Quru sərhədlərlə bağlı MÜJDƏ .....                     Gürcüstan əlaqələrin bərpası üçün Rusiyaya şərt qoydu .....                     Xaricdən edilən onlayn sifarişlər niyə gecikir? .....                     “Müharibədəki məsələləri açıqlayın… .....                     Bu il dövlət sektorunda işləyənlərin sayı 21,2 min nəfər azalıb .....                     Xəzərin qumunu daşıyırlar, boğulma təhlükəsi artır .....                     AYNA informasiya sistemlərinin yenilənməsinə 14 milyon manat xərcləyəcək .....                     Elm və Təhsil Nazirliyi bu işlərə 1,5 milyon manat xərcləməyi planlaşdırır .....                     Rusiya Zaporojyeyə Şimali Koreya istehsalı ballistik raketlərlə zərbələr endirib .....                     “Elektron Məhkəmə Sistemində problemlər davam edir” .....                     İşlədiyi evdən 10 min oğurlayan usta tutuldu .....                     Kremlin qəzəbi Ermənistana baha başa gəlir: .....                     Kəmaləddin Heydərov Kənan Aşurova yeni vəzifə verdi .....                     Qəzada ölən Məryəm "Access Bank"ın əməkdaşı imiş .....                     Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib .....                     Alim deputatlarımız .....                     Livan ölüm hökmünü ləğv edən ilk ərəb ölkəsi olub .....                     "Efirlərdən uzaqlaşdırdılar, yolumu kəsdilər" .....                     İctimaiyyət qarşısında görünməyən Xameneidən yeni xəbər .....                     Balı artıb-azalan ixtisaslar, yüksələn təhsil haqları: Abituriyentlərə sürpriz? .....                     Müştərilərin ən çox şikayət etdiyi sığorta şirkətləri Xalq Sığorta və Meqa Sığorta olub .....                     Evlənənlər azalır, qiymət bahalaşır: Şadlıq sarayları bağlanır .....                     Kənan Aşurovun rəisi olduğu Baş İdarə ləğv edildi .....                     "Kristal-F" MTK yarım milyon manat borca düşüb .....                     Şamxal Həsənlinin yəhudi əsilli müdiri İslam dini haqqında aşağılayıcı sözlər işlədib .....                     Mətanət İsgəndərlinin keçmiş gəlini indiki gəlinini polisə şikayət etdi .....                     Paşinyan referendumla bağlı hərəkətə keçdi .....                     İcra hakimiyyətləri bu şəkildə ləğv edilə bilər .....                     Azərbaycanla Ermənistan arasında .....                     800 manata 3 günlük İŞGƏNCƏ! .....                     MİQ-də vakant yerlər niyə əvvəlcədən açıqlanmır? .....                     “AYB ilə məhkəmədə qalib oldum, amma heç nə qazanmadım” .....                     Mədəniyyət Nazirliyi kitabxanaçıları kütləvi ixtisar edir? .....                     Kəramət Böyükçöl istismarına icazə aldığı obyektlərindən danışdı: .....                     İrəvan Rusiyada məhv edilən 39 min qızılgül​​​​​​​lə bağlı niyə susur? .....                     Azərbaycan da "Məkkə sazişi"nə qoşulur? .....                     Tibb Universiteti və UNEC-dən sonra: BDU-da təhsil haqqı azaldılıb? .....                     “Tramp marşrutu” üzrə Ermənistana qaz kəməri çəkiləcək .....                     Gənc müəllimin “qorxmayın” sözünə .....                     İrəvan Moskvanın tələbini rədd etdi .....                 

Vaşinqtondan Ankaraya hədə: ya mənim yanımda olacaqsan, ya da... - “Seçkilər yaxınlaşdıqca Türkiyəyə qarşı təzyiqlər daha da artacaq”
Tarix: 26-08-2022, 14:48 | Çap et
Vaşinqtondan Ankaraya hədə: ya mənim yanımda olacaqsan, ya da...
Bayden administrasiyası Türkiyəyə qarşı təzyiqləri gücləndirir və milli valyutalarda hesablaşmalar üçün sanksiyaya məruz qalan Rusiya banklarına müxbir hesablar açacağı təqdirdə, yerli bankları dollarla əməliyyatlar aparmaq imkanından məhrum etməklə hədələyir. ABŞ maliyyə nazirinin müavini Uolli Adeymonun Türkiyədəki Amerika Ticarət Palatasına göndərdiyi məktubda bildirilir ki, türk bankları Rusiya ilə ABŞ bankları arasında seçim etməlidir.

“Türkiyə bankları ABŞ bankları ilə eyni münasibətləri davam etdirərkən, sanksiya tətbiq edilən Rusiya bankları ilə müxbir əlaqələri ola bilməz. Lütfən, sanksiyaya məruz qalmış Rusiya qurumları ilə sövdələşmənin Türkiyə maliyyə qurumları və şirkətləri üçün risk yarada biləcəyini nəzərə alın”, - deyə məktubda vurğulanır.

Qeyd edək ki, 2023-cü ilin iyun ayında Türkiyədə növbəti prezident və parlament seçkiləri keçiriləcək. Analitiklər hesab edirlər ki, Vaşinqtonun Türkiyə hökumətinə müraciəti seçkiöncəsi lirəni dəyərdən salmaq, daxili inflyasiyanı gücləndirmək məqsədi daşıyır.

Belə düşüncədə olanların iddialarına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müstəqil xarici siyasət kursu, Rusiyaya qarşı Qərbin sanksyalarına qoşulmaması, eləcə də dünyada artan rolu ABŞ və müttəfiqlərini ciddi şəkildə narahat edir: “Bu səbəbdən Qərb dairələri bir tərəfdən Türkiyədə daxili iqtisadi vəziyyəti gərginləşdirməyə, digər tərəfdən isə Ərdoğan iqtidarını seçki dövründə zəiflətməyə çalışırlar”. diaaz.space-ın məlumatına görə, Azərbaycan Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı alim Vüqar Bayramov AYNA-ya açıqlamasında deyib ki, seçkilər yaxınlaşdıqca Türkiyə lirəsinin dollara nisbətən məzənnəsində azalmalar davam edəcək: “Gözlənilən odur ki, qarşıdakı seçkilər Türkiyənin siyasi tarixində ən gərgin seçkilərdən biri olacaq. Artıq müxalifət düşərgəsi qarşıdan gələn seçkilərdə vahid namizədlə iştirak etməklə bağlı müzakirələrə başlayıb. Hakim partiya da seçkilərə ciddi şəkildə hazırlaşır. Heç şübhəsiz ki, baş verənlərin fonunda Türkiyəyə qarşı xarici təzyiqlər də artır”.

“Bunun bir səbəbi Türkiyənin dünya miqyasında güclənməsi, aparıcı diplomatik oyunçulardan birinə çevrilməsidirsə, digər səbəbi müstəqil xarici siyasət yürütməsi ilə bağlıdır. Xüsusən, Rusiya məsələsində Türkiyənin tutduğu mövqe, şimal qonşumuza qarşı embarqolara qoşulmaması, ABŞ və müttəfiqləri ilə fikir ayrılıqları münasibətləri daha da gərginləşdirir”, - deyə həmsöhbətimiz bildirib.

Deputatın sözlərinə görə, ABŞ Maliyyə Nazirliyinin Türkiyəyə etdiyi son müraciət də təsadüfi deyil: “Onlar aydın şəkildə bildirirlər ki, Türkiyə ABŞ və Rusiya valyutası arasında seçim etməlidir. Əks halda Türkiyə banklarını dollarla əməliyyatlar aparmaq imkanından məhrum edəcəkləri ilə hədələyirlər. Bu, kifayət qədər ciddi bəyanatdır. Açıq şəkildə qeyd edirlər ki, Türkiyə bütün riskləri nəzərə almalıdır”.

“Nəzərə alanda ki, son dövrlər Türkiyəyə qarşı iqtisadi təzyiqlər davam edir və lirənin ucuzlaşmasının xarici amillərlə bağlılığı ən yüksək rəsmi səviyyədə etiraf olunur, bu prosesin bundan sonra da davam edəcəyini söyləmək olar. Seçkilər yaxınlaşdıqca təzyiqlər daha da artacaq və daxili iqtisadi problemlər yaratmaqla Ərdoğan komandasının elektoratını azaltmağa çalışacaqlar”, - deyə Bayramov söyləyib.

Əlavə edib ki, Türkiyənin müstəqil xarici siyasət kursu həm Türkiyənin, həm də qardaş ölkə olaraq Azərbaycanın maraqlarına cavab verir: “Hesab etmirəm ki, ABŞ və müttəfiqləri təzyiqlər yolu ilə Türkiyəni geri çəkilməyə təhrik edə biləcəklər. Türkiyə demokratik dəyərlərin oturuşduğu bir dövlətdir və seçkilərin taleyinə hər hansı kənar qüvvələr deyil, türk xalqı aydınlıq gətirəcək”. diaaz.space-ın məlumatına görə, Türkiyənin Ankara Universitetinin professoru, azərbaycanlı politoloq Toğrul İsmayıl da AYNA-ya şərhində qeyd edib ki, Qərb əlindəki imkanlardan yararlanaraq Türkiyəyə təzyiq edir: “Burada qarşı əsas təzyiq aləti iqtisadi məsələlərdir. Məlumdur ki, bu gün Türkiyə müstəqil, balanslaşdırılmış xarici siyasət yürüdür. Məhz bu siyasətin nəticəsidir ki, Türkiyə bu gün dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. Rusiya məsələsində tutduğu mövqe, NATO daxilində fikir ayrılıqları, ABŞ və müttəfiqləri ilə ortaya çıxan problemlər Qərb dairələrini ciddi şəkildə narahat edir. Onlar Türkiyə kimi önəmli bir dövlətin müstəqil siyasət yürütməsi ilə barışmaq istəmirlər”.

“Məhz bunun nəticəsidir ki, son dövrlər Türkiyəyə qarşı təzyiqlər daha ciddi xarakter almğa başlayıb. Heç şübhəsiz ki, lirənin ucuzlaşması, Türkiyə iqtisadiyyatında yaşanan problemlər əsas etibarilə xarici təzyiqlərlə bağlıdır. Onsuz da bu siyasət həyata keçirilirdi. Seçkilər yaxınlaşdıqca isə təzyiqlər daha da artacaq. ABŞ maliyyə nazirliyinin Türkiyəyə son müraciəti də məhz bundan qaynaqlanır”, - deyə müsahibimiz vurğulayıb.

İsmayıl Türkiyənin çox ciddi seçim qarşısında olduğunu diqqətə çatdırıb: “Qarıdakı seçkilər kifayət qədər gərgin şəraitdə keçəcək. Bunun əlamətləri artıq tam çılpaqlığı ilə ortadadır. Bütün hallarda Türkiyədə seçkilərin taleyini xalq həll etməlidir və xalq da həll edəcək. İmkan vermək olmaz ki, kənar qüvvələr daxildə təsir imkanları qazansınlar. Bunun Türkiyə üçün uğurlu olmayacağı hər kəsə məlumdur. Bu mənada türkiyəli seçicilərin də üzərinə böyük məsuliyyət düşür”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Quru sərhədlərlə bağlı MÜJDƏ - Payızda nələr olacaq?
Bu gün, 17:53
Gürcüstan əlaqələrin bərpası üçün Rusiyaya şərt qoydu
Bu gün, 17:51
Xaricdən edilən onlayn sifarişlər niyə gecikir? - AÇIQLAMA
Bu gün, 17:26
“Müharibədəki məsələləri açıqlayın… Nəyi gizlədirsiz?”
Bu gün, 17:19
Bu il dövlət sektorunda işləyənlərin sayı 21,2 min nəfər azalıb - RƏSMİ
Bu gün, 17:15
Xəzərin qumunu daşıyırlar, boğulma təhlükəsi artır - XƏBƏRDARLIQ
Bu gün, 17:08
AYNA informasiya sistemlərinin yenilənməsinə 14 milyon manat xərcləyəcək
Bu gün, 17:04
Elm və Təhsil Nazirliyi bu işlərə 1,5 milyon manat xərcləməyi planlaşdırır
Bu gün, 17:02
Rusiya Zaporojyeyə Şimali Koreya istehsalı ballistik raketlərlə zərbələr endirib - Zelenski
Bu gün, 16:56
“Elektron Məhkəmə Sistemində problemlər davam edir” – Əkrəm Həsənovdan TƏKLİF
Bu gün, 16:54
İşlədiyi evdən 10 min oğurlayan usta tutuldu - TƏFƏRRÜAT
Bu gün, 16:47
Kremlin qəzəbi Ermənistana baha başa gəlir: - Rusiya “bütün cəbhə boyu” hücuma keçir
Bu gün, 16:38
Kəmaləddin Heydərov Kənan Aşurova yeni vəzifə verdi - ƏMR
Bu gün, 16:32
Qəzada ölən Məryəm "Access Bank"ın əməkdaşı imiş - Foto
Bu gün, 16:20
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib - DİQQƏT
Bu gün, 16:15
Alim deputatlarımız -Siyasətlə elmi birləşdirənlər kimlərdir?
Bu gün, 16:10
Livan ölüm hökmünü ləğv edən ilk ərəb ölkəsi olub - "Associated Press"
Bu gün, 16:04
"Efirlərdən uzaqlaşdırdılar, yolumu kəsdilər" - Xalq artisti
Bu gün, 16:02
İctimaiyyət qarşısında görünməyən Xameneidən yeni xəbər – “Sağdır, amma...”
Bu gün, 15:56
Balı artıb-azalan ixtisaslar, yüksələn təhsil haqları: Abituriyentlərə sürpriz? - NƏ BAŞ VERİR?
Bu gün, 15:55
Müştərilərin ən çox şikayət etdiyi sığorta şirkətləri Xalq Sığorta və Meqa Sığorta olub - SİYAHI
Bu gün, 15:49
Evlənənlər azalır, qiymət bahalaşır: Şadlıq sarayları bağlanır - RƏY
Bu gün, 15:45
Kənan Aşurovun rəisi olduğu Baş İdarə ləğv edildi - Nazirdən əmr
Bu gün, 15:38
"Kristal-F" MTK yarım milyon manat borca düşüb - DETALLAR
Bu gün, 15:37
Şamxal Həsənlinin yəhudi əsilli müdiri İslam dini haqqında aşağılayıcı sözlər işlədib – Video
Bu gün, 15:23
Mətanət İsgəndərlinin keçmiş gəlini indiki gəlinini polisə şikayət etdi - TƏFƏRRÜAT
Bu gün, 15:18
Paşinyan referendumla bağlı hərəkətə keçdi – Sensasiyalı açıqlamalar
Bu gün, 15:12
İcra hakimiyyətləri bu şəkildə ləğv edilə bilər – AÇIQLAMA
Bu gün, 14:48
Azərbaycanla Ermənistan arasında MÜHÜM DANIŞIQLAR
Bu gün, 14:43
800 manata 3 günlük İŞGƏNCƏ! - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 14:36
MİQ-də vakant yerlər niyə əvvəlcədən açıqlanmır? - "Namizədlər aylarla vaxt və pul itirir"
Bu gün, 14:29
“AYB ilə məhkəmədə qalib oldum, amma heç nə qazanmadım” – Şair İlham Qəhrəman
Bu gün, 14:25
Mədəniyyət Nazirliyi kitabxanaçıları kütləvi ixtisar edir? - Qanun nə deyir?
Bu gün, 14:20
Kəramət Böyükçöl istismarına icazə aldığı obyektlərindən danışdı: - “Çoban olmaq istəyirəm”
Bu gün, 14:16
İrəvan Rusiyada məhv edilən 39 min qızılgül​​​​​​​lə bağlı niyə susur? - ŞOK DETALLAR
Bu gün, 14:14
Azərbaycan da "Məkkə sazişi"nə qoşulur? - AKTUAL
Bu gün, 14:07
Tibb Universiteti və UNEC-dən sonra: BDU-da təhsil haqqı azaldılıb? - AÇIQLAMA
Bu gün, 14:04
“Tramp marşrutu” üzrə Ermənistana qaz kəməri çəkiləcək - "...diversifikasiya edəcəyik"
Bu gün, 14:00
Gənc müəllimin “qorxmayın” sözünə Putindən ilginc CAVAB
Bu gün, 13:59
İrəvan Moskvanın tələbini rədd etdi - KİV
Bu gün, 13:26
Qafqaz ölkələrinin yeni artım tempi – Azərbaycanın fərqi isə...
Bu gün, 13:09
Ferması dağıdıldı, mal-qarası tələf edildi - Şirvan Milli Parkında QALMAQAL
Bu gün, 13:02
Avropanın “demokratiya” PARADOKSU - Terrorçular necə “siyasi mühacir”ə çevrildi?
Bu gün, 12:58
Ayxan İsrafilov azadlığa buraxıldı - QƏRAR
Bu gün, 12:52
Suriyada Bəşər Əsəd barəsində qiyabi ölüm hökmü qərarı çıxarılıb - SANA
Bu gün, 12:51
Tramp ABŞ-da sursat ehtiyatlarının azalmasına görə Baydeni ittiham edib: - Ukraynaya 300 milyard dollarlıq sursat verilib
Bu gün, 12:50
“Bir ağıllı adam yoxdur ki, durub bunların ağızlarından vursun...” - Firudin Cəlilov
Bu gün, 12:27
Uitkoffdan Əliyev və Trampa yüksək qiymət: - Sülh necə mümkün oldu...
Bu gün, 12:24
MİDA-da yeni təyinat olub - DOSYE
Bu gün, 12:17
Şirkət üç illik auditor axtarır – 225 MİN MANAT ÖDƏYƏCƏK
Bu gün, 12:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru