Zabrat qəsəbəsində guya park salmaq adı ilə bir ovuc yerdə olan-qalan ağacları da kəsirlər. "DİA-AZ" xəbər verir ki, bu barədə ərazidə yaşayan sakin Balabacı Nasir müraciət edərək gileylənir.
Əlaqədar qurum və təşkilatları təcili müdaxiləyə səsləyən narazı vətəndaş bildirir ki, yaşıllığa qənim kəsilənlər özlərini o qədər arxayın hiss edirlər ki...
Müraciət müəllifi bildirir: "Ağacları kəsənlərin "məsul şəxs" adlandırdıqları şəxsə yaxınlaşmışam... deyirəm ki, niyə ağacları kəsirsiniz? Deyir, əcəb eləyirəm... sən kimsən mənim işimə qarışasan..."
Ərazidən görüntüləri təqdim edirik:














