NATO Ukraynaya qoşun göndərməyəcəyini deyir - NƏ BAŞ VERİR?
Tarix: 31-01-2022, 11:21 | Çap et
 DİA.AZ: - Kanadanın Ukraynada hərbi təlim missiyası tərkibində 200-dək əsgəri var.
DİA.AZ xəbər verir ki, Kanada Ukraynadakı hərbi qüvvələrini qərbə yönəldəcəyini, Kiyevdəki səfirlikdə ikinci dərəcəli işləri görən əməkdaşlarını isə müvəqqəti çıxaracağını bildirib. Daha öncə digər Qərb ölkələri Ukrayna ilə Rusiya arasında artan gərginlik fonunda ehtiyat tədbirlərinə əl atıb.
“Kanada Silahlı Qüvvələrinin təhlükəsizliyi üçün gərəkən bütün ehtiyat tədbirləri görəcəyik”, – Müdafiə naziri Anita Anand yanvarın 30-da Kiyevdə mətbuat konfransında deyib.
O, Kanada qüvvələrinin Ukraynanın mərkəzindən keçən “Dnepr çayının qərbinə doğru” yerdəyişmə etdiyini açıqlayıb.
Rusiya Ukrayna ilə sərhəd yaxınlığına 100 mindən çox əsgər yığıb. 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq etmiş Rusiya ölkənin şərqindəki separatçıları dəstəkləyir.
Səfirlik tədbirləri
Birləşmiş Ştatlar Qərb müttəfiqləri ilə birlikdə Rusiyanın Ukraynaya yeni hərbi hücuma hazırlaşmasından ehtiyatlanır. Moskva isə Ukraynanı işğal planı olmadığını bildirir.
Kanadanın Ukraynada hərbi təlim missiyası tərkibində 200-dək əsgəri var.
Xarici İşlər Nazirliyi isə Kiyevdəki səfirlikdə ikinci dərəcəli işləri görən əməkdaşlarını və diplomatların qohumlarını müvəqqəti çıxaracağını bəyan edib. Səfirlik açıq qalacaq.
“Vəziyyəti yaxından monitorinq etməklə yanaşı, kanadalıların təhlükəsizliyi əsas prioritetimiz sayırıq”, – nazirlik bildirib.
Kanada ötən həftə bildirmişdi ki, səfirliyin işinin gücləndirilməsi üçün təhlükəsizlik, konfliktin idarəedilməsi, demokratik islahat və konsulluq xidmətləri sahəsində ekspertlər göndərəcək.
Ötən həftə Birləşmiş Ştatlar, Britaniya, Avstraliya və Almaniya Kiyevdəki diplomatlarının bəzilərini, eləcə də ailə üzvlərini çıxarmaq qərarı veriblər.
NATO Ukraynaya döyüş qüvvələri göndərməyəcək
Rusiya Ukraynanı işğal edərsə, NATO bu ölkəyə döyüş qüvvələri göndərməyəcək. Bunu hərbi alyansın Baş katibi Yens Stoltenberq yanvarın 30-da BBC-yə müsahibəsində deyib.
“NATO-nun Ukraynaya döyüş qüvvələri göndərmək planları yoxdur... biz dəstək verməyə fokuslanırıq. NATO üzvü ilə Ukrayna kimi güclü və yüksək dəyər verilən tərəfdaş arasında fərq var”, – Stoltenberq vurğulayıb.
Moskva Vaşinqton və NATO ilə son danışıqlarda Ukrayna və digər post sövt ölkələrinin alyansa qəbul edilməyəcəyinə qarantiya istəyib. Ukrayna NATO-ya üzv olmaq istəyir, amma ona Üzvlük Fəaliyyət Planı təqdim olunmayıb. Həmin planda üzvlük üçün yol xəritəsi göstərilir.
Ancaq NATO “açıq qapı” siyasətinin danışıqlara açıq olmadığını bildirir. Vaşinqtonun mövqeyincə, suveren ölkələrin öz hərbi alyanslarını seçmək hüquqları var.
NATO indiyədək bəyan edib ki, Rusiya Ukraynanı işğal edərsə, Şərqi Avropadakı üzvlərinin ərazisində qüvvə sayını artırmağa hazırdır. Alyansın bir sıra üzvləri Kiyevə hərbi avadanlıq, o cümlədən öldürücü silahlar göndərib.
Britaniyadan qanunvericilik gözlənir
Britaniyanın bu həftə dərc edəcəyi yeni qanunvericilikdə Rusiyaya, Ukraynanı işğal variantı seçəcəyi halda, iqtisadi sanksiyaların genişləndirilməsi nəzərdə tutulur.
“Bu qanunvericilik bizə daha geniş hədəfləri vurmaq imkanı verəcək. Heç kəs sanksiyalardan yayına biləcəyini düşünməsin”, – Britaniyanın Xarici işlər naziri Liz Truss yanvarın 30-da “Sky News”a deyib.
“Kremlə və Rusiya rejiminə maraqlı olan istənilən şirkət hədəfə alınacaq, Putinin oliqarxları üçün gizlənməyə yer qalmayacaq”, – o, sözlərinə əlavə edib.
Bu yaxınlarda Rusiyanın Xarici işlər naziri Sergey Lavrov ilə görüşü gözlənən Truss onu da deyib ki, müharibə olarsa, Britaniya əsgərlərinin Ukraynaya göndərilməsi “ehtimalı çox azdır”.
Bir neçə həftəyə ABŞ dövlət katibi Entoni Blinkenlə görüşəcək Lavrov isə yanvarın 30-da dövlət televiziyasına deyib ki, Rusiya NATO-dan və ATƏT-in 57 üzvündən regional təhlükəsizliyə dair mövqelərinə aydınlıq gətirmələrini istəyəcək. O, “Rusiyanın legitim maraqlarına tam, bərabər” təhlükəsizlik qarantiyaları tələbini davam etdirəcəklərini sözlərinə əlavə edib.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Həm vaxt itkisidir, həm də... - REPLİKA
Bu gün, 18:07 |
|
|
|
| • Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi
Bu gün, 18:00 |
|
|
|
| • Ukrayna-Rusiya savaşından qalib çıxan Şimali Koreya... - Görünəni odur ki...
Bu gün, 17:55 |
|
|
|
| • Ermənistan Sünikdə hərbi mövcudluğunu niyə gücləndirir? - AÇIQLAMA
Bu gün, 17:49 |
|
|
|
| • Ünvanlı sosial yardıma niyə imtina cavabı gəlir? - AKTUAL
Bu gün, 17:46 |
|
|
|
| • “Metsamor AES-in istismar şərtləri ilə bağlı qərarı Bakı vermir” - Yeqoyan
Bu gün, 17:44 |
|
|
|
| • Azərbaycanlı mütəxəssislər Ermənistanda 2 ay tədqiqat aparıblar - KİV
Bu gün, 17:24 |
|
|
|
| • Bakı-Tbilisi qatarında BİLET QALMAQALI: - Ekspert problemin kökünü açıqladı
Bu gün, 17:23 |
|
|
|
| • “Yeni Klinika”nın İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunub - BUNDAN SONRA...
Bu gün, 17:21 |
|
|
|
| • “Mərmər İnşaat” şirkətinin mənfəəti 42% azalıb - HESABAT
Bu gün, 17:13 |
|
|
|
| • Göygöldə kişi ona pul verməyən arvadını şalı ilə boğaraq öldürmək istədi - TƏFƏRRÜAT
Bu gün, 17:09 |
|
|
|
| • TRIPP mesajının pərdəarxası: İrəvanın məqsədi Tehranı inandırmaqdır? - Görünəni odur ki...
Bu gün, 16:56 |
|
|
|
| • Vüsal Nəsirlini Saleh Məmmədovun kadrları ilə nə birləşdirir? - ARAŞDIRMA
Bu gün, 16:51 |
|
|
|
| • Ermənistanda cinayətlərin sayı Azərbaycandan 5 dəfə çoxdur - RƏQƏMLƏR
Bu gün, 16:48 |
|
|
|
| • Türkan İLK DƏFƏ AÇIQLADI: - "Bunu kiminsə acığına etmədim"
Bu gün, 16:38 |
|
|
|
| • Yeni attestatlar xaricdə keçərlidirmi? - Agentlik açıqladı
Bu gün, 16:36 |
|
|
|
| • “Rabitəbank” səhmdarları Müşahidə Şurasının tərkibi və “Capital Partners”lə bağlı toplanır
Bu gün, 16:30 |
|
|
|
| • Agentlik imtina edir, məhkəmə bərpa edir: “Nəticədə əlil 2 il əziyyət çəkir” - AXI NİYƏ?..
Bu gün, 16:25 |
|
|
|
| • Zəngəzur dəhlizi açılır: Naxçıvanın geosiyasi çəkisi KƏSKİN ARTIR - ŞƏRH
Bu gün, 16:21 |
|
|
|
| • “Onlar insan ovuna çıxırlar” - Kremldən məmurlara tapşırıq
Bu gün, 16:12 |
|
|
|
| • "Qapını göstəriblər və deyiblər ki..." - "Kimə istəyirsən şikayət edə bilərsən!"
Bu gün, 16:09 |
|
|
|
| • Şəki Rayon Məhkəməsinə yeni hakim təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:02 |
|
|
|
| • Ağcabədidə toyda mübahisəyə görə 2 qohumun qətli ilə bağlı məhkəmə başlayır
Bu gün, 16:01 |
|
|
|
| • Rusiya 6 konteyner Azərbaycan siqaretini ölkəyə buraxmadı - Qaçaqmal İDDİASI
Bu gün, 15:44 |
|
|
|
| • Milli Qəhrəmana Keşlədə 3 mərtəbəli obyekt tikmək üçün icazə verildi - DETALLAR
Bu gün, 15:40 |
|
|
|
| • Moskvada biznes tələsi: Elşad Mirbəşirli və vəkil aldadıldı - TƏFƏRRÜAT
Bu gün, 15:35 |
|
|
|
| • İrəvanda “çarmıxa çəkilən” II Qareginin sirli hekayəsi
Bu gün, 15:30 |
|
|
|
| • Emin Əmrullayevin təzhizatçı qaynı Nihad Hənifəyev və STEAM milyonları - FOTOLAR
Bu gün, 15:18 |
|
|
|
| • “Ferrum Kapital” Vətən müharibəsi iştirakçısını təhqir edib?
Bu gün, 15:07 |
|
|
|
| • Mehdiyevin hektarlarla torpağı üzə çıxdı: vətəndaşın ərazisini zəbt edən “göbələk Feyruz” kimdir? - TƏFƏRRÜAT
Bu gün, 15:00 |
|
|
|
| • Milyardlıq kreditlər, şəxsi təyyarə, İspaniyada milyonluq şirkət – İş adamı barədə İNANILMAZ İDDİALAR
Bu gün, 14:55 |
|
|
|
| • Atasının evdən çölə buraxmadığı gənc necə qatil oldu? – Bakıda əcnəbinin QANLI SONU
Bu gün, 14:36 |
|
|
|
| • ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib - "Anadolu"
Bu gün, 14:27 |
|
|
|
| • Azərbaycanda KURYOZ OLAY: məhkəmə atasını söyən oğulu CƏRİMƏLƏDİ - TƏFƏRRÜAT
Bu gün, 13:04 |
|
|
|
| • Tanınmış aktyor KİMƏ SƏSLƏNDİ: - "İstedadlı insanların haqqına girmə!"
Bu gün, 13:03 |
|
|
|
| • Ukrayna ordusu Novorossiyskdə Rusiyaya qarşı əməliyyat keçirib, Zelenski təfərrüatları açıqlayıb
Bu gün, 12:59 |
|
|
|
| • Naxçıvanın bütün sahələrdə əldə etdiyi uğurlar göz qabağındadır - İsrafil Kərimovun yazısı
Bu gün, 12:54 |
|
|
|
| • Yeni nəqliyyat dəhlizlərinin, xüsusilə Zəngəzur dəhlizinin yaradılması məsələsi mühüm əhəmiyyət kəsb edir - MƏQALƏ
Bu gün, 12:52 |
|
|
|
| • Brilliantdan illər sonra ETİRAF: - "Buna görə peşmanam"
Bu gün, 12:41 |
|
|
|
| • Moskvanın “əli” Ermənistanın “xirtdəyində” – Bakı, Ankara və Qərbin edə biləcəyi...
Bu gün, 12:39 |
|
|
|
| • "Zəngəzur Su" vətəndaşları zəhərləyir? - GİLEY
Bu gün, 12:35 |
|
|
|
| • Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya verib
Bu gün, 12:25 |
|
|
|
| • Elm və Təhsi Nazirliyinin “yenilikçi” qərarları: Hələlik ancaq problem yaradır - Görünəni odur ki...
Bu gün, 12:14 |
|
|
|
| • “DEVİN MEDİA” 871 nəfərdən qeydiyyat üçün 20 manat aldı VƏ... - Əgər araşdırma zamanı...
Bu gün, 12:01 |
|
|
|
| • Sülh sazişi Vaşinqtonda imzalanacaq - Amerikalı professor tarix də açıqladı
Bu gün, 11:51 |
|
|
|
| • Məhkəmə qohumunu 14 bıçaq zərbəsi ilə öldürən şəxslə bağlı qərarı açıqladı
Bu gün, 11:48 |
|
|
|
| • Dünyanın 69 böyük şəhərində orta aylıq əməkhaqqı nə qədərdir? - SİYAHI
Bu gün, 11:43 |
|
|
|
| • Rusiyada azərbaycanlıları gözləyən dəhşətli “tələ” – Bilinməyən məqamlar üzə çıxdı
Bu gün, 11:35 |
|
|
|
| • Laçında yarım milyon manatlıq “Laçın” yazısı tikiləcək
Bu gün, 11:30 |
|
|
|
| • “Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq - DİQQƏT
Bu gün, 11:26 |
|
|
|
|