Rusiyada azərbaycanlıları gözləyən dəhşətli “tələ” .....                     Laçında yarım milyon manatlıq .....                     “Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq .....                     Yenidən kağız attestata keçdik: MÜTDA məlumatı niyə gizlədir? .....                     Azərbaycanda ixtisas seçimində edilən 7 böyük SƏHV .....                     Ermənistan Zəngəzura qoşun yeritdi .....                     Perinatal Mərkəzə daxil olan kimi problemlər başlayır... .....                     Ukrayna Vensin xahişindən sonra Qara dənizdə neft tankerlərinə zərbələri dayandırıb .....                     Ceki Çan üçün muğam oxuyan xanəndə: .....                     Dövlət Sığorta Agentliyinin eks-vəzifəli şəxsi yenidən məhkəmə qarşısında .....                     Nazirliyin ekektron attestatı NARAZILIQ yaratdı .....                     Münaqişədən qarşılıqlı asılılığa: Cənubi Qafqazın yeni reallığı .....                     Ermənistan ordusu yeni hərbi formaya keçir .....                     Mask Britaniyanı “satın almaq” istəyir .....                     Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb .....                     SOCAR-ın QALMAQALLI vitse-prezidenti vəzifədən alındı .....                     “Abşeronneft“də büdcə pullarına KİM TAMAH SALIR?.. .....                     Qapalı diktator sindromu: .....                     Azərbaycanda qiymətlərin nə qədər artdığı .....                     ABŞ Azərbaycanın neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb .....                     Mollayev CƏZASIZ QALDIQCA... .....                     “907-ci düzəliş” ətrafında yeni qarşıdurma .....                     298 nəfərin adına saxta əmək müqaviləsi rəsmiləşdirildi, 578 989 manat sosial yardım almasına şərait yaradıldı .....                     “Fədayə tələbəm kimi oğlumun toyunda olmalı idi, amma gəlmədi...” .....                     Kremlin yeni planı: İrəvanda müxalifəti birləşdirir .....                     Azərbaycan nefti cüzi bahalaşıb .....                     Keçmiş həyat yoldaşını döyərək xəsarət yetirən şəxsə hökm oxundu .....                     Araz dəhlizi Zəngəzur dəhlizindən əvvəl istifadəyə verilə bilər .....                     Hər uşaq üçün 250 manat hazırlayın .....                     Almaniya Rusiya ərazisində əməliyyatlar keçirmək istəyir .....                     Biz nəyin davasını edirik? .....                     "Mən səni “axmaq” adlandırmayacağam" .....                     Sərvəti aşıb daşan deputat rəsmən QOÇULUQ EDİR .....                     Təbrizdə benzin qıtlığı yaranıb .....                     Tramp Türkiyədən gizli şəkildə uçmasının səbəbini açıqlayıb .....                     Kəlbəcərin bərpasına böyük pullar ayrılır, amma... .....                     Əgər İran inkişaf etmiş ölkə olarsa... .....                     "Cinsi bəlli olmayan bir neçə adam dərhal özünü yetirib təhqir yazır..." .....                     Dondurma satanın qarşısında oynayan xalq və... .....                     Artıq ödəniş edəndə də, xeyri olmur... .....                 

Rusiya Türkiyəyə qarşı ŞANTAJA KEÇİB... - Görünəni budur...
Tarix: 29-04-2022, 10:38 | Çap et
Rusiya Türkiyəyə qarşı ŞANTAJA KEÇİB...
Voronej vilayəti yaxınlığında “Bayraktar” PUA-sının vurulması Rusiya telekanallarında anti-Türkiyə əhvalını artırıb. вЂ?’Rossiya 1’’ telekanalında yayımlanan “60 dəqiqə” analitik proqramında Türkiyə hədəfə alınıb. Rusiya ekspertlərinə görə, Ukraynada sülhyaratma niyyətini ortaya qoyan Türkiyə Kiyevi silahlandırmaqda davam edir. İddia olunur ki, Rusiyaya qarşı sanksiyalara qoşulmayan Ankara birtərəfliyini qorumalıdır. Bildirilib ki, Türkiyə Kiyevi silahlandırmaqda davam edərsə, bu, gələcək münasibətləri ciddi şəkildə zədələyə bilər.

Qeyd edək ki, hələ Ukrayna müharibəsindən əvvəl də Kiyevə “Bayraktar”lar satılması Moskvanın etirazına səbəb olmuşdu... Maraqlıdır ki, aprelin 28-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub. Halbuki tərəflər cəmi iki gün öncə də telefonla danışmışdılar.

Bəs Türkiyə PUA verməkdən imtina edə bilərmi? Rusiya ilə münasibətlər önəmlidir, yoxsa Ukraynaya “Bayraktar” vermək?

Bəzi məlumatlara görə, Ukrayna türk PUA-larını öz ölkəsində istehsal edir. Burada bir məqam da var - Ukraynanın silah arsenalında kifayət qədər böyük həcmdə Rusiya silahları var. Eləcə də Azərbaycana qarşı döyüşən, ərazilərimizi işğal edən Ermənistan tam halda Rusiya silahları ilə təchiz olunub. Rusiya bütün dünyaya silah ixrac edən ən böyük dövlətlərdəndir. Elə Azərbaycanda da kifayət qədər Rusiya silahları var. O zaman gərək hər kəs Rusiyaya qarşı bəyanat versin... Bu mövzuda Rəcəb Tayyib Ərdoğana qədər Türkiyə rəsmilərinin açıqlamaları var. Onlar deyirlər ki, Türkiyə вЂ?’Bayraktar’’ları silah bazarında şəffaf şəkildə satır. Kim onu alırsa, silah da, işlətməsinə görə məsuliyyət də onun olur. Necə ki, Rusiya tanklarını satın alan hər hansı ölkə onu hansı istiqamətə, hansı hədəf ölkənin üstünə sürməsinə görə özü məsuliyyət daşıyır. Rusiya təbliğat vasitələri bu sadə gerçəyi görmürmü? Niyə buna cığallıq edirlər?

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli buna səbəb kimi rusların keçmişi unutmadıqlarını görür: “Rusiyada çox güclü anti-Türkiyə əhval-ruhiyyəsi var. Bu da rusların milli genefondundan irəli gəlir. Ruslar üçün türk tarixən bir nömrəli düşmən olub. Çünki onların xərac vermə tarixləri yaddaşlarından silinməyib. Şimal qonşumuzun dövlətçilik tarixi 300-400 il öncədən o tərəfə yoxdur. Həmin ərazilər türk hökmdarlarının nəzarətində olub. Rusların antitürk hisslərinin ikiqat yüksək olmasında İslam faktoru da böyük rol oynayır. Təbii ki, burada erməni lobbisinin də təsirləri az deyil. Regionda Türkiyə-Rusiya maraqlarının toqquşmasını da burada gözardı etmək olmaz. Antitürk əhval-ruhiyyəsində olan rus elitasına Türkiyənin üzərinə getmək üçün bir bəhanə lazımdır. Bir sözlə, bəhanələr axtarmaq izindədirlər. Türkiyə hamıya silah satır. Bu baxımdan sualınızda qeyd olunanı məsələni bəhanə hesab edirəm. Qardaş ölkə Ukraynaya ”Bayraktar"ları pulsuz vermir. O məntiqlə Azərbaycan daim etiraz etməlidir ki, Rusiya, sən Ermənistanı silahlandırırsan. Türkiyə də etiraz edə bilər ki, Rusiya, mənə rəqib, düşmən olan Yunanıstana S300-ləri satırsan. Rəsmi Ankaranın özü Rusiyadan S400-ləri alıb. Rusiya da istəsə, “Bayraktar”ları ala bilər. Sadəcə, özlərinə hələ ki bu silahı almağı sıxışdırmırlar. Çünki türk hərbi istehsalı daha güclü silah icad edib. Sözün əsl mənasında bu silah rus silahını “döyür”. Suriyada, Liviyada, Qarabağda, indi də Ukraynada bunun şahidi olmuşuq. Rusiya ərazisində partlayışlar olub. Deyilənə görə, bu “Bayraktar”larla olub. Rusiyanın müdafiə sistemi bu silahın qarşısında aciz qalıb. Bu da rusları yerindən oynadır. Türkiyəyə olan hücumların kökündə məhz bu dayanır".

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Rusiyanın heç bir tələb irəli sürməyə haqqının olmadığını diqqətə çatdırdı: “2014-cü ildə Rusiya Krımı işğal edərək özünə birləşdirərkən Türkiyə bunu tənqid etsə də, NATO-nun Rusiyaya qarşı sanksiyalarına qoşulmayan yeganə üzv dövləti olub. Lakin bu, Türkiyənin Rusiyaya hər sahədə və hər zaman güzəştə gedəcəyi anlamına gəlmir. Bu gün Türkiyə Rusiyaya qarşı savaşan Ukrayna ordusunu ”Bayraktar"larla təmin edirsə, bu, tamamilə silah ticarəti və biznes maraqları çərçivəsində dəyərləndirilməlidir. Belə ki, “Bayraktar”ların Suriya, İraq, Liviya, Qarabağ və Ukraynada uğurlu istifadəsi ona olan marağı daha da artırmaqdadır. Hətta Almaniya da bu silahı satın alacağını elan edib. Keçən ilin dekabrında Qırğızıstan, bugünlərdə isə onunla münaqişə vəziyyətində olan Tacikistan bu uçuş aparatını əldə edib. Halbuki tarix boyu yaşanan münaqişələrin hər iki tərəfinə silah satan Rusiya bu gün Türkiyəni ən yaxşı anlamalı olan dövlətdir. Odur ki, Rusiyadan Türkiyənin davranışına “həddən artıq kəskin” reaksiyanın gəlməyəcəyi, həmçinin NATO-nun ona sanksiya tətbiq etməyən yeganə üzvünü Rusiyanın itirmək istəməyəcəyini də deyə bilərik. Silahın münaqişə tərəflərindən yalnız birinə satılması, həmin tərəfin silah satan ölkənin strateji və təbii müttəfiqi olması halında olur, məsələn, Türkiyə və İsrailin 44 günlük müharibə dövründə yalnız Azərbaycana silah satması kimi. Ümumiyyətlə, birtərəfli mövqe də məhz bu cür strateji və təbii müttəfiqlik halında mümkün olur. Bu gün Rusiyanın Türkiyə qarşısında belə bir tələb irəli sürməsi üçün heç bir siyasi, hüquqi, yaxud mənəvi haqqı yoxdur".
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyada azərbaycanlıları gözləyən dəhşətli “tələ” – Bilinməyən məqamlar üzə çıxdı
Bu gün, 11:35
Laçında yarım milyon manatlıq “Laçın” yazısı tikiləcək
Bu gün, 11:30
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq - DİQQƏT
Bu gün, 11:26
Yenidən kağız attestata keçdik: MÜTDA məlumatı niyə gizlədir? - BU NƏDİ BELƏ?
Bu gün, 11:22
Azərbaycanda ixtisas seçimində edilən 7 böyük SƏHV – Bir yanlış artıq gələcəyi dəyişir
Bu gün, 11:17
Ermənistan Zəngəzura qoşun yeritdi – Artaşatdakı hərbçilər niyə Sünikə köçürüldü?
Bu gün, 11:13
Perinatal Mərkəzə daxil olan kimi problemlər başlayır... - İTTİHAM VAR...
Bu gün, 10:59
Ukrayna Vensin xahişindən sonra Qara dənizdə neft tankerlərinə zərbələri dayandırıb - “Financial Times”
Bu gün, 10:44
Ceki Çan üçün muğam oxuyan xanəndə: - “Telefonuna da çəkdi, süni intellekt olduğunu deyirlər”
Bu gün, 10:41
Dövlət Sığorta Agentliyinin eks-vəzifəli şəxsi yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:38
Nazirliyin ekektron attestatı NARAZILIQ yaratdı – FOTO
Bu gün, 10:36
Münaqişədən qarşılıqlı asılılığa: Cənubi Qafqazın yeni reallığı - İNCƏLƏMƏ
Bu gün, 10:34
Ermənistan ordusu yeni hərbi formaya keçir
Bu gün, 10:31
Mask Britaniyanı “satın almaq” istəyir – “Neçəyədir?”
Bu gün, 10:26
Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb - SƏRƏNCAM
Bu gün, 10:24
SOCAR-ın QALMAQALLI vitse-prezidenti vəzifədən alındı - belə deyirlər...
Bu gün, 10:10
“Abşeronneft“də büdcə pullarına KİM TAMAH SALIR?.. - İTTİHAM VAR...
Bu gün, 10:05
Qapalı diktator sindromu: - Ukrayna cəbhəsindəki dalandan "qələbəyə"
Bu gün, 09:56
Azərbaycanda qiymətlərin nə qədər artdığı AÇIQLANDI
Bu gün, 09:54
ABŞ Azərbaycanın neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb - DETALLAR
Bu gün, 09:51
Mollayev CƏZASIZ QALDIQCA... - "Mənim kimi problemi olan çoxlu sayda işçi var..."
Bu gün, 09:44
“907-ci düzəliş” ətrafında yeni qarşıdurma - NƏ ETMƏLİ
Bu gün, 09:35
298 nəfərin adına saxta əmək müqaviləsi rəsmiləşdirildi, 578 989 manat sosial yardım almasına şərait yaradıldı – MƏHKƏMƏ
Bu gün, 09:30
“Fədayə tələbəm kimi oğlumun toyunda olmalı idi, amma gəlmədi...”
Bu gün, 09:23
Kremlin yeni planı: İrəvanda müxalifəti birləşdirir - Soçidə Paşinyana qarşı yeni ittifaq hazırlanır
Bu gün, 09:19
Azərbaycan nefti cüzi bahalaşıb
Bu gün, 09:18
Keçmiş həyat yoldaşını döyərək xəsarət yetirən şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 09:14
Araz dəhlizi Zəngəzur dəhlizindən əvvəl istifadəyə verilə bilər - NƏ BAŞ VERİR?
Bu gün, 09:12
Hər uşaq üçün 250 manat hazırlayın - ƏN AZI...
Bu gün, 08:05
Almaniya Rusiya ərazisində əməliyyatlar keçirmək istəyir - “Die Velt”
Bu gün, 08:03
Biz nəyin davasını edirik? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:01
"Mən səni “axmaq” adlandırmayacağam"
Bu gün, 07:42
Sərvəti aşıb daşan deputat rəsmən QOÇULUQ EDİR - AY MAŞALLAH...
Bu gün, 07:37
Təbrizdə benzin qıtlığı yaranıb — Sürücülər uzun növbələrdə gözləyir
Bu gün, 07:32
Tramp Türkiyədən gizli şəkildə uçmasının səbəbini açıqlayıb - “The Washington Post”
Bu gün, 07:30
Kəlbəcərin bərpasına böyük pullar ayrılır, amma... - Tanınmış yazar Prezidentə müraciət etdi
Bu gün, 07:19
Əgər İran inkişaf etmiş ölkə olarsa... - ŞƏRH
Bu gün, 06:59
"Cinsi bəlli olmayan bir neçə adam dərhal özünü yetirib təhqir yazır..." - Fazil Mustafa
Bu gün, 06:55
Dondurma satanın qarşısında oynayan xalq və... - REPLİKA
Bu gün, 06:48
Artıq ödəniş edəndə də, xeyri olmur... - AXI NİYƏ?..
Bu gün, 06:41
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti öz proqnozlarını açıqladı... - TƏFƏRRÜAT
Bu gün, 06:34
Sənin olmayan həyat... - İfşa mütləqdir...
Bu gün, 06:28
Biz niyə yerimizdə sayırıq... - nə qədər ki...
Bu gün, 06:20
Vaxtı keçmiş məhsul satırlar, həm də... - ABSURD BƏHANƏ...
Bu gün, 06:12
Xəzər uğrunda HÜQUQİ MÜBARİZƏ... - yeni mərhələdə...
Bu gün, 06:00
Adam istədiyini edir və... QORXMUR! - FAKT BUDUR!
Bu gün, 05:57
Məmurlarımız necə TƏLƏYƏ SALINIB... - AKTUAL
Bu gün, 05:50
Quru sərhədlərlə bağlı MÜJDƏ - Payızda nələr olacaq?
Dünən, 17:53
Gürcüstan əlaqələrin bərpası üçün Rusiyaya şərt qoydu
Dünən, 17:51
Xaricdən edilən onlayn sifarişlər niyə gecikir? - AÇIQLAMA
Dünən, 17:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru