Moldovada fövqəladə vəziyyət elan olundu - Rusiya bu ölkəni qışın soyuğunda qazla imtahana çəkməyə hazırlaşır
Tarix: 25-10-2021, 08:25 | Çap et
 Moldovada Qərbyönümlü Mayya Sandunun hakimiyyətə gəlməsinə bu günə qədər səbrlə yanaşan Rusiya deyəsən gözlədiyi qisas anının yaxınlaşdığını düşünür. Ovqat.com-un məlumatına görə, Moskva Sandu hökumətini bu qış mövsümündə qazla imtahana çəkməyə qərar verib. Bildirilir ki, Moldova hökuməti ilə “Qazprom” arasında oktyabrın 21 və 22-də Moskvada keçirilən iki günlük danışıqlar uğursuz alınıb və saziş imzalamaq mümkün olmayıb. Nəticədə Kişinyov ölkədə qazla bağlı fövqəladə vəziyyət elan edib. “Qazprom” isə böhranın bütün günahını Moldovada görür. “Hazırda Moldovaya Rusiya qazının tədarükü ilə bağlı çox çətin vəziyyət var. Bunun günahı tamamilə Moldova hakimiyyətinin üzərinə düşür. Söhbət Moldovanın aldığı qazın haqqını ödəməməsi böhranından gedir”, - “Qazprom”un rəsmi nümayəndəsi Sergey Kupriyanov media açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda borcun ümumi həcmi 433 milyon dollardır və ödənişlərin gecikməsini nəzərə alsaq borc məbləği 709 milyon dollara qədər yüksələ bilər. “Eyni zamanda, Moldova təmsilçiləri nədənsə yığılmış borc məbləğini tanımaq istəmirlər. Moldova nümayəndələri qazın qiymətini bəyənmirlər, baxmayaraq ki, burada qiymətlər aydın və şəffafdır”, - deyə Kupriyanov vurğulayıb. Qeyd olunur ki, “Qazprom” Moldovaya 700 milyon dollardan çox borcunu üç il ərzində ödəmək şərtilə əlavə 25% endirimlə bazar qiyməti təklif edib, lakin Moldova tərəfi qazın bazar qiymətindən iki dəfə aşağı olmasında israrlıdır. Rusiyanın "Kommersant" nəşrinə məlumat verən mənbə bunun səbəbini vəsait çatışmazlığı ilə əlaqələndirib. “Qazprom” nümayəndəsi Moldovanın qazla imtahana çəkilməsində hər hansı siyasi motiv axtarılmasını istisna edir. Onun fikrincə, böhranın yeganə səbəbi iqtisadidir: “Burada siyasət yoxdur, “Qazprom” səhmdar cəmiyyətdir və zərərlə işləyə bilməz, RF büdcəsinə vergi ödəmələrini itirə bilməz. Səbrin sərhədləri var. Moldova özü də öz əlləri ilə böhran yaradır”, - deyə “Qazprom” nümayəndəsi Kişinyovun borcdan yayınmaq üçün “Moldovaqaz”ı ləğv etməyi planlaşdırdığını bildirib və bundan təəccübləndiyini gizlətməyib. O, həmçinin qeyd edib ki, "Qazprom" Kişinyova bir neçə güzəştli təkliflər verib, amma Moldova rəsmiləri bu təkliflərlə də razılaşmaq istəmirlər: “Yığılmış borclara baxmayaraq, Moldova tərəfi qaz tədarükü üzrə müqavilənin bu ilin oktyabr və noyabr ayları üçün uzadılmasını xahiş edir. "Qazprom" burada da kompomis təklif irəli sürüb. Moldova tərəfi oktyabr ayı üçün müqavilə imzalayıb bu ilin sentyabr və oktyabr ayları üçün tədarükləri tam ödəsə, “Qazprom” noyabr ayına qədər müqaviləni uzatmağa hazırdır". Kupriyanov onu da vurğulayıb ki, ödənişlərin edilməməsi və yeni müqavilə üzrə danışıqların nəticəsiz qalması halında “Qazprom” dekabrın 1-dən Moldovaya qaz nəqlini tamamilə dayandıracaq. “Qazprom”un bu qərarından sonra Kişinyov alternativ qaz qaynaqları axtarmağa başlayıb. Bildirilir ki, bu axtarışların ilk məqsədi cari kəsiri ödəməkdir. Moldovanın “Energocom” şirkəti qaz alışı hərracının başlandığını elan edib. “Moldovada qaz sektorunda fövqəladə vəziyyət elan edilib. 100% dövlətə məxsus olan “Energocom” şirkəti Ukrayna və Rumıniya ilə Moldova sərhədinə qaz tədarük etmək üçün qaz almağa hazırlaşır. Buna görə də şirkət yaxın günlərdə və həftələrdə tədarükçülər üçün müxtəlif tenderlər təşkil edəcək”, - Moldova şirkətinin açıqlamasında deyilir. Açıqlamada bildirilir ki, “Energocom”un kifayət qədər maliyyəsi var və şirkət öncədən də ilkin ödənişlər edə biləcək. “Energocom”un yeganə səhmdarı olan Dövlət Əmlak Agentliyi seçilmiş təchizatçılar üçün ödənişə zəmanət vermək üçün xüsusi məktub hazırlayacaq. Şirkətin tenderə dəvət etdiyi tədarükçülər arasında “Qazprom”-un adı isə yoxdur. İddia olunur ki, iki gün davam edən hərracda hələlik heç bir şirkət Moldovaya qaz vermək istəməyib. Görünən budur ki, Moldova Avropaya inteqrasiya siyasətinin bədəlini qışda donmaqla ödəyəcək. Avropa isə Rusiyanın “Şimal axını-2” layihəsinin necə həyata keçirməyin hesabını aparır. Ovqat.com

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Bakıdan Tbilisiyə gedən qatarda müəmma: Nə baş verir? - AKTUAL
Bu gün, 08:11 |
|
|
|
| • Ermənistanın ikili oyunu: nə gözlənilir? - ŞƏRH
Bu gün, 08:07 |
|
|
|
| • Elə bil kimsə buraları şumlayıb... - Nə başçı, nə də deputat maraqlanmır...
Bu gün, 08:05 |
|
|
|
| • Adnan Əhmədzadənin Minerva Marina tankerindən 100 milyonluq əməliyyatı – SENSASİON DETALLAR
Bu gün, 07:56 |
|
|
|
| • Gəncəli erməni agentinin gizli əməliyyatı və 70 il sonrakı seçkilərdə Moskva izi - Rusiya niyə Fransanın 2027-ci il prezident seçkilərinə maraq göstərir?
Bu gün, 07:45 |
|
|
|
| • "Rzayev Group"un 700 mindən çox vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:41 |
|
|
|
| • “Türk anakondası” İranı mühasirəyə alır — "Silah və hərbi qüvvə Zəngəzurdan daşınacaq"
Bu gün, 07:38 |
|
|
|
| • ABŞ-nin 533 milyon dollar xərclədiyi zavod bir mərmi belə istehsal etməyib - “ProPublica”
Bu gün, 07:34 |
|
|
|
| • Azərbaycanlı biznesmeni Türkiyədə kim öldürüb? – Vacib detallar açıqlandı
Bu gün, 07:31 |
|
|
|
| • SOCAR KÜTLƏVİ İXTİSAR DALĞASINI ETİRAF ETDİ - TƏFƏRRÜAT
Bu gün, 07:07 |
|
|
|
| • Ukrayna-Rusiya savaşında YENİ MƏRHƏLƏ... - Nüvə silahı artıq yada düşmür...
Bu gün, 07:01 |
|
|
|
| • Kəramətdən gözləntiniz nə idi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:48 |
|
|
|
| • Hörmüz boğazı SEPAH-ın nəzarətindən çıxıb – ŞOK İDDİA
Bu gün, 06:44 |
|
|
|
| • Bu sahədə də ermənilərdən geri qalmağa başlamışıq... - MALƏSƏF...
Bu gün, 06:40 |
|
|
|
| • «Araz 2011 A» tikinti şirkəti kimə nə qədər verib ki... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:36 |
|
|
|
| • Bakıda qoçu peyda olub: YOL KƏSİRLƏR... - AYNA şefinin nəzərinə...
Bu gün, 06:26 |
|
|
|
| • "Bank ilə 3 gündür əlaqə saxlayıram, AMMA..." - GİLEY
Bu gün, 06:17 |
|
|
|
| • Fazil Mustafadan Mübariz Əhmədoğluna SƏRT SÖZLƏR - "Məzhəbçi zehniyyətə sahib..."
Bu gün, 06:05 |
|
|
|
| • ARƏSTƏ HÜSEYNOVA KÜÇƏSİ... - Nəriman Qasımoğlu yazır...
Bu gün, 05:59 |
|
|
|
| • Cavid Qurbanovun KƏLBƏCƏR PLANI - İndi də orda HÖKM EDİR...
Bu gün, 05:57 |
|
|
|
| • "Bu keyfiyyətimizi itirmək olmaz..." - İlqar Məmmədov
Bu gün, 05:50 |
|
|
|
| • Burda KORRUPSİYA QOXUSU aşkar duyulur - MÜRACİƏT
Bu gün, 05:44 |
|
|
|
| • Neft Qaz Çıxarma İdarəsində OĞURLUQ - Niyə araşdırılmır?
Bu gün, 05:31 |
|
|
|
| • Həm vaxt itkisidir, həm də... - REPLİKA
Dünən, 18:07 |
|
|
|
| • Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi
Dünən, 18:00 |
|
|
|
| • Ukrayna-Rusiya savaşından qalib çıxan Şimali Koreya... - Görünəni odur ki...
Dünən, 17:55 |
|
|
|
| • Ermənistan Sünikdə hərbi mövcudluğunu niyə gücləndirir? - AÇIQLAMA
Dünən, 17:49 |
|
|
|
| • Ünvanlı sosial yardıma niyə imtina cavabı gəlir? - AKTUAL
Dünən, 17:46 |
|
|
|
| • “Metsamor AES-in istismar şərtləri ilə bağlı qərarı Bakı vermir” - Yeqoyan
Dünən, 17:44 |
|
|
|
| • Azərbaycanlı mütəxəssislər Ermənistanda 2 ay tədqiqat aparıblar - KİV
Dünən, 17:24 |
|
|
|
| • Bakı-Tbilisi qatarında BİLET QALMAQALI: - Ekspert problemin kökünü açıqladı
Dünən, 17:23 |
|
|
|
| • “Yeni Klinika”nın İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunub - BUNDAN SONRA...
Dünən, 17:21 |
|
|
|
| • “Mərmər İnşaat” şirkətinin mənfəəti 42% azalıb - HESABAT
Dünən, 17:13 |
|
|
|
| • Göygöldə kişi ona pul verməyən arvadını şalı ilə boğaraq öldürmək istədi - TƏFƏRRÜAT
Dünən, 17:09 |
|
|
|
| • TRIPP mesajının pərdəarxası: İrəvanın məqsədi Tehranı inandırmaqdır? - Görünəni odur ki...
Dünən, 16:56 |
|
|
|
| • Vüsal Nəsirlini Saleh Məmmədovun kadrları ilə nə birləşdirir? - ARAŞDIRMA
Dünən, 16:51 |
|
|
|
| • Ermənistanda cinayətlərin sayı Azərbaycandan 5 dəfə çoxdur - RƏQƏMLƏR
Dünən, 16:48 |
|
|
|
| • Türkan İLK DƏFƏ AÇIQLADI: - "Bunu kiminsə acığına etmədim"
Dünən, 16:38 |
|
|
|
| • Yeni attestatlar xaricdə keçərlidirmi? - Agentlik açıqladı
Dünən, 16:36 |
|
|
|
| • “Rabitəbank” səhmdarları Müşahidə Şurasının tərkibi və “Capital Partners”lə bağlı toplanır
Dünən, 16:30 |
|
|
|
| • Agentlik imtina edir, məhkəmə bərpa edir: “Nəticədə əlil 2 il əziyyət çəkir” - AXI NİYƏ?..
Dünən, 16:25 |
|
|
|
| • Zəngəzur dəhlizi açılır: Naxçıvanın geosiyasi çəkisi KƏSKİN ARTIR - ŞƏRH
Dünən, 16:21 |
|
|
|
| • “Onlar insan ovuna çıxırlar” - Kremldən məmurlara tapşırıq
Dünən, 16:12 |
|
|
|
| • "Qapını göstəriblər və deyiblər ki..." - "Kimə istəyirsən şikayət edə bilərsən!"
Dünən, 16:09 |
|
|
|
| • Şəki Rayon Məhkəməsinə yeni hakim təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:02 |
|
|
|
| • Ağcabədidə toyda mübahisəyə görə 2 qohumun qətli ilə bağlı məhkəmə başlayır
Dünən, 16:01 |
|
|
|
| • Rusiya 6 konteyner Azərbaycan siqaretini ölkəyə buraxmadı - Qaçaqmal İDDİASI
Dünən, 15:44 |
|
|
|
| • Milli Qəhrəmana Keşlədə 3 mərtəbəli obyekt tikmək üçün icazə verildi - DETALLAR
Dünən, 15:40 |
|
|
|
| • Moskvada biznes tələsi: Elşad Mirbəşirli və vəkil aldadıldı - TƏFƏRRÜAT
Dünən, 15:35 |
|
|
|
| • İrəvanda “çarmıxa çəkilən” II Qareginin sirli hekayəsi
Dünən, 15:30 |
|
|
|
|