Toy olmayacaq .....                     Çindəki böhran Azərbaycanı da "vurdu"? .....                     Rusiya bazarının itirilməsi Paşinyan hökuməti üçün arzuolunan deyil .....                     Paşinyan: “Mənim Bakıda heykəlim qoyulmalıdır” .....                     Bakı və İrəvan arasında müharibə “mesajı”? .....                     Azərbaycanda bu iki şirkət birləşir .....                     Korrupsiyalaşmış “ağızların” qeyri-müəyyən müddətə təcridi .....                     Azərbaycanda 140-a yaxın qiymətləndirici şirkət var .....                     Məşğulluq Agentliyi eyni şirkətdən bu dəfə 2,7 miyon manata anbar icarəyə götürdü .....                     Peskov Ukrayna məsələsi ilə bağlı ABŞ ilə yeni görüşlərin anonsunu verdi .....                     Ermənistan hərbi büdcəsini artırır: .....                     Kremllə İrəvan arasında QIRĞIN: .....                     Kişi qızına elçi göndərən şəxsi güllələdi: “Aralarında münasibət olub, övladımı şantaj edirdi” .....                     Peşə Təhsili Agentliyində mükafat qalmaqalı .....                     Armen Qriqoryanın yeni iş yeri məlum oldu .....                     Mehmandan meyxananı "GÖZDƏN SALANLARA": .....                     “FINCA Azərbaycan”da yeni təyinat .....                     Dünya Bankı Qrupuna Azərbaycan üzrə vahid rəhbər .....                     DOST Agentliyinin binalarının təmirinə başlanılır .....                     Nəcəf Nəcəfovun məzarından barelyefi oğurlayan şəxs saxlanılıb .....                     İmişlidə iti asıb öldürən HƏBS OLUNDU .....                     Bakıdan İrəvana SON XƏBƏRDARLIQLAR .....                     Mehriban Xanlarovadan Elgizə cavab .....                     DOST Agentliyi 4 şəhərdə əsaslı təmir üçün .....                     Bank məlumatlarını dələduza özü verən şəxs xəbəri olmadan rəsmiləşdirilən kreditdən imtina edə bilməz .....                     Cənubi Qafqazda dönüş: .....                     Kreml Ukrayna danışıqları üçün hansı şəhəri prioritet hesab etdiyini açıqlayıb .....                     “Emin Əmrullayev “PISA 2025”in nəticələrini təqdim edərkən səhvə yol verib” .....                     Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib .....                     Pedaqoji stajı çatmayan şəxs məktəb direktoru vəzifəsinə necə gətirildi? .....                     19 yaşlı şirkət rəhbərinin Azərbaycandan çıxışına STOP QOYULDU .....                     Qaziyə saxta sənədlə torpaq satanlar .....                     “Hər əkilən ağac havanı çirklənmədən qoruyur” .....                     Ölkəmizdə attraksionlara nəzarət zəifdir, təhlükəsizliyə riayət edilmir .....                     "O vaxt Ağdam toylarını Rəmiş idarə edirdi, indiki müğənnilər isə..." .....                     Deputatın qardaşına HÖKM OXUNDU .....                     Yaxın gələcəkdə Avrasiya İqtisadi Birliyindən çıxmaq niyyətində deyilik .....                     İrəvanın “Metsamor” höcəti .....                     Ermənistana arpa və buğda göndəriləcək .....                     İçkiyə pulu olmadı, qonşusunun evini soydu .....                 

QARADAĞIN İCRA BAŞÇISI HƏBS OLUNA BİLƏR
Tarix: 22-06-2012, 11:22 | Çap et
QARADAĞIN İCRA BAŞÇISI HƏBS OLUNA BİLƏR

SÜLEYMAN MİKAYILOVUN QARADAĞDAKI TALANLARI ARAŞDIRILACAQ

DİA.AZ: - Üç gün əvvəl В«XəzərВ» telekanalında Qaradağ rayonu ilə bağlı bir reportaj tamaşaçılara təqdim olunub ki, bu da rayon sakinlərinin narazılığına səbəb olub. Bu barədə redaksiyamıza edilən müraciətlərdən aydın olur ki, adıkeçən telekanalın reportajı birtərəfli qaydada, yəni sırf olaraq icra başçısı Süleyman Mikayılovun arzularına uyğun olaraq hazırlandığından heç də reallığı əks etdirmir.

Telekanal operatorun ustalığı

Əslində guya ki, Qaradağ rayonunun sosial-iqtisadi inkişafını təbliğ edən bu reportajı izləyəni hər bir kəsə aydın olur ki, В«XəzərTVВ»nin operatoru və müxbiri çox əziyyət çəkiblər. Hər halda, icra başçısı Süleyman Mikayılovun əziyyət çəkməməsini ört-basdır edə bilmələri üçün kiminsə əziyyətə qatlaşması zəruri idi.

Belə ki, rayonda saxta abadlıq mənzərəsinin yaradılması üçün təkcə 28 May küçəsi В«XəzərTVВ»nin reportajında 4 pozisiyadan göstərilib. Yəni bir abadlaşmış küçə ətrafında Qaradağ barədə ümumi təsəvvürün yaradılmasına çalışılıb. Bu da azmış kimi digər abadlaşmış küçə hesab olunan (halbuki həmin küçələrin də yarımçıq və zövqsüz şəkildə abadlaşdırılması elə kadrlardan da hiss olunur) Nərimanov küçəsi də eyni şaydada reportajda 4 istiqamətdən göstərilib. Təsəvvür edin 400 metrlik küçəyə xüsusi təmtəraq verilib ki, bu da anlaşılandır. Hər halda telekanaldakı həmkarlarımı Süleyman Mikayılovun arzularını yalnız möcüzə yolu ilə həyata keçirə bilərdilər.

Bildirək ki, Nərimanov küçəsində də yalnız dövlət qurumlarının binaları yerləşir və yalnız bir-iki yaşayış binası var. Və belə bir şəraitdə həmin ərazinin kimlərin hesabına abadlaşdırıldığını təxmin etmək o qədər də çətin deyil. Ona görə ki, artıq ictimaiyyət də rayon icra başçılarının hansı üsulda, hansı qaydada çalışdıqlarını yaxşı bilir. Və faktdır ki, Süleyan Mikayılovun В«ustaВ» bir başçı olması barədə təəssüratı yaratmağa çalışan В«XəzərTVВ»nin usta operatorlarının təqdim etdiyi küçələr də elə həmin idarələr tərəfindən abadlaşdırılıb.

Hasar dalında qalan həqiqət…

Bildirək ki, reportaj zamanı icra başçısı Bakı-Salyan yolunun kənarı ilə çəkilən hasardan abadlıq işi kimi danışır. Çox gözəl. Amma nədənsə həmin hasarların arxasında qalan obyektlərin dərdi kimsənin yadına düşmür. Çünki artıq yerli qəzetlər də bildirilib ki, Süleyman Mikayılov hasar dalında qoyulan obyektlərin üzərinə əməlli-başlı hücuma keçib və hər bir obyekt sahibindən 30 min manat pul tələb edir. Tələb olunan vəsaiti ödəməyənlər isə obyektləri ilə vidalaşmalı olurlar.

Onu da bildirək ki, belə bir möcüzə də yalnız Qaradağ rayonu ərazisində baş verməkdədir. Yəni obyektlərin hasar dalında saxlanılması, girov tutulması. Halbuki eyni problem bu yaxınlarda Səbayel rayonu Badamdar qəsəbəsi ərazisində də yaşanılmışdı. Amma buna rəğmənşəxsən prezident tərəfindən В«Qurd QapısıВ» istiqamətdəki obyektlərin qarşısının örütlməsinə icazə verilmədi.

Amma qeyd edək ki, burada başqa bir məqam da var. Süleyman Mikayılovun Qaradağın sosial-iqtisadi inkişafının təntənəsi kimi təqdim etməyə çalışdığı Bakı-Salyan yolunun ümumiyyətlə Qaradağ rayonuna heç bir aidiyyatı yoxdur və həmin yol Bakı Şəhər İcra Hakimiyyətinin balansındadır. Yəni başçı В«XəzərTVВ»dəki reportajda əslində boşuna öyünüb. Əgər kimsə öyünməlidirsə, o da Bakı meri Hacıbala Abutalıbovdur.

Telekanalın işıq salmadığı həqiqətlər

Hər halda, В«XəzərTVВ» susa bilər, amma Qaradağ sakinləri bu həqiqətləri söyləməkdə heç də tənbəllik etmək fikrində deyillər. Bununla bağlı redaksiyamıza açıqlama verən Qaradağ rayon sakini Ağayev Ağahüseyn Qulam oğlunun bildirdiyinə görə, 5 il ərzində prezident İlham Əliyev Qaradağ rayonunu Milli Məclisdə təmsil etdiyi müddətdə onun rəhbərliyi altında inşa olunan parklar və digər sosial obyektlər Süleyman Mikayılov tərəfindən sökülüb və həmin ərazilərdə başçı özü üçün kommersiya obyektləri tikməklə məşğuldur: В«Məsələn, 1998-ci ildə Lökbatan qəsəbəsinin mərkəzində inşa edilmiş avtovağzalın dayanacağını özü üçün kommersiya obyekti tikərək satışa qoyub. 28 May küçəsində yerləşən 15 saylı keçmiş В«Kolxoz BazarıВ»nı özünə yaxın şəxslərdən birinin adına özəlləşdirərək 11 sahibkarın əmlakını özlərinin vəsaitləri hesabına təmir etdirərək, mənimsəyib və özünə yaxın olan şəxslərin adına özəlləşdirib. Həmin obyektlərin qanuni mülkiyyətçiləri isə kanarda qalıblar. Onlardan da 4 nəfəri məhkəməyə müraciət etmiş, onlardan Şamilov Şamil Canməmməd oğlunun iddiası 1 saylı inzibati iqtisad məhkəməsi tərəfindən təmin edilmiş və obyekt sahibinə qaytarıldı. Digərləri isə baxılmaq üçün günü bu gün də məhkəmə instansiyalarındadırВ».

Qaradağ sakininin DİA.AZ-a bildirdiyinə görə, dövlət vəsaiti hesabına uşaq meydançasını təmir etdirərək özü üçün В«CırtdanВ» kafesi inşa etdirmiş və açılışını dövlət səviyyəsində təşkil edib: В«Həmin ərazidə yerləşən ticarət obyektini isə söküb. Obyektin qanuni sahibi isə yenə də heç bir kompensasiya almadan mülkiyyətini icra başçısının iştahasına qurban verib. 28 May küçəsində rayon İH başçısının sərəncamı ilə tikilmiş bir neçə ticarət obyektini sökmüş və onların yerində özü üçün kommersiya obyektləri inşa etdiribВ».

Süleyman Mikayılov prezidenti aldada biləcəkmi?

Həmsöhbətimiz bildirir ki, Süleyman Mikayılov Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsinin yanındakı ərazidə yerləşən parkdakı yaşıllıqları da məhv edərək, özünə çayxana inşa etdirib: В«İndi də Bakı Elektrik Şəbəkəsinin Qaradağ şöbəsi üçün inzibati bina tikdirməklə məşğuldur (həmin ərazidə). Bildirək ki, qurumun əvvəlki binası bazara bitişik yerdə yerləşirdi. Və köhnə ərazi də Süleyman Mikayılovun hədəfindədir. Burada olan əsas məqsəd isə həmin ərazinin ələ keçirilmiş bazarın ərazisinə qatılmasından ibarətdirВ».

1999-cu ildə həmin dönəmdə Qaradağ rayonunu MM-də təmsil edən hazırki prezident İlham Əliyevin rəhbərliyi altında Sahil qəsəbəsindəki 3 kilometrlik park-bulvar baxımsızlıqdan dağılmaq üzərədir. İndi Süleyman Mikayılov çıxışında həmin ünvanı yeni park tikintisi məkanı kimi təqdim etməyə çalışır. Halbuki mövcud park rekonstruksiya olunmuş kimi təqdim olunmalıdır. Və burada da başlıca məqsəd sırf olaraq əlavə yeyinti imkanlarının yaradılmasından ibarətdir. Hər halda, prezident İlham Əliyev rəva bilməz ki, onu bu şəkildə aldatsınlar. Ən azından hazırki parkın həm yaradılması və həm də tarixi prezident üçün məlum bir hadisədir.

Onu da xatırladaq ki, bənzər bir hadisə bu yaxınlarda İimişliyə icra başçısı göndərilmiş Samuxun keçmiş rəhbəri Vilyam Hacıyev tərəfindən də törədilmişdi. Belə ki, Vilyam Haycıev Samuxda başçı olarkən rayon camaatı arasında Mosu kişinin çayxanası kimi tanınan obyekti Samuxa səfər edən prezident İlham Əliyevə yeni Şahma Evinin binası kimi təqdim etmiş və prezidentə В«yeni Şahmat EvininВ» hətta lenti də kəsdirilmişdi.

İndi isə anoloji yalanı Süleyman Mikayılov hazırlamaqdadır. Amma onun ilişməsi daha asandır. Çünki başçının В«inşa etməyəВ» hazırlaşdığı park elə İlham Əliyevin deputat olduğu dönəmdə, onun öz təşəbbüsü ilə artıq bir dəfə inşa edilib.

Süleyman Mikayılov hələ də AXC iqtidarından danışır

Daha sonra Qaradağdan olan sahibkar bildirir ki, icra başçısı В«XəzərTVВ»dəki çıxışında göstərir ki, Bakı şəhəri ərazisi üzərə ən çox qanunsuz tikili Qaradağ rayonu ərazisindədir və bu da guya ki, AXC iqtidarı dönəmində inşa edilib: В«Baxmayaraq ki, Bakı ŞİH sərəncamı ilə 2001-ci il aprel ayının 1-dən rayon İH başçılarının fərdi mənzil tikintisi üçün torpaq ayırmaq səlahiyyətləri dayandırılır. Amma buna rəğmən rayon icra hakimiyyətinin şifahi göstərişi ilə Qaradağ ərazisində bütün qəsəbələrdə bu kimi inşaat işləri günü bu gün də davam etdirilir. Bunu görmək üçün sözügedən kanalın kameralarının obyektivini azca yana çevirməsi lazım idiВ».

Heydər Əiyev Muzeyi çayxanaya dönüşdü

Daha sonra şikayətçi bildirir ki, icra başçısının əməlləri ilə bağlı dəfələrlə yuxarı orqanlara şikayət məktubu da ünvanlayıb: В«Amma buna baxmayaraq Süleyman Mikayılov özünü həddindən artıq toxunulmaz hiss edir və bu səbəbdən də özünü ərköyün aparmaqdadır. İş o həddə çatıb ki, kimsədən ehtiyat etməməsi səbəbindən Lökbatan qəsəbəsi ərazisində yerləşən Heydər Əliyev parkındakı Heydər Əliyev muzeyini bu gün çayxanaya çevirib və bu günlərdə həmin obyektin də açılışı nəzərdə tutulubВ».

Hər halda, elə bu faktın özü də Süleyman Mikayılovun hazırda İmişliyə rəhbərlik edən Samuxun keçmiş icra başçısı Vilyam Hacıyevin bir bənzərinin olmasını sübutlayır. Sanki bu adamları arayıb-axtarıb ortaya çıxarıblar.

İcra başçısının yarımçıq В«əlyazmalarıВ»

Bildirək ki, Süleyman Mikayılovun yarımçıq işləri də var. Bu barədə də redaksiyamızı bilgiləndirən həmsöhbətimizin sözlərindən aydın olur ki, bu günlərdə Lökbatan qəsəbəsində Ağayev Kənan Ağahüseyn oğluna məxsus olan və Dövlət Əmlakının İdarəsi üzrə Dövlət Komitəsindən aldığı sənədlərdə təsdiq olunan Seymur Orucov küçəsi 20 ünvanında yerləşən 20 saylı mağazanın 238 kv/m-ni sökərək, özü üçün bank yeri kimi müəyyən edib və özülü də qazılıb. Mülkiyyət sahibi ölkə prezidentinə müraciət etdikdən sonra tikinti sökülüb, ərazi yenidən sahibinə qaytarılıb. Və 1 saylı inzibati iqtisad məhkəməsi tərəfindən mülkiyyət sahibinə 238 min manatlıq vəsait həcmində dəymiş ziyanın qarşılığıının ödənilməsi barədə qərar çıxarılıb. Mülkiyyətçi Ağayev Kənan məhkəmənin qərarından narazı olduğu üçün Süleyman Mikayılovun barəsində Azərbaycan Respublikası cinayət məcəlləsinin 186, 186.1, 186.2.1, 308, 309, 309.1 və 309.2 maddələri ilə cinayət işinin başlaması haqqında şikayət edib. Həmin mağazanın qanunsuz olaraq sökülməsi işinə birinci instansiya kimi baxan Qaradağ rayon məhkəməsinin hakimi İsmayıl Xəlilov işin sənədlərini - dövlət əhəmiyyətli sənədləri itirmiş, sahibkar isə həmin sənədlərin surətini yenidən məhkəməyə təqdim etmiş, bu zaman məhkəmə ərizələrin bir ay əvvəldən qəbul edilməsinə baxmayaraq, sənədlərin surəti bir ay sonradan notarial qaydada təsdiq edilib. Bu isə aydın şəkildə adıkeçən hakimin dövlətin qanunları ilə yox, Süleyman Mikayılovun buyruqları ilə hərəkət etdiyini sübut etməkdədir. Buna baxmayaraq İsmayıl Xəlilov işə baxarkən günün birinci yarısında tikintinin dayandırılması haqda qərar versə də, başçının təzyiqindən sonra günün ikinci yarısında yenidən məhkəmə baxışı keçirməli olmuş və həmin yerdə tikintinin aparılmasına qərar verməli olub. Bu isə tam olaraq Azərbaycanın məhkəmə orqanlarının məmurların əlində alət olmasını sübutlayan biabırçı bir fakt kimi diqqətə gəlməkdədir.

İş baxılması üçün 1 saylı inzibati iqtisad məhkəməsinə göndərildikdən sonra həmin məhkəmə instansiyası tərəfindən inşaat işlərinin aparılmasına qadağa qoyulmuş və hər cürə müdaxilə məhkəmə tərəfindən yolverilməz hesab olunub. Bildirək ki, buna qədər Süleyman Mikayılov həmin mağazanın işığını belə öncədən kəsdiyindən bu da məhkəmənin qərarı ilə sonradan bərpa edilib.

Qanunlara yox, başçıya qulluq edən hakim həbs olunmalıdır

Onu da bildirək ki, obyekt sahibi paralel olaraq hakim İsmayıl Xəlilovun barəsində də cinayət işinin açılması üçün məhkəmə instansiyalarına baş vurub və onun CM-nin 295, 295.1, 320.1 və 320.2 maddələri ilə mühakimə olunmasını xahiş edib. İşə hal-hazırda Apellyasiya Məhkəməsi tərəfindən baxılır.

Bir işdə üç yerdən qazanc

Sonda Qaradağ rayonundan olan sahibkar Ağayev Ağahüseyn yenə də icra başçısının В«XəzərВ» kanalındakı reportajını diqqətə gətirərək bildirir ki, həmin teleburaxılışda Süleyman Mikayılov rayondakı Heydər Əliyev parkının ətrafında yerləşən yaşayış binalarının fasadlarının, dam örtüklərinin dəyişdirilməsinin dövlətin müvafiq abadlaşdırma proqrammı əsasında həyata keçirildiyini vurğulayıb:

В«Amma başçı burada da yalan danışıb. Çünki həmin binalar Dövlət Nefti Şirkətinin balansındadır. Yəni ARDNŞ-nin pulu qurtarıbmı ki, onun binalarını Süleyman Mikayılov təmir etdirir. Halbuki Dövlət Neft Şirkəti tərəfindən həmin binaların təmirinə kifayət qədər maliyyə vəsaiti ayrılıb. Bu da bir yana. Həmin binaların fasadları üzlük piltələrlə üzlənsə də, bu zaman üç mənbədən istifadə olunub. Biri, ölkə prezidentinin Bakı və onun ətraf qəsəbələrinin abadlaşdırılması üçün ayırdığı maliyyə vəsaiti hesabına, digər mənbə, Dövlət Neft Şirkəti tərəfindən ayrılan maliyyə vəsaiti hesabına, üçüncüsü isə yerli sahibkarlardan toplanmış üzlük piltə və maliyyə hesabına. Hər halda, bu üç maliyyə qaynağının heç birinin Süleyman Mikayılova aidiyyatı yoxdur və buradan da aydın olur ki, icra başçısı bir mənbə ilə işi görüb, yerdə qalan iki mənbənin ayırdığı vəsaiti isə mənimsəyibВ».

Süleyman Mikayılovun В«kanalizasiya yeyintisiВ»

Onu da bildirək ki, Qaradağ rayonu Bakı şəhərinin rayonları içində yeganə rayondur 17 qəsəbənin heç birində (Sahil qəsəbəsi istisna olmaq şərtilə, amma bildirək ki, həmin qurğu da 1000 nəfərlik əhali üçün nəzərdə tutulub, hazırda isə qəsəbənin 35 min sakini var red.) su təmizləyici qurğu yoxdur və bunun da nəticəsində kanalizasiya suları təmizlənmədən birbaşa olaraq dənizə axıdılır. 2010-cu ildə bu məqsəd üçün regionların abadlaşdırılması proqramına uyğun olaraq Lökbatan qəsəbəsində iki təmizləyici qurğunun inşa edilməsi üçün 38 milyon manat həcmində maliyyə vəsaiti ayrılıb. Amma bu maliyyə vəsaitinin aqibəti məlum deyil. Çünki təmizləyici qurğular inşa edilməyib. Yenidən bu il eyni məqsəd üçün pul ayrılıb və təmizləyici qurğuların inşaasına başlanılıb. Əvvəlki məbləğ isə Süleyman Mikayılov tərəfindən həzm-rabedən keçirilib.

Onu da bildirək ki, Süleyman Mikayılovun özünəməxsus iş üslubu da var. Hansısa işin icrası üçün qul bazarından işçi tutur, onları az maaşa işlədir. Görülmüş işlər haqqında 2 nömrəli formanı isə özlərinə məxsus tikinti şirkətlərinin adına qeydiyyata saldıraraq, bu yolla da külli miqdarda pulu oğurlayır. Bildirək ki, həmin tikinti şirkətlərindən biri də fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adınadır.

İcra başçısına cinayət işi açıla bilər

Bu barədə məlumatı isə hakimiyyət içindəki məlumatlı mənbələrimizdən əldə etmişik. Belə ki, DİA.AZ-ı bilgiləndirən Nazirlər Kabinetindəki mötəbər qaynağın iddalarına görə, əslində Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılovun əskisi çoxdan tüstülüdür. Belə ki, onunla bağlı məsələlərin xüsusi diqqətə götürülməsi yönündə artıq В«yuxarılarınВ» belə qərarı var. Amma bu məsələdə Süleyman Mikayılovu himayə edən qüvvələr xüsusi fəallıq etdiyindən başçı hələlik cinayət məsuliyyətinə cəlb olunmaqdan yayına bilib.

Məlumatlı mənbənin sözlərinə görə, birbaşa olaraq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin çətiri altına sığınan Süleyman Mikayılova qarşı Baş Prokurorluq yanında korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən bir neçə dəfə cinayət işinin açılmasına təşəbbüslər göstərilib: В«Amma yenə də Ramiz Mehdiyevin hökmü Süleyman Mikayılovu xilas edibВ».

Mənbəmiz bildirir ki, son olaraq isə hakim elitanın bu məsələyə diqqət ayırması və bu işdə hətta birbaşa olaraq prezident İlham Əliyevin belə müsbət rəyinin alınması icra başçısının qara günlərinin irəlidə olmasından xəbər verməkdədir. Mənbəmiz bildirir ki, Süleyman Mikayılovla bağlı Qaradağ rayonunun sakinləri prezident İlham Əliyevə bu günlərdə xüsusi müraciət də ünvanlayıblar: В«Həmin müraciətdə dövlət başçısından bir keçmiş deputatları kimi yardım istəyən Qaradağ rayonu sakinləri başçının qanunsuz əməllərini ifşa edən çox ciddi faktları da açıqlayıblar ki, bu məsələ ilə bağlı yaranacaq gərginlik mühitində nəinki Ramiz Mehdiyevin, hətta digərlərinin də Süleyman Mikayılovun köməyinə yetişməsi imkansız kimi görünürВ».

Mövzu diqqətimizdədir. Araşdırmalarımız davam edir…

QEYD: Bildirək ki, Qaradağ rayonu möhtərəm Mətbuat Şurasının qoruma altına aldığı əsas В«mətbu qoruqВ»lardan biridir. Yəni hər qəzetin bu rayondakı özbaşınalıqları ifşa etməsi imkansızdır. Çünki Mətbuat Şurası bu rayonunun icra başçısı Süleyman Mikayılovdan qidalanmaqdadır. Elə dünənki məlumatlarımızın birində də vurğulamışdıq ki, qurum bir neçə rayondan aylıq В«dolyaВ» almaqdadır ki, onların da sırasında Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov da var. Belə olan təqdirdə Mətbuat Şurasının xətti ilə bir neçə aydan bir Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondundan pul alan qəzetlərin susması təbii görünür. Çünki Mətbuat Şurasının özündən icad etdiyi В«qara siyahıВ»ya düşən qəzetlər KİVDDF-dən maliyyə vəsaiti ala bilməz. Ona görə də qəzetlərin möhtərəm Əflatun Amaşovun qılıncının altından keçməsi zəruridir. Bu qılıncın altından keçənlər isə məcburdurlar ki, ən azından Süleyman Mikayılovdan yazmasınlar…








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Toy olmayacaq - "Bir oyun idi, bitdi"
Bu gün, 18:02
Çindəki böhran Azərbaycanı da "vurdu"? - AKTUAL
Bu gün, 18:00
Rusiya bazarının itirilməsi Paşinyan hökuməti üçün arzuolunan deyil - ONA GÖRƏ DƏ...
Bu gün, 17:57
Paşinyan: “Mənim Bakıda heykəlim qoyulmalıdır” - “Hraparak”
Bu gün, 17:54
Bakı və İrəvan arasında müharibə “mesajı”? – Bu görüntü təəccüb doğurdu
Bu gün, 17:50
Azərbaycanda bu iki şirkət birləşir - DETALLAR
Bu gün, 17:47
Korrupsiyalaşmış “ağızların” qeyri-müəyyən müddətə təcridi – Unudurlar ki, istənilən muzdlu təlxək gec-tez israfçı materiala çevrilir
Bu gün, 17:46
Azərbaycanda 140-a yaxın qiymətləndirici şirkət var - SİYAHI
Bu gün, 17:44
Məşğulluq Agentliyi eyni şirkətdən bu dəfə 2,7 miyon manata anbar icarəyə götürdü - DETALLAR
Bu gün, 17:38
Peskov Ukrayna məsələsi ilə bağlı ABŞ ilə yeni görüşlərin anonsunu verdi - TASS
Bu gün, 17:32
Ermənistan hərbi büdcəsini artırır: - Yenə köhnə havalarına oynayacaqlar?
Bu gün, 17:16
Kremllə İrəvan arasında QIRĞIN: - Paşinyana “qorxaq” dedi
Bu gün, 17:11
Kişi qızına elçi göndərən şəxsi güllələdi: “Aralarında münasibət olub, övladımı şantaj edirdi” - TƏFƏRRÜAT
Bu gün, 17:04
Peşə Təhsili Agentliyində mükafat qalmaqalı - Direktor və müavinlər arasında ayrıseçkilik
Bu gün, 17:00
Armen Qriqoryanın yeni iş yeri məlum oldu - KİV
Bu gün, 16:55
Mehmandan meyxananı "GÖZDƏN SALANLARA": - "Təki "TikTok"da "partlatsınlar", pul qazansınlar"
Bu gün, 16:50
“FINCA Azərbaycan”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 16:48
Dünya Bankı Qrupuna Azərbaycan üzrə vahid rəhbər TƏYİN EDİLİB
Bu gün, 16:43
DOST Agentliyinin binalarının təmirinə başlanılır – 2,8 mln. manat ayrıldı
Bu gün, 16:41
Nəcəf Nəcəfovun məzarından barelyefi oğurlayan şəxs saxlanılıb - FOTOLAR
Bu gün, 16:40
İmişlidə iti asıb öldürən HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 16:35
Bakıdan İrəvana SON XƏBƏRDARLIQLAR – Paşinyan üçün gerisayım başladı
Bu gün, 16:30
Mehriban Xanlarovadan Elgizə cavab
Bu gün, 16:27
DOST Agentliyi 4 şəhərdə əsaslı təmir üçün 3 milyon manat ödəyəcək
Bu gün, 16:14
Bank məlumatlarını dələduza özü verən şəxs xəbəri olmadan rəsmiləşdirilən kreditdən imtina edə bilməz - Tanınmış vəkildən XƏBƏRDARLIQ
Bu gün, 16:10
Cənubi Qafqazda dönüş: - Əliyevlə Putin arasındakı söhbətin arxasında nə dayanır?
Bu gün, 16:08
Kreml Ukrayna danışıqları üçün hansı şəhəri prioritet hesab etdiyini açıqlayıb
Bu gün, 16:03
“Emin Əmrullayev “PISA 2025”in nəticələrini təqdim edərkən səhvə yol verib” - İTTİHAM VAR...
Bu gün, 15:54
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
Bu gün, 15:50
Pedaqoji stajı çatmayan şəxs məktəb direktoru vəzifəsinə necə gətirildi? - İLGİNC İDDİALAR
Bu gün, 15:47
19 yaşlı şirkət rəhbərinin Azərbaycandan çıxışına STOP QOYULDU - BUNA GÖRƏ...
Bu gün, 15:40
Qaziyə saxta sənədlə torpaq satanlar HAKİM QARŞISINDA
Bu gün, 15:38
“Hər əkilən ağac havanı çirklənmədən qoruyur” - FOTO
Bu gün, 15:29
Ölkəmizdə attraksionlara nəzarət zəifdir, təhlükəsizliyə riayət edilmir - Şəki faciəsi
Bu gün, 15:26
"O vaxt Ağdam toylarını Rəmiş idarə edirdi, indiki müğənnilər isə..." – Brilyant
Bu gün, 15:13
Deputatın qardaşına HÖKM OXUNDU - TƏFƏRRÜAT
Bu gün, 15:12
Yaxın gələcəkdə Avrasiya İqtisadi Birliyindən çıxmaq niyyətində deyilik - Xandanyan
Bu gün, 15:07
İrəvanın “Metsamor” höcəti - Bakıdan SƏRT xəbərdarlıq
Bu gün, 15:05
Ermənistana arpa və buğda göndəriləcək
Bu gün, 15:02
İçkiyə pulu olmadı, qonşusunun evini soydu - 17 minlik əşyanı 200 manata satdı
Bu gün, 13:14
Rusiyada səfərbərlik başlayarsa, Azərbaycanın mənzil bazarını nə gözləyir? – Ekspertdən AÇIQLAMA
Bu gün, 13:11
Ölkədə orta maaş 1176,7 manatdır – Rəsmi
Bu gün, 13:09
"Aysun" gözəllik salonunun sahibi dələduzluqla üzləşib: "Yalan vədlər verdi" - TƏFƏRRÜAT
Bu gün, 13:01
Xumar Qədimovanın adından yalan elan yayıldı - XƏBƏRDARLIQ
Bu gün, 12:59
Lənkəranda abadlıq və təmir işlərinə 2 milyon manat ayrıldı
Bu gün, 12:57
Azərbaycan gələcəyi Emin Əmrullayevin sisteminə uyğunlaşdırılır? - Köhnə talanın yeni modeli, yaxud statistika yalançıların maskasıdır
Bu gün, 12:53
100 nəfərdən çox müştəri «Premium bank»ın kreditini qaytarmır - HESABAT
Bu gün, 12:41
"PAŞA Həyat Sığorta"nın rəhbərinə müşavir təyin edildi - ƏMR
Bu gün, 12:40
Pulsuzluq, vaxt azlığı, yoxsa... - Kinomuzun əsas bəlası nədir?
Bu gün, 12:33
"Heç vaxt ad günümdə özümə hədiyyə almamışam" - Əməkdar artist
Bu gün, 12:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru