Ərdoğanın Putin "kartı" - İNCƏLƏMƏ...
Tarix: 1-08-2022, 10:27 | Çap et
 Astana Üçlüyü sammiti çərçivəsində Tehranda Türkiyə, İran və Rusiya liderlərinin hay-küylü görüşündən sonra dünya özünə gəlməmiş, məlum olub ki, NATO üzvü olan Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukraynanın işğalı və onun ərazisində törədilmiş hərbi cinayətlər səbəbilə toksik siyasətçiyə çevirilən rus dünyasının lideri Vladimir Putinlə görüşmək üçün Soçiyə gedir.
Ukraynaya ilk yardım əlini uzadıb, onu müharibənin əvvəlindən “Bayraktar”larla təmin edən, onun ərazi bütövlüyünü tanıyan, ümumiyyətlə, strateji tərəfdaşı olan Ərdoğan məntiqlə nəinki Putini qucaqlamamalı, heç ona əl də uzatmamalıdır. Onun Putinlə görüşdən daha çox Kiyevə səfər edəcəyi gözlənilirdi.
Ancaq nəzərə almaq lazımdır ki, Türkiyə münaqişənin əvvəlindən özünü əsas danışıqlar vasitəçisi kimi təklif etdi, bu, həqiqətən də yaxşı variantdır və Ərdoğanla Putin arasında mövcud münasibətləri nəzərə alaraq, bu, münaqişənin hər iki tərəf tərəfindən məmnunluqla qəbul edilib, hətta ABŞ və NATO tərəfindən də dəstəklənib. Elə buna görə də İstanbul danışıqlar məkanına çevrildi və burada Ərdoğanın özünün iştirakı ilə “taxıl sazişi” imzalandı və buna görə də Türkiyə ABŞ-dan xüsusi təşəkkür aldı.
Bəs, doğrudan da, Ərdoğanı Putinin dost hesab etmək olarmı? Daha doğrusu, onlar vaxtaşırı bir-birilərinə kömək göstərsələr də, əslində, rəqibdirlər. Yeri gəlmişkən, Ərdoğan yəqin ki, dünyada Putinin hörmət etdiyi və hətta deyə bilərik ki, çəkindiyi yeganə siyasətçidir. Çünki digər dünya siyasətçilərindən fərqli olaraq Ərdoğan ona adekvat cavab verə bilər - vurulan rus qırıcısı ilə və ya dəfələrlə Liviya və Suriyadakı döyüş meydanlarında olduğu kimi.
Bəli, Türkiyə Rusiya ilə birgə layihələr həyata keçirir - Rusiya Türkiyədə Akkuyu AES tikir, ona S-400 satır, türk pomidorlarının əsas idxalçısıdır, Türkiyə turizm sektoru rus turist axınından çox asılıdır. Türkiyə isə Rusiyaya qarşı sanksiyaları dəstəkləmədi. Amma eyni zamanda, Aralıq və Qara dənizlərdə, Liviyada, Suriyada, Qarabağda, Cənubi Qafqazda və Mərkəzi Asiyada Türkiyə və Rusiya rəqibdir.
Aydındır ki, hər bir siyasətçi kimi, Ərdoğan üçün də ölkəsinin maraqları münaqişə tərəflərindən hər hansı birinin maraqlarından daha vacibdir. Ərdoğan yaranmış vəziyyətdən öz problemlərini həll etmək üçün istifadə edir - İsveç və Finlandiyanın NATO-ya daxil olması prosedurundakı kimi. O, veto qoyacağı ilə hədələyərək, bu ölkələrdən kürd siyasi mühacirləri məsələsində müəyyən güzəştlər və hətta bəzilərinin ekstradisiya vədini və Baydenin F-16-ların Türkiyəyə tədarükünə dəstək ala bildi.
İndi isə çox güman ki, o, konkret dividendlər əldə etmək üçün yenidən ABŞ və NATO ilə oynayır - F-35 proqramına qayıtmaq və ya Suriyada növbəti hərbi əməliyyat keçirməyə razılıq almaq istəyir. Amma indi bunun üçün rus kartından istifadə edir.
Rusiya üçün bu gün bütün sivil dünyanın ona boykot elan etdiyi, Lavrovun Afrikanın ən kasıb ölkələrində dəstək axtardığı bir vaxtda Ərdoğanın əl sıxması və səfəri göydən gələn lütf kimidir. “Bayraktar”ların Rusiyada necə istehsal ediləcəyi barədə rus təbliğatı hər gün yeni-yeni alovlu izahlar verir. Amma Türkiyə niyə “Bayraktar”ları Rusiyanın əlinə versin ki? Yəni sonradan bu PUA-lar Azərbaycan Qarabağına və ya Türkiyənin özünə qarşı yönəlməyəcəkmi? Əlbətdə ki, bu məsələ ciddi deyil! //AYNA//

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Quru sərhədlərlə bağlı MÜJDƏ - Payızda nələr olacaq?
Bu gün, 17:53 |
|
|
|
| • Gürcüstan əlaqələrin bərpası üçün Rusiyaya şərt qoydu
Bu gün, 17:51 |
|
|
|
| • Xaricdən edilən onlayn sifarişlər niyə gecikir? - AÇIQLAMA
Bu gün, 17:26 |
|
|
|
| • “Müharibədəki məsələləri açıqlayın… Nəyi gizlədirsiz?”
Bu gün, 17:19 |
|
|
|
| • Bu il dövlət sektorunda işləyənlərin sayı 21,2 min nəfər azalıb - RƏSMİ
Bu gün, 17:15 |
|
|
|
| • Xəzərin qumunu daşıyırlar, boğulma təhlükəsi artır - XƏBƏRDARLIQ
Bu gün, 17:08 |
|
|
|
| • AYNA informasiya sistemlərinin yenilənməsinə 14 milyon manat xərcləyəcək
Bu gün, 17:04 |
|
|
|
| • Elm və Təhsil Nazirliyi bu işlərə 1,5 milyon manat xərcləməyi planlaşdırır
Bu gün, 17:02 |
|
|
|
| • Rusiya Zaporojyeyə Şimali Koreya istehsalı ballistik raketlərlə zərbələr endirib - Zelenski
Bu gün, 16:56 |
|
|
|
| • “Elektron Məhkəmə Sistemində problemlər davam edir” – Əkrəm Həsənovdan TƏKLİF
Bu gün, 16:54 |
|
|
|
| • İşlədiyi evdən 10 min oğurlayan usta tutuldu - TƏFƏRRÜAT
Bu gün, 16:47 |
|
|
|
| • Kremlin qəzəbi Ermənistana baha başa gəlir: - Rusiya “bütün cəbhə boyu” hücuma keçir
Bu gün, 16:38 |
|
|
|
| • Kəmaləddin Heydərov Kənan Aşurova yeni vəzifə verdi - ƏMR
Bu gün, 16:32 |
|
|
|
| • Qəzada ölən Məryəm "Access Bank"ın əməkdaşı imiş - Foto
Bu gün, 16:20 |
|
|
|
| • Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib - DİQQƏT
Bu gün, 16:15 |
|
|
|
| • Alim deputatlarımız -Siyasətlə elmi birləşdirənlər kimlərdir?
Bu gün, 16:10 |
|
|
|
| • Livan ölüm hökmünü ləğv edən ilk ərəb ölkəsi olub - "Associated Press"
Bu gün, 16:04 |
|
|
|
| • "Efirlərdən uzaqlaşdırdılar, yolumu kəsdilər" - Xalq artisti
Bu gün, 16:02 |
|
|
|
| • İctimaiyyət qarşısında görünməyən Xameneidən yeni xəbər – “Sağdır, amma...”
Bu gün, 15:56 |
|
|
|
| • Balı artıb-azalan ixtisaslar, yüksələn təhsil haqları: Abituriyentlərə sürpriz? - NƏ BAŞ VERİR?
Bu gün, 15:55 |
|
|
|
| • Müştərilərin ən çox şikayət etdiyi sığorta şirkətləri Xalq Sığorta və Meqa Sığorta olub - SİYAHI
Bu gün, 15:49 |
|
|
|
| • Evlənənlər azalır, qiymət bahalaşır: Şadlıq sarayları bağlanır - RƏY
Bu gün, 15:45 |
|
|
|
| • Kənan Aşurovun rəisi olduğu Baş İdarə ləğv edildi - Nazirdən əmr
Bu gün, 15:38 |
|
|
|
| • "Kristal-F" MTK yarım milyon manat borca düşüb - DETALLAR
Bu gün, 15:37 |
|
|
|
| • Şamxal Həsənlinin yəhudi əsilli müdiri İslam dini haqqında aşağılayıcı sözlər işlədib – Video
Bu gün, 15:23 |
|
|
|
| • Mətanət İsgəndərlinin keçmiş gəlini indiki gəlinini polisə şikayət etdi - TƏFƏRRÜAT
Bu gün, 15:18 |
|
|
|
| • Paşinyan referendumla bağlı hərəkətə keçdi – Sensasiyalı açıqlamalar
Bu gün, 15:12 |
|
|
|
| • İcra hakimiyyətləri bu şəkildə ləğv edilə bilər – AÇIQLAMA
Bu gün, 14:48 |
|
|
|
| • Azərbaycanla Ermənistan arasında MÜHÜM DANIŞIQLAR
Bu gün, 14:43 |
|
|
|
| • 800 manata 3 günlük İŞGƏNCƏ! - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 14:36 |
|
|
|
| • MİQ-də vakant yerlər niyə əvvəlcədən açıqlanmır? - "Namizədlər aylarla vaxt və pul itirir"
Bu gün, 14:29 |
|
|
|
| • “AYB ilə məhkəmədə qalib oldum, amma heç nə qazanmadım” – Şair İlham Qəhrəman
Bu gün, 14:25 |
|
|
|
| • Mədəniyyət Nazirliyi kitabxanaçıları kütləvi ixtisar edir? - Qanun nə deyir?
Bu gün, 14:20 |
|
|
|
| • Kəramət Böyükçöl istismarına icazə aldığı obyektlərindən danışdı: - “Çoban olmaq istəyirəm”
Bu gün, 14:16 |
|
|
|
| • İrəvan Rusiyada məhv edilən 39 min qızılgüllə bağlı niyə susur? - ŞOK DETALLAR
Bu gün, 14:14 |
|
|
|
| • Azərbaycan da "Məkkə sazişi"nə qoşulur? - AKTUAL
Bu gün, 14:07 |
|
|
|
| • Tibb Universiteti və UNEC-dən sonra: BDU-da təhsil haqqı azaldılıb? - AÇIQLAMA
Bu gün, 14:04 |
|
|
|
| • “Tramp marşrutu” üzrə Ermənistana qaz kəməri çəkiləcək - "...diversifikasiya edəcəyik"
Bu gün, 14:00 |
|
|
|
| • Gənc müəllimin “qorxmayın” sözünə Putindən ilginc CAVAB
Bu gün, 13:59 |
|
|
|
| • İrəvan Moskvanın tələbini rədd etdi - KİV
Bu gün, 13:26 |
|
|
|
| • Qafqaz ölkələrinin yeni artım tempi – Azərbaycanın fərqi isə...
Bu gün, 13:09 |
|
|
|
| • Ferması dağıdıldı, mal-qarası tələf edildi - Şirvan Milli Parkında QALMAQAL
Bu gün, 13:02 |
|
|
|
| • Avropanın “demokratiya” PARADOKSU - Terrorçular necə “siyasi mühacir”ə çevrildi?
Bu gün, 12:58 |
|
|
|
| • Ayxan İsrafilov azadlığa buraxıldı - QƏRAR
Bu gün, 12:52 |
|
|
|
| • Suriyada Bəşər Əsəd barəsində qiyabi ölüm hökmü qərarı çıxarılıb - SANA
Bu gün, 12:51 |
|
|
|
| • Tramp ABŞ-da sursat ehtiyatlarının azalmasına görə Baydeni ittiham edib: - Ukraynaya 300 milyard dollarlıq sursat verilib
Bu gün, 12:50 |
|
|
|
| • “Bir ağıllı adam yoxdur ki, durub bunların ağızlarından vursun...” - Firudin Cəlilov
Bu gün, 12:27 |
|
|
|
| • Uitkoffdan Əliyev və Trampa yüksək qiymət: - Sülh necə mümkün oldu...
Bu gün, 12:24 |
|
|
|
| • MİDA-da yeni təyinat olub - DOSYE
Bu gün, 12:17 |
|
|
|
| • Şirkət üç illik auditor axtarır – 225 MİN MANAT ÖDƏYƏCƏK
Bu gün, 12:15 |
|
|
|
|