Azərbaycan da "Məkkə sazişi"nə qoşulur? .....                     Tibb Universiteti və UNEC-dən sonra: BDU-da təhsil haqqı azaldılıb? .....                     “Tramp marşrutu” üzrə Ermənistana qaz kəməri çəkiləcək .....                     Gənc müəllimin “qorxmayın” sözünə .....                     İrəvan Moskvanın tələbini rədd etdi .....                     Qafqaz ölkələrinin yeni artım tempi .....                     Ferması dağıdıldı, mal-qarası tələf edildi .....                     Avropanın “demokratiya” PARADOKSU .....                     Ayxan İsrafilov azadlığa buraxıldı .....                     Suriyada Bəşər Əsəd barəsində qiyabi ölüm hökmü qərarı çıxarılıb .....                     Tramp ABŞ-da sursat ehtiyatlarının azalmasına görə Baydeni ittiham edib: .....                     “Bir ağıllı adam yoxdur ki, durub bunların ağızlarından vursun...” .....                     Uitkoffdan Əliyev və Trampa yüksək qiymət: .....                     MİDA-da yeni təyinat olub .....                     Şirkət üç illik auditor axtarır .....                     Cənubi Qafqazda sülhün əsas şərtləri .....                     Tramp İrandan danışıb: .....                     Dünyada ən çox istehsal olunan 40 qida məhsulu .....                     AzTV və Gömrük Komitəsinə sendviç satan şirkət Kino Agentliyi üçün film dublyaj edəcək .....                     Həbsdə olan Qaqik Çarukyanın şirkəti .....                     Dilarə Kazımovanın “Canavar” taxtının SİRRİ AÇILDI .....                     Ermənistan dəmir yumruğu deyəsən unudub .....                     Hüquqşünasdan XƏBƏRDARLIQ: Rusiyaya getməyin… .....                     7-8 kiloluq quzuları niyə kəsirlər? .....                     İrandan Azərbaycanla bağlı gözlənilməz etiraf .....                     Zərdabda əkin sahələrinin su təminatına .....                     Facebook və WhatsApp-da yeni şantaj dalğası: vətəndaşlar necə aldadılır? .....                     Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul edib .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyi tender müsabiqəsindən 10 gün sonra yaradılan MMC ilə işbirliyi qurur .....                     9 milyon manatlıq tender bu şirkətə verildi .....                     Rəşid Mahmudova efir qadağası qoyulub, yoxsa... .....                     Aİİ Ermənistandan dekabradək referendumla bağlı qərar gözləyir, əks təqdirdə, təşkilat özü addımlar atacaq .....                     Kəngərlidə camaat əkin-biçinə su tapmır... .....                     Ayanın "havalı" obrazları .....                     “O illərdə telefon nömrəmi heç kim bilmirdi, bu gün bekaram, indi məni axtarıb tapmağa nə var ki?” .....                     Bakıda sevgilisini ov tüfəngi ilə vuraraq öldürmək istədi .....                     Rusiya XİN Ermənistanla bağlı açıqlama verdi .....                     Qonşu köməyi: Pezeşkianın Azərbaycana təşəkkürünün arxasında nə dayanır? .....                     MİDA Naxçıvanda 24 milyon manatlıq yeni yaşayış kompleksi salır .....                     TENDER DƏLƏDUZU Naxçıvanda BOY GÖSTƏRDİ... .....                 

Ukrayna müharibəsi: dünya çörəklə imtahana çəkilir - GƏLİŞMƏ
Tarix: 7-11-2022, 07:58 | Çap et
Ukrayna müharibəsi: dünya çörəklə imtahana çəkilir
Xəbər verdiyimiz kimi, Rusiya oktyabrın 29-da Krımdakı Sevastopol hərbi dəniz bazasına hücumu əsas gətirərək “Taxıl dəhlizi” sazişini dayandırdığını elan edib. Lakin BMT, Türkiyə və Ukrayna Rusiya olmadan dəhlizdən istifadəni davam etdirməyə qərar verib. Oktyabrın 30-na keçən gecə Ukraynadan taxılla yüklənmiş daha 12 gəmi yola düşüb. Rusiya marşrutun birtərəfli daşımalara bağlandığını bildirərək “dəhlizdən istifadə edəcək gəmilərin hədəf ola biləcəyi” barədə xəbərdarlıq edib.

Daha sonra Türkiyənin vasitəçiliyi ilə Rusiya taxılın daşınmasına təkrar razılıq verib.

Qeyd edək ki, bu ilin iyul ayında Türkiyə, Ukrayna və Rusiya nümayəndələri arasında Ukraynadan taxıl ixracına dair saziş imzalanıb. İstanbulda baş tutan imzalanma mərasimində sazişi Türkiyənin milli müdafiə naziri Hulusi Akar, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov imzalayıblar. Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT Baş katibi Antonio Quttereş də iştirak edib. Sənədə əsasən, Ukrayna taxılının Qara dənizdən təhlükəsiz ixracı təmin olunmalı idi.

Bu arada Rusiya Prezidenti Vladimir Putin ABŞ-ı ittiham edən daha bir açıqlama ilə çıxış edib. Deyib ki, Vaşinqtonda Ukrayna problemini “çox asanlıqla” həll edə bilərlər: “Bu problemi həll etmək, Kiyevə müvafiq siqnal vermək çox asandır ki, onlar öz mövqelərini dəyişməli və bu problemləri sülh yolu ilə həll etməyə çalışmalıdırlar”.

Putin Ukraynadakı vəziyyəti və hadisələri indiki vəziyyətə gətirənin Rusiya deyil, Qərb olduğunu bildirib. İddia edib ki, Qərb dövlətləri müxtəlif çevrilişlər təşkil edir və həyata keçirir.

Rusiyanın Ukraynaya qarşı işğal müharibəsi davam edir. Təcavüzün doqquzuncu ayına keçiddə hər iki tərəfdən onminlərlə insanın həlak olduğu, şəhərlərin dağıdıldığı, yaşayış məskənlərinin viran edildiyi, həm Rusiya, həm də Ukraynanın külli miqdarda zərərə məruz qaldığı ortadadır. Müharibənin ilk dövrlərində Ukrayna əhalisi ölkəsini tərk edirdisə, artıq ruslar da mühacirətə üz tuturlar. Müharibə tam şiddəti ilə davam edir və tərəflərdən heç biri geri çəkilmək niyyətində deyil. Bu da öz növbəsində müharibənin miqyasının genişlənəcəyi, Üçüncü Dünya müharibəsinə səbəb olacağı barədə müzakirələri yenidən gündəmə gətirib.

DİA.AZ-ın məlumatına görə, Türkiyənin Ankara Universitetinin professoru, azərbaycanlı politoloq Toğrul İsmayıl AYNA-ya şərhində deyib ki, Ukrayna ilə bağlı taxıl böhranı artıq həll olunub: “Krımda Sevastopol hərbi dəniz bazasına hücum səsəbindən Rusiya “Taxıl sazişi”ndən imtina etdiyini bəyan etdi. Lakin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında görüşdən sonra müəyyən razılıqlar əldə olundu”.

“Rusiya tərəfi Ukraynadan bununla bağlı təminat istədi və bu təminat müəyyən mənada yerinə yetirildi. Artıq bu problem öz həllini tapıb. BMT Baş katibi və Türkiyə Prezidentinin dəstəyi ilə, taxılla dolu 16 gəmi artıq Ukraynadan yola düşüb. Düşünmürəm ki, qarşıdakı dönəmlərdə bununla bağlı ciddi problemlər meydana gələcək”, - deyə həmsöhbətimiz bildirib.

Professor Rusiya-Ukrayna müharibəsinin hələ uzun müddət davam edəcəyi qənaətindədir: “Görünən odur ki, bu müharibə hələ uzun müddət davam edəcək. Çünki tərəflərdən heç birinin geri çəkilmək niyyəti yoxdur. Ukraynada da bunu bilirlər və ciddi şəkildə müdafiə olunmaq taktikasını seçiblər”.

“O ki qaldı bu müharibədən Rusiyanın, yoxsa Ukraynanın qalib çıxacağına dair ehtimallara, hesab edirəm ki, nəticədə hər iki qonşu ölkə məğlub olacaq. Bu müharibə ABŞ və Qərbin maraqlarına uyğundur və yekunda onlar öz istəyinə nail olacaqlar”, - deyə İsmayıl fikrini tamamlayıb.

DİA.AZ-ın məlumatına görə, Müsavat Partiyasının başqanı Arif Hacılı isə mövzuya dair AYNA-ya açıqlamasında söyləyib ki, Rusiyanın resursları azalır və tükənmək üzrədir: “Rusiya bu təcavüzə başlayanda ümid edirdi ki, qısa müddətə Ukraynanı təslim edəcək. Lakin səkkiz aydan çoxdur ki, müharibə davam edir və Rusiya elə də ciddi nəticə əldə etməyib. Nəinki Rusiya üstünlük qazanmır, əksinə, öz mövqelərini itirə-itirə gedir. Təbii ki, proseslərin bu şəkildə davamı Rusiyanı daha çıxılmaz duruma salacaq. Bu, həm iqtisadi mənada olacaq, həm siyasi mənada, həm də müharibə şəraitində hərbi mənada. Nəticədə Kreml məcbur olub Ukraynanın ərazilərini tərk edəcək”.

“Bu müharibənin nə zaman bitəcəyini söyləmək çətin olsa da, böyük ehtimalla, müharibənin qalibi Ukrayna olacaq. Təcavüzün ilk dövrlərində Rusiya müharibənin davam edəcəyini bəyan etsə də, artıq müharibənin dayandırılması zərurətindən danışır. Vladimir Putinin ABŞ-ı müharibəni uzatmaqda ittiham etməsi də bunun bariz nümunəsidir. Artıq Putin administrasiyasında da başa düşürlər ki, təcavüz davam edərsə, bu, onlar üçün daha ciddi fəsadlara gətirib çıxaracaq”, - deyə müsahibimiz vurğulayıb.

Siyasətçi hesab edir ki, Rusiyanın dünyanı taxıl böhranı ilə üz-üzə qoymaq cəhdləri də nəticəsiz qalacaq: “Məlumdur ki, bu ilin iyulunda Türkiyə, Ukrayna və Rusiya İstanbulda “Taxıl dəhlizi” sazişi imzaladı. Bu sazişdə Ukrayna taxılının Qara dəniz vasitəsilə təhlükəsiz ixracı nəzərdə tutulurdu. Bu günlərdə Rusiya bu sazişdən imtina etdiyini bəyan etdi. Səbəb kimi də Krımdakı Sevastopol hərbi dəniz bazasına hücumu əsas gətirdi. Lakin dünya birliyi Rusiyanın bu təhdidinə boyun əymək niyyətində deyil”.

“Burada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xidmətləri danılmazdır. Düzdür, Moskva bəyan edir ki, taxıl daşıyan gəmilər hədəfə alınacaq. Lakin bu, mümkün deyil. Rusiyanın artıq o gücü yoxdur ki, dünyanı təhdid etsin və özünə növbəti problemlər yaratsın. Rusiya artıq geriyə saymaqdadır və nüvə silahına əl atacağı, bu proseslərin fonunda Üçüncü Dünya müharibəsinin başlanacağı iddiaları da inandırıcı deyil. Bu müharibə Ukrayna ərazisində başladığı kimi, elə Ukrayna ərazisində də bitəcək”, - deyə Hacılı vurğulayıb.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan da "Məkkə sazişi"nə qoşulur? - AKTUAL
Bu gün, 14:07
Tibb Universiteti və UNEC-dən sonra: BDU-da təhsil haqqı azaldılıb? - AÇIQLAMA
Bu gün, 14:04
“Tramp marşrutu” üzrə Ermənistana qaz kəməri çəkiləcək - "...diversifikasiya edəcəyik"
Bu gün, 14:00
Gənc müəllimin “qorxmayın” sözünə Putindən ilginc CAVAB
Bu gün, 13:59
İrəvan Moskvanın tələbini rədd etdi - KİV
Bu gün, 13:26
Qafqaz ölkələrinin yeni artım tempi – Azərbaycanın fərqi isə...
Bu gün, 13:09
Ferması dağıdıldı, mal-qarası tələf edildi - Şirvan Milli Parkında QALMAQAL
Bu gün, 13:02
Avropanın “demokratiya” PARADOKSU - Terrorçular necə “siyasi mühacir”ə çevrildi?
Bu gün, 12:58
Ayxan İsrafilov azadlığa buraxıldı - QƏRAR
Bu gün, 12:52
Suriyada Bəşər Əsəd barəsində qiyabi ölüm hökmü qərarı çıxarılıb - SANA
Bu gün, 12:51
Tramp ABŞ-da sursat ehtiyatlarının azalmasına görə Baydeni ittiham edib: - Ukraynaya 300 milyard dollarlıq sursat verilib
Bu gün, 12:50
“Bir ağıllı adam yoxdur ki, durub bunların ağızlarından vursun...” - Firudin Cəlilov
Bu gün, 12:27
Uitkoffdan Əliyev və Trampa yüksək qiymət: - Sülh necə mümkün oldu...
Bu gün, 12:24
MİDA-da yeni təyinat olub - DOSYE
Bu gün, 12:17
Şirkət üç illik auditor axtarır – 225 MİN MANAT ÖDƏYƏCƏK
Bu gün, 12:15
Cənubi Qafqazda sülhün əsas şərtləri - Təkcə kabab deyil
Bu gün, 12:11
Tramp İrandan danışıb: - "Mən onların bankiriyəm, pullarına nəzarət edirik..."
Bu gün, 12:08
Dünyada ən çox istehsal olunan 40 qida məhsulu - SİYAHI
Bu gün, 12:06
AzTV və Gömrük Komitəsinə sendviç satan şirkət Kino Agentliyi üçün film dublyaj edəcək - MAŞALLAH, ƏLLƏRİNDƏN HƏR İŞ GƏLİR...
Bu gün, 12:04
Həbsdə olan Qaqik Çarukyanın şirkəti 3 milyon dollar vergi ödəməyib
Bu gün, 12:01
Dilarə Kazımovanın “Canavar” taxtının SİRRİ AÇILDI - FOTO
Bu gün, 11:54
Ermənistan dəmir yumruğu deyəsən unudub - Separatçılar özlərinə “rəhbər” seçirlər...
Bu gün, 11:43
Hüquqşünasdan XƏBƏRDARLIQ: Rusiyaya getməyin… - "Ora çatarkən hava limanında..."
Bu gün, 11:34
7-8 kiloluq quzuları niyə kəsirlər? - Oliqarx məmurlar və mübahisəli AÇIQLAMA
Bu gün, 11:29
İrandan Azərbaycanla bağlı gözlənilməz etiraf – Nələr gözlənilir?
Bu gün, 11:11
Zərdabda əkin sahələrinin su təminatına 9.3 milyon manat xərclənəcək
Bu gün, 11:07
Facebook və WhatsApp-da yeni şantaj dalğası: vətəndaşlar necə aldadılır? - AKTUAL
Bu gün, 11:02
Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul edib - DETALLAR
Bu gün, 10:59
QHT-lərə Dövlət Dəstəyi Agentliyi tender müsabiqəsindən 10 gün sonra yaradılan MMC ilə işbirliyi qurur - BU DA FAKT!
Bu gün, 10:54
9 milyon manatlıq tender bu şirkətə verildi
Bu gün, 10:52
Rəşid Mahmudova efir qadağası qoyulub, yoxsa... - "Siz bir yerdə işləyirsiniz..."
Bu gün, 10:43
Aİİ Ermənistandan dekabradək referendumla bağlı qərar gözləyir, əks təqdirdə, təşkilat özü addımlar atacaq - GƏRGİNLİK
Bu gün, 10:41
Kəngərlidə camaat əkin-biçinə su tapmır... - GİLEY
Bu gün, 10:37
Ayanın "havalı" obrazları - Fotolar
Bu gün, 10:20
“O illərdə telefon nömrəmi heç kim bilmirdi, bu gün bekaram, indi məni axtarıb tapmağa nə var ki?” - Akif İslamzadə
Bu gün, 10:04
Bakıda sevgilisini ov tüfəngi ilə vuraraq öldürmək istədi - MƏHKƏMƏ
Bu gün, 09:58
Rusiya XİN Ermənistanla bağlı açıqlama verdi - "...vədlər verirlər"
Bu gün, 09:54
Qonşu köməyi: Pezeşkianın Azərbaycana təşəkkürünün arxasında nə dayanır? - Görünəni odur ki...
Bu gün, 09:49
MİDA Naxçıvanda 24 milyon manatlıq yeni yaşayış kompleksi salır - DETALLAR
Bu gün, 09:47
TENDER DƏLƏDUZU Naxçıvanda BOY GÖSTƏRDİ... - BU NƏDİ BELƏ?
Bu gün, 09:43
Mərmər-qranit biznesi ilə məşğul olan Azərbaycan şirkətinin mənfəəti bölüşdürüləcək
Bu gün, 09:40
"Mərdəkanlı Amin"in qardaşı yenidən MƏHKƏMƏ QARŞISINDA
Bu gün, 09:38
Azərbaycanda ən bahalı ixtisaslar açıqlanıb - SİYAHI
Bu gün, 09:35
Azərbaycan nefti bahalaşıb
Bu gün, 09:21
"Mən hətta maaşımın 1/4 hissəsini Sizə və ailənizə hədiyyə etməyə hazıram..." - "Azəriqaz" şefinə işçisindən AÇIQ MƏKTUB
Bu gün, 09:14
Tələbələrin DƏRS saatı dəyişir? – Bakıda YENİ hazırlıq
Bu gün, 08:29
Dəməşq və Moskva arasındakı razılaşmanın detalları - TƏFƏRRÜAT
Bu gün, 07:59
FHN Kəramət Böyükçölü niyə “yandırdı”? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:57
"Allah bilir nə oyun çevirirlər..." - ETİRAZ VAR!
Bu gün, 07:49
Suda boğulanlara QURU MÜNASİBƏT - AXI NİYƏ?..
Bu gün, 07:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru