Ceyhun Bayramovun o HƏRƏKƏTİ... .....                     Media və Yayım Şurası yaradılıb .....                     "“Kupça” alırıq... deyib, 500 manatdan yığırlar..." .....                     "Problemi yaradırlar, amma məsuliyyət mənim üzərimə qoyulur..." .....                     Aytən Abdullayevaya yüksək vəzifə verildi .....                     Ramiz Mehdiyevin bankının binası əlindən alındı .....                     ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib .....                     Azərbaycanlılar Rusiyaya sanksiya tətbiq edilən mal daşımaq istəyib? .....                     "Belə bir insan Mədəniyyət komitəsinə rəhbərlik etməməlidir" .....                     Fazil Mustafa hüquqi məsuliyyətə CƏLB OLUNMALIDIR! .....                     Ukraynadan möhtəşəm HƏRBİ yenilik .....                     "Açıq şəkildə bildirildi ki, öz ərizəmlə işdən çıxmasam..." .....                     Limanı əlindən alınan Şahlar Novruzova qarşı YENİ İDDİA: Rusiya əl çəkmir .....                     Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb .....                     Rusiya ilə iqtisadi münasibətlərin gərginləşməsi .....                     "Yaxşılığının əvəzində elə yamanlıq edir ki..." .....                     Nəriman Həsənzadənin oğlu ilə sabiq deputat arasında QALMAQAL: “Ölkədən qovulsun!” .....                     "Legion Financial"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Əlizamin Salayev azadlığa buraxıldı .....                     Yeni konstitusiyanın dərci gecikir: .....                     Daşnakların Kərki mərəkəsi .....                     Paşinyanın komandasında sülhə qarşı gizli müqavimət var .....                     Paşinyan Anna ilə yenidən evlənib? .....                     Miqrantların üzərinə vintləri sıxın! .....                     “Xalq Kapital İnvestisiya Şirkəti”nin dövriyyəsi 11 dəfədən çox kiçilib .....                     Azərbaycan dövlət xərclərinin ÜDM-də payına görə dünyada 58-ci yerdədir .....                     Paşinyanın Əliyev və Trampa verdiyi SÖZ .....                     Azərbaycanın dövlət qurumlarında 1 işçi neçəyə sığortalanır? .....                     Qağaməli Seyfullayevin kantoru ÖZBAŞINA QALIB... .....                     “ADY rəhbərliyi işi təşkil edə bilmirsə, istefa versin” .....                     Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var: Evdən 15 min də oğurlanıb .....                     Erməni spiker YENƏ həddini aşdı .....                     Ermənistan üçün Aİİ ilə əməkdaşlığın gücləndirilməsi prioritet olaraq qalır .....                     Arvadını məscidin qarşısında xüsusi amansızlıqla öldürən şəxs: .....                     Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək? .....                     Neft bahalaşdı .....                     İş axtaranlar üçün AVSTRALİYA FÜRSƏTİ .....                     Yooox! Rövşən müəllimin bundan xəbəri yoxdur! .....                     Üç uşaq anasını plastik cərrahın ayağına GÖTÜRƏN YOL .....                     "Kristal"dan bahalı Biləcəri layihəsini diriltmək üçün METRO REKLAMI .....                 

İran böyük müharibəyə başlayır? – “Nəsrullah uğrunda!”
Tarix: 30-09-2024, 16:37 | Çap et
İran böyük müharibəyə başlayır?
ABŞ dövlət katibi Antoni Blinken sentyabrın 27-də Nyu Yorkda jurnalistlərin suallarını cavablandırarkən deyib ki, qarşıdakı günlər Yaxın Şərqin gələcək yolunu müəyyən edəcək. Maraqlıdır, o, bunu deyərkən İsrailin “Hizbullah” lideri Həsən Nəsrullahı məhv etmək planlarından xəbərdar idimi? Yoxsa amerikalı diplomat “Hizbullah” və İsraili dayanmağa razı sala biləcəyinə ümid edirdi?

Blinkenin arqumentləri nə olursa olsun, əslində onun haqlı olduğu ortaya çıxdı: regionda əsas fitnə-fəsad törədənin aradan qaldırılmasından sonra güc balansının dəyişəcəyini güman etmək olar. Ən əsası odur ki, İsrailə qarşı mübarizədə satellitləri Livanda “Hizbullah”, Qəzzada HƏMAS, eləcə də Suriya, Yəmən və İraqdakı qüvvələr olan əsas oyunçu İranın mövqeləri xeyli zəifləyəcək.

Sual olunur: İranın iki mühüm müttəfiqinin - HƏMAS lideri İsmayıl Haniyə və indi “Hizbullah” lideri Həsən Nəsrullahın aradan götürülməsindən sonra İsrailə qarşı müharibəyə girəcəkmi? İndiyə qədər İran bu iki təşkilatdan İsrailə qarşı çəkindirici vasitə kimi kimi istifadə edib, amma əgər İsrail onları məhv etməyə davam edərsə, rəsmi Tehranın hansı seçimi qalacaq?

Bölgədəki hadisələrin gələcək inkişafı, digər məsələlərlə yanaşı, bundan asılıdır - ya İsrail İranın məcburi hərəkətsizliyi ilə başladığı işi başa çatdıracaq və nəhayət, Yaxın Şərqdə bir müddət nisbi sülh hökm sürəcək, ya da "qaynar" mərhələ başlayacaq. İran müharibəyə girir və yeni oyunçuları cəlb edir.

Münaqişələrin qarşısının alınması təşkilatı olan Beynəlxalq Böhran Qrupunun İran Layihəsinin direktoru Əli Vaez “The New York Times”a deyib ki, İranın seçimləri çirkindən cəlbedici olmayana qədər dəyişir. Avropa Xarici Əlaqələr Şurasının Yaxın Şərq və Şimali Afrika proqramının direktoru Julien Barnes-Dacey hesab edir ki, İsrailin Nəsrullaha sui-qəsd etməsi Yaxın Şərqdə və onun hüdudlarından kənarda təhlükəli alovlanma riskini əhəmiyyətli dərəcədə artırır.

“Sual “Hizbullah”ın hazırda İsrailə qarşı genişmiqyaslı raket hücumları həyata keçirməyə qadir olub-olmamasıdır. Əks halda, bu, İranı nüvə silahına sövq edə bilər, çünki onlar bunu yeganə effektiv çəkindirmə forması kimi görürlər”, - deyə Barnes-Dacey bildirib.

İranın Ali dini lideri Ayətullah Əli Xameneyi Livanda baş verənlərlə bağlı “vacib bəyanat” verəcəyini açıqlamışdı. Lakin o, hələlik bütün müsəlmanları bütün gücləri ilə İsrailə qarşı çıxmağa, “Hizbullah” və Livana dəstək verməyə çağırıb. Xameneyinin sözlərinə görə, İsrailin hücumları “Hizbullah”ın “möhkəm strukturuna” zərər verməyəcək və qrup İsrailə qarşı mübarizəyə rəhbərlik etməyə davam edəcək.

Amma etiraf etməliyik ki, Xameneyinin ən yaxın müttəfiqi, anti-İsrail əhval-ruhiyyəsi nəslinin xarizmatik ilhamvericisi və Xameneyinin ərəbdilli dünyadakı əsas əlaqəsinin fiziki ləğvi İran üçün əhəmiyyətli itkidir. Əgər həftələr əvvəldən başlayaraq, “Hizbullah”ın yüksək komandanlığına və mövqelərinə qarşı ardıcıl, uğurlu İsrail əməliyyatları, o cümlədən “Hizbullah”ı silahla təmin edən Suriya silah zavoduna hücumlar, “Hizbullah”ın peycerlərinə və radio stansiyalarına qarşı əlamətdar təxribat əməliyyatı, neçə-neçə mülki şəxsin, hərbçinin öldürülməsi fonunda, Tehranın bu hücumların pislənməsindən başqa heç əməli addımı olmadı. Bu faktorları nəzərə alsaq, o zaman Nəsrullahın öldürülməsi İran üçün kulminasiya nöqtəsi ola bilərdi.

Xameneyi aprelin 1-də İsrailin Dəməşqdəki İran konsulluğunun binasına endirdiyi və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Əl-Qüds” xüsusi təyinatlılarının komandiri, general Məhəmməd Rza Zahedi və general Məhəmməd Hadi Hacı Rəhimi də daxil olmaqla 7 əməkdaşının ölümü ilə nəticələnən hücumundan sonra, indi apreldə baş verənə bənzər cavab tədbiri həyata keçirməyə qərar verəcəkmi? Bunu söyləmək çətindir.

İran, əlbəttə ki, belə bir qərarın risklərini, xüsusən də HƏMAS və “Hizbullah”ın başının kəsilməsi və digər region ölkələrinin görünən neytrallığı kontekstində başa düşür. Məlum olduğu kimi, Nəsrullahın öldürülməsini indiyədək yalnız İranın özü, Rusiya və Türkiyə pisləyib və Livanda baş verən hadisələrdən təbii olaraq narahat olan ərəb dövlətlərinin rəhbərləri də, böyük ehtimalla, Nəsrullahın ölümünü rahatlıqla qəbul ediblər. Hər halda, onlardan bəziləri, İsraillə əvvəllər diplomatik əlaqələr qurmuş dövlətlərin hələ də taym-aut elan etmədiklərinə baxır. Suriyanın üsyançıların nəzarətində olan İdlib bölgəsində döyüşçüləri ac qoyaraq öldürən Həsən Nəsrullahı qəssab kimi xatırlayan insanlar bayram edir, şirniyyat paylayıblar.

Bundan əlavə, İran müharibəyə girəcəyi təqdirdə Amerika faktoru və onsuz da sanksiyaya məruz qalan ölkə üçün iqtisadi nəticələrlə hesablaşmalı olur. Bu halda ABŞ-la birbaşa hərbi qarşıdurma ehtimalı var. Co Bayden artıq “minlərlə amerikalı, israilli və livanlı mülki vətəndaş” da daxil olmaqla, “Hizbullah”ın çoxsaylı qurbanlarını xatırlayaraq Həsən Nəsrullahın ölümünü “ədalətin idarə edilməsi” adlandırıb.

Yeri gəlmişkən, Livanın özündə insanlar, xüsusən də gənclər küçələrə çıxaraq, sonda “Hizbullah”ı siyasətdəki sərt hökmranlığından məhrum etmək ümidi ilə Livan əhalisinin özünü dəhşətə gətirən silahlı təşkilatın liderinin ölümünü şövqlə qeyd edirdilər.

Çox güman ki, İran hökuməti müharibəyə cəlb olunmaq istəməyəcək, təbii ki, “Hizbullah”ın özünün imkanlarından istifadə siyasətini davam etdirməyə üstünlük verəcək. Üstəlik, islahatçı Prezident Pezeşkianın Qərblə nüvə sazişinin yenilənməsi və ümumiyyətlə, münasibətlərə yenidən baxılması ilə bağlı uğurlu danışıqlar apardığı bir şəraitdə.

Vaşinqtondakı Yaxın Şərq İnstitutunun beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Pol Salem vurğulayır ki, İran uzun oyun oynamağı bilir. İran dərhal İsraili vurmaqla reaksiya vermək əvəzinə geri çəkilə, “Hizbullah”a silah anbarlarına və rəhbərliyinə dəyən ziyanı aradan qaldırmağa səssizcə kömək edə və qalanları bərpa etməyə başlaya bilər. HƏMAS-dan fərqli olaraq, “Hizbullah” İsrailin əhatəsində deyil və nisbətən şəffaf Livan sərhədi vasitəsilə Suriya və İraqdakı İran müttəfiqlərindən silah ala bilər.

Zamanla “Hizbullah” özünə yeni liderlər tapacaq. Bununla belə, təşkilat böyük itkilər verdi, İsrail bir neçə həftə ərzində İranın dəstəyi ilə yaradılmış, onilliklər ərzində İsrail və ya Amerikanın hücumuna qarşı əsas çəkindirici vasitə sayılan ən güclü yaraqlıların başını kəsdi. Və o, hərbi arsenalı tam məhv etməyincə dayanmayacaq.

AYNA.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ceyhun Bayramovun o HƏRƏKƏTİ... Moskvanı niyə qəzəbləndirdi?
Bu gün, 13:07
Media və Yayım Şurası yaradılıb - DETALLAR
Bu gün, 13:06
"“Kupça” alırıq... deyib, 500 manatdan yığırlar..." - GİLEY
Bu gün, 13:00
"Problemi yaradırlar, amma məsuliyyət mənim üzərimə qoyulur..." - GİLEY
Bu gün, 12:51
Aytən Abdullayevaya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 12:41
Ramiz Mehdiyevin bankının binası əlindən alındı - BUNDAN SONRA...
Bu gün, 12:39
ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib - DETALLAR
Bu gün, 12:36
Azərbaycanlılar Rusiyaya sanksiya tətbiq edilən mal daşımaq istəyib? - SKANDAL
Bu gün, 12:35
"Belə bir insan Mədəniyyət komitəsinə rəhbərlik etməməlidir" – Akif Nağıdan Fazil Mustafaya ağır ittihamlar
Bu gün, 12:27
Fazil Mustafa hüquqi məsuliyyətə CƏLB OLUNMALIDIR! - ÇAĞIRIŞ
Bu gün, 12:19
Ukraynadan möhtəşəm HƏRBİ yenilik – Azərbaycan Ordusunda da var?
Bu gün, 12:15
"Açıq şəkildə bildirildi ki, öz ərizəmlə işdən çıxmasam..." - MÜRACİƏT
Bu gün, 11:56
Limanı əlindən alınan Şahlar Novruzova qarşı YENİ İDDİA: Rusiya əl çəkmir - TƏFƏRRÜAT
Bu gün, 11:48
Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb - ABŞ rəsmisi
Bu gün, 11:46
Rusiya ilə iqtisadi münasibətlərin gərginləşməsi Ermənistana nə vəd edir?
Bu gün, 11:35
"Yaxşılığının əvəzində elə yamanlıq edir ki..." - Zümrüdə qarşı HAQSIZLIQ
Bu gün, 11:33
Nəriman Həsənzadənin oğlu ilə sabiq deputat arasında QALMAQAL: “Ölkədən qovulsun!” – “Meyitim, ölkədə qalacaq!”
Bu gün, 11:31
"Legion Financial"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 11:29
Əlizamin Salayev azadlığa buraxıldı
Bu gün, 11:11
Yeni konstitusiyanın dərci gecikir: - Paşinyan nədən qorxur?
Bu gün, 11:08
Daşnakların Kərki mərəkəsi - KİV
Bu gün, 11:04
Paşinyanın komandasında sülhə qarşı gizli müqavimət var - Politoloqdan İDDİA
Bu gün, 11:02
Paşinyan Anna ilə yenidən evlənib? - Ermənistanda hamı çaş-baş qalıb
Bu gün, 11:01
Miqrantların üzərinə vintləri sıxın! - Kremlin qanunvericiliyinin əsas fəndləri
Bu gün, 10:57
“Xalq Kapital İnvestisiya Şirkəti”nin dövriyyəsi 11 dəfədən çox kiçilib
Bu gün, 10:54
Azərbaycan dövlət xərclərinin ÜDM-də payına görə dünyada 58-ci yerdədir - SİYAHI
Bu gün, 10:53
Paşinyanın Əliyev və Trampa verdiyi SÖZ – İrəvan vaxt uzadır?
Bu gün, 10:47
Azərbaycanın dövlət qurumlarında 1 işçi neçəyə sığortalanır? – QURUMLAR, MƏBLƏĞLƏR, SİYAHI
Bu gün, 10:45
Qağaməli Seyfullayevin kantoru ÖZBAŞINA QALIB... - TOTAL NARAZILIQ...
Bu gün, 10:26
“ADY rəhbərliyi işi təşkil edə bilmirsə, istefa versin” - ÇAĞIRIŞ
Bu gün, 10:22
Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var: Evdən 15 min də oğurlanıb - TƏFƏRRÜAT
Bu gün, 10:20
Erməni spiker YENƏ həddini aşdı – Azərbaycandan Ermənistana təhlükə?
Bu gün, 10:18
Ermənistan üçün Aİİ ilə əməkdaşlığın gücləndirilməsi prioritet olaraq qalır - Paşinyan
Bu gün, 10:15
Arvadını məscidin qarşısında xüsusi amansızlıqla öldürən şəxs: - “Telefon yazışmalarından xəyanət etdiyini öyrəndim”
Bu gün, 09:15
Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək? - Görünəni odur ki...
Bu gün, 09:12
Neft bahalaşdı
Bu gün, 09:09
İş axtaranlar üçün AVSTRALİYA FÜRSƏTİ - DİQQƏT
Bu gün, 08:33
Yooox! Rövşən müəllimin bundan xəbəri yoxdur! - varsa... BU NƏDİ BELƏ?
Bu gün, 08:28
Üç uşaq anasını plastik cərrahın ayağına GÖTÜRƏN YOL - AXI NİYƏ?..
Bu gün, 08:09
"Kristal"dan bahalı Biləcəri layihəsini diriltmək üçün METRO REKLAMI - 3 dəqiqə yalanı və səfərbər olunan resurslar
Bu gün, 07:55
İflas edən "Rahat Lizinq" borclarını ödəməyib - FOTO
Bu gün, 07:51
Rusiya Azərbaycanla sərhədə gəlir: Zəngəzur dəhlizinin qarşısını kəsəcək - GƏLİŞMƏ
Bu gün, 07:48
Vardanyanın Epşteynlə əlaqəsi: milyardlıq layihələr... - AKTUAL
Bu gün, 07:46
Çimərliklərdə TTY-ni HANSI AĞILLI QADAĞAN EDİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:41
Belə bir strateji yol... NİYƏ BU GÜNDƏDİR? - FOTOFAKT
Bu gün, 07:29
Avtobusun ağzını istədikləri vaxt, istədikləri yerə döndərirlər... - BU NƏDİ BELƏ?
Bu gün, 07:06
Azərbaycan artıq KƏNAR MÜŞAHİDƏÇİ deyil... - ŞƏRH
Bu gün, 06:54
Fazil Mustafa deyir, görüşdən qaçmayıb - "Onların təmsilçilərini qəbul etməyə hazırıq.."
Bu gün, 06:40
DGK aparat rəhbəri QANUNLARI BİLMİR? - NARAZILIQ VAR...
Bu gün, 06:13
Kartla ödəniş etmək mümkün deyil - "Leobank"da PROBLEM
Bu gün, 06:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru