Prezident məktəblərə çağırış etdi: - "Etirazlara qoşulun"
Tarix: 2-12-2024, 16:11 |
Çap et
“Gürcüstan məktəbləri etiraz etməlidir”.
KONKRET.az xəbər verir ki, bunu ölkə prezidenti Salome Zurabişvili “X” hesabında yazıb.
Prezident məktəbləri etirazlara qoşulmağa səsləyib.
“Universitetlərdən sonra bütün Gürcüstanda baş verən etirazlarla həmrəylik ifadə etmək növbəsi məktəblərə çatır ”, – deyə dövlət başçısı əlavə edib.
Xatırladaq ki, baş nazir Kobaxidzenin Aİ ilə danışıqlar barədə qərarından sonra ölkədə etirazlar səngimir.