Trampın yeni planı İranı qəzəbləndirdi .....                     Etibar Əliyev Əlisa Nicatı sərt tənqid etdi: .....                     "Sevmək sevilməkdən daha gözəldir" .....                     Azərbaycan və Türkiyənin birgə müəssisəsinin rəhbərliyində iki mühüm təyinat baş tutub .....                     Gürcüstan və Azərbaycan arasında pul “axını” istiqamətini dəyişib .....                     Rəqibinin üzünü bıçaqlayan Rustəm 10 min dollara barışıb: .....                     AAYDA sədri Cavid Kərimova yüksək vəzifə verdi .....                     Vüsal Nəsirli Rafael Məmmədova yüksək vəzifə verdi .....                     "Mərkəzi Azəri" platformasında planlaşdırılmış profilaktik işlər aparılacaq .....                     Zabratda TAM ÖZBAŞINALIQ: Olan-qalan ağacları da naməlum şəxslər KƏSİR... .....                     MTK-larda yeni özbaşınalıq: beş min gətir... .....                     Bakının axtardığı o 3 TƏXRİBATÇI... .....                     Sevgilisinin qızıllarını oğurladı, borclarını ödədi .....                     Bərdə xəstəxanasında DƏHŞƏT: Bir ayın xəstəsi necə öldü? .....                     “Ayıbdır vallah, xəcalət çəkirəm, kişi səhnədə kişi kimi geyinməlidir...” .....                     Bu dəfə İsraili Türkiyənin əlindən BAKI DA ALA BİLMƏYƏCƏK... .....                     Sabir Adnayevin sığorta şirkətinin mənfəəti 3 dəfə azalıb, zərərlilik 100%-ə yaxınlaşıb .....                     Moskvadan Bakıya SENSASİON hücum: .....                     Mağazanın 90 min manatını mənimsəyən .....                     Zaxarova və “Pandora qutusu” .....                     Milli Park , yoxsa gəlir mənbəyi? .....                     Hasar mübahisəsinə görə əmisi oğlunu daşla vuran şəxsə .....                     "QHT işi" üzrə təqsirləndirilən Qalib Bayramova cəza istənilib .....                     Nə Zəfər Qurbanov, nə də Əhməd Məlikov ixtisasca aqrar mütəxəssis deyillər... .....                     Psixiatriya xəstəxanasına yerləşdirilən Elşad Xosedən .....                     Ərdoğandan müharibə ANONSU: Bakı üçün KRİTİK seçim .....                     Lombard sahibinin 140 min manatını mənimsəməyən mütəxəssisi ilə bağlı .....                     Şərur təhsilində AĞLASIĞMAZ İŞLƏR... .....                     Bu xəstəxananın baş həkimi işdən çıxarıldı .....                     Keçmiş icra nümayəndəsi ilə bağlı qərar ləğv edildi .....                     "By Ella" ləqəbli bloger həbs edildi .....                     Qasparyandan rusiyalı blogerlərə XƏBƏRDARLIQ: Bakı hər şeyi eşidir… .....                     Məhkəmə “Bolluq LTD” şirkətinin pulunu mənimsəyən ekspeditorla bağlı qərar verdi .....                     İrəvan “Tramp marşrutu” ilə bağlı son durumu açıqladı .....                     Rusiyadan Azərbaycana viza rejimi tətbiqi çağırışı .....                     SEPAH-dan İrəvanla gizli sövdələşmə .....                     Rusiya Ermənistandan araşdırmanın nəticələrini gözləyir .....                     Azərbaycan neftinin qiymətinin qiyməti 94 dolları ötüb .....                     Azərbaycan və Pakistan iki xalq, tək ürəkdir .....                     “Putin NATO-su”, yoxsa Avropa ordusu dilemması .....                 

Putin Medvedyevi qurban verir
Tarix: 28-03-2017, 09:32 | Çap et
Putin Medvedyevi qurban verir
Rusiya əyalətlərində martın 26-da başlayan aksiyalar paytaxt Moskvaya və Sankt-Peterburqa çatıb. Şimal qonşumuzdakı hadisələr şübhəsiz ki, Azərbaycanda da diqqətlə izlənir. İndi Azərbaycanda “Qərb Rusiyanı içəridən dağıtmağa qərar verdi” kimi versiyalar daha populyardı. 17 illik Putin hakimiyyətinin gözlənilmədən içəridən “çat verməsi”, özünə gün ağlamayan Qərbin(?) Rusiyada inqilab hazırlaması, polisin əyalətlərdə müxalifət fəallarının qarşısından “qaçması” kimi versiyalar əlbəttə ki, reallıqdan uzaq görünür.

Putin hakimiyyəti bəlkə də heç vaxt olmadığı qədər indi güclüdür. Doğrudur, son rəy sorğularında Kreml rəhbərinin ölkədaxili reytinqində müəyyən geriləmə nəzərə çarpırdı, amma bu, ölkəni silkələyəcək həddə deyildi. Son aylar əyalətlərdə və mərkəzi hakimiyyətdə ciddi kadr dəyişikliyi də Putinin mövqelərini xeyli möhkəmlədib. Generalitetdə də özünə sadiq adamları ön vəzifəyə çəkən Putin gələn il keçiriləcək seçkilərə hazırlıq içərisindədir. Amma onun prezidentlik yolunda əngəllərdən biri və bəlkə də birincisi indi Rusiyada baş verənlərin əsas antiqəhrəmanına çevrilmiş baş nazir Dmitri Medvedyevdir.
Rusiya prezidenti Vladimir Putin martın 14-də keçirdiyi Nazirlər Kabinetinin geniş iclasında Dmitri Medvedyevin iştirak etməməsini ölkədəki qrip epidemiyası ilə izah etmişdi. Bu toplantıdan sonra həqiqətən də baş nazir “gözdən itdi” və prezidentin Təhlükəsizlik Şurasının iclasında belə iştirak etmədi. Rusiya mediası və sosial şəbəkə dərhal bu xəbərlərə “Putin Medvedyevlə yollarını ayırır” rəngi verərək, baş nazirin gözdən itməsinin qriplə bağlı olduğuna şübhə ilə yanaşdılar. Medvedyevin qısa müddət sonra işə çıxması və “mən xəstə deyildim” söyləməsi bu məsələ ətrafında müəmmanı daha da artırdı.

Rosbalt.ru saytı yazır ki, Medvedyev bu sözləri ağır yüklü maşınların sürücüləri ilə görüşündə deyib. Belə ki, sürücülərdən biri baş naziri sağalmasına sevindiyini deyib, Medvedyev isə faktiki olaraq prezidenti təkzib edərək, xəstə olmadığını söyləyib. Yada salaq ki, ötən ilin avqust ayında da Medvedyevin istefaya göndəriləcəyi haqda informasiya yayılmışdı. Medvedyevin istefaya göndəriləcəyi və onun yerinə keçmiş maliyyə naziri, baş nazirin ən qatı əleyhdarı kimi tanınan Aleksey Kudrinin gətiriləcəyi haqda informasiyaları Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov təkzib edərək hökumətin tərkibində də heç bir dəyişiklik gözlənilmədiyini bəyan etmişdi.

Rosbalt yazır ki, Medvedyevin “siyasi qripi”nə səbəb prezidentin ona istefaya getməsi təklifindən sonra baş verib. Bildirilir ki, Putin hələ 2011-ci ildə baş nazirlə anlaşıb ki, 2018-ci ilə - yəni növbəti prezident seçkilərinə qədər baş naziri dəyişməyəcək. İkinci versiyaya görə isə Medvedyev Navalnının onu korrupsiya ilə ittiham edən filmindən sonra istefasını tələb edən “Kreml qırğılarından” inciyib və paytaxtı tərk edib. Bildirilir ki, Medvedyev yalnız Putinin israrından sonra bugünlərdə iş başına qayıdıb.

Rusiya mediası yazır ki, əgər Medvedyevin yaxın günlərdə istefaya göndərilməsi reallaşmasa, o halda əks proses başlaya bilər. Yəni Putin hökumətdə anti-Medvedyev qruplaşmasını dağıtmalı olacaq. Bildirilir ki, aprel ayında Putinin Medvedyevi seçəcəyi, yoxsa onunla vidalaşacağı məlum olacaq.

Amma Rusiyada martın 26-da baş verən hadisələr Medvedyevi bütün dünyada hədəfə çıxarıb. Məlumdur ki, martın 26-da müxalifət fəalı Aleksandr Navalnının təşəbbüsü ilə Rusiyanın bir neçə şəhərində korrupsiya əleyhinə keçirilən etiraz aksiyalarının əsas hədəfi də məhz baş nazir olub. Mitinqlərin keçirilməsinə səbəb Medvedyevlə bağlı çoxsaylı daşınmaz əmlak obyektlərinin mövcudluğunu iddia edən Navalnı Fondunun araşdırması olub. Navalnı Medvedyevin gəlirsiz təşkilatlar kimi kölgəli şəbəkələr vasitəsilə daşınmaz əmlak, yaxtalar və üzüm bağları kimi sərvətlərə malik olduğuna dair detallı hesabatından sonra ölkənin əksər bölgələrində aksiya çağırıb.

Uzaq Şərqdən paytaxt Moskvayadək əks-səda verən bu mitinqlər 2011-2012-ci illərdə keçirilən mitinqlərdən sonra ən böyük və təşkilatlanmış aksiyalar hesab edilir.

Martın 27-də etiraz aksiyaları Moskva və Sankt-Peterburqda davam etdirilib. Paytaxtda müxalifətin təşkil etdiyi aksiyada 3 minədək insan iştirak edib. Maraqlıdır ki, aksiyalarda Putin əleyhinə plakatlar da gözə dəysə də, əsas hədəf baş nazir olub, o, az qala ölkədə baş verən bütün iqtisadi bəlaların səbəbkarı kimi göstərilib. Rusiyanın rəsmi KİV-ləri aksiyalarla bağlı xəbərləri gizlədib, amma məlum olub ki, güc strukturları paytaxtdan kənar keçirilən aksiyalara ciddi müdaxilə də etməyib ki, bu da diqqət çəkir. Çünki Putinin yerli canişinləri miqyasından asılı olmayaraq bu cür etiraz aksiyaların qarşısını dərhal almağa üstünlük verir. Martın 26-da isə Medvedyev əleyhinə aksiyalarda güc strukturları humanist davranıblar ki, bu da yenə diqqətləri baş nazirin istefasına yönəldib.

Daha bir maraqlı məqam isə Medvedyevin martın 26-da başlanılan aksiyalar zamanı harada olması ilə bağlı xəbərlərin rus mediasında geniş tirajlanmasıdır. Məlum olub ki, Rusiyanın baş naziri korrupsiya ilə mübarizə şüarı altında mitinqlər keçirilən zaman... xizək sürürmüş.

Müxalifət lideri Navalnının həbsinə baxmayaraq, aksiyaların Rusiyanın iri şəhərlərinə çatması artıq Kremlin müdaxiləsini zəruri edir. Martın 27-də polis öz gücünü göstərib, yüzlərlə müxalifət fəalı həbs olunub.

Medvedyevin rəhbərlik etdiyi hökumət ağır iqtisadi sanksiyalara baxmayaraq, ötən ilin sonu və bu ilin ilk üç ayında maliyyə bazarında stabilləşməyə nail olub. Rublun kursunun möhkəmlənməsi və ÜDM həcminin cüzi də olsa artması hökumətdən narazılıqları azaldıb. Yəni faktiki olaraq hökumət nə bacarıbsa onu edib. Amma indi əsas hədəf son nəticədə Putin rejimi olsa da, Kremllə narazı kütlənin arasında baş nazir amili qoyulub. Bu, Putinə imkan verir ki, “xalqın basqısı altında” baş naziri istefaya göndərsin və ya onu daha uyğun bildiyi zamanda hökumət rəhbərliyində ayrılmasına razı salsın.
“YM”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Trampın yeni planı İranı qəzəbləndirdi - Tehranın son rıçağı əlindən alınır
Bu gün, 13:05
Etibar Əliyev Əlisa Nicatı sərt tənqid etdi: - “Xalqı qoyun adlandıran ikinci nadan”
Bu gün, 13:04
"Sevmək sevilməkdən daha gözəldir" - Vüsalə
Bu gün, 13:01
Azərbaycan və Türkiyənin birgə müəssisəsinin rəhbərliyində iki mühüm təyinat baş tutub - BUNDAN SONRA...
Bu gün, 13:00
Gürcüstan və Azərbaycan arasında pul “axını” istiqamətini dəyişib - TƏFƏRRÜAT
Bu gün, 12:57
Rəqibinin üzünü bıçaqlayan Rustəm 10 min dollara barışıb: - “Kriminal avtoritet” cəzadan belə yayındı
Bu gün, 12:56
AAYDA sədri Cavid Kərimova yüksək vəzifə verdi - ƏMR
Bu gün, 12:54
Vüsal Nəsirli Rafael Məmmədova yüksək vəzifə verdi - FOTO
Bu gün, 12:50
"Mərkəzi Azəri" platformasında planlaşdırılmış profilaktik işlər aparılacaq - Bu gündən
Bu gün, 12:48
Zabratda TAM ÖZBAŞINALIQ: Olan-qalan ağacları da naməlum şəxslər KƏSİR... - DÖVLƏT QURUMLARI NİYƏ SUSUR?
Bu gün, 12:39
MTK-larda yeni özbaşınalıq: beş min gətir... - NƏ ETMƏLİ?
Bu gün, 12:18
Bakının axtardığı o 3 TƏXRİBATÇI... – Rusiya özü cəzalandıracaq?
Bu gün, 12:16
Sevgilisinin qızıllarını oğurladı, borclarını ödədi - TƏFƏRRÜAT
Bu gün, 12:11
Bərdə xəstəxanasında DƏHŞƏT: Bir ayın xəstəsi necə öldü? - İTTİHAM VAR
Bu gün, 11:59
“Ayıbdır vallah, xəcalət çəkirəm, kişi səhnədə kişi kimi geyinməlidir...” - Xalq artistindən ETİRAZ
Bu gün, 11:47
Bu dəfə İsraili Türkiyənin əlindən BAKI DA ALA BİLMƏYƏCƏK... - FAKT BUDUR!
Bu gün, 11:40
Sabir Adnayevin sığorta şirkətinin mənfəəti 3 dəfə azalıb, zərərlilik 100%-ə yaxınlaşıb - DETALLAR
Bu gün, 11:34
Moskvadan Bakıya SENSASİON hücum: - Həmin şəxslərə əmri kim verib?
Bu gün, 11:29
Mağazanın 90 min manatını mənimsəyən satış məsləhətçisinə şərti cəza verildi
Bu gün, 11:21
Zaxarova və “Pandora qutusu” - İkili standartların bumeranq effekti
Bu gün, 11:12
Milli Park , yoxsa gəlir mənbəyi? - VİDEO
Bu gün, 11:07
Hasar mübahisəsinə görə əmisi oğlunu daşla vuran şəxsə 4 il HƏBS CƏZASI
Bu gün, 10:56
"QHT işi" üzrə təqsirləndirilən Qalib Bayramova cəza istənilib - TƏFƏRRÜAT
Bu gün, 10:55
Nə Zəfər Qurbanov, nə də Əhməd Məlikov ixtisasca aqrar mütəxəssis deyillər... - ONA GÖRƏ DƏ...
Bu gün, 10:53
Psixiatriya xəstəxanasına yerləşdirilən Elşad Xosedən YENİ XƏBƏR
Bu gün, 10:46
Ərdoğandan müharibə ANONSU: Bakı üçün KRİTİK seçim - NƏ ETMƏLİ?
Bu gün, 10:42
Lombard sahibinin 140 min manatını mənimsəməyən mütəxəssisi ilə bağlı QƏRAR
Bu gün, 10:41
Şərur təhsilində AĞLASIĞMAZ İŞLƏR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:39
Bu xəstəxananın baş həkimi işdən çıxarıldı - ƏMR
Bu gün, 10:34
Keçmiş icra nümayəndəsi ilə bağlı qərar ləğv edildi – MƏHKƏMƏ
Bu gün, 10:02
"By Ella" ləqəbli bloger həbs edildi - FOTO
Bu gün, 10:01
Qasparyandan rusiyalı blogerlərə XƏBƏRDARLIQ: Bakı hər şeyi eşidir… - AKTUAL
Bu gün, 10:00
Məhkəmə “Bolluq LTD” şirkətinin pulunu mənimsəyən ekspeditorla bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 09:59
İrəvan “Tramp marşrutu” ilə bağlı son durumu açıqladı - "...hesablamalar və tədqiqat işləri aparılır"
Bu gün, 09:58
Rusiyadan Azərbaycana viza rejimi tətbiqi çağırışı - NƏ ETMƏLİ?
Bu gün, 09:57
SEPAH-dan İrəvanla gizli sövdələşmə - Görünəni odur ki...
Bu gün, 09:56
Rusiya Ermənistandan araşdırmanın nəticələrini gözləyir - “İzvestiya”
Bu gün, 09:53
Azərbaycan neftinin qiymətinin qiyməti 94 dolları ötüb
Bu gün, 09:51
Azərbaycan və Pakistan iki xalq, tək ürəkdir - İmran xan...
Bu gün, 09:44
“Putin NATO-su”, yoxsa Avropa ordusu dilemması - GƏLİŞMƏ
Bu gün, 08:34
Niyə ermənilərdən geri qalırıq... - MALƏSƏF...
Bu gün, 08:26
Peşə təhsilində sənəd qəbulu ilə bağlı narazılıq - Bakıda rəsmi qəbul alan şəxslərin sənədləri qəbul edilmir
Bu gün, 08:21
Gəlirimiz də artır... BORCUMUZ DA... - AXI NECƏ...
Bu gün, 08:16
Zəngəzurda yeni hərbi baza? - NƏ BAŞ VERİR?
Bu gün, 08:11
Təhsil adı altında SOYĞUN... - MÜRACİƏT
Bu gün, 08:09
Kapital bank HƏR KƏSİ YORUR... - Fərq etməz: müştərisən, ya yox...
Bu gün, 07:51
Kasıb səhiyyə sisteminin VARLI BALALARI... - REPLİKA
Bu gün, 07:45
Venesuela neftinin təxminən yarısı ABŞ-yə göndərilir - Son bir neçə ay ərzində...
Bu gün, 07:08
Rusiya ilə müharibədə buna diqqət etməliyik - Molde
Bu gün, 07:06
ADSEA-dan sakinlərə YEZİD ZÜLMÜ - NARAZILIQ VAR...
Bu gün, 06:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru