Xalq şairi Nəriman Həsənzadənin stasionar müalicəsi Mərkəzi Klinik Xəstəxanasında davam edir.
Nəriman Həsənzadənin mövcud vəziyyətini öyrənmək məqsədi ilə qızı Xatirə Həsənzadə ilə əlaqə saxladıq. Xatirə Həsənzadə "sherg.az"a açıqlamasında xalq şairinin səhhətinin stabil olduğunu dedi:
"Şükür, stabildir".
Qeyd edək ki, Nəriman Həsənzadə böyrəklərində yaranan problemlərlə əlaqədar olaraq bir müddət əvvəl xəstəxanaya yerləşdirilib.









