Azərbaycanda kazinolar açılmalıdırmı? .....                     ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" .....                     Bakıda daha bir "təqaüd dələduzluğu" .....                     "Əminə hansı qərarı versə, mən və anası dəstəkləyəcəyik" .....                     Namiq Mənanın oğlu xəstəxanaya yerləşdirilib? .....                     Həcc kvotası niyə dolmadı? .....                     "Abzas Media" işi üzrə cəza istənilib: KİMƏ NƏ QƏDƏR... .....                     Məhkəmə sabiq bağça müdirinin iddialarını rədd etdi .....                     AZCON-un Marketinq və ictimaiyyətlə əlaqələr departamentinə rəhbər təyin edilib .....                     Bu bank rəsmi etibarnaməni də tanımır .....                     Azərbaycanda dollar almaq ÇƏTİNLƏŞİR .....                     Azərbaycan “İbrahim sazişləri”nə niyə dəvət olunur? .....                     Bakı ilə sülh danışıqları davam edir? .....                     “Şəki” restoranına görə bu qədər kompensasiya ödənilib .....                     Dilçilik İnstitutunun direktoru: "Vopşe", "tak çto", "znaçit" kimi sözlərin .....                     İran müdafiə naziri Ermənistana səfərə gedib .....                     16 yaşlı qızı öldürüb Kürə atdılar .....                     “Bakcell” süni intellekt təlimi təşkil edib .....                     400 milyon dollarlıq mübahisə: .....                     Putini NECƏ RAM ETMƏLİ... .....                     Azərbaycan 3 ayda 18 ölkədən 2,9 milyardlıq qızıl alıb .....                     1,5 milyardlıq ANLAŞMA .....                     Yüksək vəzifə verilən Fuad Xəlilov kimdir? .....                     Mərkəzi Bank sükutdadır: Neftin ucuzlaşması fonunda suallar artır .....                     "Avtomotoservis" ASC səhmdarlarına dividend ödəyəək .....                     Hüseynə qarşı yarım milyonluq iddia qaldırıldı .....                     Türkiyəli iş adamının Azərbaycandakı milyonluq tikinti şirkəti bağlanır .....                     Azərbaycandan Türkiyəyə dizel ixracı 16 dəfə artıb .....                     Bakıda 2 məktəbin direktoruna şiddətli töhmət verilib .....                     ARDNF kritik lisenziyaların müddətini uzadır .....                     Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək .....                     Marketlərdə 16 qəpiyə satılan yumurta Syerra-Leoneyə 11 qəpiyə ixrac olunub .....                     "Qızımın qeybətini gəlinimə edirəm" .....                     Belə gedərsə, Fuad Nağıyev DAHA BİR TÖHMƏTİ HAQQ EDƏCƏK... .....                     Rubio Avropanın nə istədiyinə aydınlıq gətirib .....                     Həmkarlar İttifaqının İşərişəhərdə təhlükəsizliyi pozan TƏŞKİLATI .....                     İrəvanda 2 saatlıq TELEFASİLƏ .....                     Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarını icra etməkdə təqsirləndirilən İqbal Əbilova hökm oxunub .....                     Beyləqanda ONA YAXIN MƏMUR İŞDƏN QOVULDU .....                     Makron Azərbaycanla düşmənçilikdən çəkilir? .....                 

“Rusiyanın imperiya ambisiyaları var, amma Ukraynasız imperiya alınmır” - NƏ BAŞ VERİR?
Tarix: 11-12-2021, 09:38 | Çap et
“Rusiyanın imperiya ambisiyaları var, amma Ukraynasız imperiya alınmır”
ABŞ Prezidenti Co Baydenlə Rusiya Prezidenti Vladimir Putin arasında çoxdan gözlənilən videogörüş baş tutdu. Çoxları bu müzakirə sayəsində Şərqi Avropada gərginliyin səngiyəcəyini, Rusiyanın aqressiv Ukrayna siyasətindən geri çəkiləcəyini qeyd edirdi. Bundan sonra hadisələrin hansı ssenari üzrə inkişaf edəcəyi hələlik aydın deyil.

“AzPolitika.info” mövzu ətrafında politoloq Oqtay Qasımovla söhbətləşib. Müsahibəni təqdim edirik:

- Oqtay bəy, ABŞ Prezidenti Co Bayden və Rusiya lideri Vladimir Putin arasında baş tutan 2 saat 1 dəqiqəlik görüş və müzakirələr gündəmdən düşmür. Sizcə, Ukrayna məsələsinin müzakirə edildiyi bu görüşdə hansı məsələlərdə anlaşma əldə olundu, hansılarda olmadı?

- Bu danışıqlar ən azından ona görə müsbətdir ki, qarşı-qarşıya duran iki geopolitik güc arasında müzakirə imkanları hələ tükənməyib və tərəflər masa arxasında fikirlərini bir-birinə çatdırmaq imkanındadır. Rusiya Prezidentinin açıqlamasında bu görüş açıq və konstruktiv müzakirə kimi qiymətləndirildi. Bəli, tərəflər görüş zamanı öz mövqelərini ortaya qoydular. Burada tərəflərin və ya onlardan birinin öz mövqeyindən geri çəkilib-çəkilmədiyi başqa məsələdir. Əsas odur ki, oturub danışmaq, bir-birini dinləmək imkanlarının olduğu nümayiş etdirildi. Şəxsən mənim müşahidələrimə görə, tərəflərdən heç biri öz mövqeyindən geri çəkilmədi. Tərəflər qırmızı xətlərini ortaya qoydu. Xüsusilə, Rusiya açıq elan etdi ki, onun qırmızı xətti var və bu, Ukraynanın NATO-ya qəbul edilməsi, habelə NATO dövlətləri ordularının və hücum silahlarının Ukrayna ərazisində yerləşdirilməsi ilə bağlıdır. Bunun qarşılığında ABŞ elan etdi ki, onlar Rusiya və ya hər hansı bir ölkənin qırmızı xətt anlayışını qəbul etmirlər, Ukrayna ilə münasibətlər inkişaf etdiriləcək. Və NATO-ya daxil olmaq Ukraynanın müstəqil qərarı ilə baş verə bilər ki, bu da Ukraynanın öz hüququdur.

Bayden-Putin görüşündə əsas mövzu Ukrayna oldu, ABŞ tərəfi açıq elan etdi ki, əgər Rusiya Ukrayna sərhədlərində cəmləşdirdiyi 175 minlik ordu ilə eskalasiyanı davam etdirsə və vəziyyəti gərginləşdirsə, bu zaman ABŞ-ın konkret sanksiyalarına məruz qoyulacaq. Bu sanksiylar da iqtisadi, maliyyə və siyasi ola bilər. Həmçinin elan edildi ki, əgər ruslar vəziyyəti gərginləşdirməkdə davam edərsə, bu zaman ABŞ və digər ölkələrin hərbçiləri Ukraynaya gəlməkdə davam edəcək. Bildiyiniz kimi hazırda Ukrayna ordusuna 5 ildir ki, Kanada ordusunun zabitləri təlim keçir. Bu zabitlərin içərisində xeyli sayda Ukrayna əsililər də var. SSRİ zamanı Ukraynadan 100 minlərlə insan bir sıra ölkələrə, özəlliklə Kanadaya köç edib. Kanadada Ukraynanın çox güclü diasporası var. Hazırda Ukrayna əsilli kanadalı zabitlər 5 ilə yaxındır ki, burada Ukrayna ordusunu hazırlayır. Eyni zamanda ABŞ-ın 700-ə qədər hərbçisi Ukrayna ordusunda mütəxəssis kimi işləyir. Xüsusilə, onlar hava hücumundan müdafiə sistemləri və digər vacib istiqamətlərlə bağlıdır. ABŞ tərəfi o mesajı verdi ki, gərginlik davam edərsə, Ukraynaya hərbçiləri gəlməkdə davam edəcək. Həmçinin Böyük Britaniya noyabrda qərar verdi ki, Ukraynada vəziyyət gərginləşməkdə davam edərsə və Rusiyanın təcavüz təhlükəsi artarsa 36 saat ərzində 500 xüsusi təyinatlı Ukraynaya çatdırılacaq.

Qənaətimcə, Rusiya düşünülmüş şəkildə vəziyyəti gərginləşdirir. Altı ay əvvəl də Moskva Ukrayna ilə sərhədə 100 minlik ordu toplayaraq vəziyyəti gərginləşdirdi və iyun ayında Çenevrədə Bayden-Putin danışıqları keçirildi. Məncə, indi Rusiya öz maraqlarını təmin etmək üçün vəziyyəti gərginləşdirməklə qarşı tərəfi masaya oturmağa məcbur edir. Hər halda tərəflər açıq oynamağa çalışır. ABŞ 2014-cü ildən sonra mümkün qədər Ukrayna məsələsində daha fəaldır və koalisiya yaratmağa çalışır. Bayden-Putin görüşündən sonra ABŞ lideri Fransa, Almaniya, İngiltərə, İtaliya rəhbərləri ilə danışıqlar apardı. Həm də Almaniya ilə ABŞ arasında aparılan danışıqlardan belə nəticəyə gəlmək mümkündür ki, əgər Rusiyaya qarşı sanksiyalar tətbiq ediləcəksə, bunun biri də “Şimal Axını-2” layihəsinin dayandırılması və Almaniyanın bu kəmər vasitəsilə alacağı qazdan imtina etməsi ola bilər.

Ümumi nəticə odur ki, bu görüşlə tərəflər mövqelərini bir-birinin diqqətinə çatdırdı və ola bilsin ki, savaş bir qədər ertələndi. Qısaca bu danışıqların nəticəsində müharibə olmadı, amma sülh də əldə edilmədi. Yəni nə müharibə, nə də sülh.

- Bayden-Putin müzakirəsi bundan sonra hadisələrin axarına hansı formada təsir göstərə bilər?

- Tərəflər öz mövqelərində qaldığı üçün proses də bu cür davam edəcək. Müəyyən qədər səngiyəcək, amma sonrakı mərhələdə Rusiya tərəfindən prosesin gərginləşdirilməsi istiqamətində addımlar atılacaq. Faktiki Rusiya Ukrayna ətrafında hərbçilər yerləşdirməklə bu ölkəni mühasirəyə almağa çalışır. Məsələn, şimal istiqamətində-Belarus-Ukrayna sərhədlərində Rusiya ordusunun 10 minə yaxın desant qrupları yerləşdirilib. Şərq sərhədlərində 100 batalyona - 170 minə yaxın hərbçinin yerləşdiyi barədə informasiya səsləndirilib. O cümlədən Krım ərazisində yerləşən hərbi hissələr vasitəsilə cənubdan Ukraynanı mühasirəyə almağa çalışır. Hətta belə ssenarilər səsləndirilir ki, savaş başlasa Rusiyanın ilk addımı Ukraynanı Qara dənizdən sıxışdırıb çıxarmaq, dəniz sahillərini işğal etmək, Odessa və Mariupol limanlarını tutmaq olacaq.

Görünən budur ki, Ukrayna məsələsi uzun müddət qərb və Rusiya arasında ciddi mübarizə meydanı kimi qalacaq. Yəni burada rəqabət davam edəcək. Nə qədər ki, Ukraynanın işğal edilən əraziləri boşaldılmayıb, Donbas Kiyevin nəzarətinə qayıtmayıb, gərginlik davamlı olacaq.

- Pribaltika ölkələri Rusiya ilə sərhədi olmaqla paralel NATO üzvləridir. Başqa sözlə, Tallindən Moskvaya məsafə o qədər də uzaq deyil, yəni onsuz da NATO Rusiyanın qulağının dibindədir. Ukraynanın qərbə inteqrasiyası və ya NATO-ya üzv olması Rusiya üçün nəyi dəyişdirə bilər?

- Əvvəla, Ukrayna ilə Rusiyanın bağları tarixə gedir və rus eksperlər tərəfindən səsləndirilir ki, bu iki xalqı etnik bağlar birləşdirir. Tarixə getsək, Kiyev Rus dövləti və sonrakı illərdə Kiyev və Moskva knyazlıqları arasında mübarizə olub. Ən vacibi isə geopolitik baxımdan Ukraynasız Rusiya imperiyası mümkün deyil. Başqa sözlə, Ukrayna Rusiyanın olmadıqca imperiya ambisiyalarını həyata keçirmək mümkün deyil. Bu, bir növ orqanizmin işlək orqanlarından biri kimi təsəvvür edilir. Bzejinski də özünün “Böyük şahmat taxtası” kitabında qeyd edir ki, Rusiya imperiyası Ukraynanı nəzarətindən buraxarsa böyük güc olmaqdan çıxaraq regional gücə çevrilir. Bu mənada Rusiyanın Ukraynaya “marağı” heç də təsadüfi deyil.

İkincisi, Rusiyada belə düşüncə var ki, təhlükəsizliyinin təminatı üçün ən azından Ukrayna bufer rolunu oynamalıdır. Rusiyada hesab edirlər ki, ərazilər düzənlik olduğundan Rusiyanın təhlükəsizliyinə təhlükə var. I və II Dünya Müharibələrinin nəticələri də göstərib ki, coğrafi imkanlar təhlükəsizliyə təhdidlər yaradır. Alman ordusu II Dünya Müharibəsində qısa müddətdə Moskva ətrafına gəlib çatmışdı. Ruslar düşünürlər ki, təbii sərhədlər Karpatdan keçməlidir.

Üçüncüsü, arzu edilməyən NATO-Rusiya toqquşması olarsa, bir var raketlər Almaniya və ya Fransadan atılsın, bir də var Xarkovdan və Dnepropetrovskidən. Xarkovdan raketin atılması həm zaman, həm də məsafə baxımından Rusiya üçün təhlükəlidir. Hər halda ruslar belə düşünür. Nəhayət, Putin özü dəfələrlə ona istinad edir ki, 1990-cı illərdə Qərb və Rusiya arasında şifahi razılaşma olub ki, NATO şərqə doğru genişlənməyəcək. Rusiyaya qarantiya verilsə də, sonradan Qərb bunu pozub.

- Bu Qorbaçovla əldə edilən şifahi anlaşma olub, amma diplomatiya yaranan şərtlərə uyğun olaraq dəyişir...

- Sözsüz ki, şərtlər dəyişdikcə münasibətlər, fikirlər və mövqelər də dəyişə bilər. Ona görə də, bu dəfə Rusiya Rrezidenti Amerika tərəfindən etibarlı təminat, yəni yazılı təminatlar istəyirdi. ABŞ da bundan yayındı və Putinə belə təminatlar vermədi.

- Deməli, Ukraynada savaş başlaya və bu böyük gücləri qarşı-qarşıya gətirə və proses Avropaya qədər yayıla bilər...

- Açığı, mən böyük savaşın olacağını gözləmirəm. Çünki bu həm dağıdıcı, həm də nəticəsi bəlli olmayan savaş olardı. Məncə, Rusiya özünün ənənəvi taktikasına əl atır. Vəziyyəti gərginləşdirməklə istədiyinə nail olmaq istəyir. Sadəcə bu dəfə Qərb tərəfindən davranış bir qədər fərqlidir. Mən xüsusilə, ABŞ-ı nəzərdə tuturam. Əslində Qərb ölkələrinin ehtiyatlı və astagəl davranışları olmasaydı... 2008-ci ildə NATO toplantısı zamanı ABŞ-ın israrı olsa da, Almaniya və Fransanın etirazları nəticəsində Ukrayna ilə Gürcüstan NATO-ya qəbul edilmədi. Bundan sonra Gürcüstan və Ukrayna əraziləri işğal edildi. Əgər o zaman hər iki dövlət NATO çətiri altına girsəydi, ola bilsin ki, Rusiya cəsarət tapıb bu ölkələrin ərazisinə soxulmaz və onların torpaqlarını ilhaq etməzdi. Qısacası, mən böyük müharibə gözləmirəm, burada tərəflər bir qədər də əzələ nümayişi göstərəcəklər, bir-birinə daha çox təzyiq göstərməyə çalışacaqlar. Biz də hələ bir neçə il bunu müşahidə edəcəyik. Ukrayna da asta-asta Qərbə inteqrasiya edəcək. Aydındır ki, beynəlxalq münasibətlər də dəyişir, yeni geopolitik reallıqlar yaranır. Qərb və şərq arasında rəqabət təkcə Ukraynada getmir. Sadəcə bu mübarizənin mərkəzlərindən biri Ukraynadır. Müxtəlif bölgələr var. Bizim yerləşdiyimiz bölgə də bu maraq toqquşmalarından biridir. Konkret olaraq Zəngəzur dəhlizinin açılmasına Ermənistan bu qədər müqavimət göstərirsə, bu təkcə İrəvanın özünün mövqeyi və potensialı daxilində olan məsələ deyil. Digər rəqabət bölgəsi Sakit okean regionu, Yaxın Şərqdir. Hətta Arktika uğrunda mübarizə gedir. Amma daha geniş meydan Ukraynadır. Çünki Ukrayna yerləşdiyi mövqeyinə, strateji önəminə, əhalinin sayına, iqtisadi potensialına və formalaşmaqda olan hərbi gücünə görə olduqca əhəmiyyətlidir. Rusiya da bunu nəzərə almağa məhkumdur. Ciddi fikir adamları tərəfindən qəbul olunur ki, Ukraynasız Rusiya beynəlxalq güc olmaq rolunu itirir.

- Qeyd etdiniz ki, Ukraynasız Rusiya imperiyası alınmır. Sizcə, Rusiyanın imperiya ambisiyası, imperiyanı bərpa etmək niyyəti həqiqətən də varmı?

- Əlbəttə, Rusiyanın imperiya ambisiyaları heç vaxt gündəmdən çıxmayıb. Pyotrun zamanından bu yana davam edən ambisiyalar var. Pyotrun vəsiyyətləri hələ də qüvvədədir. Qafqaz ona görə işğal edilmişdi ki, Rusiyanın isti dənizlərə çıxmaq imkanı olsun. Eləcə də Rusiyanın Suriyadakı fəaliyyəti təsadüfi deyil. Rusiya hesab edir ki, rus imperiyası bir zamanlar böyük əraziləri öz tərkibinə qatmışdı. Bura Şərqi Avropa ölkələri də daxildir. 1917-ci ilə qədər Polşa və Finlandiya da bura daxil idi. SSRİ qurulanda Polşa və Finlandiya artıq müstəqil dövlətə çevrilmişdi. Bu səbəbdən də sonrakı dövrdə bütün parametrləri ilə ən önəmli mərkəz Ukrayna idi. Geopolitiklərin düşüncələri də odur ki, SSRİ-nin üç vacib istiqaməti vardı. Biri Rusiyanın qərb sərhədləridir. Bu, Ukrayna-Qara dəniz əraziləridir. Qara dənizdən Baltik dənizinə uzanan xətdə Rusiya özünün təhlükəsizlik yastığını yaratmağa çalışır. Belarus faktiki olaraq son bir ildə Rusiyanın tam nəzarətindədir. Baltik ölkələri ilə Ukrayna arasında baryer quruldu. İkincisi, Qafqazlar, üçüncüsü, Türküstan üzərindən Mərkəzi Asiya, Əfqanıstana qədər xəttdir. Odur ki, bu strateji mövqelər Rusiyanın nəzarətində olmadığı halda, ruslar imperiya olmaq şansını itirir. Ruslar da bu istiqamətdə öz nüfuz dairəsini saxlamğa cəhd edir, çabalar göstərir. İmkanı olanda bunu zor gücünə, şərait yarananda isə “yumşaq güc”lə əldə etmək istəyir. İndi bunu Ukraynada qaba gücü önə çəkməklə əldə etməyə çalışır.

“AzPolitika.info”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda kazinolar açılmalıdırmı? - Görünəni odur ki...
Bu gün, 17:19
ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...
Bu gün, 17:15
Bakıda daha bir "təqaüd dələduzluğu" - TƏFƏRRÜAT
Bu gün, 17:11
"Əminə hansı qərarı versə, mən və anası dəstəkləyəcəyik"
Bu gün, 17:07
Namiq Mənanın oğlu xəstəxanaya yerləşdirilib? - AÇIQLAMA
Bu gün, 17:05
Həcc kvotası niyə dolmadı? - Deputat səbəbləri AÇIQLADI
Bu gün, 17:00
"Abzas Media" işi üzrə cəza istənilib: KİMƏ NƏ QƏDƏR... - DETALLAR
Bu gün, 16:54
Məhkəmə sabiq bağça müdirinin iddialarını rədd etdi - TƏFƏRRÜAT
Bu gün, 16:52
AZCON-un Marketinq və ictimaiyyətlə əlaqələr departamentinə rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:51
Bu bank rəsmi etibarnaməni də tanımır - BU NƏDİ BELƏ?..
Bu gün, 16:44
Azərbaycanda dollar almaq ÇƏTİNLƏŞİR - NƏ ETMƏLİ?
Bu gün, 16:39
Azərbaycan “İbrahim sazişləri”nə niyə dəvət olunur? - AKTUAL
Bu gün, 16:36
Bakı ilə sülh danışıqları davam edir? - Vardanyan suala elə cavab verdi ki...
Bu gün, 16:34
“Şəki” restoranına görə bu qədər kompensasiya ödənilib - VİDEO
Bu gün, 16:27
Dilçilik İnstitutunun direktoru: "Vopşe", "tak çto", "znaçit" kimi sözlərin lüğətə əlavə edilməsi mümkünsüzdür
Bu gün, 16:25
İran müdafiə naziri Ermənistana səfərə gedib - KİV
Bu gün, 16:23
16 yaşlı qızı öldürüb Kürə atdılar - 21 yaşlı sevgilisi saxlanıldı
Bu gün, 16:22
“Bakcell” süni intellekt təlimi təşkil edib
Bu gün, 15:19
400 milyon dollarlıq mübahisə: - Tramp “hədiyyə” dedi, təyyarə satışda çıxdı
Bu gün, 15:17
Putini NECƏ RAM ETMƏLİ... - AKTUAL
Bu gün, 15:07
Azərbaycan 3 ayda 18 ölkədən 2,9 milyardlıq qızıl alıb - SİYAHI
Bu gün, 15:01
1,5 milyardlıq ANLAŞMA - Ermənistana silah axını DAVAM EDİR
Bu gün, 14:56
Yüksək vəzifə verilən Fuad Xəlilov kimdir? - DOSYE
Bu gün, 14:53
Mərkəzi Bank sükutdadır: Neftin ucuzlaşması fonunda suallar artır - PROQNOZ
Bu gün, 14:47
"Avtomotoservis" ASC səhmdarlarına dividend ödəyəək
Bu gün, 14:47
Hüseynə qarşı yarım milyonluq iddia qaldırıldı
Bu gün, 13:06
Türkiyəli iş adamının Azərbaycandakı milyonluq tikinti şirkəti bağlanır
Bu gün, 13:02
Azərbaycandan Türkiyəyə dizel ixracı 16 dəfə artıb – Bir litri 57 qəpiyə
Bu gün, 13:00
Bakıda 2 məktəbin direktoruna şiddətli töhmət verilib - FOTO
Bu gün, 12:57
ARDNF kritik lisenziyaların müddətini uzadır – 69 MİN MANATLIQ TENDER
Bu gün, 12:54
Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək - belə deyirlər...
Bu gün, 12:48
Marketlərdə 16 qəpiyə satılan yumurta Syerra-Leoneyə 11 qəpiyə ixrac olunub - BU NƏDİ BELƏ?..
Bu gün, 12:42
"Qızımın qeybətini gəlinimə edirəm"
Bu gün, 12:38
Belə gedərsə, Fuad Nağıyev DAHA BİR TÖHMƏTİ HAQQ EDƏCƏK... - O boyda həngamədən xəbəri yoxdurmu?
Bu gün, 12:31
Rubio Avropanın nə istədiyinə aydınlıq gətirib
Bu gün, 12:25
Həmkarlar İttifaqının İşərişəhərdə təhlükəsizliyi pozan TƏŞKİLATI - NARAZILIQ VAR...
Bu gün, 12:20
İrəvanda 2 saatlıq TELEFASİLƏ
Bu gün, 12:14
Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarını icra etməkdə təqsirləndirilən İqbal Əbilova hökm oxunub
Bu gün, 12:06
Beyləqanda ONA YAXIN MƏMUR İŞDƏN QOVULDU - ADLAR
Bu gün, 12:01
Makron Azərbaycanla düşmənçilikdən çəkilir? - səfir Şuşaya getməyincə...
Bu gün, 11:53
Burda müştəriləri məmnun edəcək HEÇ NƏ YOXDUR... - GİLEY
Bu gün, 11:48
“Bu, erməni xəstəliyidir - harada yaşayırlar, özlərinə saxta tarix düzəldirlər” - deputat
Bu gün, 11:35
Dünya siyasətində Bakı ayı: çəki və güc necə artır? - AKTUAL
Bu gün, 11:24
“Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb” - “RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU…”
Bu gün, 11:22
Aysun yenidən AİLƏ QURACAQ?
Bu gün, 11:16
Daha bir məktəb direktoru işdən çıxarıldı - ƏMR
Bu gün, 11:13
Türkiyə və Azərbaycana qarşı daha bir `İNDEYSKİ` BOYKOT qərarı... - KİV
Bu gün, 11:10
122 min manat vergi borcu olan şirkət kimindir?
Bu gün, 11:08
Vəzifəli şəxsi öldürənə CƏZA KƏSİLDİ - TƏFƏRRÜAT
Bu gün, 11:06
İnsan alveri sosial şəbəkələrdə yeni üz alır: - Müdaxilə edilməsə...
Bu gün, 10:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru