Daşnaklar danışıqlara qarşı .....                     Mers, Makron və Starmer Rubio ilə Ukrayna üzrə razılığa gəldilər .....                     Süni intellektlə oxuyan müğənnidən ETİRAF .....                     Hər xalqın öz “Böyük Ermənistan”ı var .....                     Tibbi sığorta üçün ayda 16 manat ödənişi kimlər edəcək? .....                     “Sərhəd açılsa, GÜRCÜSTAN yenidən azərbaycanlı turistlərlə dolacaq” .....                     Bu rayonlarda yumurta qıtlığı YAŞANIR… .....                     Ukrayna planında yalnız bir neçə mübahisəli məsələ qalıb .....                     Ukrayna Amerika sülh planının şərtləri ilə razılaşdı .....                     Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? .....                     Yanan binanın sakinləri başçının UMRUNDA DA DEYİL... .....                     Neftin qiyməti gələn il 30 dollara düşə bilər .....                     Venediktovu Moskvadan İrəvana təxribat məqsədilə göndəriblər .....                     30 təşkilat azərbaycanlı məhbuslara görə bəyanat yaydı .....                     İcbari tibbi sığorta: “İşsizlər üçün vəsaiti dövlət maliyyələşdirməlidir” .....                     Azərbaycan-NATO əməkdaşlığı perspektivləri daha realdır .....                     Maşın almaq istəyən üç qardaş dələduzluğun qurbanı oldu .....                     Məktəbdə direktor müavini döyən şəxs cəzalandırıldı .....                     Direktor bəraət alaraq azadlığa çıxdı .....                     "Tramp Maduronu Azərbaycana sürgünə göndərə bilər" .....                     Mehdiyev işində gözlənilməz həmlə .....                     Bakıda nömrəsiz avtomobil idarə edən qazi saxlanılıb .....                     Burda pis nəticə göstərsən də, olar: VƏZİFƏDƏ YÜKSƏLƏCƏKSƏN... .....                     "Azərbaycan Ordusu artıq həmin ordu deyil..." .....                     Tacir Şahmalıoğlunun gəlini kimdir? .....                     “Sən kimsən ki?!” .....                     “Öz kəndimizdə, atamın xaraba qalmış evinin yerində məscid tikdirmək istəyirəm” .....                     SOCAR ayırdığı VƏSAİTİ AZALTDI... .....                     Əfsanə geri qayıtdı: Bakıda möhtəşəm rok gecəsi .....                     Bakını gəzən ermənilər maraqlı hadisəyə tuş gəliblər .....                     Ukraynanın süqutu yaxınlaşır .....                     VTB (Azərbaycan) bankının İdarə Heyətinə yeni təyinat .....                     İrəvan Moskvadan uzaqlaşmaq üçün zəmin axtarır .....                     Almaniyanın ölkəmizdəki səfiri "Veysəloğlu"nun Mərkəz ofisində "Rossmann"ı ziyarət etdi .....                     Trampın qarın ağrısı: Venesuela qarşılığında Ukrayna sövdələşməsi? .....                     Yeni başçı sürücüsünü baş mütəxəssis təyin etdi .....                     "Bu, son statusumdur, həyatla vidalaşıram" .....                     Tofiq İsmayılovun oğluna 8 il iş verildi .....                     Rüttedən Azərbaycan və Ermənistanla bağlı .....                     Ermənistan Dubay aviaşousunda qəzadan sonra Hindistan qırıcılarının alışını dayandırır .....                 

“Onlara məhz tuman məsələsi, Elzanın şeirləri önəmlidir” - Fazil Mustafadan sərt REAKSİYA
Tarix: 17-09-2024, 16:12 | Çap et
“Onlara məhz tuman məsələsi, Elzanın şeirləri önəmlidir”
Bəzən sosial şəbəkələrdə bayağı mövzular qızğın müzakirələrə səbəb olur. Məsələn, Xalq artisti Aygün Kazımovanın sinəsiaçıq geyimi, müğənni Kərimin toyda döyülməsi, ifaçı Roza Zərgərlinin dar ətəkdə efirə çıxması, Əməkdar artist Elza Seyidcahanın şeirləri və s.

Əksər hallarda belə müzakirələrə qoşulan sosial şəbəkə istifadəçilərinin sayı-hesabı olmur və hər kəs də mövzuya rəy bildirməyə çalışır. İş o yerə çatıb ki, sosial şəbəkələrdəki bayağı müzakirələrdən "ilhamlanan" telekanallar efirlərdə bu mövzularda diskussiyalar təşkil edir, saytlar ekspertlərdən "rəy" öyrənirlər.

VI çağırış Milli Məclisin deputatı Fazil Mustafa Modern.az-a bildirib ki, sözügedən müzakirələr ümumi cəmiyyəti bürümüş bayağılığın bir dalğasıdır:

“Bu gün sosial şəbəkə fenomeni elə bir hala gəlib ki, bir millətin kardioqrammasını da rahatlıqla çıxara bilir. Ona görə də ağıllısı, dəlisi, bambılısı, ciddisi - hamısı bu fenomenin içində üzə çıxmağa başlayıb. Hətta telekanallar da mövzularını sosial şəbəkələrdəki müzakirələrin təsiri altında seçirlər. Televiziyanın funksiyası heç də tərbiyələndirmə deyil. Televiziya cəmiyyətin müəyyən standartlarını gözləyə bilər. Amma cəmiyyətin tələbi nədirsə, televiziyalar da öz proqramlarını ona uyğun qurur. Əksəriyyət lağlağı, mizah, başqatan seriallar istəyirsə, onlara elmi araşdırma verilişini 10 dəfə də təqdim etsən, heç bir mənası olmayacaq. Təbii ki, bizimki kimi cahilliyin əmsalı xeyli yüksək olan cəmiyyətlərdə TV-lər ciddi gülüşü bir tərəfə qoyub mərsiyəni, yanlış dini rəvayətləri, kriminal həyatın “gözəlliklər”ini təbliğ etməyə başlayacaq. Yenə bu gülüş, məzhəkə, istehzalar insanın müəyyən dərəcə pozitiv duyğularına xitab edir. Amma digər mövzular insanın başını xarab edir”.
Müsahibimizin sözlərinə görə, ölkədə yüz minlərlə dindar cahil var:

“Təbii ki, ağıllı, savadlı din adamları da yox deyil, amma onların sayı çox azdır. Kütlənin böyük əksəriyyəti yanlış dini duyğularla yaşayır və təsəllisini orada tapır. Ölkədə fala, caduya inanan yüz minlərlə insan var. Bu insanları nə edəcəyik? Ola bilsin ki, 10 min nəfər Elza Seyidcahanın şeirlərini dinləyib sakitlik tapır. Bunun zərəri o qədər də çox deyil. Əsas zərər xurafat, cahillik, nadanlıqda axtarılmalıdır. Biz cəmiyyəti silkələməyə başlasaq, onda məktəblərdə müəllimlərdən, şagirdlərdən, tələbələrdən, elm sferasından o qədər yarpaqlar tökülə bilər ki, bütün ağaclar yarpaqsız qalar. Ona görə də cəmiyyəti çılpaqlaşdırmamaq üçün bu budaqları silkələməyə ehtiyac yoxdur. Buraxmaq lazımdır ki, cəmiyyətdə düşünən, ağıllı sayı artsın. Təbii ki, onlar hər zaman azlıqda olacaqlar. Amma onların cəmiyyətdə faiz ölçüsü çoxaldıqca, ciddi problemlər tədricən müzakirə ediləcək.

Bu gün televiziyaya çıxmayan on minlərlə təqaüdçü qadın var ki, şeir yazır. O şeirlər Elzanın şeirlərindən daha bərbaddır. Qafiyəsi yox, ideyası yox, amma hamı yazır. Necə ki hamı hacı, hacıxanım, kərbəlayı, məşədi, professor və alim olmağa axışır, eyni qaydada şeirə də bu cür axın var. Ona görə də bu kimi məsələləri öz axarına buraxmaq lazımdır ki, dedi-qodu səviyyəsində də müzakirə olunsun. Bunu ciddiləşdirməyə ehtiyac yoxdur. Televiziyalar nə etsin? Mərsiyə verməyə, krminal avtoritetləri təqdim etməyə başlasın?! Televiziya da ya meyxana səsləndirəcək, ya da Elzanın şeirlərini, hansısa müğənninin tumanının olub-olmamasını müzakirəyə çıxaracaq. Kimsə alt tumanı olmadan səhnəyə çıxır, bəs onu izləməyə çalışan 50-100 min insanı nə edək?! Onlar gedib kitab oxumayacaqlar, düşünməyəcəklər, cəmiyyətin gələcəyi ilə bağlı vacib problemləri müzakirə etməyəcəklər. Onlar üçün məhz bu tuman məsələsi, Elzanın şeirləri önəmlidir”.


F.Mustafa bildirib ki, düşünən beyinlərin azlığı meydanın bu cür mövzuları müzakirə etməsinə yol açır:

"Bu baxımdan da biz cəmiyyətdən çox şeylər gözləyirik. Qarabağın işğaldan azad olunmasının bir qrup peşəkar insanın xüsusi əzmi ilə həyata keçirildiyini unutmamalıyıq. Bütövlükdə hamımızın keçirdiyi hissləri kənara buraxaq. Kompüterin arxasında dronları idarə edən, yaxud Şuşa dağlarına dırmaşan xüsusi təyinatlı azlığın sayəsində torpaqlarımızı azad etdiyimizi diqqətdən qaçırmamalıyıq. Hər yerdə bu belədir. Sadəcə cəmiyyətdə düşünən, fədakar, marjinal insan qruplarının faizinin artması önəmlidir. Bu faiz artmadıqca və mənfiyə doğru getdikcə, biz cəmiyyətdən başqa bir müzakirə mövzusu uma bilmərik. Ona görə də Elzanın şeirlərini qadağan etməklə şeiriyatımızın gülüstan olacağını düşünürsünüzsə, bu tamamilə yanlışdır.
10-15 istedadlı yazar, şair, düşüncə adamından ibarət olan intellektual elita cəmiyyətə təsir etmək gücündə olmayacaq. Ona görə də biz Azərbaycan üçün faydalı düşünən və cəmiyyətin gələcəyi ilə bağlı narahatlığı həll etməyə çalışan filosofları, yazarları, şairləri, alimləri və keyfiyyətli müəllimləri çoxaltmalıyıq. Mütəxəssislərin sayını çoxaltmalıyıq ki, hamı öz işi məşğul olsun.

Hamı niyə Elzanın şeiri dinləyir, hansısa müğənninin tumanına gözünü dikir? Öz peşəsində ixtisaslaşmayan milyonlarla insan var. Bu insanlar yetişdiyi sahənin mütəxəssisi deyillər. Ona görə də başqa işlərlə məşğuldurlar. Onlar baxır ki, müğənni olmaq pul qazanmağın asan yoludur, azacıq səsi varsa bunu edir. Amma onu da davam etdirmək asan deyil.

İndi fonoqram mövzusu var, səs olan yerdə fonoqram niyə olmalıdır?! Demək ki, lazım olan səs yoxdur, səsi olana da qiymət yoxdur. Bir sıra məsələlər var ki, ədalətsizliyi aradan qaldırmalıyıq ki, insanlar öz qabiliyyətinə uyğun bəlli bir məkanda mövqe, vəzifə tuta bilsinlər. Biz bu ədaləti hələ yarada bilməmişik. Kimsə kiminsə hesabına, himayəsi ilə hansısa mövqeləri tuta bilirsə və digər insanlar həvəsdən düşərək yaşayırlarsa, biz bu vəziyyəti belə asanlıqla dəyişə bilməyəcəyik. Cəmiyyəti yönləndirən, tərbiyələndirən elm, ədəbiyyat yoxdur, sənət aşağı səviyyədədir. Biz bunun üzərində düşünməliyik.
Ondan sonra artıq kimsə bayağı şeir söyləməyə, bayağı mahnılar oxumağa utanacaq, geyimi ilə yox, səsi ilə müəyyən yer tutmağa çalışacaq. Ona görə də bu məsələlər fundamental araşdırma məsələsidir. Biz təkcə bayağı şeiri oxuyanı yox, həm də dinləyəni müzakirə etməliyik. Ayrılıqda müzakirə etdikdə sanki biz hamımız ağıllıyıq, amma şeiri oxuyan dəlidir deyə bir yanaşma ilə qarşılaşırıq. Cəmiyyət olaraq çox ağıllı olduğumuzu iddia etməyə tələsirik. Bunun üzərində düşünməliyik”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Daşnaklar danışıqlara qarşı – “Sülh təşəbbüsü” onları narahat edir
Bu gün, 02:25
Mers, Makron və Starmer Rubio ilə Ukrayna üzrə razılığa gəldilər
Bu gün, 02:23
Süni intellektlə oxuyan müğənnidən ETİRAF - "Qiymət "kəlləçarx"a qalxmışdı"
Bu gün, 02:14
Hər xalqın öz “Böyük Ermənistan”ı var - Yaxud, gəlin nağılları rahat buraxaq...
Bu gün, 02:12
Tibbi sığorta üçün ayda 16 manat ödənişi kimlər edəcək? - Hüquqşünasdan detallı AÇIQLAMA
Bu gün, 02:08
“Sərhəd açılsa, GÜRCÜSTAN yenidən azərbaycanlı turistlərlə dolacaq” - KİV
Bu gün, 02:03
Bu rayonlarda yumurta qıtlığı YAŞANIR… - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 01:59
Ukrayna planında yalnız bir neçə mübahisəli məsələ qalıb - Tramp
Bu gün, 01:44
Ukrayna Amerika sülh planının şərtləri ilə razılaşdı – “ABC News”
Dünən, 18:06
Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA
Dünən, 17:50
Yanan binanın sakinləri başçının UMRUNDA DA DEYİL... - GİLEY
Dünən, 17:46
Neftin qiyməti gələn il 30 dollara düşə bilər - ŞOK XƏBƏRDARLIQ
Dünən, 17:42
Venediktovu Moskvadan İrəvana təxribat məqsədilə göndəriblər - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:27
30 təşkilat azərbaycanlı məhbuslara görə bəyanat yaydı
Dünən, 17:24
İcbari tibbi sığorta: “İşsizlər üçün vəsaiti dövlət maliyyələşdirməlidir” - ƏKS HALDA...
Dünən, 17:15
Azərbaycan-NATO əməkdaşlığı perspektivləri daha realdır - ŞƏRH
Dünən, 17:13
Maşın almaq istəyən üç qardaş dələduzluğun qurbanı oldu - "Pulumuzu aldı, sonra yoxa çıxdı"
Dünən, 17:03
Məktəbdə direktor müavini döyən şəxs cəzalandırıldı - MƏHKƏMƏ
Dünən, 16:49
Direktor bəraət alaraq azadlığa çıxdı - QƏRAR
Dünən, 16:42
"Tramp Maduronu Azərbaycana sürgünə göndərə bilər" - Politico
Dünən, 16:41
Mehdiyev işində gözlənilməz həmlə – İstintaqın gedişi dəyişir?
Dünən, 16:38
Bakıda nömrəsiz avtomobil idarə edən qazi saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 16:35
Burda pis nəticə göstərsən də, olar: VƏZİFƏDƏ YÜKSƏLƏCƏKSƏN... - İLGİNC FAKTLAR...
Dünən, 16:30
"Azərbaycan Ordusu artıq həmin ordu deyil..." - Tural Abbaslı
Dünən, 16:24
Tacir Şahmalıoğlunun gəlini kimdir?
Dünən, 16:14
“Sən kimsən ki?!” – Akif Nağı onu məhkəmə ilə hədələyən müğənniyə cavab verdi
Dünən, 16:11
“Öz kəndimizdə, atamın xaraba qalmış evinin yerində məscid tikdirmək istəyirəm”
Dünən, 16:09
SOCAR ayırdığı VƏSAİTİ AZALTDI... - YEYİNTİ VAR İMİŞ...
Dünən, 16:06
Əfsanə geri qayıtdı: Bakıda möhtəşəm rok gecəsi - FOTO
Dünən, 15:37
Bakını gəzən ermənilər maraqlı hadisəyə tuş gəliblər - TƏFƏRRÜAT
Dünən, 15:34
Ukraynanın süqutu yaxınlaşır - “Sohu”
Dünən, 15:29
VTB (Azərbaycan) bankının İdarə Heyətinə yeni təyinat - BUNDAN SONRA...
Dünən, 15:26
İrəvan Moskvadan uzaqlaşmaq üçün zəmin axtarır - Sülh buna görə lazımdır
Dünən, 15:24
Almaniyanın ölkəmizdəki səfiri "Veysəloğlu"nun Mərkəz ofisində "Rossmann"ı ziyarət etdi - FOTO
Dünən, 15:16
Trampın qarın ağrısı: Venesuela qarşılığında Ukrayna sövdələşməsi? - NƏ BAŞ VERİR?
Dünən, 15:13
Yeni başçı sürücüsünü baş mütəxəssis təyin etdi - AY MAŞALLAH...
Dünən, 15:11
"Bu, son statusumdur, həyatla vidalaşıram" - Külli miqdarda borca düşən jurnalist
Dünən, 15:06
Tofiq İsmayılovun oğluna 8 il iş verildi - TƏFƏRRÜAT
Dünən, 15:04
Rüttedən Azərbaycan və Ermənistanla bağlı AÇIQLAMA
Dünən, 15:01
Ermənistan Dubay aviaşousunda qəzadan sonra Hindistan qırıcılarının alışını dayandırır - "The Jerusalem Post"
Dünən, 14:58
İranı Xamenei idarə etmir - Gerşt
Dünən, 13:18
İnterpolun axtardığı Balakən sakini Dağıstanda tutuldu
Dünən, 13:11
Maşın bazarı Ağdama köçürüləcək? - Rəsmi reaksiya
Dünən, 13:09
"Moşu" ilə "Söylü" küsülüdür?
Dünən, 13:02
"Bir xalqa musiqidə azadlıq verilirsə, o demək deyil ki, hərcmərclik olmalıdır"
Dünən, 13:00
Ev onlara məzar olur - Hər 10 dəqiqədə bir qadını əri, atası, qardaşı öldürür
Dünən, 12:59
“Manato” və “Azpulmat”ın ŞOK QANUNSUZLUĞU - Telefonunuzda olan məlumatlar təhlükədə!
Dünən, 12:58
“Azərbaycanı hərbi yolla geri çəkmək mümkün deyil” - Papikyan
Dünən, 12:53
Rusiyada FETÖ... Azərbaycanda METÖ... - BU FAKTLAR... araşdırılmalıdır...
Dünən, 12:51
Samirə Əfəndidən partiya sədrinə sərt cavab - "Məhkəməyə verəcəyəm"
Dünən, 12:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru