Nazirliyin ekektron attestatı NARAZILIQ yaratdı .....                     Münaqişədən qarşılıqlı asılılığa: Cənubi Qafqazın yeni reallığı .....                     Ermənistan ordusu yeni hərbi formaya keçir .....                     Mask Britaniyanı “satın almaq” istəyir .....                     Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb .....                     SOCAR-ın QALMAQALLI vitse-prezidenti vəzifədən alındı .....                     “Abşeronneft“də büdcə pullarına KİM TAMAH SALIR?.. .....                     Qapalı diktator sindromu: .....                     Azərbaycanda qiymətlərin nə qədər artdığı .....                     ABŞ Azərbaycanın neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb .....                     Mollayev CƏZASIZ QALDIQCA... .....                     “907-ci düzəliş” ətrafında yeni qarşıdurma .....                     298 nəfərin adına saxta əmək müqaviləsi rəsmiləşdirildi, 578 989 manat sosial yardım almasına şərait yaradıldı .....                     “Fədayə tələbəm kimi oğlumun toyunda olmalı idi, amma gəlmədi...” .....                     Kremlin yeni planı: İrəvanda müxalifəti birləşdirir .....                     Azərbaycan nefti cüzi bahalaşıb .....                     Keçmiş həyat yoldaşını döyərək xəsarət yetirən şəxsə hökm oxundu .....                     Araz dəhlizi Zəngəzur dəhlizindən əvvəl istifadəyə verilə bilər .....                     Hər uşaq üçün 250 manat hazırlayın .....                     Almaniya Rusiya ərazisində əməliyyatlar keçirmək istəyir .....                     Biz nəyin davasını edirik? .....                     "Mən səni “axmaq” adlandırmayacağam" .....                     Sərvəti aşıb daşan deputat rəsmən QOÇULUQ EDİR .....                     Təbrizdə benzin qıtlığı yaranıb .....                     Tramp Türkiyədən gizli şəkildə uçmasının səbəbini açıqlayıb .....                     Kəlbəcərin bərpasına böyük pullar ayrılır, amma... .....                     Əgər İran inkişaf etmiş ölkə olarsa... .....                     "Cinsi bəlli olmayan bir neçə adam dərhal özünü yetirib təhqir yazır..." .....                     Dondurma satanın qarşısında oynayan xalq və... .....                     Artıq ödəniş edəndə də, xeyri olmur... .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti öz proqnozlarını açıqladı... .....                     Sənin olmayan həyat... .....                     Biz niyə yerimizdə sayırıq... .....                     Vaxtı keçmiş məhsul satırlar, həm də... .....                     Xəzər uğrunda HÜQUQİ MÜBARİZƏ... .....                     Adam istədiyini edir və... QORXMUR! .....                     Məmurlarımız necə TƏLƏYƏ SALINIB... .....                     Quru sərhədlərlə bağlı MÜJDƏ .....                     Gürcüstan əlaqələrin bərpası üçün Rusiyaya şərt qoydu .....                     Xaricdən edilən onlayn sifarişlər niyə gecikir? .....                 

Putinə arxadan zərbə, yoxsa Qərbə “icazəli yaxınlaşma” – Tokayevdən qəfil dönüş
Tarix: 2-05-2022, 11:01 | Çap et
Putinə arxadan zərbə, yoxsa Qərbə “icazəli yaxınlaşma”
Qazaxıstanda 9 May Qələbə Gününə həsr olunan hərbi parad keçirilməyəcək. Bununla bağlı Qazaxıstan hökuməti məlumat yayıb. Bildirilib ki, buna səbəb büdcə vəsaitlərinə qənaət etmək, eləcə də digər problemlərin həlli ilə bağlı yaranan zərurətdir.

İddialara görə, Tokayev hökuməti Ukraynaya hərbi təcavüzdən sonra Rusiyaya qarşı yönələn sanksiyalardan yayınmaq üçün belə bir addım atıb. Nəzərə alanda ki, Rusiyaya qarşı sanksiyalar fonunda Prezident Tokayev də özünə təhlükə hiss edir, bu xüsusda onun Qərbə yaxınlaşmaq üçün Rusiyadan uzaqlaşmaq kursu götürdüyü istisna olunmur.

Xatırladaq ki, Ukraynaya təcavüzdən iki ay öncə məhz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dəstəyi ilə kütləvi etirazlara qalxan Qazaxıstan vətəndaşlarına qarşı repressiyalar həyata keçirildi və nəticədə Tokayev hakimiyyətdə qala bildi.

Bu arada Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya və Belarusun “Suveren Dövlətlər İttifaqı” yaradacaqlarını, gələcəkdə digər postsovet ölkələrinin də bu sırada yer alacağını deyib. Lukaşenko hələ Ukraynaya qarşı hərbi müdaxilənin ilk günlərindən ölkəsinin Moskvanın yanında yer aldığını deyərək, Qazaxıstanın da bu sırada yer almalı olduğunu bildirmişdi. Tokayev hökumətinin Rusiya ilə soyuq münasibətləri həm də bu amillə izah olunur. DİA.AZ xəbər verir ki, AYNA mövzu ətrafında “Turan” İnformasiya Agentliyinin direktoru, politoloq Mehman Əliyevlə həmsöhbət olub.

- Qazaxıstan hökuməti rəsmi olaraq bəyan etdi ki, Qələbə Gününə həsr olunan hərbi parad keçirilməyəcək. Bu qərar Rusiya KİV-lərində sərt tənqid və təhdidlərə səbəb olub...

- Ukraynaya hərbi təcavüzdən sonra Rusiyaya qarşı beynəlxalq koalisiya yarandı. Məhz bu hərbi müdaxilədən sonra bütün dünyanın nəzəri Rusiyanın əleyhinə yönəldi. Şimal qonşumuza qarşı tətbiq olunan çoxvektorlu sanksiyalar, netf-qaz embarqolarının gündəmə gəlməsi Moskvanı çətin duruma salıb. Rusiya işğal siyasəti nəticəsində Ukraynada hərbi gücünü itirir, hərbçilərini qurban verir, hərbi texnikası sıradan çıxır, lakin heç bir əhəmiyyətli nəticə əldə etməyib. Məlum embarqolar rus iqtisadiyyatında böyük problemlər və hakimiyyət daxilində fikir ayrılıqları yaradır. Əhalinin kütləvi şəkildə Putin rejiminə qarşı etirazlara qalxacağı ehtimalları mövcuddur.

Belə bir təklənmiş durumda heç bir ölkə adının Rusiya ilə yanaşı çəkilməsini istəmir, onunla həmrəylik nümayiş etdirmir. Daxildən dəstəyi olmayan hökumətlər isə bundan daha çox təşviş keçirir və hər fürsətdə müstəqil siyasət yürütdüyünü nümayiş etdirməyə çalışır. Qazaxıstanın Qələbə Günü ilə bağlı məlum qərarı da əslinə bu məqsədə xidmət edir. Tokayev görür ki, Rusiya kifayət qədər zəifləyib və onunla birlikdə olmaq özünün hakimiyyətinə təhlükə vəd edir, bu baxımdan müstəqil siyasət yürütdüyünü nümayiş etdirir.

- Belə iddialar da var ki, Kreml özü Tokayevin Qərbə “icazəli yaxınlaşmasında” maraqlıdır və bununla bağlı gələcək planlar qurub...

- Qazaxıstan Rusiya ilə müttəfiq dövlətdir və bu siyasətindən imtina etməyib. İmtina etməsi də gözlənilmir. Qazaxıstanın Qərbə “icazəli yaxınlaşması” Moskvaya nə verəcək? Əgər burada Rusiyanın hər hansı marağı yoxdursa, niyə buna getsin ki?! Mövcud şəraitdə belə bir marağın konturları aydın deyil. Lakin bu ehtimal da istisna edilmir. Böyük siyasətdə hər şey mümkündür. Region kifayət qədər həssas mərhələyə qədəm qoyub. Qərb Putin rejiminin devrilməsinə nail olmaq niyyətini gizlətmir. Düzdür, Rusiya böyük ölkədir və buna nail olmaq üçün zamana ehtiyac var. Belə bir gedişat Moskvanın dəstəklədiyi Tokayev kimilər üçün də təhükəli ola bilər. Bu baxımdan müəyyən diplomatik gedişlər edir. Strateji mənada isə Rusiya ilə ilə münasibətləri davam etdirməyə məhkumdur. Çünki Rusiya həm də Qazaxıstanın ən böyük iqtisadi tərəfdaşıdır.

- Belarus Prezidenti Aleksandr Lukaşenko “Suveren Dövlətlər İttifaqı” yaradacaqlarını bəyan edir. Bəlkə, elə buna görə, Tokayev əl-ayağa düşüb?

- İlk növbədə onu qeyd edim ki, Belarus xalqı Lukaşenkonu dəstəkləmir. Son prezident seçkiləri zamanı o, hakimiyyətdən getməyin bir addımlığında idi. Yalnız Moskvanın dəstəyi ilə sonda öz hakimiyyətini qoruya bildi. Təsəvvür edin ki, Belarus xalqı inqilab yolu ilə onu devirsəydi, nə baş verəcəkdi? Heç şübhəsiz, Rusiya Belarusa qarşı da təcavüz siyasətini işə salacaqdı. Bu gün belaruslar ukraynalılarla birlikdə Mosvanın işğalçılıq siyasətinə qarşı mübarizə aparacaqdılar. Onun yalnız bir məqsədi var - nəyin bahasına olursa-olsun, öz hakimiyyətini qorumaq. Hansı “Suveren Dövlətlər İttifaqı”ndan danışır? Onun Rusiya ilə birlikdə görmək istədiyi ölkələrin əksəriyyətinə qarşı Kreml işğalçılıq siyasəti yürüdür. Ukrayna Böyük Vətən müharibəsində ən çox itki verən sovet dövlətlərindən biridir. Bu gün Rusiya ukraynalılara qarşı təcavüzə yol verir, hər gün minlərlə günahsız insanı qətlə yetirir. Lukaşenko istəyir ki, bütün potsovet ölkələri Belarusun gününə düşsün. Bu arzusu isə gözündə qalacaq. Çünki buna heç kim getməyəcək - nə Qazaxıstan, nə Azərbaycan, nə Özbəkistan, nə də digərləri.

- Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü davam edir. Sizcə, tərəflər anlaşa biləcəkmi, yoxsa bu müharibə hələ uzun müddət davam edəcək?

- Təcavüzə qədər Rusiyada iqtisadi böhran hökm sürürdü. Son üç ildə isə daha da dərinləşmişdi. Vəziyyət Kremli radikal dəyişikliklərə təhrik edirdi. Bu, cəmiyyətdən gələn sosial sifariş olsa da, Putin komandası bunun qarşısını özünməxsus üsullarla almağa çalışırdı. Həbslər, şərləmək, sərbəst toplaşmaq azadlığınının pozulması, müxalifət fəallarının həbsi və s. Görəndə ki, artıq repressiv yollar köməyə çatmır, müharibə variantını seçdilər. Əks halda daxildə təlatümlər qaçılmaz olacaqdı. Rusiya daxildən etirazlara “hamilə” idi, buna görə Ukraynaya hücum etdi.

Burada bir məqamı unutmaq lazım deyil ki, Qərb Ukraynaya dəstək versə də, Rusiyada sabitliyin pozulmasında maraqlı deyil. Çünki anlayır ki, daxili inqilablar, anarxik vəziyyət nüvə silahının işə düşməsi riskini artıra bilər. Rusiya çalışacaq ki, Ukrayna Donetsk və Luqanskın SSRİ zamanında mövcud olan vilayətləri səviyyəsində müstəqilliyini tanısın. Təbii ki, hər şey göründüyü kimi deyil və bu amili nəzərdən qaçırmaq olmaz.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nazirliyin ekektron attestatı NARAZILIQ yaratdı – FOTO
Bu gün, 10:36
Münaqişədən qarşılıqlı asılılığa: Cənubi Qafqazın yeni reallığı - İNCƏLƏMƏ
Bu gün, 10:34
Ermənistan ordusu yeni hərbi formaya keçir
Bu gün, 10:31
Mask Britaniyanı “satın almaq” istəyir – “Neçəyədir?”
Bu gün, 10:26
Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb - SƏRƏNCAM
Bu gün, 10:24
SOCAR-ın QALMAQALLI vitse-prezidenti vəzifədən alındı - belə deyirlər...
Bu gün, 10:10
“Abşeronneft“də büdcə pullarına KİM TAMAH SALIR?.. - İTTİHAM VAR...
Bu gün, 10:05
Qapalı diktator sindromu: - Ukrayna cəbhəsindəki dalandan "qələbəyə"
Bu gün, 09:56
Azərbaycanda qiymətlərin nə qədər artdığı AÇIQLANDI
Bu gün, 09:54
ABŞ Azərbaycanın neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb - DETALLAR
Bu gün, 09:51
Mollayev CƏZASIZ QALDIQCA... - "Mənim kimi problemi olan çoxlu sayda işçi var..."
Bu gün, 09:44
“907-ci düzəliş” ətrafında yeni qarşıdurma - NƏ ETMƏLİ
Bu gün, 09:35
298 nəfərin adına saxta əmək müqaviləsi rəsmiləşdirildi, 578 989 manat sosial yardım almasına şərait yaradıldı – MƏHKƏMƏ
Bu gün, 09:30
“Fədayə tələbəm kimi oğlumun toyunda olmalı idi, amma gəlmədi...”
Bu gün, 09:23
Kremlin yeni planı: İrəvanda müxalifəti birləşdirir - Soçidə Paşinyana qarşı yeni ittifaq hazırlanır
Bu gün, 09:19
Azərbaycan nefti cüzi bahalaşıb
Bu gün, 09:18
Keçmiş həyat yoldaşını döyərək xəsarət yetirən şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 09:14
Araz dəhlizi Zəngəzur dəhlizindən əvvəl istifadəyə verilə bilər - NƏ BAŞ VERİR?
Bu gün, 09:12
Hər uşaq üçün 250 manat hazırlayın - ƏN AZI...
Bu gün, 08:05
Almaniya Rusiya ərazisində əməliyyatlar keçirmək istəyir - “Die Velt”
Bu gün, 08:03
Biz nəyin davasını edirik? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:01
"Mən səni “axmaq” adlandırmayacağam"
Bu gün, 07:42
Sərvəti aşıb daşan deputat rəsmən QOÇULUQ EDİR - AY MAŞALLAH...
Bu gün, 07:37
Təbrizdə benzin qıtlığı yaranıb — Sürücülər uzun növbələrdə gözləyir
Bu gün, 07:32
Tramp Türkiyədən gizli şəkildə uçmasının səbəbini açıqlayıb - “The Washington Post”
Bu gün, 07:30
Kəlbəcərin bərpasına böyük pullar ayrılır, amma... - Tanınmış yazar Prezidentə müraciət etdi
Bu gün, 07:19
Əgər İran inkişaf etmiş ölkə olarsa... - ŞƏRH
Bu gün, 06:59
"Cinsi bəlli olmayan bir neçə adam dərhal özünü yetirib təhqir yazır..." - Fazil Mustafa
Bu gün, 06:55
Dondurma satanın qarşısında oynayan xalq və... - REPLİKA
Bu gün, 06:48
Artıq ödəniş edəndə də, xeyri olmur... - AXI NİYƏ?..
Bu gün, 06:41
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti öz proqnozlarını açıqladı... - TƏFƏRRÜAT
Bu gün, 06:34
Sənin olmayan həyat... - İfşa mütləqdir...
Bu gün, 06:28
Biz niyə yerimizdə sayırıq... - nə qədər ki...
Bu gün, 06:20
Vaxtı keçmiş məhsul satırlar, həm də... - ABSURD BƏHANƏ...
Bu gün, 06:12
Xəzər uğrunda HÜQUQİ MÜBARİZƏ... - yeni mərhələdə...
Bu gün, 06:00
Adam istədiyini edir və... QORXMUR! - FAKT BUDUR!
Bu gün, 05:57
Məmurlarımız necə TƏLƏYƏ SALINIB... - AKTUAL
Bu gün, 05:50
Quru sərhədlərlə bağlı MÜJDƏ - Payızda nələr olacaq?
Dünən, 17:53
Gürcüstan əlaqələrin bərpası üçün Rusiyaya şərt qoydu
Dünən, 17:51
Xaricdən edilən onlayn sifarişlər niyə gecikir? - AÇIQLAMA
Dünən, 17:26
“Müharibədəki məsələləri açıqlayın… Nəyi gizlədirsiz?”
Dünən, 17:19
Bu il dövlət sektorunda işləyənlərin sayı 21,2 min nəfər azalıb - RƏSMİ
Dünən, 17:15
Xəzərin qumunu daşıyırlar, boğulma təhlükəsi artır - XƏBƏRDARLIQ
Dünən, 17:08
AYNA informasiya sistemlərinin yenilənməsinə 14 milyon manat xərcləyəcək
Dünən, 17:04
Elm və Təhsil Nazirliyi bu işlərə 1,5 milyon manat xərcləməyi planlaşdırır
Dünən, 17:02
Rusiya Zaporojyeyə Şimali Koreya istehsalı ballistik raketlərlə zərbələr endirib - Zelenski
Dünən, 16:56
“Elektron Məhkəmə Sistemində problemlər davam edir” – Əkrəm Həsənovdan TƏKLİF
Dünən, 16:54
İşlədiyi evdən 10 min oğurlayan usta tutuldu - TƏFƏRRÜAT
Dünən, 16:47
Kremlin qəzəbi Ermənistana baha başa gəlir: - Rusiya “bütün cəbhə boyu” hücuma keçir
Dünən, 16:38
Kəmaləddin Heydərov Kənan Aşurova yeni vəzifə verdi - ƏMR
Dünən, 16:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru