Emin Əmrullayevin təzhizatçı qaynı Nihad Hənifəyev və STEAM milyonları .....                     “Ferrum Kapital” Vətən müharibəsi iştirakçısını təhqir edib? .....                     Mehdiyevin hektarlarla torpağı üzə çıxdı: vətəndaşın ərazisini zəbt edən “göbələk Feyruz” kimdir? .....                     Milyardlıq kreditlər, şəxsi təyyarə, İspaniyada milyonluq şirkət .....                     Atasının evdən çölə buraxmadığı gənc necə qatil oldu? .....                     ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib .....                     Azərbaycanda KURYOZ OLAY: məhkəmə atasını söyən oğulu CƏRİMƏLƏDİ .....                     Tanınmış aktyor KİMƏ SƏSLƏNDİ: .....                     Ukrayna ordusu Novorossiyskdə Rusiyaya qarşı əməliyyat keçirib, .....                     Naxçıvanın bütün sahələrdə əldə etdiyi uğurlar göz qabağındadır .....                     Yeni nəqliyyat dəhlizlərinin, xüsusilə Zəngəzur dəhlizinin yaradılması məsələsi mühüm əhəmiyyət kəsb edir .....                     Brilliantdan illər sonra ETİRAF: .....                     Moskvanın “əli” Ermənistanın “xirtdəyində” .....                     "Zəngəzur Su" vətəndaşları zəhərləyir? .....                     Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya verib .....                     Elm və Təhsi Nazirliyinin “yenilikçi” qərarları: Hələlik ancaq problem yaradır .....                     “DEVİN MEDİA” 871 nəfərdən qeydiyyat üçün 20 manat aldı VƏ... .....                     Sülh sazişi Vaşinqtonda imzalanacaq .....                     Məhkəmə qohumunu 14 bıçaq zərbəsi ilə öldürən şəxslə bağlı qərarı açıqladı .....                     Dünyanın 69 böyük şəhərində orta aylıq əməkhaqqı nə qədərdir? .....                     Rusiyada azərbaycanlıları gözləyən dəhşətli “tələ” .....                     Laçında yarım milyon manatlıq .....                     “Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq .....                     Yenidən kağız attestata keçdik: MÜTDA məlumatı niyə gizlədir? .....                     Azərbaycanda ixtisas seçimində edilən 7 böyük SƏHV .....                     Ermənistan Zəngəzura qoşun yeritdi .....                     Perinatal Mərkəzə daxil olan kimi problemlər başlayır... .....                     Ukrayna Vensin xahişindən sonra Qara dənizdə neft tankerlərinə zərbələri dayandırıb .....                     Ceki Çan üçün muğam oxuyan xanəndə: .....                     Dövlət Sığorta Agentliyinin eks-vəzifəli şəxsi yenidən məhkəmə qarşısında .....                     Nazirliyin ekektron attestatı NARAZILIQ yaratdı .....                     Münaqişədən qarşılıqlı asılılığa: Cənubi Qafqazın yeni reallığı .....                     Ermənistan ordusu yeni hərbi formaya keçir .....                     Mask Britaniyanı “satın almaq” istəyir .....                     Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb .....                     SOCAR-ın QALMAQALLI vitse-prezidenti vəzifədən alındı .....                     “Abşeronneft“də büdcə pullarına KİM TAMAH SALIR?.. .....                     Qapalı diktator sindromu: .....                     Azərbaycanda qiymətlərin nə qədər artdığı .....                     ABŞ Azərbaycanın neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb .....                 

Ukrayna müharibəsinin üç ssenarisi, hətta dördüncü də var - GƏLİŞMƏ
Tarix: 26-03-2022, 08:58 | Çap et
Ukrayna müharibəsinin üç ssenarisi, hətta dördüncü də var
İndiki təcavüzün başlaması ilə Rusiyanın nəinki keçmiş sovet respublikalarının xalqlarına, hətta onların hakimiyyətlərinə müsbət təsirini demək olar ki, tamamilə itiridiyi tam hiss olunur. Kremlyönümlü dezinformasiya mediası tərəfindən tam zombiləşdirilməmiş şəxslərin bu ölkədəki hakim rejimlə bağlı heç bir illüziyası yoxdur və onların heç biri öz dövlətinin onunla sıx siyasi və iqtisadi əməkdaşlıq etməsini istəməz. Əgər postsovet ölkələrinin hakimiyyətlərində Putinə qarşı nəsə varsa, bu, qorxudur, çünki, o, insani hörmətə yer qoymayıb. İndi isə keçmiş sovet məkanının gələcək üçün bir neçə variantı var.

Putin müharibədə uduzur, o, hakimiyyətdən məhrum edilir və Rusiyanın başında demokratik qüvvələr dayanır - variantların ən yaxşısı. O zaman bu ölkə ilə normal və bərabərhüquqlu münasibətlər qurmaq mümkün olacaq.

Amma əgər Putin, Allah eləməmiş, Ukraynada öz məqsədlərinə nail ola bilsə, o zaman o, SSRİ-nin bütün digər keçmiş əraziləri ilə ciddi məşğul olmağa başlayacaq - son həftələr bunu bir çox nüfuzlu analitiklər əminliklə deyirlər.

Üçüncü variant: əgər ukraynalılar dünyanın digər ölkələrinin köməyi ilə rusları öz ölkələrindən qovmağı bacarsalar, lakin Putin rejimi yıxılmasa, o zaman bütün postsovet ölkələri Moskvanın daha da qıcıqlandırıcı diqqətindən qurtulmaq barədə ciddi şəkildə düşünməli olacaq. Avrasiya İqtisadi İttifaqı (Aİİ), Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Gömrük İttifaqının (Gİ) üzvü olanlar üçün vəziyyət daha çətindir - onlar bu kremlaltı birliklərdə üzvlük öhdəliklərindən necə qurtulmaq barədə düşünməli olacaqlar.

Bu hadisələr necə baş verəcək? Gələcək üçün bu variantlardan hansı bugünkü reallıqlara daha uyğundur? diaaz.space xəbər verir ki, AYNA mövzunu tanınmış əcnəbi ekspertlərlə müzakirə edib.

Rusiyalı jurnalist, bloger Aleksey Romanov:

“Dördüncü variant var. Ukraynada və Rusiyada nəyin baş verməsinin heç bir əhəmiyyyəti yoxdur. Yeganə vacib olan odur ki, dünya dəyişdi - Azərbaycan və Rusiyanın səyləri ilə xarici siyasət məsələlərinin həlli üçün güc tətbiqinə qoyulan qadağa aradan qaldırıldı.

İl yarım əvvəl Azərbaycan öz silahlı qüvvələrinin köməyi ilə Qarabağ məsələsini uğurla həll etmişdisə, indi Rusiya da Ukrayna məsələsini eyni şəkildə - hərb yolu ilə həll etməyə çalışır. 2008-ci ildə Gürcüstanda, 2014-cü ildə isə Ukraynada qaydalardan istisna olan məqam indi adi qaydaya çevrilib.

Ölkələr 80 il əvvəl olduğu kimi, yenə də gücün köməyi ilə hər şeyi yoluna qoymağa hazırdır. Bu məntiq avtoritar hakimiyyət sisteminə malik dövlətlər tərəfindən daha rahat qəbul edilir, lakin demokratiyalar da çox uzun müddət əsaslı pasifist qalmağa tab gətirə bilməz. Eyni Polşanın ordusunu iki dəfə artırmaq qərarı da bundan xəbər verir.

Dövlətlərarası münasibətlərin yeni, güclü məntiqi bizi ittifaqlar probleminə və dövlətlərin bir-birini dəstəkləməsi imkanlarına yenidən nəzər salmağa məcbur edir. Son vaxtlara qədər “soyuq müharibə”nin yadigarı sayılan “blok təfəkkürü” birdən-birə yenidən aktuallaşdı. Kiməsə qarşı kiminləsə dostluq etmək yenə zərurətdir.

Ona görə də hesab edirəm ki, MDB, Aİİ, KTMT kimi birliklər yaxın gələcəkdə nəinki dağılmayacaq, əksinə, əsl intibah yaşayacaq və yeni səviyyəyə qalxacaq. KTMT-nin hərbi cavab mexanizminin ilk dəfə necə işə düşdüyünü Qazaxıstanda gördük. Biz Aİİ ölkələrinin qarşılıqlı hesablaşmalarda dollardan imtina etməyə necə intensiv hazırlaşdıqlarını görürük. Bu cür yaxınlaşmanın başqa nümunələrini görəcəyik. Yeni dünya - yeni qaydalar tələb edir”.

Ukraynalı analitik, Yaxın Şərq Araşdırmaları Mərkəzinin icraçı direktoru İqor Semivolos:

“Gələcək dəyişkəndir və daha çox dəyişənlərdən, sabit trendə girib hər şeyi alt-üst edən “qara qu quşları”ndan asılıdır. Tutaq ki, klassik “qara qu quşu” müharibədir. Məsələn, Putinin müharibənin nə vaxt başlayacağına özü qərar vermək təşəbbüsü var. Ona həqiqətən də planlarından məlumatı olan amerikalılar və olimpiada keçirən çinlilər mane oldular. Amma indi o, müharibəni dayandıra da bilmir, çünki müharibə öz ssenarisi üzrə inkişaf edir və müharibəni başladan hökmdarın iradəsi artıq həlledici deyil.

Təbii ki, Putin Ukraynanı fəth etmək cəhdinin mənasızlığını indi də dərk edə bilər, lakin o zaman təbəələrinin gözündə tam axmaq kimi görünəcək. Qulların isə gücünü itirmiş ağasına nə etdiyi məlumdur.

Ancaq təklif olunan variantlardan danışaq. Tutaq ki, Moskva Ukraynada hansısa məhdud məqsədlərə nail ola bilir və onları qələbə kimi öz əhalisinə sırıyır. Bundan sonra isə vəziyyətdən asılı olaraq Moldovadan tutmuş Azərbaycana kimi bir sıra ölkələrin suverenliyi təhlükə altına düşür. Məhz onlar Rusiyanın ekspansiyasının hədəfinə çevrilirlər.

Niyə? Çünki moskvalılar öz vəzifələrini belə görürlər - 20-ci əsrin geosiyasi fəlakətini aradan qaldırmaq, başqa sözlə, Rusiya imperiyasını bərpa etmək. Ancaq Ukraynanın uğurlu müdafiəsinə görə belə bir ssenarinin baş vermə ehtimalı azdır. Burada heç bir illüziya olmamalıdır. Moskvalıların digər ölkələrin suverenliyinə hörmətlə yanaşacağına inanmaq Lavrovun Rusiyanın Ukraynaya hücum etməməsi ilə bağlı iddialarını ciddi qəbul etmək qədər absurddur.

Buna görə də postsovet məkanının bütün ölkələrinin maraqları baxımından, sizin rəhbərliyinizin moskvalılardan qorxması və ya ehtiyat etməsindən asılı olmayaraq, Putin və Lukaşenkodan mümkün qədər uzaqda dayanmaları daha yaxşdır. İqtisadi cəhətdən bütövlükdə bütün postsovet ölkələrindən yüzlərlə dəfə güclü olan Çin üçün yalnız sanksiyalardan yan keçmə cəhdləri haqqında danışmağın özü birjada əhəmiyyətli enişlə nəticələnirsə, bəs digərləri haqqında nə demək olar?

Ərzaq təhlükəsizliyi ilə bağlı - müharibə artıq ərzaq bazarında qıtlığın formalaşmasına gətirib çıxarıb və dünyanın əksər hissəsini aclıq təhlükəsi ilə üzləşdirib. Bu barədə düşünməyə dəyər. Bu və növbəti illərdə regionu hansı kataklizmlər gözləyir? Gözlənilən hadisələrin fonunda 2010-12-ci ilin “Ərəb baharı” sadəcə oyuncaq kimi görünəcək.

Buna görə də, bəli. Biz mümkün qədər tez uzaqlaşmalıyıq. Və mütləq özünüzü macəraya cəlb etməyə imkan verməyin, Moskvanın müharibə ətçəkəninə oğullarınızın, qardaşlarınızın və atalarınızın başqa bir partiyasını udmaq şansı verməyin. Buna görə də bütün xalqların aktual şüarı bütün dillərdə aydın səslənir: “Moskvadan uzaqlaş!”, çünki orada ölüm var”.

İsrailli publisist Aviqdor Eskin:

“Hərbi əməliyyatların gedişi Rusiya üçün qalibiyyət tendensiyalarını aşkar etmədi. Taktiki nüvə silahından istifadə imkanını istisna etmək olmaz. Kütləvi mülki ölümlər məqsədi ilə deyil, 1945-ci ildə Yaponiyanın təslim olmağa məcbur edilməsi hadisəsində olduğu kimi, qorxutma effekti üçün. Belə bir ssenari Moskvada bəziləri tərəfindən nəzərdən keçirilir, lakin belə olacağını qətiyyətlə demək olmaz.

Hazırkı vəziyyət o qədər irrasional və gözlənilməzdir ki, bütün variantlar açıqdır. “Zəbur” kitabında dəqiq təsbit edilb ki, “Padşahların ürəyi Uca Allahın əlindədir”. Adi rasional hesablama burada kifayət etməyəcək.

Əgər Rusiya güc nümayiş etdirib qələbəyə iddialı olsa, o zaman gözləmək olar ki, SSRİ-nin bir çox keçmiş dövlətləri ona tərəf çəkiləcək. Bununla belə, Rusiya tərəfindən hərbi və iqtisadi aspektdə güc təzahürünün mümkünlüyü çox şübhəlidir. Qonşularına gəlincə, bu gün Azərbaycan rəhbərinin göstərdiyi ehtiyatlılıq məqsədəuyğun və ağlabatan görünür”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Emin Əmrullayevin təzhizatçı qaynı Nihad Hənifəyev və STEAM milyonları - FOTOLAR
Bu gün, 15:18
“Ferrum Kapital” Vətən müharibəsi iştirakçısını təhqir edib?
Bu gün, 15:07
Mehdiyevin hektarlarla torpağı üzə çıxdı: vətəndaşın ərazisini zəbt edən “göbələk Feyruz” kimdir? - TƏFƏRRÜAT
Bu gün, 15:00
Milyardlıq kreditlər, şəxsi təyyarə, İspaniyada milyonluq şirkət – İş adamı barədə İNANILMAZ İDDİALAR
Bu gün, 14:55
Atasının evdən çölə buraxmadığı gənc necə qatil oldu? – Bakıda əcnəbinin QANLI SONU
Bu gün, 14:36
ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib - "Anadolu"
Bu gün, 14:27
Azərbaycanda KURYOZ OLAY: məhkəmə atasını söyən oğulu CƏRİMƏLƏDİ - TƏFƏRRÜAT
Bu gün, 13:04
Tanınmış aktyor KİMƏ SƏSLƏNDİ: - "İstedadlı insanların haqqına girmə!"
Bu gün, 13:03
Ukrayna ordusu Novorossiyskdə Rusiyaya qarşı əməliyyat keçirib, Zelenski təfərrüatları açıqlayıb
Bu gün, 12:59
Naxçıvanın bütün sahələrdə əldə etdiyi uğurlar göz qabağındadır - İsrafil Kərimovun yazısı
Bu gün, 12:54
Yeni nəqliyyat dəhlizlərinin, xüsusilə Zəngəzur dəhlizinin yaradılması məsələsi mühüm əhəmiyyət kəsb edir - MƏQALƏ
Bu gün, 12:52
Brilliantdan illər sonra ETİRAF: - "Buna görə peşmanam"
Bu gün, 12:41
Moskvanın “əli” Ermənistanın “xirtdəyində” – Bakı, Ankara və Qərbin edə biləcəyi...
Bu gün, 12:39
"Zəngəzur Su" vətəndaşları zəhərləyir? - GİLEY
Bu gün, 12:35
Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya verib
Bu gün, 12:25
Elm və Təhsi Nazirliyinin “yenilikçi” qərarları: Hələlik ancaq problem yaradır - Görünəni odur ki...
Bu gün, 12:14
“DEVİN MEDİA” 871 nəfərdən qeydiyyat üçün 20 manat aldı VƏ... - Əgər araşdırma zamanı...
Bu gün, 12:01
Sülh sazişi Vaşinqtonda imzalanacaq - Amerikalı professor tarix də açıqladı
Bu gün, 11:51
Məhkəmə qohumunu 14 bıçaq zərbəsi ilə öldürən şəxslə bağlı qərarı açıqladı
Bu gün, 11:48
Dünyanın 69 böyük şəhərində orta aylıq əməkhaqqı nə qədərdir? - SİYAHI
Bu gün, 11:43
Rusiyada azərbaycanlıları gözləyən dəhşətli “tələ” – Bilinməyən məqamlar üzə çıxdı
Bu gün, 11:35
Laçında yarım milyon manatlıq “Laçın” yazısı tikiləcək
Bu gün, 11:30
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq - DİQQƏT
Bu gün, 11:26
Yenidən kağız attestata keçdik: MÜTDA məlumatı niyə gizlədir? - BU NƏDİ BELƏ?
Bu gün, 11:22
Azərbaycanda ixtisas seçimində edilən 7 böyük SƏHV – Bir yanlış artıq gələcəyi dəyişir
Bu gün, 11:17
Ermənistan Zəngəzura qoşun yeritdi – Artaşatdakı hərbçilər niyə Sünikə köçürüldü?
Bu gün, 11:13
Perinatal Mərkəzə daxil olan kimi problemlər başlayır... - İTTİHAM VAR...
Bu gün, 10:59
Ukrayna Vensin xahişindən sonra Qara dənizdə neft tankerlərinə zərbələri dayandırıb - “Financial Times”
Bu gün, 10:44
Ceki Çan üçün muğam oxuyan xanəndə: - “Telefonuna da çəkdi, süni intellekt olduğunu deyirlər”
Bu gün, 10:41
Dövlət Sığorta Agentliyinin eks-vəzifəli şəxsi yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:38
Nazirliyin ekektron attestatı NARAZILIQ yaratdı – FOTO
Bu gün, 10:36
Münaqişədən qarşılıqlı asılılığa: Cənubi Qafqazın yeni reallığı - İNCƏLƏMƏ
Bu gün, 10:34
Ermənistan ordusu yeni hərbi formaya keçir
Bu gün, 10:31
Mask Britaniyanı “satın almaq” istəyir – “Neçəyədir?”
Bu gün, 10:26
Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb - SƏRƏNCAM
Bu gün, 10:24
SOCAR-ın QALMAQALLI vitse-prezidenti vəzifədən alındı - belə deyirlər...
Bu gün, 10:10
“Abşeronneft“də büdcə pullarına KİM TAMAH SALIR?.. - İTTİHAM VAR...
Bu gün, 10:05
Qapalı diktator sindromu: - Ukrayna cəbhəsindəki dalandan "qələbəyə"
Bu gün, 09:56
Azərbaycanda qiymətlərin nə qədər artdığı AÇIQLANDI
Bu gün, 09:54
ABŞ Azərbaycanın neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb - DETALLAR
Bu gün, 09:51
Mollayev CƏZASIZ QALDIQCA... - "Mənim kimi problemi olan çoxlu sayda işçi var..."
Bu gün, 09:44
“907-ci düzəliş” ətrafında yeni qarşıdurma - NƏ ETMƏLİ
Bu gün, 09:35
298 nəfərin adına saxta əmək müqaviləsi rəsmiləşdirildi, 578 989 manat sosial yardım almasına şərait yaradıldı – MƏHKƏMƏ
Bu gün, 09:30
“Fədayə tələbəm kimi oğlumun toyunda olmalı idi, amma gəlmədi...”
Bu gün, 09:23
Kremlin yeni planı: İrəvanda müxalifəti birləşdirir - Soçidə Paşinyana qarşı yeni ittifaq hazırlanır
Bu gün, 09:19
Azərbaycan nefti cüzi bahalaşıb
Bu gün, 09:18
Keçmiş həyat yoldaşını döyərək xəsarət yetirən şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 09:14
Araz dəhlizi Zəngəzur dəhlizindən əvvəl istifadəyə verilə bilər - NƏ BAŞ VERİR?
Bu gün, 09:12
Hər uşaq üçün 250 manat hazırlayın - ƏN AZI...
Bu gün, 08:05
Almaniya Rusiya ərazisində əməliyyatlar keçirmək istəyir - “Die Velt”
Bu gün, 08:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru