“Kreml ümid edir ki, dünya işğal olunmuş ərazilərin ilhaqı ilə razılaşacaq” - NƏ BAŞ VERİR?
Tarix: 18-07-2022, 15:16 | Çap et
 Rusiya əsas məqsədinə - Ukraynanı tam işğal etməyə nail olmayıb və artıq işğal olunmuş əraziləri ilhaq etməyə hazırlaşır. “Censor.NET” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski açıqlama verib.
"Rusiya ərazimizin tam işğalı ilə bağlı strateji məqsədinə nail olmayıb. İkincisi, biz aydın görürük və məlumatlara sahibik ki, hazırda Rusiya Federasiyası işğal edilən ərazilərdə qanunverici orqan, hökumət və digər strukturları ilə bağlı bütün məsələlər üzərində fəal işləyir. Məqsəd müvəqqəti olaraq işğal olunmuş ərazilərin Rusiya Federasiyasına siyasi, iqtisadi və ərazi baxımından mümkün inteqrasiyasıdır. Bunun necə olacağını payıza yaxın görəcəyik. 11 sentyabr vahid səsvermə günüdür", - deyə o bildirib.
Bununla belə, Skibitskinin sözlərinə görə, Rusiyanın Donetsk, Xerson, Luqansk vilayətlərində həyata keçirdiyi tədbirlər qondarma “referendum”lara sistemli şəkildə hazırlığından xəbər verir: “Rusiyada qanunvericilik təşəbbüsləri hazırlanır ki, bu da Rusiya Federasiyasına inteqrasiya və ya əraziyə qoşulmaq üçün vətəndaşlığın alınması prosedurunu sadələşdirməlidir” .
Moskva Ukraynanın bu regionlarının ilhaqına nə dərəcədə ciddi hazırlaşa bilər? Aydındır ki, 2014-cü ildə Krımda olduğu kimi, dünyada heç kim onlar üçün bu yeni qeyri-qanuni statusu tanımır. Onda atılan addımların nə mənası var? DİA.AZ xəbər verir ki, baş verənləri AYNA-ya ukraynalı politoloq, “Penta” Siyasi Araşdırmalar Mərkəzinin direktoru Volodimir Fesenko şərh edib:
“Bu, Rusiya tərəfindən indiyə qədər qeyri-rəsmi şəkildə həyata keçirilən real plandır. İstənilən halda onlar artıq öz məmurlarını işğal etdikləri əraziləri idarə etmək üçün təyin edirlər. Paralel olaraq, onlar qarşıdan gələn ilhaq üçün prosedurlar müəyyən edilir. Xüsusilə, bəzi məlumatlara görə, qondarma “DXR” və “LXR”-də və Xerson vilayətinin işğal olunmuş ərazisində Rusiya Federasiyasına birləşmək üçün referendumlara hazırlıq artıq aparılır.
Doğrudan da, dünyada demək olar ki, heç kim bunu rəsmi olaraq tanımır. Hətta, Rusiyanın ən yaxın müttəfiqləri də “DXR” və “LXR” adlanan qurumları tanımır. Hərbi yolla ələ keçirilən ərazilərin Rusiyaya birləşdirilməsi isə ən təhlükəli presedentdir.
Amma Kremlin vecinə deyil. Putin ilk növbədə ruslara, həm də bütün dünyaya nümayiş etdirmək istəyir ki, Rusiya, guya, öz tarixi torpaqlarını geri qaytarır. Rusiya lideri Rusiya imperiyasının “böyüklüyünü” bərpa edərək tarixdə “rus torpaqlarının yığıcısı” kimi qalmaq istəyir. Və təsadüfi deyil ki, o, özünü Böyük Pyotrla müqayisə edir. Bu, Putinin imperiya maniyasıdır.
Dünyanın qalan hissəsinə gəlincə, Kreml göstərmək istəyir ki, Rusiya üçün heç bir məhdudiyyət yoxdur və Rusiya hakimiyyəti öz bildiyi kimi hərəkət edəcək. Eyni zamanda, Kreml ümid edir ki, dünyanın qalan hissəsi Rusiya Federasiyasının tərkibinə daxil olmasını rəsmən tanımasa belə, işğal olunmuş ərazilərin ilhaqı ilə de-fakto tədricən razılaşacaq.
Bu cür adddımlarda başqa bir məqam müharibəni dayandırmaq üçün Ukrayna ilə gələcək danışıqlara formal hüquqi tramplin yaratmaqdır. Putin Ukraynanın işğal olunmuş ərazilərini qaytarmaq niyyətində deyil və onların Rusiya Federasiyasına daxil olması faktının özü onların Ukraynanın nəzarəti altına qaytarılmasının mümkünsüzlüyü ilə bağlı arqument kimi istifadə olunacaq.
Amma Ukrayna Krım məsələsində olduğu kimi, belə məntiqi qəbul etməyəcək. Ona görə də Ukrayna işğal edilmiş ərazilərinin müxtəlif, o cümlədən hərbi yolla geri qaytarılması üçün mübarizə aparacaq”.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Quru sərhədlərlə bağlı MÜJDƏ - Payızda nələr olacaq?
Bu gün, 17:53 |
|
|
|
| • Gürcüstan əlaqələrin bərpası üçün Rusiyaya şərt qoydu
Bu gün, 17:51 |
|
|
|
| • Xaricdən edilən onlayn sifarişlər niyə gecikir? - AÇIQLAMA
Bu gün, 17:26 |
|
|
|
| • “Müharibədəki məsələləri açıqlayın… Nəyi gizlədirsiz?”
Bu gün, 17:19 |
|
|
|
| • Bu il dövlət sektorunda işləyənlərin sayı 21,2 min nəfər azalıb - RƏSMİ
Bu gün, 17:15 |
|
|
|
| • Xəzərin qumunu daşıyırlar, boğulma təhlükəsi artır - XƏBƏRDARLIQ
Bu gün, 17:08 |
|
|
|
| • AYNA informasiya sistemlərinin yenilənməsinə 14 milyon manat xərcləyəcək
Bu gün, 17:04 |
|
|
|
| • Elm və Təhsil Nazirliyi bu işlərə 1,5 milyon manat xərcləməyi planlaşdırır
Bu gün, 17:02 |
|
|
|
| • Rusiya Zaporojyeyə Şimali Koreya istehsalı ballistik raketlərlə zərbələr endirib - Zelenski
Bu gün, 16:56 |
|
|
|
| • “Elektron Məhkəmə Sistemində problemlər davam edir” – Əkrəm Həsənovdan TƏKLİF
Bu gün, 16:54 |
|
|
|
| • İşlədiyi evdən 10 min oğurlayan usta tutuldu - TƏFƏRRÜAT
Bu gün, 16:47 |
|
|
|
| • Kremlin qəzəbi Ermənistana baha başa gəlir: - Rusiya “bütün cəbhə boyu” hücuma keçir
Bu gün, 16:38 |
|
|
|
| • Kəmaləddin Heydərov Kənan Aşurova yeni vəzifə verdi - ƏMR
Bu gün, 16:32 |
|
|
|
| • Qəzada ölən Məryəm "Access Bank"ın əməkdaşı imiş - Foto
Bu gün, 16:20 |
|
|
|
| • Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib - DİQQƏT
Bu gün, 16:15 |
|
|
|
| • Alim deputatlarımız -Siyasətlə elmi birləşdirənlər kimlərdir?
Bu gün, 16:10 |
|
|
|
| • Livan ölüm hökmünü ləğv edən ilk ərəb ölkəsi olub - "Associated Press"
Bu gün, 16:04 |
|
|
|
| • "Efirlərdən uzaqlaşdırdılar, yolumu kəsdilər" - Xalq artisti
Bu gün, 16:02 |
|
|
|
| • İctimaiyyət qarşısında görünməyən Xameneidən yeni xəbər – “Sağdır, amma...”
Bu gün, 15:56 |
|
|
|
| • Balı artıb-azalan ixtisaslar, yüksələn təhsil haqları: Abituriyentlərə sürpriz? - NƏ BAŞ VERİR?
Bu gün, 15:55 |
|
|
|
| • Müştərilərin ən çox şikayət etdiyi sığorta şirkətləri Xalq Sığorta və Meqa Sığorta olub - SİYAHI
Bu gün, 15:49 |
|
|
|
| • Evlənənlər azalır, qiymət bahalaşır: Şadlıq sarayları bağlanır - RƏY
Bu gün, 15:45 |
|
|
|
| • Kənan Aşurovun rəisi olduğu Baş İdarə ləğv edildi - Nazirdən əmr
Bu gün, 15:38 |
|
|
|
| • "Kristal-F" MTK yarım milyon manat borca düşüb - DETALLAR
Bu gün, 15:37 |
|
|
|
| • Şamxal Həsənlinin yəhudi əsilli müdiri İslam dini haqqında aşağılayıcı sözlər işlədib – Video
Bu gün, 15:23 |
|
|
|
| • Mətanət İsgəndərlinin keçmiş gəlini indiki gəlinini polisə şikayət etdi - TƏFƏRRÜAT
Bu gün, 15:18 |
|
|
|
| • Paşinyan referendumla bağlı hərəkətə keçdi – Sensasiyalı açıqlamalar
Bu gün, 15:12 |
|
|
|
| • İcra hakimiyyətləri bu şəkildə ləğv edilə bilər – AÇIQLAMA
Bu gün, 14:48 |
|
|
|
| • Azərbaycanla Ermənistan arasında MÜHÜM DANIŞIQLAR
Bu gün, 14:43 |
|
|
|
| • 800 manata 3 günlük İŞGƏNCƏ! - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 14:36 |
|
|
|
| • MİQ-də vakant yerlər niyə əvvəlcədən açıqlanmır? - "Namizədlər aylarla vaxt və pul itirir"
Bu gün, 14:29 |
|
|
|
| • “AYB ilə məhkəmədə qalib oldum, amma heç nə qazanmadım” – Şair İlham Qəhrəman
Bu gün, 14:25 |
|
|
|
| • Mədəniyyət Nazirliyi kitabxanaçıları kütləvi ixtisar edir? - Qanun nə deyir?
Bu gün, 14:20 |
|
|
|
| • Kəramət Böyükçöl istismarına icazə aldığı obyektlərindən danışdı: - “Çoban olmaq istəyirəm”
Bu gün, 14:16 |
|
|
|
| • İrəvan Rusiyada məhv edilən 39 min qızılgüllə bağlı niyə susur? - ŞOK DETALLAR
Bu gün, 14:14 |
|
|
|
| • Azərbaycan da "Məkkə sazişi"nə qoşulur? - AKTUAL
Bu gün, 14:07 |
|
|
|
| • Tibb Universiteti və UNEC-dən sonra: BDU-da təhsil haqqı azaldılıb? - AÇIQLAMA
Bu gün, 14:04 |
|
|
|
| • “Tramp marşrutu” üzrə Ermənistana qaz kəməri çəkiləcək - "...diversifikasiya edəcəyik"
Bu gün, 14:00 |
|
|
|
| • Gənc müəllimin “qorxmayın” sözünə Putindən ilginc CAVAB
Bu gün, 13:59 |
|
|
|
| • İrəvan Moskvanın tələbini rədd etdi - KİV
Bu gün, 13:26 |
|
|
|
| • Qafqaz ölkələrinin yeni artım tempi – Azərbaycanın fərqi isə...
Bu gün, 13:09 |
|
|
|
| • Ferması dağıdıldı, mal-qarası tələf edildi - Şirvan Milli Parkında QALMAQAL
Bu gün, 13:02 |
|
|
|
| • Avropanın “demokratiya” PARADOKSU - Terrorçular necə “siyasi mühacir”ə çevrildi?
Bu gün, 12:58 |
|
|
|
| • Ayxan İsrafilov azadlığa buraxıldı - QƏRAR
Bu gün, 12:52 |
|
|
|
| • Suriyada Bəşər Əsəd barəsində qiyabi ölüm hökmü qərarı çıxarılıb - SANA
Bu gün, 12:51 |
|
|
|
| • Tramp ABŞ-da sursat ehtiyatlarının azalmasına görə Baydeni ittiham edib: - Ukraynaya 300 milyard dollarlıq sursat verilib
Bu gün, 12:50 |
|
|
|
| • “Bir ağıllı adam yoxdur ki, durub bunların ağızlarından vursun...” - Firudin Cəlilov
Bu gün, 12:27 |
|
|
|
| • Uitkoffdan Əliyev və Trampa yüksək qiymət: - Sülh necə mümkün oldu...
Bu gün, 12:24 |
|
|
|
| • MİDA-da yeni təyinat olub - DOSYE
Bu gün, 12:17 |
|
|
|
| • Şirkət üç illik auditor axtarır – 225 MİN MANAT ÖDƏYƏCƏK
Bu gün, 12:15 |
|
|
|
|