Həm vaxt itkisidir, həm də... .....                     Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi .....                     Ukrayna-Rusiya savaşından qalib çıxan Şimali Koreya... .....                     Ermənistan Sünikdə hərbi mövcudluğunu niyə gücləndirir? .....                     Ünvanlı sosial yardıma niyə imtina cavabı gəlir? .....                     “Metsamor AES-in istismar şərtləri ilə bağlı qərarı Bakı vermir” .....                     Azərbaycanlı mütəxəssislər Ermənistanda 2 ay tədqiqat aparıblar .....                     Bakı-Tbilisi qatarında BİLET QALMAQALI: .....                     “Yeni Klinika”nın İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunub .....                     “Mərmər İnşaat” şirkətinin mənfəəti 42% azalıb .....                     Göygöldə kişi ona pul verməyən arvadını şalı ilə boğaraq öldürmək istədi .....                     TRIPP mesajının pərdəarxası: İrəvanın məqsədi Tehranı inandırmaqdır? .....                     Vüsal Nəsirlini Saleh Məmmədovun kadrları ilə nə birləşdirir? .....                     Ermənistanda cinayətlərin sayı Azərbaycandan 5 dəfə çoxdur .....                     Türkan İLK DƏFƏ AÇIQLADI: .....                     Yeni attestatlar xaricdə keçərlidirmi? .....                     “Rabitəbank” səhmdarları Müşahidə Şurasının tərkibi və “Capital Partners”lə bağlı toplanır .....                     Agentlik imtina edir, məhkəmə bərpa edir: “Nəticədə əlil 2 il əziyyət çəkir” .....                     Zəngəzur dəhlizi açılır: Naxçıvanın geosiyasi çəkisi KƏSKİN ARTIR .....                     “Onlar insan ovuna çıxırlar” .....                     "Qapını göstəriblər və deyiblər ki..." .....                     Şəki Rayon Məhkəməsinə yeni hakim təyin edilib .....                     Ağcabədidə toyda mübahisəyə görə 2 qohumun qətli ilə bağlı məhkəmə başlayır .....                     Rusiya 6 konteyner Azərbaycan siqaretini ölkəyə buraxmadı .....                     Milli Qəhrəmana Keşlədə 3 mərtəbəli obyekt tikmək üçün icazə verildi .....                     Moskvada biznes tələsi: Elşad Mirbəşirli və vəkil aldadıldı .....                     İrəvanda “çarmıxa çəkilən” II Qareginin sirli hekayəsi .....                     Emin Əmrullayevin təzhizatçı qaynı Nihad Hənifəyev və STEAM milyonları .....                     “Ferrum Kapital” Vətən müharibəsi iştirakçısını təhqir edib? .....                     Mehdiyevin hektarlarla torpağı üzə çıxdı: vətəndaşın ərazisini zəbt edən “göbələk Feyruz” kimdir? .....                     Milyardlıq kreditlər, şəxsi təyyarə, İspaniyada milyonluq şirkət .....                     Atasının evdən çölə buraxmadığı gənc necə qatil oldu? .....                     ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib .....                     Azərbaycanda KURYOZ OLAY: məhkəmə atasını söyən oğulu CƏRİMƏLƏDİ .....                     Tanınmış aktyor KİMƏ SƏSLƏNDİ: .....                     Ukrayna ordusu Novorossiyskdə Rusiyaya qarşı əməliyyat keçirib, .....                     Naxçıvanın bütün sahələrdə əldə etdiyi uğurlar göz qabağındadır .....                     Yeni nəqliyyat dəhlizlərinin, xüsusilə Zəngəzur dəhlizinin yaradılması məsələsi mühüm əhəmiyyət kəsb edir .....                     Brilliantdan illər sonra ETİRAF: .....                     Moskvanın “əli” Ermənistanın “xirtdəyində” .....                 

Ağ Ev Putinin hər dediyinə reaksiya verməyəcəyini bildirib - Qərb mediası
Tarix: 24-12-2021, 08:21 | Çap et
Ağ Ev Putinin hər dediyinə reaksiya verməyəcəyini bildirib
DİA.AZ: - ABŞ rəsmiləri bildiriblər ki, Rusiyanın Ukrayna yaxınlığında qoşun cəmləşdirməsi ilə bağlı danışıqlar yanvar ayında keçirilə bilər. Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Cenevrədə görüş keçiriləcəyinə ümid etdiyini bildirmişdi. DİA.AZ xəbər verir ki, Putin böhranın aradan qaldırılması üçün NATO-nun şərqə doğru genişlənməyəcəyinə dair yazılı qarantiya tələb edir.

BBC yazır ki, Putin hərbi tədbirlərə əl ata biləcəyini bildirsə də, Ukraynaya müdaxilə hazırladığı barədə iddiaları inkar edir.

Ağ Evin vəzifəli rəsmiləri Rusiya prezidentinin NATO-nun Şərqi Avropada bütün fəaliyyətinin dayandırılmasına dair tələbinə reaksiya verməkdən imtina ediblər.

Ağ Evin sözçüsü Cen Psaki deyib ki, diplomatik danışıqlar barədə hələ son qərar verilməsə də, ABŞ bu istiqamətdə işləməkdədir.

Xanım Psaki dekabrın 23-də deyib ki, hələlik baş verən yeganə təcavüzü Ukrayna ilə sərhəddəki Rusiya qüvvələri və cənab Putinin “davakar ritorikası” törədir.

Bu arada The Independent qəzetinin yazdığına görə Ağ Ev bildirib ki, Putinin NATO-dan Ukraynaya dair qarantiya tələblərinə potensial danışıqlaradək heç bir cavab verilməyəcək.

Ağ Evin vəzifəli rəsmilərindən biri Putinin mətbuat konfransı barədə suala cavab verərkən deyib ki, bu barədə hər hansı danışıqlardan əvvəl ABŞ-ın rəsmi reaksiyası olmayacaq.

Həmin rəsmi gələn ay ABŞ və Rusiya nümayəndələrinin Cenevrədə görüşəcəyinə dair Moskvanın bəyanatı barədə də hələki konkret razılaşma olmadığını deyib.

Rəsmi bildirib ki, Rusiyanın qaldırdığı məsələlər açıq bəyanatlarla cavablandırıla bilməz:

“Çünki biz Rusiyanın qaldırdığı məsələləri açıq müzakirə etməyi planlaşdırmırıq. Bu bizə konstruktiv görünmür və belə diplomatik söhbətlərlə irəliləyiş əldə olunması keçmişdə qalıb. Biz Rusiya prezidenti daxil heç kimin hər təklifinə və ya şərhinə reaksiya vermək niyyətində deyilik”.

Rəsmi deyib ki, Rusiya ilə hər hansı dialoq qarşılıqlı olmalıdır və bu halda masa üzərinə Vaşinqtonun da narahatlıqları qoyulacaq.

O əlavə edib ki, Vaşinqton bütün partnyor və müttəfiqləri ilə koordinasiya edilmədən və ya “onlarsız onlar barədə” heç nəyi müzakirə etməyəcək:

“Bizim nəzərimizcə danışıqlar Avropa təhlükəsizliyinə dair - ərazi bütövlüyünü tanıyan, sərhədlərin hərbi güclə dəyişdirilməsini qadağan edən, ölkələrin suverenliyinə və suveren qərarlar qəbul etmək hüququna hörmətə söykənən sənəd və prinsiplər üzərində başlamalıdır”.

Rəsminin sözlərinə görə, Ağ Ev üçün aydındır ki, gələn ay keçiriləcək danışıqlarda “substantiv irəliləyiş” yalnız Rusiya “de-eskalasiya mühitini” seçərsə edilə bilər.

Rəsmi deyib ki, əgər cənab Putin Ukrayna ərazisinə qoşun göndərmək qərarına gəlsə, bilməlidir ki, ABŞ və onun müttəfiqlərinin görəcəyi tədbirlər yalnız iqtisadi hərəkətlərlə məhdudlaşmayacaq.

“Biz demişik ki, öz ərazisinin müdafiəsi üçün Ukraynaya dəstəyimizi artıracağıq”.

The Guardian qəzeti isə Vladimir Putinin son günlərdə belə davakar ritorikasının arxasında nəyin dayandığını araşdırmağa çalışıb.

Rand Corporation analitik mərkəzinin politoloqu Samuel Şarap vəziyyəti belə izah edib:

“Onlar bu nəticəyə gəliblər ki, işlər onların istədikləri istiqamətdə getmir, onların qlobal məğlubiyyətinə doğru gedir. Kremlin ukraynanıların özlərinin yeni hökumətindən bezəcəyinə və Qərbin Ukraynaya marağı itirəcəyinə dair erkən gözləntiləri doğrulmayıb. Buna görə də Kreml qərara gəlib ki, hazırkı status quo dözülməzdir və dəyişilməlidir”.

Ekspert bildirir ki, bu səbəbdən də Putin danışıqlara açıq olduğunu bildirir və NATO-nun bu təşkilata 1997-ci ildən sonra qoşulmuş ölkələrin ərazisindəki qoşun və infrastrukturunun çıxarılmasını tələb edir.

Politoloqun fikrincə bir çox Şərqi Avropa ölkələri üçün belə bir şərt danışıqlar mövzusu ola bilməz.

Bunu yaxşı başa düşən Putin bəri başdan işarə edib ki, ABŞ prezidenti Co Baydenə hörməti olsa da, ona inanmır.

Bir sıra təhlilçilər Putinin son bəyanatlarını onun Rusiya lideri kimi öz mövqeyini möhkəmlətmək istəyi ilə bağlayırlar.

Moskvadakı Carnegie Mərkəzindən Aleksandr Baunov bu ay bu barədə yazmışdı:

“Belə görünür ki, onun Ukraynada nəyə nail olması Putinin 2024-cü ildən sonra da hakimiyyətdə qalmasının həlledici faktoru olacaq”.

Bununa belə Putinin 24 illik hakimiyyəti rahatlıqla qoyub gedəcəyi gözlənilmir.

Belə olduğu halda “qardaş Ukrayna” xalqını geri qaytarmaq məqsədi onun hakimiyyətdə qalmasına əsas verə bilər. Baunov bu barədə yazıb:

“Əgər bu məsələdə uğur qazanılmasa, deməli hakimiyyətdən getməyin də hələ vaxtı deyil”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Həm vaxt itkisidir, həm də... - REPLİKA
Dünən, 18:07
Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi
Dünən, 18:00
Ukrayna-Rusiya savaşından qalib çıxan Şimali Koreya... - Görünəni odur ki...
Dünən, 17:55
Ermənistan Sünikdə hərbi mövcudluğunu niyə gücləndirir? - AÇIQLAMA
Dünən, 17:49
Ünvanlı sosial yardıma niyə imtina cavabı gəlir? - AKTUAL
Dünən, 17:46
“Metsamor AES-in istismar şərtləri ilə bağlı qərarı Bakı vermir” - Yeqoyan
Dünən, 17:44
Azərbaycanlı mütəxəssislər Ermənistanda 2 ay tədqiqat aparıblar - KİV
Dünən, 17:24
Bakı-Tbilisi qatarında BİLET QALMAQALI: - Ekspert problemin kökünü açıqladı
Dünən, 17:23
“Yeni Klinika”nın İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunub - BUNDAN SONRA...
Dünən, 17:21
“Mərmər İnşaat” şirkətinin mənfəəti 42% azalıb - HESABAT
Dünən, 17:13
Göygöldə kişi ona pul verməyən arvadını şalı ilə boğaraq öldürmək istədi - TƏFƏRRÜAT
Dünən, 17:09
TRIPP mesajının pərdəarxası: İrəvanın məqsədi Tehranı inandırmaqdır? - Görünəni odur ki...
Dünən, 16:56
Vüsal Nəsirlini Saleh Məmmədovun kadrları ilə nə birləşdirir? - ARAŞDIRMA
Dünən, 16:51
Ermənistanda cinayətlərin sayı Azərbaycandan 5 dəfə çoxdur - RƏQƏMLƏR
Dünən, 16:48
Türkan İLK DƏFƏ AÇIQLADI: - "Bunu kiminsə acığına etmədim"
Dünən, 16:38
Yeni attestatlar xaricdə keçərlidirmi? - Agentlik açıqladı
Dünən, 16:36
“Rabitəbank” səhmdarları Müşahidə Şurasının tərkibi və “Capital Partners”lə bağlı toplanır
Dünən, 16:30
Agentlik imtina edir, məhkəmə bərpa edir: “Nəticədə əlil 2 il əziyyət çəkir” - AXI NİYƏ?..
Dünən, 16:25
Zəngəzur dəhlizi açılır: Naxçıvanın geosiyasi çəkisi KƏSKİN ARTIR - ŞƏRH
Dünən, 16:21
“Onlar insan ovuna çıxırlar” - Kremldən məmurlara tapşırıq
Dünən, 16:12
"Qapını göstəriblər və deyiblər ki..." - "Kimə istəyirsən şikayət edə bilərsən!"
Dünən, 16:09
Şəki Rayon Məhkəməsinə yeni hakim təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:02
Ağcabədidə toyda mübahisəyə görə 2 qohumun qətli ilə bağlı məhkəmə başlayır
Dünən, 16:01
Rusiya 6 konteyner Azərbaycan siqaretini ölkəyə buraxmadı - Qaçaqmal İDDİASI
Dünən, 15:44
Milli Qəhrəmana Keşlədə 3 mərtəbəli obyekt tikmək üçün icazə verildi - DETALLAR
Dünən, 15:40
Moskvada biznes tələsi: Elşad Mirbəşirli və vəkil aldadıldı - TƏFƏRRÜAT
Dünən, 15:35
İrəvanda “çarmıxa çəkilən” II Qareginin sirli hekayəsi
Dünən, 15:30
Emin Əmrullayevin təzhizatçı qaynı Nihad Hənifəyev və STEAM milyonları - FOTOLAR
Dünən, 15:18
“Ferrum Kapital” Vətən müharibəsi iştirakçısını təhqir edib?
Dünən, 15:07
Mehdiyevin hektarlarla torpağı üzə çıxdı: vətəndaşın ərazisini zəbt edən “göbələk Feyruz” kimdir? - TƏFƏRRÜAT
Dünən, 15:00
Milyardlıq kreditlər, şəxsi təyyarə, İspaniyada milyonluq şirkət – İş adamı barədə İNANILMAZ İDDİALAR
Dünən, 14:55
Atasının evdən çölə buraxmadığı gənc necə qatil oldu? – Bakıda əcnəbinin QANLI SONU
Dünən, 14:36
ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib - "Anadolu"
Dünən, 14:27
Azərbaycanda KURYOZ OLAY: məhkəmə atasını söyən oğulu CƏRİMƏLƏDİ - TƏFƏRRÜAT
Dünən, 13:04
Tanınmış aktyor KİMƏ SƏSLƏNDİ: - "İstedadlı insanların haqqına girmə!"
Dünən, 13:03
Ukrayna ordusu Novorossiyskdə Rusiyaya qarşı əməliyyat keçirib, Zelenski təfərrüatları açıqlayıb
Dünən, 12:59
Naxçıvanın bütün sahələrdə əldə etdiyi uğurlar göz qabağındadır - İsrafil Kərimovun yazısı
Dünən, 12:54
Yeni nəqliyyat dəhlizlərinin, xüsusilə Zəngəzur dəhlizinin yaradılması məsələsi mühüm əhəmiyyət kəsb edir - MƏQALƏ
Dünən, 12:52
Brilliantdan illər sonra ETİRAF: - "Buna görə peşmanam"
Dünən, 12:41
Moskvanın “əli” Ermənistanın “xirtdəyində” – Bakı, Ankara və Qərbin edə biləcəyi...
Dünən, 12:39
"Zəngəzur Su" vətəndaşları zəhərləyir? - GİLEY
Dünən, 12:35
Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya verib
Dünən, 12:25
Elm və Təhsi Nazirliyinin “yenilikçi” qərarları: Hələlik ancaq problem yaradır - Görünəni odur ki...
Dünən, 12:14
“DEVİN MEDİA” 871 nəfərdən qeydiyyat üçün 20 manat aldı VƏ... - Əgər araşdırma zamanı...
Dünən, 12:01
Sülh sazişi Vaşinqtonda imzalanacaq - Amerikalı professor tarix də açıqladı
Dünən, 11:51
Məhkəmə qohumunu 14 bıçaq zərbəsi ilə öldürən şəxslə bağlı qərarı açıqladı
Dünən, 11:48
Dünyanın 69 böyük şəhərində orta aylıq əməkhaqqı nə qədərdir? - SİYAHI
Dünən, 11:43
Rusiyada azərbaycanlıları gözləyən dəhşətli “tələ” – Bilinməyən məqamlar üzə çıxdı
Dünən, 11:35
Laçında yarım milyon manatlıq “Laçın” yazısı tikiləcək
Dünən, 11:30
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq - DİQQƏT
Dünən, 11:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru