İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu .....                     Bu qiymətlərlə NƏ ETMƏLİ?.. .....                     Şərur xəstəxanası ACINACAQLI DURUMDA .....                     Tarixin unutduğu 'Ölüm batalyonu" üzvü olan Azərbaycanlı qadınlar .....                     Simonyan niyə partladı... .....                     Putin Ermənistanı “sivil boşanmaya” çağırdı .....                     Məmur tamahının qurbanı olan 120 milyard manat... .....                     Hörmüz boğazında 100-ə yaxın Honkonq gəmisi bloklanıb .....                     İran Hörmüzdən sui-istifadə etməyə başlayıb .....                     Burda da müştəriyə KƏF GƏLİRLƏR .....                     Putin keçmiş baş naziri şou-biznes nümayəndəsi adlandırdı .....                     Cənubda 76 hektar meşə zolağı “buxarlanıb”… .....                     Ölkənin təhsil işçilərinin 90%-i Araz Paşayevi tanımır .....                     "Ayıbdır, keçmişinizi yaddan çıxarmayın “bəylər“..." .....                     "CBC Sport"da nə baş verir? .....                     Kəmalə Günəşliyə “padxod” edən həkim... .....                     Əvvəlcə Azərbaycanın şərti yerinə yetirilməlidir .....                     “Paşinyan və Simonyanın mesajları erməni cəmiyyətini sülhə hazırlamağa hesablanıb” .....                     "TURKUAZ-555" MMC-nin vergi borcu 130 min manatı keçdi .....                     Hər kəsin unutduğu xalq artisti... .....                     İran Hörmüz blokadasını Xəzər üzərindən yarır .....                     İsrail İraq səhrasında gizli hərbi baza qurub .....                     75 min ailəyə hər ay 500 manat yardım... .....                     Sabiq MTN şefi xaricdəki milyonlarını itirə bilər! .....                     ABŞ Venesueladakı reaktordan zənginləşdirilmiş uranı çıxarıb .....                     Paşinyan və revanşistlər ölüm-dirim savaşında: .....                     SOCAR işçisi Rövşən Nəcəfdən NƏ İSTƏDİ? .....                     Neft bahalaşır: Azərbaycan üçün qazanc, yoxsa risk? .....                     Bakıda qadın ərini tava ilə döydü: "Mənə böhtan atdı" .....                     Putinin hədəfində daha üç keçmiş sovet ölkəsi var .....                     Zelenski fərman imzalayaraq Moskvada paradın keçirilməsinə icazə verib .....                     Güllələnən kafe sahibi barədə yeni məlumatlar .....                     Azərbaycan və Ermənistan sərhəd delimitasiyası üzrə üç sənəd layihəsini razılaşdırıb .....                     Dünyanın 45 günlük aviasiya benzini EHTİYATI qalıb .....                     "Bu yaşımda da ayağımdan çəkirlər?" .....                     Ağzında çörək... BİR ALA QARĞA... .....                     Qarabağ Universitetinə sektor müdiri təyin olundu .....                     Cəlilabadda məktəblilərin davasına valideynlər QARIŞDI: Qan töküldü .....                     Putinin milyarder "desantı"nın ilk təbliğat mitinqinə cəmi 5650 erməni qatıldı... .....                     Azərbaycan neftinin qiyməti 110 dollara yaxınlaşıb .....                 

“Türkiyənin prosesdə aktiv iştirakını ABŞ və Avropa qəbul etməyəcək, lakin...” - GƏLİŞMƏ
Tarix: 1-12-2021, 09:12 | Çap et
“Türkiyənin prosesdə aktiv iştirakını ABŞ və Avropa qəbul etməyəcək, lakin...”
Rusiyanın Ukrayna sərhədləri boyu qoşun cəmləşdirdiyi, ABŞ və NATO rəhbərliyinin Kremlin bu ölkəyə hücum planları haqda xəbərdarlıqlar etdiyi bir vaxtda Türkiyə bu məsələdə vasitəçilik təklif edib.

“Türkiyə regionda sülh naminə Rusiya və Ukrayna arasında vasitəçi olmağa hazırdır”. Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərlə söhbətində deyib. “Regionda sülhün tərəfdarıyıq. Biz dəfələrlə bu mövzunu dost Rusiya və xüsusilə cənab Putinlə müzakirə etmişik. Vasitəçi olaraq Ukrayna və Putinlə danışıqlar aparmağa hazırıq. Bu problemin həllində iştirak etmək istəyərdik”, - deyə, Ərdoğan bildirib.

Rusiya ilə qarşıdurma həddində olan NATO-nun aparıcı üzvlərindən birinin Kiyev və Moskva arasında vasitəçi olmaq təklifi əlbəttə ki, diqqət çəkir. Türkiyənin dünyada artan rolu, son olaraq Qarabağ münaqişəsinin həllində fəal iştirakı, Suriyada, Liviyada sülhyaratma missiyası buna sübutdur. Ukrayna məsələsi isə olduqca həssas və spesifikdir. Rusiya Normanda formatı (Almaniya, Fransa, Rusiya və Ukrayna) çərçivəsində danışıqlarda iştirak edir, amma bu format da çoxdan işlək deyil, Minsk Qrupu kimi heç bir uğura imza atmayıb. O səbəbdən Türkiyənin bu işi təkbaşına üzərinə götürmək istəməsi də anlaşılandır. Amma Qərbin tam təsiri altında olan hazırkı Ukrayna hakimiyyətinin onların razılığı olmadan Türkiyənin vasitəçiliyinə “hə” deməsi mümkünsüz görünür. Prezident Vladimir Putin dəfələrlə Ərdoğanın sözünə güvənilən lider olduğunu desə də, Rusiya da bu təklifə isti baxmaya bilər. Çünki bu vasitəçilik Türkiyənin dünyadakı nüfuzunu daha da artıra bilər ki, bu da hakim olmaq istədiyi regionda Moskvaya sərfəli deyil.

Vasitəçilik alına bilərmi? Moskva, Kiyev və NATO-nun mövqeyi necə ola bilər?

Siyasi analitik Asif Nərimanlı məsələni geniş şərh etdi: “Türkiyənin Ukrayna və Rusiya arasında vasitəçilik təklifi tərəflərin razılaşıb-razılaşmamasından öncə mövcud vəziyyətin çıxılmazlığı fonunda alternativ təqdim etmək məqsədi daşıyır. Ukrayna münaqişəsi ilə bağlı mövcud olan Normand formatı işə yaramayıb və bundan sonra nəsə edə biləcəyi də çətindir. Çünki Avropa - Fransa, Almaniya və Rusiya arasında yaradılan bu formata ABŞ heç vaxt isti baxmayıb və Vaşinqton zaman-zaman Avropa ilə Rusiyanın anlaşmasına qarşı Ukrayna üzərindən uğurlu müdaxilələr edib. Bu format əslində münaqişənin həllindən daha çox, yenidən alovlanmasının qarşısını almaq məqsədi daşıyırdı və iqtisadi-siyasi əlaqələr baxımından həm Avropaya, həm də Rusiyaya sərf edirdi, xüsusilə Avropada enerji tələbatına görə. Almaniya da Rusiya ilə birlikdə ”Şimal axını" layihəsini reallaşdırmaq üçün zaman qazanmağa çalışırdı. İndi vəziyyət dəyişib, Merkeldən sonrakı dövrdə Almaniyanın yeni koalisiya hökuməti Rusiyaya, eləcə də Moskvanın “Şimal axını” layihəsinə qarşıdır. Bayden administrasiyası da həm Rusiyanın Avropada təsirinin artmasının qarşısını almaq, həm də köhnə müttəfiqlərini rus təhlükəsinə qarşı öz çətiri altında birləşdirmək üçün Ukrayna münaqişəsindən vasitə olaraq istifadə edir. Amma bu, yenə də münaqişənin həll ediləcəyi demək deyil. Ukrayna və Rusiya nə qədər açıq qarşıdurmaya getsələr də bu vəziyyət heç birinə sərf etmir. Kiyevin önündə iki yol var: ya münaqişəni hərbi yolla həll etməlidir, ya da daha real nəticələr əldə edə biləcəyi formatı tapmalıdır. Ukrayna separatçılara qarşı II Qarabağ müharibəsi ssenarisinin tətbiqi üzərində düşünür. Lakin onu da anlayır ki, qarşısındakı Rusiyadır və Moskvanın cavab hücumu ağır nəticələrə səbəb ola bilər. Bu hücuma qarşı Qərbin dəstəyinə də bel bağlaya bilmir. Avropa son qarşıdurmalara görə Ukraynanı ittiham edir, ABŞ isə qeyd etdiyim kimi, məsələdən daha çox strateji planları üçün istifadə edir və bütün bunlarla yanaşı, keçmişdən çıxarılan dərslər də var. Bu vəziyyətdə Ukrayna üçün yeni formatda həll variantının müzakirə edilməsi daha məqbul görünür. İstisna deyil ki, Kiyev indiki halda hərbi variantı ön plana çıxarmaqla Qərbin yaratdığı formatın işləməsinə nail olmaq, prosesi ölü nöqtədən tərpətmək və separatçılar üzərində müəyyən hərbi qələbələr əldə etməklə danışıqlara güclü şəkildə qatılmaq niyyətindədir. Lakin Rusiyanın cavabının hansı səviyyədə olacağını proqnozlaşdırmaq çətindir və toqquşmanın nəzarətdən çıxması bölgədə daha böyük münaqişəyə gətirib çıxara bilər. Bunu da nə Avropa, nə də ABŞ istəyir. Rusiya da Ukraynada yeni cəbhə ilə üzləşmək istəmir. Bu, həm yeni sanksiyalara səbəb olacaq, həm də “Şimal axını” layihəsinin reallaşması gözləntilərinə zərbə vuracaq".

Ekspert hesab edir ki, qardaş ölkə yaranmış vəziyyət qarşısında öz təklifini irəli sürür: “Ümumilikdə Moskva Ukrayna münaqişəsinin ona davamlı şəkildə maneələr yaratdığını da anlayır. Lakin Qərblə də anlaşmaq istəmir. Və prosesin inkişafını yaxşı anlayan Türkiyə yaranmış vəziyyətdən istifadə edərək öz vasitəçiliyini təklif edir. Bu, həm Rusiya, həm də Ukrayna üçün məqbul variant ola bilər. Çünki Rusiya bu məsələni Qərblə həll etməyəcək, əvəzində Cənubi Qafqazda və Mərkəzi Asiyada olduğu kimi, Şərqi Avropada da güc balansını Türkiyə ilə paylaşmaq daha sərfəli görünür. Bununla həm də ABŞ qarşısında qalxan yarada bilər. Ukraynaya isə real nəticələr lazımdır və Kiyev anlayır ki, Ankara nələrsə edə bilər. Türkiyənin məqsədi də Şərqi Avropadan Mərkəzi Asiyaya qədər coğrafiyada təsir gücünü artırmaqdır. Bu, Rusiyanın postsovet məkanında təsir gücünə alternativ yaradır, amma dediyim kimi, Moskva yeni geosiyasi reallıqlarda təkbaşına döyüşməyin çətin olduğunu da anlayır və belə demək mümkünsə, daha çox pay istəyən, onun daxili işlərinə müdaxilə edən Qərbdənsə, bərabərhüquqlu və eyni gücdə gördüyü Türkiyə ilə anlaşmaq daha sərfəli ola bilər. Rusiya üçün Qara dənizdəki vəziyyət də risklidir. Ankara və Kiyevin yaxınlaşması Türkiyənin dənizdəki gücünü artırır, o cümlədən münaqişənin davam etməsi ABŞ-ın bölgəyə müdaxiləsinin də önünü açır. Ruslar üçün bu, gələcəkdə riskləri daha da artıra bilər. Bu baxımdan, Rusiya Ukrayna məsələsində də Cənubi Qafqaz ssenarisinə razı ola bilər, yəni Qərbin bölgəyə müdaxiləsini minimuma endirə və məsələni Türkiyə ilə həll edə bilər. Türkiyənin prosesdə aktiv iştirakını ABŞ və Avropa qəbul etməyəcək. Lakin son geosiyasi proseslər NATO daxilində Britaniyanın dəstək verdiyi Ankaranın mövqelərinin gücləndiyini göstərir və mümkündür ki, Şərqi Avropadan Asiyaya qədərki coğrafiyada sabitlik yeni dünya nizamında ingilislərin də maraqlı olduğu məsələdir. Hərçənd məsələyə maksimal formada da yanaşmamalıyıq, yəni Ukrayna münaqişəsinin tamamilə həll edilə biləcəyini, Rusiyanın ilhaq etdiyi Krımdan çıxacağını demək də çətindir. Fikrimcə, Türkiyə ən azı Donbas və Luqansk məsələsində Ukraynanın xeyrinə irəliləyişə nail ola bilər. Rusiya Krımı verməyəcək. Bu bölgə Rusiyanın tarixdən gələn isti dənizlərə çıxış strategiyasının tərkib hissəsidir. Krımla bağlı Kipr, yaxud hansısa başqa ortaq model tapıla bilər”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - TƏFƏRRÜAT
Bu gün, 09:00
Bu qiymətlərlə NƏ ETMƏLİ?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:46
Şərur xəstəxanası ACINACAQLI DURUMDA - MÜRACİƏT
Bu gün, 08:38
Tarixin unutduğu 'Ölüm batalyonu" üzvü olan Azərbaycanlı qadınlar - ANIM
Bu gün, 08:23
Simonyan niyə partladı... - AKTUAL
Bu gün, 08:20
Putin Ermənistanı “sivil boşanmaya” çağırdı - Fərqli variantın Ukrayna ssenarisi olacağını elan etdi
Bu gün, 08:13
Məmur tamahının qurbanı olan 120 milyard manat... - BU NƏDİ BELƏ?
Bu gün, 08:09
Hörmüz boğazında 100-ə yaxın Honkonq gəmisi bloklanıb
Bu gün, 08:02
İran Hörmüzdən sui-istifadə etməyə başlayıb
Bu gün, 07:48
Burda da müştəriyə KƏF GƏLİRLƏR - GİLEY
Bu gün, 07:46
Putin keçmiş baş naziri şou-biznes nümayəndəsi adlandırdı - KİV
Bu gün, 07:33
Cənubda 76 hektar meşə zolağı “buxarlanıb”… - Nazir Nəsimi Nəsibovu niyə cəzalandırmır?
Bu gün, 07:20
Ölkənin təhsil işçilərinin 90%-i Araz Paşayevi tanımır – Sadalanmayan milyon səbəb…
Bu gün, 07:15
"Ayıbdır, keçmişinizi yaddan çıxarmayın “bəylər“..." - ETİRAZ
Bu gün, 07:09
"CBC Sport"da nə baş verir? - "Texniki problemlər"in sıralanması təsadüfdürmü?
Bu gün, 07:02
Kəmalə Günəşliyə “padxod” edən həkim... - Qalmaqallı VİDEO
Bu gün, 06:59
Əvvəlcə Azərbaycanın şərti yerinə yetirilməlidir - ÇÜNKİ...
Bu gün, 06:49
“Paşinyan və Simonyanın mesajları erməni cəmiyyətini sülhə hazırlamağa hesablanıb” - GƏLİŞMƏ
Bu gün, 06:46
"TURKUAZ-555" MMC-nin vergi borcu 130 min manatı keçdi - FOTO
Bu gün, 06:43
Hər kəsin unutduğu xalq artisti...
Bu gün, 06:38
İran Hörmüz blokadasını Xəzər üzərindən yarır - Limanlar gecə-gündüz işləyir
Bu gün, 06:32
İsrail İraq səhrasında gizli hərbi baza qurub - WSJ
Bu gün, 06:30
75 min ailəyə hər ay 500 manat yardım... – Bu, uşaqpulunu əvəz edir?
Bu gün, 06:27
Sabiq MTN şefi xaricdəki milyonlarını itirə bilər! - rəsmi Berlin QƏRAR VERMƏYƏ HAZIRLAŞIR
Bu gün, 06:25
ABŞ Venesueladakı reaktordan zənginləşdirilmiş uranı çıxarıb - KİV
Bu gün, 06:18
Paşinyan və revanşistlər ölüm-dirim savaşında: - Ermənistanın gələcəyi təhlükədə
Dünən, 13:34
SOCAR işçisi Rövşən Nəcəfdən NƏ İSTƏDİ? - "İllərdir səbrlə gözləyirdik..."
Dünən, 13:20
Neft bahalaşır: Azərbaycan üçün qazanc, yoxsa risk? - GƏLİŞMƏ
Dünən, 13:01
Bakıda qadın ərini tava ilə döydü: "Mənə böhtan atdı" - TƏFƏRRÜAT
Dünən, 12:57
Putinin hədəfində daha üç keçmiş sovet ölkəsi var - Alman general
Dünən, 12:10
Zelenski fərman imzalayaraq Moskvada paradın keçirilməsinə icazə verib
Dünən, 12:08
Güllələnən kafe sahibi barədə yeni məlumatlar - 4 azyaşlı övladı var
Dünən, 12:05
Azərbaycan və Ermənistan sərhəd delimitasiyası üzrə üç sənəd layihəsini razılaşdırıb - Qriqoryan
Dünən, 11:56
Dünyanın 45 günlük aviasiya benzini EHTİYATI qalıb - Azərbaycan nə edəcək?
Dünən, 11:51
"Bu yaşımda da ayağımdan çəkirlər?"
Dünən, 11:41
Ağzında çörək... BİR ALA QARĞA... - MODERN TƏMSİL
Dünən, 11:38
Qarabağ Universitetinə sektor müdiri təyin olundu - ƏMR
Dünən, 11:35
Cəlilabadda məktəblilərin davasına valideynlər QARIŞDI: Qan töküldü – DETALLAR
Dünən, 11:30
Putinin milyarder "desantı"nın ilk təbliğat mitinqinə cəmi 5650 erməni qatıldı... - FOTO
Dünən, 11:20
Azərbaycan neftinin qiyməti 110 dollara yaxınlaşıb
Dünən, 11:10
Qarabağ məsələsi bağlanıb! - Alen Simonyan
Dünən, 11:09
Avropa Zelenskinin "öyüd-nəsihətlərindən" yorulub - "Politico"
Dünən, 10:57
Moskvanın Zelenski ilə bağlı açıqlamasına İrəvandan cavab: - Nə danışacağını haradan biləydik?
Dünən, 10:55
"İctimai TV mənim üçün sadəcə bir iş yeri deyil, çox doğma bir məkandır"
Dünən, 10:45
MANATO.AZ bu dəfə vətəndaşı HƏDƏLƏYİR... - Təhqir... Təhdid...
Dünən, 10:30
“Neftçi”yə qoyulan transfer qadağası ləğv edildi
Dünən, 10:03
Paşinyan Laçınla qonşu şəhərə gəldi... - Çıxışında nələr dedi?..
Dünən, 10:00
Bu klub Qurban Qurbanovu istəyir, illik 2 milyon avro maaş - ÖZÜ İSƏ...
Dünən, 09:50
Kanadada azərbaycanlı gənc yəhudilərə HÜCUM ETDİ və həbs olundu - TƏFƏRRÜAT
Dünən, 09:43
Azərbaycan və Ermənistan 9 Mayı sülh içində qeyd edir - Paşinyan BELƏ DEYİR...
Dünən, 09:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru