib.
"DİA-AZ" xəbər verir ki, yeni vəzifəyə təyin edilən marketinq üzrə peşəkar mütəxəssis Rəşad Cümşüdovdur. Qeyd edək ki, R.Cümşüdov uzun müddət bank sektorunda çalışıb.
O, 2025-ci ilin fevral ayından noyabr ayına kimi “YIĞIM” ödəniş sisteminin marketinq rəhbəri olub.









