Quru sərhədlərlə bağlı MÜJDƏ .....                     Gürcüstan əlaqələrin bərpası üçün Rusiyaya şərt qoydu .....                     Xaricdən edilən onlayn sifarişlər niyə gecikir? .....                     “Müharibədəki məsələləri açıqlayın… .....                     Bu il dövlət sektorunda işləyənlərin sayı 21,2 min nəfər azalıb .....                     Xəzərin qumunu daşıyırlar, boğulma təhlükəsi artır .....                     AYNA informasiya sistemlərinin yenilənməsinə 14 milyon manat xərcləyəcək .....                     Elm və Təhsil Nazirliyi bu işlərə 1,5 milyon manat xərcləməyi planlaşdırır .....                     Rusiya Zaporojyeyə Şimali Koreya istehsalı ballistik raketlərlə zərbələr endirib .....                     “Elektron Məhkəmə Sistemində problemlər davam edir” .....                     İşlədiyi evdən 10 min oğurlayan usta tutuldu .....                     Kremlin qəzəbi Ermənistana baha başa gəlir: .....                     Kəmaləddin Heydərov Kənan Aşurova yeni vəzifə verdi .....                     Qəzada ölən Məryəm "Access Bank"ın əməkdaşı imiş .....                     Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib .....                     Alim deputatlarımız .....                     Livan ölüm hökmünü ləğv edən ilk ərəb ölkəsi olub .....                     "Efirlərdən uzaqlaşdırdılar, yolumu kəsdilər" .....                     İctimaiyyət qarşısında görünməyən Xameneidən yeni xəbər .....                     Balı artıb-azalan ixtisaslar, yüksələn təhsil haqları: Abituriyentlərə sürpriz? .....                     Müştərilərin ən çox şikayət etdiyi sığorta şirkətləri Xalq Sığorta və Meqa Sığorta olub .....                     Evlənənlər azalır, qiymət bahalaşır: Şadlıq sarayları bağlanır .....                     Kənan Aşurovun rəisi olduğu Baş İdarə ləğv edildi .....                     "Kristal-F" MTK yarım milyon manat borca düşüb .....                     Şamxal Həsənlinin yəhudi əsilli müdiri İslam dini haqqında aşağılayıcı sözlər işlədib .....                     Mətanət İsgəndərlinin keçmiş gəlini indiki gəlinini polisə şikayət etdi .....                     Paşinyan referendumla bağlı hərəkətə keçdi .....                     İcra hakimiyyətləri bu şəkildə ləğv edilə bilər .....                     Azərbaycanla Ermənistan arasında .....                     800 manata 3 günlük İŞGƏNCƏ! .....                     MİQ-də vakant yerlər niyə əvvəlcədən açıqlanmır? .....                     “AYB ilə məhkəmədə qalib oldum, amma heç nə qazanmadım” .....                     Mədəniyyət Nazirliyi kitabxanaçıları kütləvi ixtisar edir? .....                     Kəramət Böyükçöl istismarına icazə aldığı obyektlərindən danışdı: .....                     İrəvan Rusiyada məhv edilən 39 min qızılgül​​​​​​​lə bağlı niyə susur? .....                     Azərbaycan da "Məkkə sazişi"nə qoşulur? .....                     Tibb Universiteti və UNEC-dən sonra: BDU-da təhsil haqqı azaldılıb? .....                     “Tramp marşrutu” üzrə Ermənistana qaz kəməri çəkiləcək .....                     Gənc müəllimin “qorxmayın” sözünə .....                     İrəvan Moskvanın tələbini rədd etdi .....                 

İsrail kəşfiyyatına uduzan İran: köhnəlmiş texnika və metodla işləyən Tehran - NƏ BAŞ VERİR?
Tarix: 28-06-2022, 15:04 | Çap et
İsrail kəşfiyyatına uduzan İran: köhnəlmiş texnika və metodla işləyən Tehran
Coğrafi baxımdan bir-birindən uzaqda yerləşən ölkələri çağdaş texnologiya yaxınlaşdırıb. Bu və başqa səbəblərdən dövlətlərin təhlükəsizliyinin sərhədləri ölkələrin daxilləri ilə məhdudiyyətləşmir.

Öz milli təhlükəsizliyini dost, yaxud yaxın olan dövlətlərlə yanaşı rəqiblər və düşmənlər də üçüncü ölkənin ərazisində qurmağa çalışır, həmin ərazidən onun fəaliyyətini müşahidə edir. Hadisələr və rəsmilərin çıxışlar deməyə əsas verir k, İran və İsrail də bir-birini başqa dövlətlərin ərazisindən izləyir.

Son günlər Türkiyənin İstanbul şəhərində israillilərə qarşı hazırlanan 3 terror aktının qarşısının alınması da bunu təsdiqləyir. “İsrael a-Yom”un məlumatına görə, terror aktlarını İrana aid üç ayrı qruplar reallaşdırmağa hazırlaşırmış. Onların birincisi İstanbulun Bəyoğlu rayonunda, İsrailin keçmiş səfiri və onun həyat yoldaşına qarşı, ikincisi, İstanbulda İsraildən olan çoxsaylı turistlərin getdiyi bazarda, üçüncü hadisə isə İran və Türkiyə vətəndaşlarından ibarət qrup tərəfindən israillilərə qarşı törədiləcəkmiş. Sonuncu barədə detallı məlumat yayılmayıb.

İslam Respublikası orqanlarının törətmək istədikləri terror aktları Türkiyə və İsrailin uyğun qurumları tərəfindən ifşa olunub. Rəsmi mənbələr bildirib ki, bu cinayətlər İranın Kəşfiyyat Nazirliyi (SAVAMA, Məhəmmədrza Şahın dövründə SAVAK) hazırlayıb. Əməliyyat nəticəsində 8-10 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Beləliklə, İran SAVAMA-sının əməliyyatı iflasa uğrayıb. Bu, İslam Respublikası kəşfiyyat və təhlükəsizlik qurumlarının zəiflədiyindən, yoxsa İsrailin uyğun orqanların daha güclü işlədiyindən xəbər verir? Çünki əvvəllər İranın kəşfiyyat orqanları ABŞ və İsrail vətəndaşlarına, vəzifəli şəxslərinə qarşı bir sıra teraktlar törədiblər. Həmin cinayətləri törədənlər ələ keçməsi barədə geniş məlumat olmayıb, nəticədə belə qalmaqal da yaranmayıb. Ancaq bu dəfə qruplar faş olunub.

Yeri gəlmişkən, İranın kəşfiyyat, təhlükəsizliklə məşğul olan bir neçə orqanı var: İnformasiya Nazirliyi (ETTELAAT), Silahlı Qüvvələrin Kəşfiyyatı, Hərbi Kəşfiyyat (şahdan qalma, ənənəvi Ərteşin kəşfiyyat orqanı), İnqilab Keşikçiləri Qvardiyasının siyasi və hərbi-siyasi kəşfiyyatı, Asayiş Keçikçiləri qüvvəsinin hərbi-siyasi kəşfiyyatı və s.
Bu orqanlar kəşfiyyat rəhbərliyinin fəaliyyətini və planlarını reallaşdırırlar. Kəşfiyyatın ali rəhbəri İran İslam Respublikasının Ali Baş Komandanı və Ali Rəhbəridir. İndi bu vəzifəni ayətullah Seyid Əli Xamənei tutur. Kəşfiyyatın baş siyasi xəttini o müəyyənləşdirir və Ali Milli Təhlükəsizlik Şurasına uyğun tapşırıqlar verir.

Şurada aşağı instansiyalardan daxil olan əməliyyat-kəşfiyyat və əks-kəşfiyyat məlumatları təhlil edilir.Onun əsasında hər bir konkret hal və yaranmış vəziyyət üçün optimal həll yolu işlənib hazırlanır.

Kəşfiyyatın fəaliyyət istiqaməti barədə də qısaca məlumat vermək istərdik.

Məhəmməd Xatəmin prezidentliyi dönəmində SAVAMA-ya, “ETTELAAT”a başçılıq etmiş Əli Yunisi MDB ölkələrinin xüsusi xidmət orqanları, xüsusilə Rusiya, Qazaxıstan, Ermənistan və s. ilə əməkdaşlığa diqqət ayırıb. Onun rəhbərliyi altında ABŞ-ın İraqdakı fəaliyyəti ilə bağlı bir sıra əməliyyatlar keçirilib.

İran kəşfiyyatının xaricdəki bütün nümayəndəlikləri və səfirliklərində bölmələri fəaliyyət göstərir. Bunun üçün qvardiya və ETTELAAT-da xüsusi bölmə fəaliyyət göstərir. Onlar müxtəlif ölkələr üzrə casusular toplayırlar.
İranın başlıca güc strukturu İnqilab Keşikçiləri Qvardiyası və onun kəşfiyyat orqanı sayılır. Bu hərbi qurumun son illər ən çox “Qüds” adlı Xüsusi Təyinatlı Qüvvəsinin adı hallanır. Bu qüvvə xaricdə islam adı altında yaranan iranyönlü müxtəlif təşkilatlara hərtərəfli (maddi, maliyyə və s.) yardım edir. Terror əməliyyatları həyata keçirir, yaxud onu təşkil edir. “Qüds” casus şəbəkəsi yaradır, intiharçı-terrorçu hazırlayır. Bu qolun xaricdə qanunsuz olaraq rezidentliyi də fəaliyyət göstərir. Onun 8 idarəsi var. Onlardan biri də Türkiyə və Cənubi Qafqaz üzrə fəaliyət göstərir. “Qüds” Türkiyədə kürd etnik qrupuna məxsus “Hizbullah” Hərəkatını, terrorçu PKK-nı və Azərbaycanda İslam Partiyasını dəstəkləyir.

Qeyri-rəsmi mənbələrin məlumatına əsasən, “Qüds”ün tərkibində “İmam Əli” adlı idarə də fəaliyyət göstərir. Bu idarədə hərbi birində 18 nəfər kişilərdən ibarət intiharçı-döyüşçü olmaqla 30 dəstə, hər birində 10-15 qadın intiharçı-döyüşçülər olmaqla 45 dəstə var və s...

Yayılan məlumatlara əsasən, son illər “Qüds” müxtəlif ərazilərdə, Hindistan və Keniyada, habelə regoin ölkələrində ciddi qüsurlara yol verib. Onun agentləri ifşa olunub və ya əxlaqsızlıqla məşğul olduqları aşkarlanıb. Son 10 ildə bu qolun ən “uğurlu” əməliyyatı Bolqarıstanda İsrail turistlərini aparan avtobusu partlatması sayılır. İsrailin o vaxtkı Baş naziri Benyamin Netaniyahu hadisəyə görə İranı suçlamışdı. Bolqarıstanın Burqas şəhərindəki hava limanında avtobusun partlaması nəticəsində azı 3 nəfər ölmüş, 20-dən çox turist isə yaralanmışdı.

2020-ci il yanvarın 3-də “Qüds”ün komandanı general Qasım Süleymaninin qətlə yetirilməsi İran kəşfiyyatı və qvardiyasının son illərdəki ən böyük uğursuzluqlarından sayıla bilər.

Bunun bir neçə səbəbi ola bilər: İranın kəşfiyyat orqanlarında mövcud hakimiyyətə sadiqlik azalıb; kəşfiyyat qurumlarının texniki təchizatı köhnəlib; bu qurumların əməkdaşlarının maliyyə tələbatı ödənilmədiyi üçün işin öhdəsindən gələ bilmir; kəşfiyyat və xüsusi xidmət orqanlarının əməkdaşları İran hakimiyyətinə inanmadıqları üçün informasiya sızdıdırılır və s.

İran regionun hegemon dövləti olmaq uğrunda uzun illərdir İsraillə mübarizə və rəqabət aparır. Regionda müsəlmanların çoxluğunu nəzərə alsaq Tehran bu üstünlükdən yararlanmağı bacarmır. Sadaladığımız və başqa səbəblərdən İran İsrailə təbliğatda və fəaliyyətdə uduzur. Son hadisələrin ifşa olunması onun kəşfiyyatına, xüsusi ilə qvardiyasına, o cümlədən “Qüds”ə böyük zərbədir...
//report.az//







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Quru sərhədlərlə bağlı MÜJDƏ - Payızda nələr olacaq?
Dünən, 17:53
Gürcüstan əlaqələrin bərpası üçün Rusiyaya şərt qoydu
Dünən, 17:51
Xaricdən edilən onlayn sifarişlər niyə gecikir? - AÇIQLAMA
Dünən, 17:26
“Müharibədəki məsələləri açıqlayın… Nəyi gizlədirsiz?”
Dünən, 17:19
Bu il dövlət sektorunda işləyənlərin sayı 21,2 min nəfər azalıb - RƏSMİ
Dünən, 17:15
Xəzərin qumunu daşıyırlar, boğulma təhlükəsi artır - XƏBƏRDARLIQ
Dünən, 17:08
AYNA informasiya sistemlərinin yenilənməsinə 14 milyon manat xərcləyəcək
Dünən, 17:04
Elm və Təhsil Nazirliyi bu işlərə 1,5 milyon manat xərcləməyi planlaşdırır
Dünən, 17:02
Rusiya Zaporojyeyə Şimali Koreya istehsalı ballistik raketlərlə zərbələr endirib - Zelenski
Dünən, 16:56
“Elektron Məhkəmə Sistemində problemlər davam edir” – Əkrəm Həsənovdan TƏKLİF
Dünən, 16:54
İşlədiyi evdən 10 min oğurlayan usta tutuldu - TƏFƏRRÜAT
Dünən, 16:47
Kremlin qəzəbi Ermənistana baha başa gəlir: - Rusiya “bütün cəbhə boyu” hücuma keçir
Dünən, 16:38
Kəmaləddin Heydərov Kənan Aşurova yeni vəzifə verdi - ƏMR
Dünən, 16:32
Qəzada ölən Məryəm "Access Bank"ın əməkdaşı imiş - Foto
Dünən, 16:20
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib - DİQQƏT
Dünən, 16:15
Alim deputatlarımız -Siyasətlə elmi birləşdirənlər kimlərdir?
Dünən, 16:10
Livan ölüm hökmünü ləğv edən ilk ərəb ölkəsi olub - "Associated Press"
Dünən, 16:04
"Efirlərdən uzaqlaşdırdılar, yolumu kəsdilər" - Xalq artisti
Dünən, 16:02
İctimaiyyət qarşısında görünməyən Xameneidən yeni xəbər – “Sağdır, amma...”
Dünən, 15:56
Balı artıb-azalan ixtisaslar, yüksələn təhsil haqları: Abituriyentlərə sürpriz? - NƏ BAŞ VERİR?
Dünən, 15:55
Müştərilərin ən çox şikayət etdiyi sığorta şirkətləri Xalq Sığorta və Meqa Sığorta olub - SİYAHI
Dünən, 15:49
Evlənənlər azalır, qiymət bahalaşır: Şadlıq sarayları bağlanır - RƏY
Dünən, 15:45
Kənan Aşurovun rəisi olduğu Baş İdarə ləğv edildi - Nazirdən əmr
Dünən, 15:38
"Kristal-F" MTK yarım milyon manat borca düşüb - DETALLAR
Dünən, 15:37
Şamxal Həsənlinin yəhudi əsilli müdiri İslam dini haqqında aşağılayıcı sözlər işlədib – Video
Dünən, 15:23
Mətanət İsgəndərlinin keçmiş gəlini indiki gəlinini polisə şikayət etdi - TƏFƏRRÜAT
Dünən, 15:18
Paşinyan referendumla bağlı hərəkətə keçdi – Sensasiyalı açıqlamalar
Dünən, 15:12
İcra hakimiyyətləri bu şəkildə ləğv edilə bilər – AÇIQLAMA
Dünən, 14:48
Azərbaycanla Ermənistan arasında MÜHÜM DANIŞIQLAR
Dünən, 14:43
800 manata 3 günlük İŞGƏNCƏ! - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 14:36
MİQ-də vakant yerlər niyə əvvəlcədən açıqlanmır? - "Namizədlər aylarla vaxt və pul itirir"
Dünən, 14:29
“AYB ilə məhkəmədə qalib oldum, amma heç nə qazanmadım” – Şair İlham Qəhrəman
Dünən, 14:25
Mədəniyyət Nazirliyi kitabxanaçıları kütləvi ixtisar edir? - Qanun nə deyir?
Dünən, 14:20
Kəramət Böyükçöl istismarına icazə aldığı obyektlərindən danışdı: - “Çoban olmaq istəyirəm”
Dünən, 14:16
İrəvan Rusiyada məhv edilən 39 min qızılgül​​​​​​​lə bağlı niyə susur? - ŞOK DETALLAR
Dünən, 14:14
Azərbaycan da "Məkkə sazişi"nə qoşulur? - AKTUAL
Dünən, 14:07
Tibb Universiteti və UNEC-dən sonra: BDU-da təhsil haqqı azaldılıb? - AÇIQLAMA
Dünən, 14:04
“Tramp marşrutu” üzrə Ermənistana qaz kəməri çəkiləcək - "...diversifikasiya edəcəyik"
Dünən, 14:00
Gənc müəllimin “qorxmayın” sözünə Putindən ilginc CAVAB
Dünən, 13:59
İrəvan Moskvanın tələbini rədd etdi - KİV
Dünən, 13:26
Qafqaz ölkələrinin yeni artım tempi – Azərbaycanın fərqi isə...
Dünən, 13:09
Ferması dağıdıldı, mal-qarası tələf edildi - Şirvan Milli Parkında QALMAQAL
Dünən, 13:02
Avropanın “demokratiya” PARADOKSU - Terrorçular necə “siyasi mühacir”ə çevrildi?
Dünən, 12:58
Ayxan İsrafilov azadlığa buraxıldı - QƏRAR
Dünən, 12:52
Suriyada Bəşər Əsəd barəsində qiyabi ölüm hökmü qərarı çıxarılıb - SANA
Dünən, 12:51
Tramp ABŞ-da sursat ehtiyatlarının azalmasına görə Baydeni ittiham edib: - Ukraynaya 300 milyard dollarlıq sursat verilib
Dünən, 12:50
“Bir ağıllı adam yoxdur ki, durub bunların ağızlarından vursun...” - Firudin Cəlilov
Dünən, 12:27
Uitkoffdan Əliyev və Trampa yüksək qiymət: - Sülh necə mümkün oldu...
Dünən, 12:24
MİDA-da yeni təyinat olub - DOSYE
Dünən, 12:17
Şirkət üç illik auditor axtarır – 225 MİN MANAT ÖDƏYƏCƏK
Dünən, 12:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru