Rusiya əvvəllər tez-tez üstüörtülü şəkildə taktiki nüvə silahından istifadə edə biləcəyini bildirirdi. Qeyd edim ki, taktiki nüvə silahının stratejidən fərqi daha kiçik ərazini məhv etmək üçündür.
Və atması da mümkün idi. Ukraynaya hücum edən dəli, psixopat nüvə də ata bilər.
Artıq nüvə silahından heç danışmır. Çünki Ukrayna dronları təkcə mart və aprel aylarında 7 strateji zavod və 24 neft emalı müəssisəsi yandırıb.
Bu o deməkdir ki, Ukrayna istədiyi zaman Rusiya ərazisində fəaliyyət göstərən 11 aktiv Atom Elektrik Stansiyasını və və nüvə yanacağı istehsal edən zavodları da hədəfə ala bilər.
Bu, atom bombasından daha təhlükəli nəticələrə səbəb ola bilər. Çünki həmin AES-lər Rusiyanın əhalisinin 80 faizinin yaşadığı bölgələrdə yerləşir.
Xatırladım ki, 1986-cı ildə partlayan AES bu gün də Çernoblı yaşayış üçün yararsız edib, 150 il sonra bəlkə o bölgəyə ayaq basmaq mümkün olacaq.
Orxan Atabəy - "DİA-AZ"






















