Nazir müavininə ağır itki .....                     Azərbaycan nefti 95.5 dollara satılır .....                     Bakıdan Tbilisiyə gedən qatarda müəmma: Nə baş verir? .....                     Ermənistanın ikili oyunu: nə gözlənilir? .....                     Elə bil kimsə buraları şumlayıb... .....                     Adnan Əhmədzadənin Minerva Marina tankerindən 100 milyonluq əməliyyatı .....                     Gəncəli erməni agentinin gizli əməliyyatı və 70 il sonrakı seçkilərdə Moskva izi .....                     "Rzayev Group"un 700 mindən çox vergi borcu üzə çıxdı .....                     “Türk anakondası” İranı mühasirəyə alır .....                     ABŞ-nin 533 milyon dollar xərclədiyi zavod bir mərmi belə istehsal etməyib .....                     Azərbaycanlı biznesmeni Türkiyədə kim öldürüb? .....                     SOCAR KÜTLƏVİ İXTİSAR DALĞASINI ETİRAF ETDİ .....                     Ukrayna-Rusiya savaşında YENİ MƏRHƏLƏ... .....                     Kəramətdən gözləntiniz nə idi? .....                     Hörmüz boğazı SEPAH-ın nəzarətindən çıxıb .....                     Bu sahədə də ermənilərdən geri qalmağa başlamışıq... .....                     «Araz 2011 A» tikinti şirkəti kimə nə qədər verib ki... .....                     Bakıda qoçu peyda olub: YOL KƏSİRLƏR... .....                     "Bank ilə 3 gündür əlaqə saxlayıram, AMMA..." .....                     Fazil Mustafadan Mübariz Əhmədoğluna SƏRT SÖZLƏR .....                     ARƏSTƏ HÜSEYNOVA KÜÇƏSİ... .....                     Cavid Qurbanovun KƏLBƏCƏR PLANI .....                     "Bu keyfiyyətimizi itirmək olmaz..." .....                     Burda KORRUPSİYA QOXUSU aşkar duyulur .....                     Neft Qaz Çıxarma İdarəsində OĞURLUQ .....                     Həm vaxt itkisidir, həm də... .....                     Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi .....                     Ukrayna-Rusiya savaşından qalib çıxan Şimali Koreya... .....                     Ermənistan Sünikdə hərbi mövcudluğunu niyə gücləndirir? .....                     Ünvanlı sosial yardıma niyə imtina cavabı gəlir? .....                     “Metsamor AES-in istismar şərtləri ilə bağlı qərarı Bakı vermir” .....                     Azərbaycanlı mütəxəssislər Ermənistanda 2 ay tədqiqat aparıblar .....                     Bakı-Tbilisi qatarında BİLET QALMAQALI: .....                     “Yeni Klinika”nın İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunub .....                     “Mərmər İnşaat” şirkətinin mənfəəti 42% azalıb .....                     Göygöldə kişi ona pul verməyən arvadını şalı ilə boğaraq öldürmək istədi .....                     TRIPP mesajının pərdəarxası: İrəvanın məqsədi Tehranı inandırmaqdır? .....                     Vüsal Nəsirlini Saleh Məmmədovun kadrları ilə nə birləşdirir? .....                     Ermənistanda cinayətlərin sayı Azərbaycandan 5 dəfə çoxdur .....                     Türkan İLK DƏFƏ AÇIQLADI: .....                 

Gəncəli erməni agentinin gizli əməliyyatı və 70 il sonrakı seçkilərdə Moskva izi - Rusiya niyə Fransanın 2027-ci il prezident seçkilərinə maraq göstərir?
Tarix: Bu gün, 07:45 | Çap et

Fransa hakimiyyəti 2027-ci il prezident seçkilərində mümkün namizədlər kimi nəzərdən keçirilən iki aparıcı siyasətçi haqqında yalan məlumatların yayılmasının arxasında Rusiyanın dayana biləcəyindən şübhələnir. Bu barədə AFP təhlükəsizlik xidmətlərindəki mənbəyə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, Fransa xüsusi orqanları Kremlə qarşı sərt mövqeyi ilə tanınan və ölkə prezidentliyinə mümkün namizəd hesab olunan Avropa Parlamentinin solçu deputatı Rafael Qlüksmana qarşı dezinformasiya kampaniyası aşkarlayıb. İddialara görə, əməliyyat daha əvvəl Rusiya xüsusi xidmət orqanları ilə əlaqələndirilən Storm-1516 təbliğat şəbəkəsi ilə bağlı olub.

Qlüksman özü bildirib ki, Rusiya strukturları “2027-ci il seçki kampaniyasını qarışdırmaq üçün əməliyyatlara başlayıb”. Siyasətçinin sözlərinə görə, onun namizədliyinə dəstək verilməsi ilə bağlı guya mövcud olan plan barədə saxta məlumat hazırlanıb. Bunun yayılması üçün süni intellektlə yaradılmış saxta sənədlər, səslər və tamamilə saxtalaşdırılmış videodan istifadə olunub.

Gələcək namizədin sözlərinə görə, kampaniyanın məqsədi Rusiya hakimiyyətinin öz rəqibləri hesab etdiyi şəxsləri gözdən salmaq üçün “tamamilə yalan məlumatlar” yaymaq olub.

Daha əvvəl Storm-1516 şəbəkəsi Fransa hökumətinin keçmiş baş naziri, seçkilərdə ifrat sağçıların ən güclü potensial rəqiblərindən biri hesab olunan Eduar Filipin səhhəti ilə bağlı yalan məlumatların yayılmasında da şübhəli bilinib.

Bundan əlavə, Fransa hakimiyyətinin məlumatına görə, həmin şəbəkə prezident Emmanuel Makronun amerikalı cinayətkar Ceffri Epşteynlə guya əlaqəsinin olması barədə saxta iddiaların yayılması kampaniyası ilə də bağlı ola bilər.

Bundan əlavə, Fransanın keçmiş baş naziri və prezidentliyə namizəd Qabriel Attal 2027-ci il prezident seçkiləri ərəfəsində Rusiyanın ehtimal olunan dezinformasiya kampaniyası ilə bağlı şikayət ərizəsi verib. Bu barədə Politico yazır.

Attalın vəkilləri bildiriblər ki, cümə günü təqdim olunan şikayət xarici müdaxilə, informasiyanın manipulyasiyası, eləcə də Fransanın fundamental maraqlarına zərər vura, qarşıdakı seçkilərin dürüstlüyünə təsir göstərə biləcək saxta materialların yayılması ilə bağlıdır.

Müdafiəçilərin sözlərinə görə, X sosial şəbəkəsindəki bir neçə hesab saxta videomateriallar və paylaşımlar yayıb. Onların bəziləri özünü Fransa və beynəlxalq media qurumları kimi təqdim edib. Bu materiallarda Attalın adından onu namizəd kimi gözdən salmağa yönəlmiş saxta fikirlər yayılıb.

Ötən həftənin əvvəlində Attal Rusiyadan qaynaqlandığını bildirdiyi seçkiyə müdaxilə cəhdinin hədəfinə çevrildiyini açıqlayıb. Onun sözlərinə görə, 2027-ci ilin aprelində keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca bu cür destabilizasiya kampaniyaları güclənəcək.

Onlayn dezinformasiyaya qarşı mübarizə aparan Fransanın Viginum agentliyi Attala qarşı kampaniya aşkar etdiyini təsdiqləyib. Qurumun məlumatına görə, kampaniya Rusiyayönlü dezinformasiyanın yayılması üsullarına xas olan əlamətlərə malikdir.

Fransada prezident seçkiləri 2027-ci ildə keçiriləcək. Sağçı qüvvələrin əsas namizədlərindən biri, dələduzluq işi üzrə təqsirli bilinməsinə baxmayaraq, seçkilərdə dördüncü dəfə iştirak etmək niyyətində olan Marin Le Pen hesab olunur.

Maraqlıdır, Rusiya saxta məlumatların və dezinformasiyanın yaradılması ilə bağlı bu addımları nə məqsədlə ata bilər? Moskva Le Penin Fransada hakimiyyətə gəlməsində nə dərəcədə maraqlıdır? Bəlkə bunun səbəbi onun dəfələrlə Avropa İttifaqının ləğv edilməsinə çağırışlar etməsidir?

Fransalı tarixçi və tədqiqatçı Maksim Qoen bununla bağlı fikirlərini Pressklub.az-la bölüşüb.

Onun sözlərinə görə, Marin Le Penin partiyasının Rusiya ilə əlaqələri heç də yeni məsələ deyil. “Onun atası Jan-Mari Le Pen 1990-cı illərdə ifrat millətçi lider Vladimir Jirinovski ilə şəxsi və siyasi dostluq münasibətlərini dəstəkləyib və 1996-cı ildə Moskvaya səfər edib. Vəziyyət 2014-cü ildə daha ciddi xarakter alıb. O zaman Rusiya maliyyə çətinlikləri ilə üzləşən və Avropa İttifaqı banklarının kredit verməkdən qəti şəkildə imtina etdiyi Marin Le Penin partiyasına kredit verərək onu xilas edib. Daha sonra 2017-ci il prezident seçkiləri zamanı rusiyalı hakerlər Emmanuel Makronun seçki qərargahının elektron poçtunu sındırıblar. Lakin qərargah əməkdaşları bu təhlükədən xəbərdar idilər və hakerləri çaşdırmaq üçün hazırlanmış saxta məktublardan başqa ciddi bir şey aşkarlanmayıb.

Aİ-nin parçalanması Rusiyanın ifrat sağçı qüvvələrə (təkcə Fransada deyil) dəstəyinin əsas tarixi səbəbidir və bu da yeni deyil: hələ 1957-ci ildə “KQB” və Çexoslovakiya kəşfiyyatı (StB) Qərbi Avropanın birləşməsinə xələl gətirmək məqsədilə Strasburqda “saxta bayraq” əməliyyatı çərçivəsində partlayış təşkil ediblər. Bu əməliyyatın ilhamvericisi Gəncədə anadan olmuş erməni əsilli KQB zabiti İvan Aqayants olub. Lakin indi səbəblər daha çoxdur. Fransa 2014-2021-ci illərdə Ukraynaya hərbi texnika tədarük edən ən böyük ölkə olub.

Emmanuel Makron ötən ay açıqlayıb ki, ukraynalıların “Scalp”, AASM və “Aster 30” raketlərinin istehsalı üçün lisenziyalar alacaq”, – təhqiqatçı açıqlayıb.

O, hesab edir ki, Makronun yerini onun keçmiş baş nazirlərindən biri tutacağı halda, tədarüklər və lisenziyaların eyni istiqamətdə davam edəcəyi tamamilə aydındır.

“Marin Le Pen 2023-cü ildə “Scalp” raketlərinin tədarükünü “məsuliyyətsiz” adlandırırdı. Lakin Vladimir Putinin son dərəcə aşağı populyarlığı (86 faiz mənfi rəy), o cümlədən onun seçiciləri arasında da populyarlığının son dərəcə aşağı olması (2025-ci ildə 82 faiz), eləcə də Ukraynanın populyarlığı səbəbindən sonradan bu cür fikirlər səsləndirməyi dayandırıb. Ötən il sorğuda iştirak edənlərin 70 faizi, o cümlədən Marin Le Penin seçicilərinin 54 faizi Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyib. Respondentlərin 65 faizi Vladimir Zelenski haqqında müsbət fikirdə olub, Marin Le Pen tərəfdarları arasında isə bu göstərici 52 faiz təşkil edib. Buna baxmayaraq, onun “Milli Birlik” partiyasının Avropa Parlamentindəki deputatları ötən ilin fevralında Ukraynaya 90 milyard avro məbləğində kredit verilməsinin əleyhinə səs veriblər. Bu yardım Ukrayna iqtisadiyyatının qorunub saxlanılması və Avropa və Amerika hərbi texnikasının alınmasının təmin edilməsi üçün həyati əhəmiyyət daşıyırdı. Onların Aİ daxilində maliyyə ehtiyacları ilə bağlı irəli sürdüyü səbəb səmimi deyil: kredit dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlər hesabına ödənilir”, – Qoen fikirlərini yekunlaşdırıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nazir müavininə ağır itki
Bu gün, 09:29
Azərbaycan nefti 95.5 dollara satılır
Bu gün, 09:26
Bakıdan Tbilisiyə gedən qatarda müəmma: Nə baş verir? - AKTUAL
Bu gün, 08:11
Ermənistanın ikili oyunu: nə gözlənilir? - ŞƏRH
Bu gün, 08:07
Elə bil kimsə buraları şumlayıb... - Nə başçı, nə də deputat maraqlanmır...
Bu gün, 08:05
Adnan Əhmədzadənin Minerva Marina tankerindən 100 milyonluq əməliyyatı – SENSASİON DETALLAR
Bu gün, 07:56
Gəncəli erməni agentinin gizli əməliyyatı və 70 il sonrakı seçkilərdə Moskva izi - Rusiya niyə Fransanın 2027-ci il prezident seçkilərinə maraq göstərir?
Bu gün, 07:45
"Rzayev Group"un 700 mindən çox vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:41
“Türk anakondası” İranı mühasirəyə alır — "Silah və hərbi qüvvə Zəngəzurdan daşınacaq"
Bu gün, 07:38
ABŞ-nin 533 milyon dollar xərclədiyi zavod bir mərmi belə istehsal etməyib - “ProPublica”
Bu gün, 07:34
Azərbaycanlı biznesmeni Türkiyədə kim öldürüb? – Vacib detallar açıqlandı
Bu gün, 07:31
SOCAR KÜTLƏVİ İXTİSAR DALĞASINI ETİRAF ETDİ - TƏFƏRRÜAT
Bu gün, 07:07
Ukrayna-Rusiya savaşında YENİ MƏRHƏLƏ... - Nüvə silahı artıq yada düşmür...
Bu gün, 07:01
Kəramətdən gözləntiniz nə idi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:48
Hörmüz boğazı SEPAH-ın nəzarətindən çıxıb – ŞOK İDDİA
Bu gün, 06:44
Bu sahədə də ermənilərdən geri qalmağa başlamışıq... - MALƏSƏF...
Bu gün, 06:40
«Araz 2011 A» tikinti şirkəti kimə nə qədər verib ki... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:36
Bakıda qoçu peyda olub: YOL KƏSİRLƏR... - AYNA şefinin nəzərinə...
Bu gün, 06:26
"Bank ilə 3 gündür əlaqə saxlayıram, AMMA..." - GİLEY
Bu gün, 06:17
Fazil Mustafadan Mübariz Əhmədoğluna SƏRT SÖZLƏR - "Məzhəbçi zehniyyətə sahib..."
Bu gün, 06:05
ARƏSTƏ HÜSEYNOVA KÜÇƏSİ... - Nəriman Qasımoğlu yazır...
Bu gün, 05:59
Cavid Qurbanovun KƏLBƏCƏR PLANI - İndi də orda HÖKM EDİR...
Bu gün, 05:57
"Bu keyfiyyətimizi itirmək olmaz..." - İlqar Məmmədov
Bu gün, 05:50
Burda KORRUPSİYA QOXUSU aşkar duyulur - MÜRACİƏT
Bu gün, 05:44
Neft Qaz Çıxarma İdarəsində OĞURLUQ - Niyə araşdırılmır?
Bu gün, 05:31
Həm vaxt itkisidir, həm də... - REPLİKA
Dünən, 18:07
Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi
Dünən, 18:00
Ukrayna-Rusiya savaşından qalib çıxan Şimali Koreya... - Görünəni odur ki...
Dünən, 17:55
Ermənistan Sünikdə hərbi mövcudluğunu niyə gücləndirir? - AÇIQLAMA
Dünən, 17:49
Ünvanlı sosial yardıma niyə imtina cavabı gəlir? - AKTUAL
Dünən, 17:46
“Metsamor AES-in istismar şərtləri ilə bağlı qərarı Bakı vermir” - Yeqoyan
Dünən, 17:44
Azərbaycanlı mütəxəssislər Ermənistanda 2 ay tədqiqat aparıblar - KİV
Dünən, 17:24
Bakı-Tbilisi qatarında BİLET QALMAQALI: - Ekspert problemin kökünü açıqladı
Dünən, 17:23
“Yeni Klinika”nın İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunub - BUNDAN SONRA...
Dünən, 17:21
“Mərmər İnşaat” şirkətinin mənfəəti 42% azalıb - HESABAT
Dünən, 17:13
Göygöldə kişi ona pul verməyən arvadını şalı ilə boğaraq öldürmək istədi - TƏFƏRRÜAT
Dünən, 17:09
TRIPP mesajının pərdəarxası: İrəvanın məqsədi Tehranı inandırmaqdır? - Görünəni odur ki...
Dünən, 16:56
Vüsal Nəsirlini Saleh Məmmədovun kadrları ilə nə birləşdirir? - ARAŞDIRMA
Dünən, 16:51
Ermənistanda cinayətlərin sayı Azərbaycandan 5 dəfə çoxdur - RƏQƏMLƏR
Dünən, 16:48
Türkan İLK DƏFƏ AÇIQLADI: - "Bunu kiminsə acığına etmədim"
Dünən, 16:38
Yeni attestatlar xaricdə keçərlidirmi? - Agentlik açıqladı
Dünən, 16:36
“Rabitəbank” səhmdarları Müşahidə Şurasının tərkibi və “Capital Partners”lə bağlı toplanır
Dünən, 16:30
Agentlik imtina edir, məhkəmə bərpa edir: “Nəticədə əlil 2 il əziyyət çəkir” - AXI NİYƏ?..
Dünən, 16:25
Zəngəzur dəhlizi açılır: Naxçıvanın geosiyasi çəkisi KƏSKİN ARTIR - ŞƏRH
Dünən, 16:21
“Onlar insan ovuna çıxırlar” - Kremldən məmurlara tapşırıq
Dünən, 16:12
"Qapını göstəriblər və deyiblər ki..." - "Kimə istəyirsən şikayət edə bilərsən!"
Dünən, 16:09
Şəki Rayon Məhkəməsinə yeni hakim təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:02
Ağcabədidə toyda mübahisəyə görə 2 qohumun qətli ilə bağlı məhkəmə başlayır
Dünən, 16:01
Rusiya 6 konteyner Azərbaycan siqaretini ölkəyə buraxmadı - Qaçaqmal İDDİASI
Dünən, 15:44
Milli Qəhrəmana Keşlədə 3 mərtəbəli obyekt tikmək üçün icazə verildi - DETALLAR
Dünən, 15:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru