Paşinyan və revanşistlər ölüm-dirim savaşında: .....                     SOCAR işçisi Rövşən Nəcəfdən NƏ İSTƏDİ? .....                     Neft bahalaşır: Azərbaycan üçün qazanc, yoxsa risk? .....                     Bakıda qadın ərini tava ilə döydü: "Mənə böhtan atdı" .....                     Putinin hədəfində daha üç keçmiş sovet ölkəsi var .....                     Zelenski fərman imzalayaraq Moskvada paradın keçirilməsinə icazə verib .....                     Güllələnən kafe sahibi barədə yeni məlumatlar .....                     Azərbaycan və Ermənistan sərhəd delimitasiyası üzrə üç sənəd layihəsini razılaşdırıb .....                     Dünyanın 45 günlük aviasiya benzini EHTİYATI qalıb .....                     "Bu yaşımda da ayağımdan çəkirlər?" .....                     Ağzında çörək... BİR ALA QARĞA... .....                     Qarabağ Universitetinə sektor müdiri təyin olundu .....                     Cəlilabadda məktəblilərin davasına valideynlər QARIŞDI: Qan töküldü .....                     Putinin milyarder "desantı"nın ilk təbliğat mitinqinə cəmi 5650 erməni qatıldı... .....                     Azərbaycan neftinin qiyməti 110 dollara yaxınlaşıb .....                     Qarabağ məsələsi bağlanıb! .....                     Avropa Zelenskinin "öyüd-nəsihətlərindən" yorulub .....                     Moskvanın Zelenski ilə bağlı açıqlamasına İrəvandan cavab: .....                     "İctimai TV mənim üçün sadəcə bir iş yeri deyil, çox doğma bir məkandır" .....                     MANATO.AZ bu dəfə vətəndaşı HƏDƏLƏYİR... .....                     “Neftçi”yə qoyulan transfer qadağası ləğv edildi .....                     Paşinyan Laçınla qonşu şəhərə gəldi... .....                     Bu klub Qurban Qurbanovu istəyir, illik 2 milyon avro maaş .....                     Kanadada azərbaycanlı gənc yəhudilərə HÜCUM ETDİ və həbs olundu .....                     Azərbaycan və Ermənistan 9 Mayı sülh içində qeyd edir .....                     Zelenskinin İrəvana səfər etməsi... .....                     9 Mayı hansısa formada görməzdən gəlmək mümkün deyil .....                     Zaqatalada 39 yaşlı kişini restorandan çıxanda güllələdilər .....                     İran Zəngəzur dəhlizini İrəvandan hədələdi .....                     Rusiya ABŞ və Bəhreynin İranla bağlı qətnaməsini dəstəkləməyəcək .....                     Dollarla bağlı kritik vəziyyət .....                     Büdcə gəlirlərinin azalması NƏTİCƏDİR, bunun əsl SƏBƏBİ isə... .....                     Dövlətin bu 100 metr məsafəyə GÜCÜ YETMİR? .....                     Ukraynaya Rusiyanın aktivlərindən €6,6 milyard köçürülüb .....                     Tramp ABŞ-nin təkliflərinə İrandan cavab gözləyir .....                     İrəvanda Karapetyanın tərəfdarları saxlanıldı .....                     Burda işçi hüququ BOŞ BİR NAĞILDIR .....                     AQC Tikinti, Abadlıq və Köçürülmə Komissiyası fəaliyyətə başladı .....                     Nazir Baronun çıxışı: Cənubi Qafqaz sülhünə Fransa təhlükəsi... .....                     Baltası qartalın caynağı olan Ramil Səfərov .....                 

Sarkisyan nələri açdı, nələri gizlədir: İstefanın pərdəarxası - İNCƏLƏMƏ...
Tarix: 26-01-2022, 09:00 | Çap et
Sarkisyan nələri açdı, nələri gizlədir: İstefanın pərdəarxası
Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib. Bu barədə dövlət başçısının saytında məlumat dərc olunub: “Prezident bugünkü ümummilli böhrana səbəb olan siyasi hadisələrə təsir edə bilmədi... Bizdə paradoksal vəziyyət yaranıb ki, Prezident heç bir real alət olmadan dövlətçiliyin təminatçısı olmalıdır”.

Sarkisyan qeyd edib ki, Prezident müharibə və sülhlə bağlı məsələlərə təsir edə bilmir: “Reallıq budur ki, Prezident dövlət və xalq üçün yararsız hesab etdiyi qanunlara veto qoya bilməz”.

O, hesab edir ki, bu vəziyyət onu və ailəsini müxtəlif siyasi qrupların hədəfinə çevirib: “Nəticədə proses mənəviyyatdan kənara çıxır və sağlamlığa təsir etməyə başlayır”.

Sarkisyan yazır: “Mən çox uzun müddət düşündüm və təxminən dörd illik fəal işdən sonra respublika Prezidenti vəzifəsindən istefa vermək qərarına gəldim. Ölkənin daxili və xarici siyasətinə təsir imkanlarının məhdud olduğu şəraitdə Prezident institutu dedi-qodu və sui-qəsd nəzəriyyələrinin obyektinə çevrilməməli, bununla da ictimaiyyətin diqqətini ən mühüm məsələlərdən yayındırmamalıdır. Əks halda, biz missiyamızın məqsədinə çatmayacaq və özümüzü tarixin kənarında tapacağıq. Artıq səhv etməyə haqqımız yoxdur”.

Çox təmtəraqlı ifadələrdir. Amma burada mahiyyət nədir? Açığı, Sarkisyan Paşinyanın siyasətinə, qəbul etdiyi qərarlara təsir edə bilməməsindən narazı olduğuna eyham vurur. Bəs onun qərarını məhz bu amil diktə etdi? Bəlkə o, sonradan məhz onun prezidentliyi dövründə Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlər qurmağa başlaması barədə nələrinsə deyilməsini istəmir? Yoxsa burada başqa bir amil var? Sarkisyanın gələcəkdə Ermənistanın Baş naziri postuna namizədliyini irəli sürmək istədiyini və buna hazırlaşmaq üçün indi Prezident postunu tərk etmək qərarına gəldiyini güman etmək olarmı? DİA.AZ xəbər verir ki, AYNA-nın suallarını tanınmış əcnəbi ekspertlər cavablandırıblar.

Ermənistanlı politoloq, Siyasi və İqtisadi Strateji Araşdırmalar Mərkəzinin direktoru Benyamin Poqosyan:

“Düşünmürəm ki, Armen Sarkisyanın Ermənistanda hər hansı yeni siyasi ambisiyası var. Ona görə də o, hər hansı bir vəzifə tutsa, çox təəccüblənəcəyəm - Baş nazir və ya başqa.

Başa düşdüyüm qədər, bizdə hələ də konstitusiya dəyişiklikləri olacaq. Onlar deyirlər ki, hansısa formada yarımprezidentlik sisteminə keçid də mümkündür. Yəni 2018-ci ildən əvvəl olan sistemə. Və sonra, təbii ki, Paşinyan birbaşa Prezident seçkilərində iştirak edəcək. Amma belə olsa da, mən sadəcə olaraq Armen Sarkisyanın yarıprezident idarəetmə forması ilə Baş nazir olacağını istisna edirəm. Sistem dəyişməsə, o zaman növbəti parlament seçkiləri 2026-cı ildə olacaq və yenə də mən demək olar ki, o vaxta qədər Sarkisyanın yeni partiya yaradacağını və ölkənin daxili siyasi fəaliyyətində iştirak edəcəyini güman etmirəm.

“Sarkisyan adının Türkiyə və Azərbaycanla münasibətlərdə müəyyən irəliləyişlərin başlanması ilə əlaqələndirmək istəmir” versiyasına gəlincə, düzünü desəm, bu, mənə düzgün görünmür. Çünki, məsələn, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı komissiya yaradılsa belə, hamımız başa düşürük ki, bu proses illərlə, hətta on illərlə davam edə bilər. Və əgər Türkiyə ilə sərhədin açılması və diplomatik münasibətlərin qurulması ilə bağlı qərar qəbul edilirsə, o zaman mən heç vaxt Armen Sarkisyanın buna qarşı çıxdığını eşitməmişəm.

Amma razıyam ki, onun vida nitqində qeyd etdiyi səbəblər 2018-ci ilin aprelindən - Prezident olduqdan sonra aktualdır. Və onun məntiqindən çıxış edərək, demək olar ki, heç bir səlahiyyətə malik olmamasından, Ermənistanın daxili və xarici siyasətinə təsir göstərə bilmədiyindən narazı idisə, o zaman 2018-ci ilin mayında dərhal olmasa da, ən azı 2019-cu ilin yanvarında – yəni 2018-ci ilin dekabrında keçirilən növbədənkənar parlament seçkilərindən sonra sakit şəkildə istefa verə bilərdi.

Deməli, düzünü desəm, Armen Sarkisyanın niyə istefa verdiyini mühakimə etmək indi mənim üçün çətindir. Yenə də bunun hansısa Ermənistan-Azərbaycan və ya Ermənistan-Türkiyə prosesləri ilə bağlı olduğunu düşünmürəm. Və düşünmürəm ki, o, məhdud səlahiyyətlərə malik bir fiqur kimi tutduğu mövqedən bezdiyi üçün gedir”.

Gürcüstanlı politoloq, Azad Rusiya Fondunun Cənubi Qafqazdakı nümayəndəliyinin direktoru Yeqor Kuroptev:

“Təbii ki, Ermənistan Prezidentinin istefası gözlənilən idi. İlk vaxtlar inqilabdan sonra çox ciddi diplomat olan və bir çox dünya liderləri ilə şəxsi dostluq əlaqələri olan Sarkisyan xarici siyasət məsələlərində özünü söz sahibi kimi görünmək istəyirdi. Mənim fikrimcə, bu, Ermənistan üçün faydalı olardı, çünki Ermənistanın nümayəndəsi kimi Sarkisyanın çəkisi kifayət qədər böyükdür.

Mən qətiyyən razı deyiləm ki, istefa hansısa şəkildə Bakı və Ankara ilə nizamlanma prosesi ilə bağlıdır. Düşünürəm ki, Sarkisyan bir dövlət xadimi kimi münaqişənin tezliklə həllini istərdi ki, bu da Ermənistana daha da inkişaf etmək və öz müstəqilliyi uğrunda mübarizə aparmaq imkanı verəcək. O cümlədən indi Ermənistan, Azərbaycan və Türkiyənin nəyisə müzakirə etməyə çalışdığı bütün formatlara nəzarət edən Kremldən müstəqillikdən söhbət gedir.

Düşünürəm ki, Prezident öz bəyanatında getməyin səbəblərini açıq şəkildə göstərib: ölkə, bir neçə ildir tutduğu mövqedə olanda, Prezident olsa və Ermənistanın adından danışsa belə, proseslərə təsir etmək imkanı olmayanda, çox ağır yükdür.

Səhhəti imkan verərsə, Sarkisyanın bu və ya digər vəzifədə aktiv fəaliyyətini davam etdirmək üçün hər şansı var. İndi siyasi postlarla bağlı planlardan danışmaq tezdir. Sarkisyanın müəyyən şansları var və təbii ki, o, daha geniş səlahiyyətlərlə (dəyişikliklər hazırda fəal müzakirə olunur) prezidentlik və digər postlar uğrunda yarışa bilərdi. Baxaq, Sarkisyan nə qərar verəcək və Ermənistan xalqı bu qərarı necə qiymətləndirəcək”.

Cənubi Qafqaz üzrə rusiyalı ekspert Konstantin Tasits:

“Mənə elə gəlir ki, Armen Sarkisyanın sözlərində hansısa ikili məna axtarmaq lazım deyil. O, istefasının səbəblərini açıq şəkildə bildirir. 2015-ci il konstitusiya islahatından sonra Ermənistanda Prezidentin səlahiyyətləri əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb və o, mərasim fiquruna çevrilib. Sarkisyana bu postu tutmaq təklifi gələndə Prezidentin xarici siyasətə və diasporla münasibətlərə, iqtisadi və investisiya fəaliyyətinə təsir etmək üçün qeyri-rəsmi alətlərə malik olacağı vəd edilib.

Ancaq görünür, 2018-ci ilin mayında gələn respublikanın yeni rəhbərliyi ilə bu məsələlərdə razılığa gəlmək mümkün olmayıb. Ən mühüm siyasi qərarlar verilərkən Prezidentin fikri nəzərə alınmadı. Xüsusilə, o, 2020-ci ilin noyabrında Dağlıq Qarabağda atəşkəs haqqında Üçtərəfli Bəyanatın hazırlanması və imzalanması barədə heç nə bilmirdi.

İndi prezidentlikdən getdikdən sonra Sarkisyanın gələcəyini proqnozlaşdırmaq çətindir. Bir tərəfdən onun böyük siyasi təcrübəsi və geniş beynəlxalq əlaqələri var. Lakin onun ölkə daxilində kifayət qədər seçici dəstəyi və ya güclü siyasi partiya şəklində dəstəyi yoxdur”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan və revanşistlər ölüm-dirim savaşında: - Ermənistanın gələcəyi təhlükədə
Bu gün, 13:34
SOCAR işçisi Rövşən Nəcəfdən NƏ İSTƏDİ? - "İllərdir səbrlə gözləyirdik..."
Bu gün, 13:20
Neft bahalaşır: Azərbaycan üçün qazanc, yoxsa risk? - GƏLİŞMƏ
Bu gün, 13:01
Bakıda qadın ərini tava ilə döydü: "Mənə böhtan atdı" - TƏFƏRRÜAT
Bu gün, 12:57
Putinin hədəfində daha üç keçmiş sovet ölkəsi var - Alman general
Bu gün, 12:10
Zelenski fərman imzalayaraq Moskvada paradın keçirilməsinə icazə verib
Bu gün, 12:08
Güllələnən kafe sahibi barədə yeni məlumatlar - 4 azyaşlı övladı var
Bu gün, 12:05
Azərbaycan və Ermənistan sərhəd delimitasiyası üzrə üç sənəd layihəsini razılaşdırıb - Qriqoryan
Bu gün, 11:56
Dünyanın 45 günlük aviasiya benzini EHTİYATI qalıb - Azərbaycan nə edəcək?
Bu gün, 11:51
"Bu yaşımda da ayağımdan çəkirlər?"
Bu gün, 11:41
Ağzında çörək... BİR ALA QARĞA... - MODERN TƏMSİL
Bu gün, 11:38
Qarabağ Universitetinə sektor müdiri təyin olundu - ƏMR
Bu gün, 11:35
Cəlilabadda məktəblilərin davasına valideynlər QARIŞDI: Qan töküldü – DETALLAR
Bu gün, 11:30
Putinin milyarder "desantı"nın ilk təbliğat mitinqinə cəmi 5650 erməni qatıldı... - FOTO
Bu gün, 11:20
Azərbaycan neftinin qiyməti 110 dollara yaxınlaşıb
Bu gün, 11:10
Qarabağ məsələsi bağlanıb! - Alen Simonyan
Bu gün, 11:09
Avropa Zelenskinin "öyüd-nəsihətlərindən" yorulub - "Politico"
Bu gün, 10:57
Moskvanın Zelenski ilə bağlı açıqlamasına İrəvandan cavab: - Nə danışacağını haradan biləydik?
Bu gün, 10:55
"İctimai TV mənim üçün sadəcə bir iş yeri deyil, çox doğma bir məkandır"
Bu gün, 10:45
MANATO.AZ bu dəfə vətəndaşı HƏDƏLƏYİR... - Təhqir... Təhdid...
Bu gün, 10:30
“Neftçi”yə qoyulan transfer qadağası ləğv edildi
Bu gün, 10:03
Paşinyan Laçınla qonşu şəhərə gəldi... - Çıxışında nələr dedi?..
Bu gün, 10:00
Bu klub Qurban Qurbanovu istəyir, illik 2 milyon avro maaş - ÖZÜ İSƏ...
Bu gün, 09:50
Kanadada azərbaycanlı gənc yəhudilərə HÜCUM ETDİ və həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 09:43
Azərbaycan və Ermənistan 9 Mayı sülh içində qeyd edir - Paşinyan BELƏ DEYİR...
Bu gün, 09:39
Zelenskinin İrəvana səfər etməsi... - Köçəryan deyir ki...
Bu gün, 09:38
9 Mayı hansısa formada görməzdən gəlmək mümkün deyil - deputat
Bu gün, 09:30
Zaqatalada 39 yaşlı kişini restorandan çıxanda güllələdilər - TƏFƏRRÜAT
Bu gün, 09:21
İran Zəngəzur dəhlizini İrəvandan hədələdi – Bakıdan REAKSİYA
Bu gün, 08:08
Rusiya ABŞ və Bəhreynin İranla bağlı qətnaməsini dəstəkləməyəcək
Bu gün, 08:06
Dollarla bağlı kritik vəziyyət – Əvvəl ucuzlaşacaq, sonra isə…
Bu gün, 08:05
Büdcə gəlirlərinin azalması NƏTİCƏDİR, bunun əsl SƏBƏBİ isə... - AKTUAL
Bu gün, 08:03
Dövlətin bu 100 metr məsafəyə GÜCÜ YETMİR? - GİLEY
Bu gün, 07:53
Ukraynaya Rusiyanın aktivlərindən €6,6 milyard köçürülüb
Bu gün, 07:38
Tramp ABŞ-nin təkliflərinə İrandan cavab gözləyir - KİV
Bu gün, 07:37
İrəvanda Karapetyanın tərəfdarları saxlanıldı
Bu gün, 07:36
Burda işçi hüququ BOŞ BİR NAĞILDIR - ETİRAZ VAR!
Bu gün, 07:34
AQC Tikinti, Abadlıq və Köçürülmə Komissiyası fəaliyyətə başladı – VİDEO
Bu gün, 07:18
Nazir Baronun çıxışı: Cənubi Qafqaz sülhünə Fransa təhlükəsi... - "Cəsarətli" susqunluq öhdəliyi...
Bu gün, 07:12
Baltası qartalın caynağı olan Ramil Səfərov - Saffari yazır…
Bu gün, 07:07
Toylarda dövlət himninin səsləndirilməsi niyə mübahisə doğurur? - AÇIQLAMA
Bu gün, 07:01
Analitik Ekspertiza Mərkəzinin yoxlamaları mütləq cərimə ilə bitir? - İLGİNC FAKT
Bu gün, 06:57
Araz Paşayev NARAZILIQ YARADIR - FOTOFAKT
Bu gün, 06:46
Builki Qələbə paradının fərqi: "Putinin sehri sönür" - Görünəni odur ki...
Bu gün, 06:38
“Azərbaycanda uşaqpulu verilə bilər? – Vüqar Orucdan diqqətçəkən AÇIQLAMA
Bu gün, 06:36
Paşinyanın müharibə ehtimalı: Döyüşlərin bərpası realdırmı? - AKTUAL
Bu gün, 06:31
Sünikdən başlayan kampaniya: Ermənistan hansı mesajı verir? - GƏLİŞMƏ
Bu gün, 06:29
Deputatdan “Zaman göstərər”-ə etiraz - “Biz də o zamanı gözləyirik”
Bu gün, 06:25
Avropa İttifaqı Ermənistanı yaxın 10 il ərzində öz sıralarına qatmayacaq - ÇÜNKİ...
Bu gün, 06:23
5 manatlıq kapitalla yarım milyonluq borc - "SERALLİ-TT" MMC-nin böyük vergi yükü
Bu gün, 06:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru