Ermənistanda çevriliş cəhdi: - Beynəlxalq güclərin maraqları üst-üstə düşür
Tarix: 19-09-2024, 08:40 | Çap et
 Ermənistanda hökumətə qarşı dövlət çevrilişinə cəhd olub. Təhlükəsizlik Xidməti Ermənistanda hakimiyyəti ələ keçirməyi planlaşdıran cinayətkar qrupu aşkarlayıb. İstintaq Komitəsi məlumat yayıb ki, aktiv əməliyyat tədbirləri zamanı 30-a yaxın axtarış aparılıb, dindirilmələr nəticəsində 7 vətəndaşın şəxsiyyəti hələlik müəyyən edilməmiş digər şəxslərlə birlikdə hakimiyyəti zorla ələ keçirməyə hazırlaşdığına dair sübutlar toplanıb: “Xüsusən də bu qrup silahdan istifadə qaydalarını öyrənmək məqsədilə bir sıra Ermənistan vətəndaşlarını Rostovda, o cümlədən “Arbat” bazasında üç aylıq təlim keçmək üçün cəlb edib. Sonradan məlum olub ki, qruplaşmanın məqsədi sərhədləri qorumaq deyil, Ermənistanda hakimiyyəti ələ keçirməkdir”. Bildirilib ki, həmin şəxslərin bir qismi çevrilişdə iştirak etməkdən imtina edib və Ermənistana qayıdıb. 7 nəfər barəsində cinayət işi başlanıb, onlardan 3-ü həbs edilib, 4 nəfər isə axtarışa verilib. Xatırladaq ki, bu ilin may ayında da Ermənistanın İstintaq Komitəsi ölkədə hakimiyyəti ələ keçirməyə hazırlaşmaqda şübhəli bilinən şəxslərin saxlanıldığını elan etmişdi. Saxlanılan şəxslərin planlarını mitinq zamanı həyata keçirməyi planlaşdırdığı deyilmişdi. "Hraparak" nəşri isə Ermənistan rəhbərinin 2026-cı ildə keçiriləcək növbəti seçkilərə hazırlaşdığını yazıb. Nəşr bildirib ki, hakim “Vətəndaş Müqaviləsi” Partiyasında yeni format yaradılıb: "Deputatlar, qubernatorlar və partiyanın əsas üzvlərindən ibarət ərazi şuraları ayda bir dəfə toplaşmalı, həm partiya və vilayətlərin problemləri, həm də sakinləri narahat edən məsələlər birgə iş nəticəsində həll edilməlidir. Partiya üzvlərinin fikrincə, bu format yaxınlaşma və daha sıx əməkdaşlıq imkanı yaradacaq". Nəşr bunun Paşinyanın seçki hazırlığının bir hissəsi olduğunu bildirib. Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə "Sherg.az"a bildirib ki, Ermənistan hakimiyyətinə qarşı Rusiyanın təzyiqləri olub və bundan sonra da olacaq. Partiya rəhbərinin sözlərinə görə, Moskvanın İrəvan hökumətinə təzyiqləri səngiməyəcək:
"Rusiya Ermənistanda Nikol Paşinyanın hakimiyyət başında olmasını birmənalı istəmir və buna qarşı olduğunu müxtəlif formalarda büruzə verir. Amma Moskva fərqindədir ki, hazırda erməni xalqı tərəfindən Paşinyandan başqa qəbul ediləcək heç bir fiqur yoxdur. Yəni həm Paşinyana alternativ olacaq, həm də Kremlin adamı sayılacaq siyasətçi tapılmayıb. Bu səbəbdən Paşinyanı saxlamaq və ona təzyiq göstərmək metodu seçilir. Baş naziri gərgin vəziyyətdə saxlamağa, hər an postunu itirə biləcəyi ehtimalı ilə üzləşməyə məhkum edirlər. Bununla yanaşı, Paşinyanın əleyhdarları məqsədyönlü şəkildə gücləndirilir, onlara dəstək verilir. Bəzi güclərdən istifadə etməklə dövlət çevrilişinə cəhdlər də gündəmdədir. Ancaq hərbi çevriliş təşəbbüslərinin nəticə verməyəcəyini Rusiya özü də yaxşı bilir. Paşinyanı hazırkı dönəmdə hərbi çevrilişlə devirmək qeyri-mümkündür. Baş nazir ABŞ və bəzi Avropa ölkələri tərəfindən ciddi şəkildə qorunur, mühafizə edilir. Əslində, Paşinyan birbaşa Qərbə yönəldiyini göstərməyə çalışsa da, Rusiyaya tam üz çevirmədiyi bəllidir. Baş nazir buna risk edə bilməz. Ermənistanda hələ də Rusiyanın hərbi bazası, qoşunları, sərhədçiləri qalmaqdadır. Ölkə iqtisadiyyatının lokomotivi Rusiyadır. İndiki vəziyyətdə Paşinyan həm Qərblə, həm də Rusiya ilə oynamağa məcburdur". A.Əlizadə vurğulayıb ki, ikili oyunun bir müddət davam edəcəyi qaçılmazdır: "Səbəbi isə odur ki, bir çox məqamlarda Qərblə Rusiyanın maraqları üst-üstə düşür. Hər iki tərəf Ermənistana müxtəlif spektrli dəstək verməklə bölgədə İrəvan üzərindən öz maraqlarını təmin etməyə çalışırlar. Qərb də, Rusiya da çalışır ki, Ermənistan zəifləməsin və bölgədə türk dünyasına müqavimət immunitetini itirməsin. Paşinyan da bu vəziyyətdən məharətlə istifadə edir. Əlbəttə, İrəvan hökumətinə zaman-zaman Kremlin təsirləri olacaq. Moskva Paşinyanın tamamilə Qərblə yönəlməsini, Cənubi Qafqazda ABŞ və Avropa ölkələrinin hərbi cəhətdən mövcudluğunu qətiyyən istəmir. Rusiyanın əsas narahatlığı sırf Paşinyan hökuməti ilə yox, məhz bu məqamla bağlıdır. Rusiya rəhbəri V.Putinin sabiq Prezident R.Koçaryana zəngi, keşiş hərəkatının yenidən canlanması da təsadüfi sayılmamalıdır. Moskvanın təzyiq rıçaqları da bunlardır. Yəni bölgədə Ermənistan üzərindən illərdir gedən oyun bu gün də davam etməkdədir".

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Şah İsmayıl mövzusu İranın sifarişi ilə köpükləndirilir" - Murad Köhnəqala
Bu gün, 14:50 |
|
|
|
| • "Dəfələrlə uzaq işıqla yol istədik..." - "Arzum9999" yenidən MÜHAKİMƏ OLUNUR
Bu gün, 14:37 |
|
|
|
| • Ceyhun Bayramovun o HƏRƏKƏTİ... Moskvanı niyə qəzəbləndirdi?
Bu gün, 13:07 |
|
|
|
| • Media və Yayım Şurası yaradılıb - DETALLAR
Bu gün, 13:06 |
|
|
|
| • "“Kupça” alırıq... deyib, 500 manatdan yığırlar..." - GİLEY
Bu gün, 13:00 |
|
|
|
| • "Problemi yaradırlar, amma məsuliyyət mənim üzərimə qoyulur..." - GİLEY
Bu gün, 12:51 |
|
|
|
| • Aytən Abdullayevaya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 12:41 |
|
|
|
| • Ramiz Mehdiyevin bankının binası əlindən alındı - BUNDAN SONRA...
Bu gün, 12:39 |
|
|
|
| • ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib - DETALLAR
Bu gün, 12:36 |
|
|
|
| • Azərbaycanlılar Rusiyaya sanksiya tətbiq edilən mal daşımaq istəyib? - SKANDAL
Bu gün, 12:35 |
|
|
|
| • "Belə bir insan Mədəniyyət komitəsinə rəhbərlik etməməlidir" – Akif Nağıdan Fazil Mustafaya ağır ittihamlar
Bu gün, 12:27 |
|
|
|
| • Fazil Mustafa hüquqi məsuliyyətə CƏLB OLUNMALIDIR! - ÇAĞIRIŞ
Bu gün, 12:19 |
|
|
|
| • Ukraynadan möhtəşəm HƏRBİ yenilik – Azərbaycan Ordusunda da var?
Bu gün, 12:15 |
|
|
|
| • "Açıq şəkildə bildirildi ki, öz ərizəmlə işdən çıxmasam..." - MÜRACİƏT
Bu gün, 11:56 |
|
|
|
| • Limanı əlindən alınan Şahlar Novruzova qarşı YENİ İDDİA: Rusiya əl çəkmir - TƏFƏRRÜAT
Bu gün, 11:48 |
|
|
|
| • Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb - ABŞ rəsmisi
Bu gün, 11:46 |
|
|
|
| • Rusiya ilə iqtisadi münasibətlərin gərginləşməsi Ermənistana nə vəd edir?
Bu gün, 11:35 |
|
|
|
| • "Yaxşılığının əvəzində elə yamanlıq edir ki..." - Zümrüdə qarşı HAQSIZLIQ
Bu gün, 11:33 |
|
|
|
| • Nəriman Həsənzadənin oğlu ilə sabiq deputat arasında QALMAQAL: “Ölkədən qovulsun!” – “Meyitim, ölkədə qalacaq!”
Bu gün, 11:31 |
|
|
|
| • "Legion Financial"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 11:29 |
|
|
|
| • Əlizamin Salayev azadlığa buraxıldı
Bu gün, 11:11 |
|
|
|
| • Yeni konstitusiyanın dərci gecikir: - Paşinyan nədən qorxur?
Bu gün, 11:08 |
|
|
|
| • Daşnakların Kərki mərəkəsi - KİV
Bu gün, 11:04 |
|
|
|
| • Paşinyanın komandasında sülhə qarşı gizli müqavimət var - Politoloqdan İDDİA
Bu gün, 11:02 |
|
|
|
| • Paşinyan Anna ilə yenidən evlənib? - Ermənistanda hamı çaş-baş qalıb
Bu gün, 11:01 |
|
|
|
| • Miqrantların üzərinə vintləri sıxın! - Kremlin qanunvericiliyinin əsas fəndləri
Bu gün, 10:57 |
|
|
|
| • “Xalq Kapital İnvestisiya Şirkəti”nin dövriyyəsi 11 dəfədən çox kiçilib
Bu gün, 10:54 |
|
|
|
| • Azərbaycan dövlət xərclərinin ÜDM-də payına görə dünyada 58-ci yerdədir - SİYAHI
Bu gün, 10:53 |
|
|
|
| • Paşinyanın Əliyev və Trampa verdiyi SÖZ – İrəvan vaxt uzadır?
Bu gün, 10:47 |
|
|
|
| • Azərbaycanın dövlət qurumlarında 1 işçi neçəyə sığortalanır? – QURUMLAR, MƏBLƏĞLƏR, SİYAHI
Bu gün, 10:45 |
|
|
|
| • Qağaməli Seyfullayevin kantoru ÖZBAŞINA QALIB... - TOTAL NARAZILIQ...
Bu gün, 10:26 |
|
|
|
| • “ADY rəhbərliyi işi təşkil edə bilmirsə, istefa versin” - ÇAĞIRIŞ
Bu gün, 10:22 |
|
|
|
| • Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var: Evdən 15 min də oğurlanıb - TƏFƏRRÜAT
Bu gün, 10:20 |
|
|
|
| • Erməni spiker YENƏ həddini aşdı – Azərbaycandan Ermənistana təhlükə?
Bu gün, 10:18 |
|
|
|
| • Ermənistan üçün Aİİ ilə əməkdaşlığın gücləndirilməsi prioritet olaraq qalır - Paşinyan
Bu gün, 10:15 |
|
|
|
| • Arvadını məscidin qarşısında xüsusi amansızlıqla öldürən şəxs: - “Telefon yazışmalarından xəyanət etdiyini öyrəndim”
Bu gün, 09:15 |
|
|
|
| • Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək? - Görünəni odur ki...
Bu gün, 09:12 |
|
|
|
| • Neft bahalaşdı
Bu gün, 09:09 |
|
|
|
| • İş axtaranlar üçün AVSTRALİYA FÜRSƏTİ - DİQQƏT
Bu gün, 08:33 |
|
|
|
| • Yooox! Rövşən müəllimin bundan xəbəri yoxdur! - varsa... BU NƏDİ BELƏ?
Bu gün, 08:28 |
|
|
|
| • Üç uşaq anasını plastik cərrahın ayağına GÖTÜRƏN YOL - AXI NİYƏ?..
Bu gün, 08:09 |
|
|
|
| • "Kristal"dan bahalı Biləcəri layihəsini diriltmək üçün METRO REKLAMI - 3 dəqiqə yalanı və səfərbər olunan resurslar
Bu gün, 07:55 |
|
|
|
| • İflas edən "Rahat Lizinq" borclarını ödəməyib - FOTO
Bu gün, 07:51 |
|
|
|
| • Rusiya Azərbaycanla sərhədə gəlir: Zəngəzur dəhlizinin qarşısını kəsəcək - GƏLİŞMƏ
Bu gün, 07:48 |
|
|
|
| • Vardanyanın Epşteynlə əlaqəsi: milyardlıq layihələr... - AKTUAL
Bu gün, 07:46 |
|
|
|
| • Çimərliklərdə TTY-ni HANSI AĞILLI QADAĞAN EDİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:41 |
|
|
|
| • Belə bir strateji yol... NİYƏ BU GÜNDƏDİR? - FOTOFAKT
Bu gün, 07:29 |
|
|
|
| • Avtobusun ağzını istədikləri vaxt, istədikləri yerə döndərirlər... - BU NƏDİ BELƏ?
Bu gün, 07:06 |
|
|
|
| • Azərbaycan artıq KƏNAR MÜŞAHİDƏÇİ deyil... - ŞƏRH
Bu gün, 06:54 |
|
|
|
| • Fazil Mustafa deyir, görüşdən qaçmayıb - "Onların təmsilçilərini qəbul etməyə hazırıq.."
Bu gün, 06:40 |
|
|
|
|