Alim deputatlarımız .....                     Livan ölüm hökmünü ləğv edən ilk ərəb ölkəsi olub .....                     "Efirlərdən uzaqlaşdırdılar, yolumu kəsdilər" .....                     İctimaiyyət qarşısında görünməyən Xameneidən yeni xəbər .....                     Balı artıb-azalan ixtisaslar, yüksələn təhsil haqları: Abituriyentlərə sürpriz? .....                     Müştərilərin ən çox şikayət etdiyi sığorta şirkətləri Xalq Sığorta və Meqa Sığorta olub .....                     Evlənənlər azalır, qiymət bahalaşır: Şadlıq sarayları bağlanır .....                     Kənan Aşurovun rəisi olduğu Baş İdarə ləğv edildi .....                     "Kristal-F" MTK yarım milyon manat borca düşüb .....                     Şamxal Həsənlinin yəhudi əsilli müdiri İslam dini haqqında aşağılayıcı sözlər işlədib .....                     Mətanət İsgəndərlinin keçmiş gəlini indiki gəlinini polisə şikayət etdi .....                     Paşinyan referendumla bağlı hərəkətə keçdi .....                     İcra hakimiyyətləri bu şəkildə ləğv edilə bilər .....                     Azərbaycanla Ermənistan arasında .....                     800 manata 3 günlük İŞGƏNCƏ! .....                     MİQ-də vakant yerlər niyə əvvəlcədən açıqlanmır? .....                     “AYB ilə məhkəmədə qalib oldum, amma heç nə qazanmadım” .....                     Mədəniyyət Nazirliyi kitabxanaçıları kütləvi ixtisar edir? .....                     Kəramət Böyükçöl istismarına icazə aldığı obyektlərindən danışdı: .....                     İrəvan Rusiyada məhv edilən 39 min qızılgül​​​​​​​lə bağlı niyə susur? .....                     Azərbaycan da "Məkkə sazişi"nə qoşulur? .....                     Tibb Universiteti və UNEC-dən sonra: BDU-da təhsil haqqı azaldılıb? .....                     “Tramp marşrutu” üzrə Ermənistana qaz kəməri çəkiləcək .....                     Gənc müəllimin “qorxmayın” sözünə .....                     İrəvan Moskvanın tələbini rədd etdi .....                     Qafqaz ölkələrinin yeni artım tempi .....                     Ferması dağıdıldı, mal-qarası tələf edildi .....                     Avropanın “demokratiya” PARADOKSU .....                     Ayxan İsrafilov azadlığa buraxıldı .....                     Suriyada Bəşər Əsəd barəsində qiyabi ölüm hökmü qərarı çıxarılıb .....                     Tramp ABŞ-da sursat ehtiyatlarının azalmasına görə Baydeni ittiham edib: .....                     “Bir ağıllı adam yoxdur ki, durub bunların ağızlarından vursun...” .....                     Uitkoffdan Əliyev və Trampa yüksək qiymət: .....                     MİDA-da yeni təyinat olub .....                     Şirkət üç illik auditor axtarır .....                     Cənubi Qafqazda sülhün əsas şərtləri .....                     Tramp İrandan danışıb: .....                     Dünyada ən çox istehsal olunan 40 qida məhsulu .....                     AzTV və Gömrük Komitəsinə sendviç satan şirkət Kino Agentliyi üçün film dublyaj edəcək .....                     Həbsdə olan Qaqik Çarukyanın şirkəti .....                 

“Heç düşmənə də Rusiya və İran kimi müttəfiqlər arzulamıram” - Avraam Şmuleviç
Tarix: 20-10-2022, 08:07 | Çap et
“Heç düşmənə də Rusiya və İran kimi müttəfiqlər arzulamıram”
Bu, həmişə açıq-aşkar olub, lakin son aylar xüsusilə üzə çıxıb - Ermənistan öz təhlükəsizliyi və gələcəyi üçün məsuliyyəti başqasının üzərinə atmaq istəyini dönə-dönə nümayiş etdirib. Əgər əvvəllər Ermənistan bu məsələlərdə tamamilə Rusiyaya arxalanırdısa, indi onların arasında müttəfiqlik münasibətləri artıq müəyyən şübhələr yaradır. İndi İrəvan Qərb istiqamətinə “stavka” edir: ya amerikalıları, ya da fransızları öz müdafiəsinə qalxmağa çağırır. Baxmayaraq ki, dərin fikirləşirsinizsə, xarici siyasətin bu istiqaməti özlüyündə dalana dirənib. Heç kim heç vaxt dilənçi ölkəyə hörmət etməz.

Təbii ki, çıxış yolu var və o, ilk növbədə Azərbaycan və Türkiyə ilə mehriban qonşuluq münasibətlərinin qurulmasından ibarətdir. Bütün problemli məsələlər onlarla həll olunarsa, o zaman uzaqdan himayədarlar və xilaskarlar axtarmağa ehtiyac qalmayacaq. Bu fikir yenilikdən uzaqdır, amma nədənsə, indi də İrəvanda bu qədər sarsıntılardan və siyasi dəyişikliklərdən sonra köhnə üsula üstünlük verməkdə davam edirlər. Niyə?

DİA.AZ bildirir ki, mövzunu AYNA-ya Qafqaz, İslam dünyası və Yaxın Şərq üzrə israilli ekspert, Şərq Tərəfdaşlığı İnstitutunun (Qüds) sədri Avraam Şmuleviç şərh edib:

“Həqiqətən də, Ermənistan çox çətin vəziyyətdədir. İndi onun əsas müttəfiqləri Rusiya və İrandır. Ancaq indiki vəziyyətdə müttəfiqlər elədir ki, heç düşmənə də belə müttəfiqləri arzulamazsınız.

Ermənistan siyasətində çoxdan Rusiyadan Fransaya və ya ABŞ-a (yerli siyasətə müəyyən təsir gücünə malik güclü erməni diasporlarının mövcud olduğu ölkələrə) istiqamətlənmək istəyən qüvvələr var, lakin onlar o qədər də uğurlu deyil. Ona görə ki, rus agentləri təbii ki, Ermənistanın hər yerində - həm iqtisadiyyatda, həm də siyasətdə aktiv fəaliyyət göstərirlər.

Ermənistanın geosiyasi mövqeyi elədir ki, Azərbaycan və Türkiyə ilə razılaşma olmadan regionda sabitlik həqiqətən mümkün deyil, əks halda Ermənistanın güclü himayədarlığa ehtiyacı olacaq və onun mövcudluğu tükdən asılı qalacaq. Bunun üçün iki maneə var:

Birincisi, uzun illər əvvəl, əslində, hələ 1915-ci ildə, döyüşən türk ordusunun arxa cəbhəsində üsyandan sonra Rusiyanın himayəsinə arxalanan hakim erməni elitalarının özlərinin siyasətidir. Bu, faktiki olaraq Ermənistanı indi olduğu vəziyyətə gətirib çıxardı. Amma Ermənistanın hakim elitası üçün bu siyasətdən əl çəkib səhvini etiraf etmək kifayət qədər çətin olacaq.

İkinci maneə odur ki, onlar “genosid” (dırnaqlar bizimdir – red.) məsələsini erməni kimliyinin, erməni milli mifinin ön sırasına qoyurlar. Bu da səhvdir və erməni cəmiyyətinin, erməni milli psixologiyasının məyusluğuna gətirib çıxarır. Yəni onlar özlərini həmişə qurban kimi hiss edirlər və hər zaman Türkiyə və Azərbaycanın simasında daimi düşmənlər görürlər, hesab edirlər ki, onlar guya yalnız Ermənistanı məhv etmək fikrindədirlər, baxmayaraq ki, bu, əlbəttə ki, belə deyil.

Digər tərəfdən, Azərbaycanın siyasəti də müəyyən qədər dəyişdirilməlidir. Bir müddət əvvəl mən gənc azərbaycanlılara - tələbələrə, politoloqlara Qafqazda və dünyada vəziyyətlə bağlı mühazirə oxudum və müzakirələr Ermənistan-Azərbaycan münaqişəsinin həllinə yönəldi. Bu gənclərin əksəriyyəti mənə dedilər ki, onlar hər şeyi başa düşürlər, lakin onların Ermənistanla şəxsi ədavəti var və Azərbaycanın Ermənistanla sülh münasibətlərində ola biləcəyi bir vəziyyət görmürlər. Təbii ki, bu qəbildən olan əhval-ruhiyyə Ermənistan cəmiyyətində böyük narahatlıq yaradır və hərtərəfli sülh sazişinin bağlanmasını, eləcə də təbii olaraq zəruri olan iqtisadi, siyasi və mədəni əlaqələrin normallaşdırılmasını çətinləşdirir - ortada güvən yoxdur.

Yəni Azərbaycan və Türkiyə Ermənistanla münasibətlər qurmaq istəyirsə, müstəmləkə imperiyaları ora gəlməmişdən əvvəl Qafqazda uzun müddət olduğu kimi, ermənilər, türklər və azərbaycanlılar arasında münasibətlərin normallaşmasına nail olmaq lazımdır. Beləliklə, Azərbaycanın bununla bağlı ilk növbədə təbliğat sahəsində müəyyən addımlar atması arzuolunandır. Türkiyə və Azərbaycan diplomatiyası, mediası sovet hakimiyyətinin son illərində xüsusilə kəskinləşən düşmənçiliyin aradan qaldırılmasının hər üç xalqın əlində olacağı fikrini təbliğ etməlidir.

İndi Ermənistan-Azərbaycan münaqişəsi üçüncü dövlətlərin, ilk növbədə Rusiya və İranın Azərbaycana da təzyiq göstərməyə çalışdığı rıçaqdır. Bu münaqişənin kökündən aradan qaldırılması Azərbaycanın beynəlxalq mövqeyini və təhlükəsizliyini xeyli yaxşılaşdıracaq.

Deməli, hərtərəfli sülhün əldə olunması həqiqətən də hər üç ölkənin maraqlarına uyğundur. Və ilk növbədə, Qərb bu münaqişənin aradan qaldırılmasında maraqlı olduğu üçün burada dəstək verə bilərdi. İsrail isə diplomatik və mədəni dəstək verə bilər. Çünki bizim keçmiş düşmənlərlə münasibətləri necə yaxşılaşdırmaq təcrübəmiz var.

Amma bunun üçün həm erməni siyasi elitasının istəyi, həm də Azərbaycan və Türkiyənin müəyyən addımları lazımdır. Ərdoğan, yeri gəlmişkən, son zamanlar bu istiqamətdə bəzi addımlar nümayiş etdirir”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Alim deputatlarımız -Siyasətlə elmi birləşdirənlər kimlərdir?
Bu gün, 16:10
Livan ölüm hökmünü ləğv edən ilk ərəb ölkəsi olub - "Associated Press"
Bu gün, 16:04
"Efirlərdən uzaqlaşdırdılar, yolumu kəsdilər" - Xalq artisti
Bu gün, 16:02
İctimaiyyət qarşısında görünməyən Xameneidən yeni xəbər – “Sağdır, amma...”
Bu gün, 15:56
Balı artıb-azalan ixtisaslar, yüksələn təhsil haqları: Abituriyentlərə sürpriz? - NƏ BAŞ VERİR?
Bu gün, 15:55
Müştərilərin ən çox şikayət etdiyi sığorta şirkətləri Xalq Sığorta və Meqa Sığorta olub - SİYAHI
Bu gün, 15:49
Evlənənlər azalır, qiymət bahalaşır: Şadlıq sarayları bağlanır - RƏY
Bu gün, 15:45
Kənan Aşurovun rəisi olduğu Baş İdarə ləğv edildi - Nazirdən əmr
Bu gün, 15:38
"Kristal-F" MTK yarım milyon manat borca düşüb - DETALLAR
Bu gün, 15:37
Şamxal Həsənlinin yəhudi əsilli müdiri İslam dini haqqında aşağılayıcı sözlər işlədib – Video
Bu gün, 15:23
Mətanət İsgəndərlinin keçmiş gəlini indiki gəlinini polisə şikayət etdi - TƏFƏRRÜAT
Bu gün, 15:18
Paşinyan referendumla bağlı hərəkətə keçdi – Sensasiyalı açıqlamalar
Bu gün, 15:12
İcra hakimiyyətləri bu şəkildə ləğv edilə bilər – AÇIQLAMA
Bu gün, 14:48
Azərbaycanla Ermənistan arasında MÜHÜM DANIŞIQLAR
Bu gün, 14:43
800 manata 3 günlük İŞGƏNCƏ! - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 14:36
MİQ-də vakant yerlər niyə əvvəlcədən açıqlanmır? - "Namizədlər aylarla vaxt və pul itirir"
Bu gün, 14:29
“AYB ilə məhkəmədə qalib oldum, amma heç nə qazanmadım” – Şair İlham Qəhrəman
Bu gün, 14:25
Mədəniyyət Nazirliyi kitabxanaçıları kütləvi ixtisar edir? - Qanun nə deyir?
Bu gün, 14:20
Kəramət Böyükçöl istismarına icazə aldığı obyektlərindən danışdı: - “Çoban olmaq istəyirəm”
Bu gün, 14:16
İrəvan Rusiyada məhv edilən 39 min qızılgül​​​​​​​lə bağlı niyə susur? - ŞOK DETALLAR
Bu gün, 14:14
Azərbaycan da "Məkkə sazişi"nə qoşulur? - AKTUAL
Bu gün, 14:07
Tibb Universiteti və UNEC-dən sonra: BDU-da təhsil haqqı azaldılıb? - AÇIQLAMA
Bu gün, 14:04
“Tramp marşrutu” üzrə Ermənistana qaz kəməri çəkiləcək - "...diversifikasiya edəcəyik"
Bu gün, 14:00
Gənc müəllimin “qorxmayın” sözünə Putindən ilginc CAVAB
Bu gün, 13:59
İrəvan Moskvanın tələbini rədd etdi - KİV
Bu gün, 13:26
Qafqaz ölkələrinin yeni artım tempi – Azərbaycanın fərqi isə...
Bu gün, 13:09
Ferması dağıdıldı, mal-qarası tələf edildi - Şirvan Milli Parkında QALMAQAL
Bu gün, 13:02
Avropanın “demokratiya” PARADOKSU - Terrorçular necə “siyasi mühacir”ə çevrildi?
Bu gün, 12:58
Ayxan İsrafilov azadlığa buraxıldı - QƏRAR
Bu gün, 12:52
Suriyada Bəşər Əsəd barəsində qiyabi ölüm hökmü qərarı çıxarılıb - SANA
Bu gün, 12:51
Tramp ABŞ-da sursat ehtiyatlarının azalmasına görə Baydeni ittiham edib: - Ukraynaya 300 milyard dollarlıq sursat verilib
Bu gün, 12:50
“Bir ağıllı adam yoxdur ki, durub bunların ağızlarından vursun...” - Firudin Cəlilov
Bu gün, 12:27
Uitkoffdan Əliyev və Trampa yüksək qiymət: - Sülh necə mümkün oldu...
Bu gün, 12:24
MİDA-da yeni təyinat olub - DOSYE
Bu gün, 12:17
Şirkət üç illik auditor axtarır – 225 MİN MANAT ÖDƏYƏCƏK
Bu gün, 12:15
Cənubi Qafqazda sülhün əsas şərtləri - Təkcə kabab deyil
Bu gün, 12:11
Tramp İrandan danışıb: - "Mən onların bankiriyəm, pullarına nəzarət edirik..."
Bu gün, 12:08
Dünyada ən çox istehsal olunan 40 qida məhsulu - SİYAHI
Bu gün, 12:06
AzTV və Gömrük Komitəsinə sendviç satan şirkət Kino Agentliyi üçün film dublyaj edəcək - MAŞALLAH, ƏLLƏRİNDƏN HƏR İŞ GƏLİR...
Bu gün, 12:04
Həbsdə olan Qaqik Çarukyanın şirkəti 3 milyon dollar vergi ödəməyib
Bu gün, 12:01
Dilarə Kazımovanın “Canavar” taxtının SİRRİ AÇILDI - FOTO
Bu gün, 11:54
Ermənistan dəmir yumruğu deyəsən unudub - Separatçılar özlərinə “rəhbər” seçirlər...
Bu gün, 11:43
Hüquqşünasdan XƏBƏRDARLIQ: Rusiyaya getməyin… - "Ora çatarkən hava limanında..."
Bu gün, 11:34
7-8 kiloluq quzuları niyə kəsirlər? - Oliqarx məmurlar və mübahisəli AÇIQLAMA
Bu gün, 11:29
İrandan Azərbaycanla bağlı gözlənilməz etiraf – Nələr gözlənilir?
Bu gün, 11:11
Zərdabda əkin sahələrinin su təminatına 9.3 milyon manat xərclənəcək
Bu gün, 11:07
Facebook və WhatsApp-da yeni şantaj dalğası: vətəndaşlar necə aldadılır? - AKTUAL
Bu gün, 11:02
Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul edib - DETALLAR
Bu gün, 10:59
QHT-lərə Dövlət Dəstəyi Agentliyi tender müsabiqəsindən 10 gün sonra yaradılan MMC ilə işbirliyi qurur - BU DA FAKT!
Bu gün, 10:54
9 milyon manatlıq tender bu şirkətə verildi
Bu gün, 10:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru