Qərbdən Kiyevə "ərazi güzəşti" çağırışları: NATO nəyə işarə etdi? - İNCƏLƏMƏ...
Tarix: 14-06-2022, 08:10 | Çap et
 Qərbin rəsmi və qeyri rəsmi dairələrindən Ukraynaya Rusiyaya “ərazi güzəştləri” barədə çağırışlar edilir. Bu çağırışlar Kiyevə Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçı müharibənin dörd ayının bitməsinə az qalmış edilir.
İyunun 12-də NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın Rusiyaya ərazi güzəştlərinin mümkünlüyü barədə danışıb. TASS-ın məlumatına görə, NATO-nun baş katibinin sözlərinə görə, müharibənin dayandırılması və sülh mümkündür: “Yeganə sual odur ki, bu Kiyevə nəyə başa gələcək. NATO Ukraynaya ona görə kömək edir ki, bu ölkə ən az itki versin”.
“NATO hərbi əməliyyatlara son qoymalı olan Rusiya ilə danışıqlar masasında Kiyevə ən güclü mövqe qazanmaq üçün kömək etmək niyyətindədir”, - Stoltenberq bildirib.
Beynəlxalq analitiklər bildirirlər ki, Stoltenberqin bu ifadələri onu deməyə əsas verir ki, Qərb Ukraynanın itkilərinin olacağını anlayır, sadəcə bu itkilərin az olmasını – heç olmasa status-kvonun 24 fevraldan əvvəlkinə qayıtmasını istəyir.
Stoltenberq təmsil etdiyi hərbi blokun – NATO-nun müharibəyə qarışmamasına da aydınlıq gətirib. Baş katib qeyd edib ki, NATO Ukraynadan kənarda hərbi əməliyyatların güclənməsini istəmir: “Ona görə də Alyansın hərbçiləri heç vaxt Ukrayna ərazisinə daxil olmayıb və uçuşlara qadağa zonası yaratmaqdan imtina edib”.
“Söhbət ərazi güzəştlərindən gedir”
Xatırladaq ki, ABŞ-ın keçmiş dövlət katibi, qocaman diplomat Henri Kissincer çıxışında bildirmişdi ki, Qərb Rusiyanın hərbi məğlubiyyətinə nail olmaq cəhdlərini dayandırmalıdır. Eyni zamanda, Ukraynanın müəyyən qədər “ərazi güzəştlərinə getməsi” lazımdır.
Diplomat qeyd edib ki, tərəflər arasında danışıqlar yaxın iki ay ərzində bərpa edilməlidir. Onun fikrincə, əks halda “şoklar başlayacaq” və “gərginlik yaranacaq ki, bunu aradan qaldırmaq asan olmayacaq”.
ABŞ Prezidenti Co Bayden isə bildirmişdi ki, Ukrayna hakimiyyəti münaqişənin həlli naminə hər hansı əraziləri qurban verib-verməmələri barədə özləri qərar verməlidirlər. Lakin bu bəyanatdan dərhal sonra Amerika lideri qeyd edib ki, onun fikrincə, Kiyev vəziyyəti həll etmək üçün heç bir ərazi itkisi ilə barışmalı olmayacaq.
Ağ Evin mətbuat katibi Karin Jan-Pyer Baydenin bəyanatını şərh edərkən bildirib ki, ABŞ lideri Ukraynanın Rusiya ilə danışıqlarda ərazisinin bir hissəsini güzəştə getməli olacağına işarə etməyib: "Mən bunu belə şərh etməzdim".
Bu arada, Kanada Liberal Partiyasının senatoru İvan Beyker bildirib ki, Qərb dövlətləri Rusiya-Ukrayna münaqişəsindən yorulub və bu səbəbdən Kiyevi Moskvanın xeyrinə ərazi güzəştlərinə getməyə çağırlar. Onun sözlərinə görə, Fransa Prezidenti Emmanuel Makron bu yaxınlarda bildirib ki, Kiyev Rusiyanı ərazi güzəştləri ilə sakitləşdirməlidir. Eyni zamanda, siyasətçi belə söhbətlərdən narahat olduğunu qeyd edib.
İtaliyalı analitik Alessandro Orsini də öz növbəsində Ukraynada gərginliyin daha da artmasının qarşısını almaq üçün Rusiyaya ərazi güzəştinə getməyə çağırıb. Onun sözlərinə görə, Qərb dövlətləri “əzələ nümayişini” dayandırmalıdır. Analitik hesab edir ki, məsələnin diplomatik yolla həlli üzərində işə başlamaq lazımdır.
“Müharibənin ilk günlərindən dediyim kimi və bir çox başqalarının da sonradan bəyan etdiyi kimi, sadə bir səbəbdən Moskvaya ərazi güzəştləri edilməlidir – hansı ki, onlar artıq edilib, Rusiya bir çox əraziləri zəbt edib”, Orsini vurğulayıb.
Ukraynanın mövqeyi
Mart ayında Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin suverenlik və ərazi bütövlüyünün itirilməsi ilə barışmayacağını bildirmişdi: “Biz nəzarət etdiyimiz ərazilərlə müvəqqəti işğal olunmuş ərazilər arasında yeni müharibələrin qarşısını almaq üçün bir anlaşma modeli tapmalıyıq. Kiyev heç bir ultimatumu qəbul etməyəcək və bundan yeganə çıxış yolu dialoqdur”.
Prezident Ukraynanın prioritetlərini də açıqlamışdı: “Şübhə doğurmayan Ukraynanın suverenliyi və ərazi bütövlüyüdür. Effektiv təhlükəsizlik təminatları dövlətimiz üçün vacibdir. Məqsədimiz də aydındır - Ukraynada sülh və normal həyatın tezliklə bərpası”.
Zelenski onu da vurğulamışdı ki, fevralın 24-dən sonra itirilmiş ərazilər üzərində nəzarətin qaytarılması Ukrayna üçün ciddi müvəqqəti qələbə olacaq, lakin əsas məqsəd ölkənin bütün ərazisi üzərində suverenlik yaratmaqdır.
Bu bəyanatlardan sonra rəsmi Kiyev tərəfindən fərqli açıqlamalar verilməyib. Deməli, Ukrayna rəhbərliyi Qərbdən gələn “ərazi güzəştləri” mesajlarını hələ ki, qəbul etmir. //AYNA//

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Quru sərhədlərlə bağlı MÜJDƏ - Payızda nələr olacaq?
Dünən, 17:53 |
|
|
|
| • Gürcüstan əlaqələrin bərpası üçün Rusiyaya şərt qoydu
Dünən, 17:51 |
|
|
|
| • Xaricdən edilən onlayn sifarişlər niyə gecikir? - AÇIQLAMA
Dünən, 17:26 |
|
|
|
| • “Müharibədəki məsələləri açıqlayın… Nəyi gizlədirsiz?”
Dünən, 17:19 |
|
|
|
| • Bu il dövlət sektorunda işləyənlərin sayı 21,2 min nəfər azalıb - RƏSMİ
Dünən, 17:15 |
|
|
|
| • Xəzərin qumunu daşıyırlar, boğulma təhlükəsi artır - XƏBƏRDARLIQ
Dünən, 17:08 |
|
|
|
| • AYNA informasiya sistemlərinin yenilənməsinə 14 milyon manat xərcləyəcək
Dünən, 17:04 |
|
|
|
| • Elm və Təhsil Nazirliyi bu işlərə 1,5 milyon manat xərcləməyi planlaşdırır
Dünən, 17:02 |
|
|
|
| • Rusiya Zaporojyeyə Şimali Koreya istehsalı ballistik raketlərlə zərbələr endirib - Zelenski
Dünən, 16:56 |
|
|
|
| • “Elektron Məhkəmə Sistemində problemlər davam edir” – Əkrəm Həsənovdan TƏKLİF
Dünən, 16:54 |
|
|
|
| • İşlədiyi evdən 10 min oğurlayan usta tutuldu - TƏFƏRRÜAT
Dünən, 16:47 |
|
|
|
| • Kremlin qəzəbi Ermənistana baha başa gəlir: - Rusiya “bütün cəbhə boyu” hücuma keçir
Dünən, 16:38 |
|
|
|
| • Kəmaləddin Heydərov Kənan Aşurova yeni vəzifə verdi - ƏMR
Dünən, 16:32 |
|
|
|
| • Qəzada ölən Məryəm "Access Bank"ın əməkdaşı imiş - Foto
Dünən, 16:20 |
|
|
|
| • Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib - DİQQƏT
Dünən, 16:15 |
|
|
|
| • Alim deputatlarımız -Siyasətlə elmi birləşdirənlər kimlərdir?
Dünən, 16:10 |
|
|
|
| • Livan ölüm hökmünü ləğv edən ilk ərəb ölkəsi olub - "Associated Press"
Dünən, 16:04 |
|
|
|
| • "Efirlərdən uzaqlaşdırdılar, yolumu kəsdilər" - Xalq artisti
Dünən, 16:02 |
|
|
|
| • İctimaiyyət qarşısında görünməyən Xameneidən yeni xəbər – “Sağdır, amma...”
Dünən, 15:56 |
|
|
|
| • Balı artıb-azalan ixtisaslar, yüksələn təhsil haqları: Abituriyentlərə sürpriz? - NƏ BAŞ VERİR?
Dünən, 15:55 |
|
|
|
| • Müştərilərin ən çox şikayət etdiyi sığorta şirkətləri Xalq Sığorta və Meqa Sığorta olub - SİYAHI
Dünən, 15:49 |
|
|
|
| • Evlənənlər azalır, qiymət bahalaşır: Şadlıq sarayları bağlanır - RƏY
Dünən, 15:45 |
|
|
|
| • Kənan Aşurovun rəisi olduğu Baş İdarə ləğv edildi - Nazirdən əmr
Dünən, 15:38 |
|
|
|
| • "Kristal-F" MTK yarım milyon manat borca düşüb - DETALLAR
Dünən, 15:37 |
|
|
|
| • Şamxal Həsənlinin yəhudi əsilli müdiri İslam dini haqqında aşağılayıcı sözlər işlədib – Video
Dünən, 15:23 |
|
|
|
| • Mətanət İsgəndərlinin keçmiş gəlini indiki gəlinini polisə şikayət etdi - TƏFƏRRÜAT
Dünən, 15:18 |
|
|
|
| • Paşinyan referendumla bağlı hərəkətə keçdi – Sensasiyalı açıqlamalar
Dünən, 15:12 |
|
|
|
| • İcra hakimiyyətləri bu şəkildə ləğv edilə bilər – AÇIQLAMA
Dünən, 14:48 |
|
|
|
| • Azərbaycanla Ermənistan arasında MÜHÜM DANIŞIQLAR
Dünən, 14:43 |
|
|
|
| • 800 manata 3 günlük İŞGƏNCƏ! - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 14:36 |
|
|
|
| • MİQ-də vakant yerlər niyə əvvəlcədən açıqlanmır? - "Namizədlər aylarla vaxt və pul itirir"
Dünən, 14:29 |
|
|
|
| • “AYB ilə məhkəmədə qalib oldum, amma heç nə qazanmadım” – Şair İlham Qəhrəman
Dünən, 14:25 |
|
|
|
| • Mədəniyyət Nazirliyi kitabxanaçıları kütləvi ixtisar edir? - Qanun nə deyir?
Dünən, 14:20 |
|
|
|
| • Kəramət Böyükçöl istismarına icazə aldığı obyektlərindən danışdı: - “Çoban olmaq istəyirəm”
Dünən, 14:16 |
|
|
|
| • İrəvan Rusiyada məhv edilən 39 min qızılgüllə bağlı niyə susur? - ŞOK DETALLAR
Dünən, 14:14 |
|
|
|
| • Azərbaycan da "Məkkə sazişi"nə qoşulur? - AKTUAL
Dünən, 14:07 |
|
|
|
| • Tibb Universiteti və UNEC-dən sonra: BDU-da təhsil haqqı azaldılıb? - AÇIQLAMA
Dünən, 14:04 |
|
|
|
| • “Tramp marşrutu” üzrə Ermənistana qaz kəməri çəkiləcək - "...diversifikasiya edəcəyik"
Dünən, 14:00 |
|
|
|
| • Gənc müəllimin “qorxmayın” sözünə Putindən ilginc CAVAB
Dünən, 13:59 |
|
|
|
| • İrəvan Moskvanın tələbini rədd etdi - KİV
Dünən, 13:26 |
|
|
|
| • Qafqaz ölkələrinin yeni artım tempi – Azərbaycanın fərqi isə...
Dünən, 13:09 |
|
|
|
| • Ferması dağıdıldı, mal-qarası tələf edildi - Şirvan Milli Parkında QALMAQAL
Dünən, 13:02 |
|
|
|
| • Avropanın “demokratiya” PARADOKSU - Terrorçular necə “siyasi mühacir”ə çevrildi?
Dünən, 12:58 |
|
|
|
| • Ayxan İsrafilov azadlığa buraxıldı - QƏRAR
Dünən, 12:52 |
|
|
|
| • Suriyada Bəşər Əsəd barəsində qiyabi ölüm hökmü qərarı çıxarılıb - SANA
Dünən, 12:51 |
|
|
|
| • Tramp ABŞ-da sursat ehtiyatlarının azalmasına görə Baydeni ittiham edib: - Ukraynaya 300 milyard dollarlıq sursat verilib
Dünən, 12:50 |
|
|
|
| • “Bir ağıllı adam yoxdur ki, durub bunların ağızlarından vursun...” - Firudin Cəlilov
Dünən, 12:27 |
|
|
|
| • Uitkoffdan Əliyev və Trampa yüksək qiymət: - Sülh necə mümkün oldu...
Dünən, 12:24 |
|
|
|
| • MİDA-da yeni təyinat olub - DOSYE
Dünən, 12:17 |
|
|
|
| • Şirkət üç illik auditor axtarır – 225 MİN MANAT ÖDƏYƏCƏK
Dünən, 12:15 |
|
|
|
|