Ayda 16 manat ödəməyən işsiz cərimələnəcək .....                     Ramiz Mehdiyev vəkilindən imtina etdi: “Boz kardinal” nə düşünür? .....                     Psixoloq Hacı Şahinə sataşdı .....                     FHN şeyxin qızının və nəvəsinin obyektlərinin istismarına icazə verdi .....                     Agentlik Şərqi Zəngəzur filialı üçün ofis axtarır .....                     Avropa Parlamentinin keçmiş deputatı Rusiyadan rüşvət alıb .....                     Bakıda ardıcıl baş verən yanğın və partlayış: Bədbəxt hadisə, yoxsa terror? .....                     Azərbaycan Mərkəzi Bankı Yaşıl İstiqraz Fonduna investisiya edib .....                     “AFB Bank”da yeni təyinat .....                     Meqa Həyat və Meqa Sığorta şirkətində riskləri bu şəxs idarə edəcək .....                     İşsizlərə tibbi sığorta ödənişi tələbi narazılıq yaratdı .....                     “Başına benzin tökdü, gördüm ki, yanır” .....                     27 senator Bakıya qarşı .....                     Qərbi Azərbaycana qayıdış konsepsiyası .....                     Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən sayt rəhbəri və tanışının məhkəməsi başlayır .....                     “SOCAR-AQŞ”nin xüsusilə külli miqdarda vergi borcu var .....                     “Zəngəzur dəhlizi layihəsinin tamamlanması 4-5 il çəkəcək” .....                     Paşinyan Amerikanın agenti olub .....                     Azarkeşlər TVNET platformasında matçları türkiyəli Ertem Şenerin şərhi ilə izləyəcəklər .....                     Pedofil Mərdanı ögey qızı İFŞA EDİBMİŞ... .....                     Ərdoğan Putinlə ABŞ-ın Ukrayna üzrə sülh planını müzakirə edib .....                     “Üzünə tüpürməliydi?” .....                     Obyektlərində faciə olan Elçin və Murad qardaşları OLİQARX İMİŞ .....                     “Aztelekom”un 2 xidməti ləğv edilir .....                     “Bu komandanın etdiyi hərc-mərcliyi keçmişdə görməmişəm” .....                     Pirallahı MKTB rəisinin ölkədən çıxışına məhdudiyyət qoyuldu .....                     Nazir yüksək vəzifəli şəxsi işdən çıxardı .....                     Bakıda kişi onunla kobud danışan bacısı qızının ərini döydü .....                     “Ömürlük Mübariz” növbəti dəfə əməliyyat olundu .....                     Bankların kredit və faiz MƏNGƏNƏSİ .....                     Gərginlik pik həddə: 4 məşhur nazirliyə qarşı birləşdi .....                     Müdafiə Nazirliyi 4 milyon manata dərman preparatları alacaq .....                     “Ermənistanda buna qarşı çıxan ya agent, ya alçaqdır” .....                     Qızı Nəriman Həsənzadənin son vəziyyətini açıqladı .....                     “Prime Cotton”da mühüm təyinat olub .....                     “Övladdan imtina anlayışı yoxdur” .....                     Yanan binanın sakinləri kompensasiya tələb edirlər: Ayda 100 min manat... .....                     Prezident "Sevan adlı göl yoxdur" deyir... "Rabitəbank"ın rəsmi saytı isə... .....                     SOCAR: DOST xətti ilə gələnlər... indi İŞSİZ QALIB! .....                     Şahin Şıxlinski Bakıda saxlanılan rusla dəyişdirilə bilər .....                 

“Başına benzin tökdü, gördüm ki, yanır” – Yanaraq ölən Zəhmətin MƏHKƏMƏSİ
Tarix: Bu gün, 17:36 | Çap et

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə Məhərrəm Hüseynzadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Lent.az xəbər verir ki, məhkəmə təqsirləndirilən şəxsin ifadəsi ilə başlayıb:

"Nərimanov tərəfdə atam və dostumla oturmuşdum. Bacımdan zəng gəldi ki, Zəhmət gəlib, özündə deyil, dava salır. Mən tez durub evə yollandım, məhəlləyə yaxınlaşanda, adam çoxluğundan Zəhməti görmədim, ancaq səsini eşidirdim. Qışqırırdı ki, övladlarımı gizlədirlər, mənə göstərmirlər. Ona yaxınlaşıb qoluna girdim, sakitləşdirməyə çalışdım onu. Dedim ki, nə olub sənə, kim səndən uşaq gizlədir, odur evdə yatırlar. Birtəhər yola gətirib apardım evə, keçib uşaqlarını gördü, kövrəldi. Dedim ki, qal burada, sabah növbədəyəm, o biri gün uşaqları gətirərəm. Razılaşmadı, gedəcəyini bildirdi. Fikirləşdim ki, aparım onu evinə, yatıb sakitləşsin. Biz maşına əyləşəndə elə o elə zənn elədi ki, həyətdə dayanan qonşulardan kimsə buna təhqiredici nə isə deyib. Dərhal özündən çıxıb ona cumanda, qoymadım. Atam da mənimlə maşına minəndə Zəhmət dedi ki, mənim Məhərrəmlə işim var, təklikdə danışmaq istəyirəm". Yola düşdük. Getdiyimiz yerdə birdən o qəfil qapını açıb yerə düşdü. Tez onu tutdum, mənə söylədi ki, sənin qonşun məni təhqir edib, gedib onun cavabını verəcəm. Birtəhər onu sakitləşdirib maşına oturtdum. Nərimanov prokurorluğunun qabağından keçəndə dedi ki, gedək yanacaqdoldurma məntəqəsinə, mənə evdə benzin lazımdır. Dilə tutmağa, fikrindən daşındırmağa çalışdıqca qızışdığını görüb, dava çıxmasın deyə naəlac dediyi yerə apardım. Pulu özü verdi, özü qabı doldurdu. Qab dolanda Zəhmət qəfil qabı şlanqdan dartdı, götürüb tökdü başına. Qışqırdı ki, bəs demişdin məni yandıracaqsan, yandır da indi. Bunu görəndə əlim-ayağım boşaldı, özümü pis hiss elədim. Dedim ki, ay qardaş, sən nə danışırsan, nə yandırmaq? Zəhmət ikinci, üçüncü dəfə başına benzin tökdü. Bir də onu gördüm ki, gözümün qabağında yanmağa başladı. Bunu görüb ona kömək etməyə çalışdım, lakin o mənə barmaq hərəkəti göstərərək, sənə bu da azdır dedi. Tez ataya zəng edib Zəhmətin özünü yandırdığını dedim və evə qayıtdım ki, atanı götürüm. Həyətə çatanda qonşular dedi ki, ata yanacaqdoldurma məntəqəsinə getdi. Təzədən ora qayıdanda dedilər ki, Zəhməti aparıblar təcili yardıma. Daha sonra ata ilə getdik 17-ci bölməyə ifadə verməyə".

Növbəti dəfə təqsirləndirilən M.Hüseynzadə dövlət ittihamçısının və vəkillərin suallarını cavablandırıb.

Zərərçəkənin hüququ varisi Əhmədova Vəzifə oğlunun içkili vəziyyətdə qudasının evində getdiyini qəbul etdiyini deyib:

"Məhərrəm, sən niyə onun valideynlərinə xəbər etmədin ki, gəlin uşağınıza yiyə durun? Gəlin bir neçə ay idi acıq edib getmişdi atası evinə. Zəhmət arada uşaqlarını görmək üçün gedirdi, qalırdı da orada. Komaya düşmüşdüm, gəlin bir dəfə halımı soruşmadı, Zəhmət buna görə küsmüşdü ondan. Hadisə barədə bizə xəbər verməyiblər, səhəri günü eşitmişik. 28 gün uşağım xəstəxanada zülm çəkib, qışqırığı, əzabı ərşə çıxırdı, gəlinin ailəsi bir dəfə də onu ziyarətə gəlməyiblər, qapımızı açmayıblar. Öləndə də gəlib halallaşmadılar".

Daha sonra Zəhmət Əhmədovdan xəstəxanada olarkən alınan video müsahibə təqdim olunub.

Şahid Nurəddin Hüseynov hadisə baş verən gün evdə olduğunu dedi:

"Evdə yatmışdım. Qapı bərk-bərk döyüldü. Durdum ki, qapını döyən Zəhmətdir. Nə qədər dedim, içəri gəlmədi. Başladı qonşuların qapılarını döyməyə. Gecə 2-də belə hadisənin olmasından xəcalət çəkdim. Sakitləşdirməyə çalışdıq. Sonra Məhərrəm gəldi".

Bundan sonra növbəti məhkəmə prosesi 1 dekabr saat 16:00-a təyin olunub.

Xatırladaq ki, Məhərrəm Hüseynzadə 2025-ci ilin may ayının 29-u, gecə saat 1 radələrində ailə üzvləri ilə birlikdə yaşadıqları Nizami rayonu, Fərzəliyev küçəsi 2 ünvanında olan zaman, bacısının keçmiş əri Zəhmət Əhmədov sərxoş halda ora gələrək, səs-küy yaradıb. Bina sakinlərini narahat etməməsi üçün Məhərrəm onu oradan uzaqlaşdırmaq məqsədi ilə BMW markalı avtomobilə əyləşdirib. Yolda aralarında yaranmış sözlü mübahisə zamanı, Zəhmət Əhmədovun söyüşlərindən hiddətlənərək maşını yanacaq doldurma məntəqəsinə sürüb. 1 litrlik plastik qaba yanacaq dolduran Məhərrəm Hüseynzadə onu Zəhmət Əhmədovun üzərinə töküb və od vurub. Zərərçəkən bir gündən sonra müalicə aldığı Nərimanov Tibb Mərkəzinin yanıq şöbəsində vəfat edib. Məhərrəm Hüseynzadə həbs olunub, ona qarşı CM-nin 120.2.4. (qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ayda 16 manat ödəməyən işsiz cərimələnəcək - Qanuna dəyişiklik nələri tələb edir?
Bu gün, 19:48
Ramiz Mehdiyev vəkilindən imtina etdi: “Boz kardinal” nə düşünür? - İLGİNC
Bu gün, 19:44
Psixoloq Hacı Şahinə sataşdı - "O, hər ağlına gələni deyib"
Bu gün, 19:40
FHN şeyxin qızının və nəvəsinin obyektlərinin istismarına icazə verdi - DETALLAR
Bu gün, 19:38
Agentlik Şərqi Zəngəzur filialı üçün ofis axtarır – Ayda 8 285 manat ödəyəcək
Bu gün, 18:31
Avropa Parlamentinin keçmiş deputatı Rusiyadan rüşvət alıb – qalmaqalın TƏFƏRRÜATLARI
Bu gün, 18:30
Bakıda ardıcıl baş verən yanğın və partlayış: Bədbəxt hadisə, yoxsa terror? - AKTUAL
Bu gün, 18:14
Azərbaycan Mərkəzi Bankı Yaşıl İstiqraz Fonduna investisiya edib
Bu gün, 18:13
“AFB Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 17:49
Meqa Həyat və Meqa Sığorta şirkətində riskləri bu şəxs idarə edəcək - YENİ TƏYİNAT
Bu gün, 17:45
İşsizlərə tibbi sığorta ödənişi tələbi narazılıq yaratdı - Deputat dəyişikliyə yenidən baxılmasını istəyir
Bu gün, 17:39
“Başına benzin tökdü, gördüm ki, yanır” – Yanaraq ölən Zəhmətin MƏHKƏMƏSİ
Bu gün, 17:36
27 senator Bakıya qarşı - erməni canilərin azad edilməsi və sanksiyalar tələb olunur
Bu gün, 17:33
Qərbi Azərbaycana qayıdış konsepsiyası - Tarixi ədalət, milli kimlik və beynəlxalq hüquq kontekstində yeni mərhələ
Bu gün, 17:31
Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən sayt rəhbəri və tanışının məhkəməsi başlayır
Bu gün, 17:15
“SOCAR-AQŞ”nin xüsusilə külli miqdarda vergi borcu var
Bu gün, 17:06
“Zəngəzur dəhlizi layihəsinin tamamlanması 4-5 il çəkəcək” - İranlı deputat
Bu gün, 17:03
Paşinyan Amerikanın agenti olub - Eks-müdafiə naziri
Bu gün, 16:59
Azarkeşlər TVNET platformasında matçları türkiyəli Ertem Şenerin şərhi ilə izləyəcəklər
Bu gün, 16:51
Pedofil Mərdanı ögey qızı İFŞA EDİBMİŞ... - TƏFƏRRÜAT
Bu gün, 16:45
Ərdoğan Putinlə ABŞ-ın Ukrayna üzrə sülh planını müzakirə edib
Bu gün, 16:32
“Üzünə tüpürməliydi?” - Xalq artisti Samirənin müdafiəsinə qalxdı
Bu gün, 16:31
Obyektlərində faciə olan Elçin və Murad qardaşları OLİQARX İMİŞ - “Lake Hotel”ində başqa “Xan Hamam”, “Çırağan Palace” da işlədirlər
Bu gün, 16:26
“Aztelekom”un 2 xidməti ləğv edilir - TƏFƏRRÜAT
Bu gün, 16:14
“Bu komandanın etdiyi hərc-mərcliyi keçmişdə görməmişəm” - NHMT sədri elə faktları açıqladı...
Bu gün, 16:09
Pirallahı MKTB rəisinin ölkədən çıxışına məhdudiyyət qoyuldu - TƏFƏRRÜAT
Bu gün, 16:02
Nazir yüksək vəzifəli şəxsi işdən çıxardı - FOTO
Bu gün, 15:58
Bakıda kişi onunla kobud danışan bacısı qızının ərini döydü - HÖKM
Bu gün, 15:55
“Ömürlük Mübariz” növbəti dəfə əməliyyat olundu - AİLƏSİ PREZİDENTDƏN HUMANİZM GÖZLƏYİR
Bu gün, 15:52
Bankların kredit və faiz MƏNGƏNƏSİ - "Borc gecikmələri zamanı tətbiq olunan mexanizm..."
Bu gün, 15:22
Gərginlik pik həddə: 4 məşhur nazirliyə qarşı birləşdi – Nə baş verir?
Bu gün, 15:18
Müdafiə Nazirliyi 4 milyon manata dərman preparatları alacaq
Bu gün, 15:16
“Ermənistanda buna qarşı çıxan ya agent, ya alçaqdır” - Bakıdan qayıdan Koçinyan
Bu gün, 15:14
Qızı Nəriman Həsənzadənin son vəziyyətini açıqladı
Bu gün, 15:12
“Prime Cotton”da mühüm təyinat olub - BUNDAN SONRA...
Bu gün, 15:10
“Övladdan imtina anlayışı yoxdur” – Atası Nurcandan necə imtina edib?
Bu gün, 15:07
Yanan binanın sakinləri kompensasiya tələb edirlər: Ayda 100 min manat... - MÜRACİƏT
Bu gün, 14:58
Prezident "Sevan adlı göl yoxdur" deyir... "Rabitəbank"ın rəsmi saytı isə... - BU NƏDİ BELƏ?
Bu gün, 14:53
SOCAR: DOST xətti ilə gələnlər... indi İŞSİZ QALIB! - Yalnız tanışı olanlar...
Bu gün, 14:42
Şahin Şıxlinski Bakıda saxlanılan rusla dəyişdirilə bilər - belə deyirlər...
Bu gün, 14:26
Şanlı zəfərin təcəssümü: 25 noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi... - MƏQALƏ
Bu gün, 14:19
Parkda SSRİ bayrağı qaldırdılar: ÇAĞIRIŞ EDİLDİ - ŞOK GÖRÜNTÜLƏR (VİDEO)
Bu gün, 14:10
Qəbələdə sel TƏHLÜKƏSİ – Kəndlər SU ALTINDA qala bilər
Bu gün, 13:12
III rüblük hesabat bankı ifşa edib... - BU NƏDİ BELƏ?
Bu gün, 13:08
Region kifayət qədər simvolik hesab müəyyən edib: Qərbin xeyrinə 2:1 - Bəs bu geosiyasi model nə qədər sabit olacaq?
Bu gün, 13:01
“İndiyədək arxamda kim olub ki?” – Samir Abasov danışdı
Bu gün, 12:56
"Tiktok"dakı paylaşıma görə dava düşdü: Vəzifəli şəxs döyüldü - TƏFƏRRÜAT
Bu gün, 12:47
Yeniyetmə oğlan Bakıdakı oteldə anasını öldürüb - Məhkəmə
Bu gün, 12:44
"Kamera Orkestrinin rəhbəri olanda restoranda da işləyirdim... ...irad tutdular, dedim maaşım azdır"
Bu gün, 12:38
Paşinyan bu gün Ermənistan Təhlükəsizlik Şurasının iclasını keçirəcək
Bu gün, 12:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru