"Belə vəziyyətdə tənzimləyici sənədin olmaması hansısa fəsadlara gətirib çıxara bilər" - GƏLİŞMƏ
Tarix: 1-01-2022, 10:45 | Çap et
 “ABŞ və NATO Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərinə vaxtında cavab verməsə, Rusiya strateji tarazlığı təmin etmək və təhdidləri aradan qaldırmaq üçün addımlar atacaq”.
Bunu “RİA Novosti”-yə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. “Əgər vaxtında konstruktiv cavab verilməsə və Qərb öz aqressiv xəttini davam etdirsə, o zaman Rusiya strateji tarazlığı təmin etmək, təhlükəsizliyimiz üçün qəbuledilməz təhdidləri aradan qaldırmaq üçün bütün lazımi tədbirləri görməyə məcbur olacaq”, - Lavrov bildirib. Yanvarın 10-da Cenevrədə Rusiya Federasiyası ilə ABŞ arasında təhlükəsizlik təminatlarına dair Rusiyanın təklifləri üzrə danışıqların keçirilməsi planlaşdırılır. Dekabrın 17-də Rusiya ABŞ-la və NATO-ya üzv dövlətlərlə saziş layihələrini dərc edib. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun dediyi kimi, reaksiya olmasa, qarşıdurmanın yeni raundu mümkündür. Rusiya tərəfinin verdiyi açıqlamalar strateji təhlükəsizliklə bağlı ABŞ və NATO ilə münasibətlərdə gərginliyin yeni mərhələyə daxil olduğunu göstərir.
Belə ki, Cenevrə danışıqlarında razılaşma əldə olunmasa, beynəlxalq münasibətlər sistemində qütbləşmə arta bilər. Bu baxımdan, Lavrovun xəbərdarlığı Rusiyanın strateji təhdidlərdən müdafiəsinə ABŞ-ın NATO-nun təminat verməsinə hesablanıb. Qeyd edək ki, Donald Trampın prezidentliyi dövründə ABŞ Strateji Hücum Silahlarının Məhdudlaşdırılmasına dair 1991-ci ildə və 1993-cü illərdə Rusiya ilə imzalanmış müqavilələrdən çıxıb.
Eyni zamanda, Tramp administrasiyası SSRİ ilə 1987-ci ildə imzalanmış Yaxın və Ortamənzilli Raketlərin İstifadəsinin Ləğvinə dair müqavilədən imtina edib. Co Bayden bu addımları tənqid etsə də, ABŞ Prezidenti seçildikdən sonra həmin sazişlərə qoşulmadı. Rəsmi Moskva isə ABŞ-ın strateji təhlükəsizliklə bağlı beynəlxalq öhdəliklərə qayıtmasa Rusiyanın hərəkətlərinə cavabdeh olmayacağına işarə edir. DİA.AZ xəbər verir ki, bu barədə açıqlama verən politoloq İlqar Vəlizadənin fikrincə, Rusiya yeni strateji müqavilə istəyir.
“Əvvəllər nüvə silahlarının və adi silahların yayılmaması ilə bağlı müqaqvilələr var idi. Bu da dövlətlərin hərbi siyasətini bu və ya digər şəkildə tənzimləyirdi, silahlanmanın qarşısını tamamilə almasa da müəyyən qədər çərçivədə saxlayırdı. Düşünürəm ki, Putinin Baydenlə dekabrın 30-da apardığı danışıqlar da yeni razılaşmanın vacibliyini nəzərdə tutur. Söhbət yeni oyun qaydalarının tərtib olunmasından və onun aparılmasından gedir. Çünki “soyuq müharibə” başa çatıb və yenə də qarşıdurmanın dərinləşməsi müşahidə olunur. Belə vəziyyətdə tənzimləyici sənədin olmaması hansısa fəsadlara gətirib çıxara bilər”.
Ekspert bildirdi ki, danışıqlarda nüvə silahlarının yayılmaması və strateji hücum silahları məsələsindən əlavə, geosiyasi məsələlərin də müzakirə olunacağı gözlənilir. Xüsusilə də Rusiya NATO-nun şərqə doğru genişlənməsini özünün strateji təhlükəsizliyi üçün təhdid hesab edir: “İkinci Dünya müharibəsindən Potsdam konfransında dünyanı böyük dövlətləri bir araya gəlib yeni oyun qaydalarını müəyyən edib. Potsdam və Münhen sazişləri daha çox silahların məhdudlaşdırılması ilə bağlıdır. Ancaq Cenevrədə keçiriləcək danışıqlarda silahlarla yanaşı, siyasi məsələlər də müzakirə oluna bilər. NATO-nun şərqə doğru genişlənməməsi, Ukrayna ilə bağlı müddəalar da diqqət mərkəzində ola bilər. Hazırkı dövrdə raket hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi ayrıca trekdir, yəni danışıqların istqamətidir”.
İlqar Vəlizadə onu da bildirdi ki, hələlik müzakirələrin ilkin mərhələsi keçirildiyindən hər hansı razılaşmanın əldə olunması gözlənilmir.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Paşinyan və revanşistlər ölüm-dirim savaşında: - Ermənistanın gələcəyi təhlükədə
Dünən, 13:34 |
|
|
|
| • SOCAR işçisi Rövşən Nəcəfdən NƏ İSTƏDİ? - "İllərdir səbrlə gözləyirdik..."
Dünən, 13:20 |
|
|
|
| • Neft bahalaşır: Azərbaycan üçün qazanc, yoxsa risk? - GƏLİŞMƏ
Dünən, 13:01 |
|
|
|
| • Bakıda qadın ərini tava ilə döydü: "Mənə böhtan atdı" - TƏFƏRRÜAT
Dünən, 12:57 |
|
|
|
| • Putinin hədəfində daha üç keçmiş sovet ölkəsi var - Alman general
Dünən, 12:10 |
|
|
|
| • Zelenski fərman imzalayaraq Moskvada paradın keçirilməsinə icazə verib
Dünən, 12:08 |
|
|
|
| • Güllələnən kafe sahibi barədə yeni məlumatlar - 4 azyaşlı övladı var
Dünən, 12:05 |
|
|
|
| • Azərbaycan və Ermənistan sərhəd delimitasiyası üzrə üç sənəd layihəsini razılaşdırıb - Qriqoryan
Dünən, 11:56 |
|
|
|
| • Dünyanın 45 günlük aviasiya benzini EHTİYATI qalıb - Azərbaycan nə edəcək?
Dünən, 11:51 |
|
|
|
| • "Bu yaşımda da ayağımdan çəkirlər?"
Dünən, 11:41 |
|
|
|
| • Ağzında çörək... BİR ALA QARĞA... - MODERN TƏMSİL
Dünən, 11:38 |
|
|
|
| • Qarabağ Universitetinə sektor müdiri təyin olundu - ƏMR
Dünən, 11:35 |
|
|
|
| • Cəlilabadda məktəblilərin davasına valideynlər QARIŞDI: Qan töküldü – DETALLAR
Dünən, 11:30 |
|
|
|
| • Putinin milyarder "desantı"nın ilk təbliğat mitinqinə cəmi 5650 erməni qatıldı... - FOTO
Dünən, 11:20 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 110 dollara yaxınlaşıb
Dünən, 11:10 |
|
|
|
| • Qarabağ məsələsi bağlanıb! - Alen Simonyan
Dünən, 11:09 |
|
|
|
| • Avropa Zelenskinin "öyüd-nəsihətlərindən" yorulub - "Politico"
Dünən, 10:57 |
|
|
|
| • Moskvanın Zelenski ilə bağlı açıqlamasına İrəvandan cavab: - Nə danışacağını haradan biləydik?
Dünən, 10:55 |
|
|
|
| • "İctimai TV mənim üçün sadəcə bir iş yeri deyil, çox doğma bir məkandır"
Dünən, 10:45 |
|
|
|
| • MANATO.AZ bu dəfə vətəndaşı HƏDƏLƏYİR... - Təhqir... Təhdid...
Dünən, 10:30 |
|
|
|
| • “Neftçi”yə qoyulan transfer qadağası ləğv edildi
Dünən, 10:03 |
|
|
|
| • Paşinyan Laçınla qonşu şəhərə gəldi... - Çıxışında nələr dedi?..
Dünən, 10:00 |
|
|
|
| • Bu klub Qurban Qurbanovu istəyir, illik 2 milyon avro maaş - ÖZÜ İSƏ...
Dünən, 09:50 |
|
|
|
| • Kanadada azərbaycanlı gənc yəhudilərə HÜCUM ETDİ və həbs olundu - TƏFƏRRÜAT
Dünən, 09:43 |
|
|
|
| • Azərbaycan və Ermənistan 9 Mayı sülh içində qeyd edir - Paşinyan BELƏ DEYİR...
Dünən, 09:39 |
|
|
|
| • Zelenskinin İrəvana səfər etməsi... - Köçəryan deyir ki...
Dünən, 09:38 |
|
|
|
| • 9 Mayı hansısa formada görməzdən gəlmək mümkün deyil - deputat
Dünən, 09:30 |
|
|
|
| • Zaqatalada 39 yaşlı kişini restorandan çıxanda güllələdilər - TƏFƏRRÜAT
Dünən, 09:21 |
|
|
|
| • İran Zəngəzur dəhlizini İrəvandan hədələdi – Bakıdan REAKSİYA
Dünən, 08:08 |
|
|
|
| • Rusiya ABŞ və Bəhreynin İranla bağlı qətnaməsini dəstəkləməyəcək
Dünən, 08:06 |
|
|
|
| • Dollarla bağlı kritik vəziyyət – Əvvəl ucuzlaşacaq, sonra isə…
Dünən, 08:05 |
|
|
|
| • Büdcə gəlirlərinin azalması NƏTİCƏDİR, bunun əsl SƏBƏBİ isə... - AKTUAL
Dünən, 08:03 |
|
|
|
| • Dövlətin bu 100 metr məsafəyə GÜCÜ YETMİR? - GİLEY
Dünən, 07:53 |
|
|
|
| • Ukraynaya Rusiyanın aktivlərindən €6,6 milyard köçürülüb
Dünən, 07:38 |
|
|
|
| • Tramp ABŞ-nin təkliflərinə İrandan cavab gözləyir - KİV
Dünən, 07:37 |
|
|
|
| • İrəvanda Karapetyanın tərəfdarları saxlanıldı
Dünən, 07:36 |
|
|
|
| • Burda işçi hüququ BOŞ BİR NAĞILDIR - ETİRAZ VAR!
Dünən, 07:34 |
|
|
|
| • AQC Tikinti, Abadlıq və Köçürülmə Komissiyası fəaliyyətə başladı – VİDEO
Dünən, 07:18 |
|
|
|
| • Nazir Baronun çıxışı: Cənubi Qafqaz sülhünə Fransa təhlükəsi... - "Cəsarətli" susqunluq öhdəliyi...
Dünən, 07:12 |
|
|
|
| • Baltası qartalın caynağı olan Ramil Səfərov - Saffari yazır…
Dünən, 07:07 |
|
|
|
| • Toylarda dövlət himninin səsləndirilməsi niyə mübahisə doğurur? - AÇIQLAMA
Dünən, 07:01 |
|
|
|
| • Analitik Ekspertiza Mərkəzinin yoxlamaları mütləq cərimə ilə bitir? - İLGİNC FAKT
Dünən, 06:57 |
|
|
|
| • Araz Paşayev NARAZILIQ YARADIR - FOTOFAKT
Dünən, 06:46 |
|
|
|
| • Builki Qələbə paradının fərqi: "Putinin sehri sönür" - Görünəni odur ki...
Dünən, 06:38 |
|
|
|
| • “Azərbaycanda uşaqpulu verilə bilər? – Vüqar Orucdan diqqətçəkən AÇIQLAMA
Dünən, 06:36 |
|
|
|
| • Paşinyanın müharibə ehtimalı: Döyüşlərin bərpası realdırmı? - AKTUAL
Dünən, 06:31 |
|
|
|
| • Sünikdən başlayan kampaniya: Ermənistan hansı mesajı verir? - GƏLİŞMƏ
Dünən, 06:29 |
|
|
|
| • Deputatdan “Zaman göstərər”-ə etiraz - “Biz də o zamanı gözləyirik”
Dünən, 06:25 |
|
|
|
| • Avropa İttifaqı Ermənistanı yaxın 10 il ərzində öz sıralarına qatmayacaq - ÇÜNKİ...
Dünən, 06:23 |
|
|
|
| • 5 manatlıq kapitalla yarım milyonluq borc - "SERALLİ-TT" MMC-nin böyük vergi yükü
Dünən, 06:21 |
|
|
|
|