“Putin NATO-su”, yoxsa Avropa ordusu dilemması .....                     Niyə ermənilərdən geri qalırıq... .....                     Peşə təhsilində sənəd qəbulu ilə bağlı narazılıq .....                     Gəlirimiz də artır... BORCUMUZ DA... .....                     Zəngəzurda yeni hərbi baza? .....                     Təhsil adı altında SOYĞUN... .....                     Kapital bank HƏR KƏSİ YORUR... .....                     Kasıb səhiyyə sisteminin VARLI BALALARI... .....                     Venesuela neftinin təxminən yarısı ABŞ-yə göndərilir .....                     Rusiya ilə müharibədə buna diqqət etməliyik .....                     ADSEA-dan sakinlərə YEZİD ZÜLMÜ .....                     “Rusiya mediası özbaşına belə addımlar atmağa cəsarət etməzdi” .....                     Gəncədə vergi xidməti CİBƏ İŞLƏYİR... .....                     Rubio BƏƏ rəsmisi ilə İran və Hörmüz boğazını müzakirə edib .....                     “O nəfəsliyi də bağlamaq istəyirlərsə, bağlasınlar” .....                     Moskva rus ayısının jestləri ilə davranır .....                     Toy mövsümü açıldı: Bəs qızılın bazarı? .....                     Paşinyanın KTMT-də çıxmamasının əsasında hansı səbəblər durur? .....                     “Şahbaz bəy roluna məni çağırmışdılar, getmədim, yaxşı ki, Ənvər gedib filmdəki qızla evləndi” .....                     Tramp İranla danışıqların dayandırılmasını əmr edib .....                     Ucar İcra Hakimiyyətindən "Hinal Proje"yə bir gündə 4 tender: Layihələr eyni şirkətə yağdı .....                     Pezeşkian Əliyevlə Azərbaycan dilində danışdı .....                     "Rufo Gəncinski"yə sui-qəsd oldu .....                     Mustafa Abbasbəyli vəzifəsindən azad olundu .....                     İstehsalçıdan mağazaya qədər qiymət niyə şişir? .....                     Doğum sayı kəskin çökdü: .....                     Əsgərliyə getmədiyi üçün "tac"landırılan "qanuni oğru" öldü .....                     Gürcüstandan ən çox pul Azərbaycana köçürülüb .....                     Tramp ABŞ-ın İranla danışıqlar aparmadığını bildirib .....                     “Şapka Mamed” qalmaqalı böyüyür .....                     Aşıq Hüseyn Saraçlının nəvəsindən sonra oğlu da vəfat etdi .....                     Azərbaycan qərəzli məlumat yaydığına görə CNN-ni məhkəməyə verib .....                     Sərxoş halda avtomobili qaçırıb qəza törədən şəxsə hökm oxundu .....                     Vüsal Nəsirli onu özünə müşavir təyin etdi .....                     “Ermənistanla ticarət dövriyyəsini 3 milyarda qaldırmalıyıq” .....                     Rusiya nə qələt etsə, ikiqat cavabını alacaq .....                     Aynur Poluxova ilə şöbə müdiri arasında qalmaqal .....                     Paşinyan konqresmenlə TRİPP-i müzakirə etdi .....                     “Məni ölümlə hədələyib, ölkədən çıxmağımı istəyirlər” .....                     Rusiya Ukraynaya 600 milyard dollardan çox ziyan vurub .....                 

Peşə təhsilində sənəd qəbulu ilə bağlı narazılıq - Bakıda rəsmi qəbul alan şəxslərin sənədləri qəbul edilmir
Tarix: Bu gün, 08:21 | Çap et

Peşə təhsili müəssisələrinə şagird qəbulunun birinci mərhələsi başa çatmaq üzrədir. Rəsmi olaraq qəbul olunan şəxslər sənədlərini qəbul olunduqları peşə təhsili müəssisələrinə təqdim edirlər. Lakin redaksiyaya daxil olan məlumatlara görə, məhz sənəd qəbulu mərhələsində, xüsusilə Bakı şəhərində yerləşən əksər peşə təhsili müəssisələrində ciddi problemlər yaranır.

Təhsilmedia.com-a daxil olan çoxsaylı şagird və valideyn şikayətlərində qeyd olunur ki, əksər peşə təhsili müəssisələrində və mərkəzlərdə təlim-tərbiyə işləri üzrə müavinlərin davranışı qəbul olunan şəxslərin narazılığına səbəb olur.

Müraciətlərdə bildirilir ki, rəsmi şəkildə qəbul almış şəxslər sənədlərini təqdim etmək üçün müəssisəyə müraciət etdikdə onların geyiminə, xarici görünüşünə və digər şəxsi xüsusiyyətlərinə iradlar bildirilir. İddialara görə, bəzi hallarda bu şəxslərlə kobud rəftar edilir və müxtəlif səbəblərdən sənədlərin qəbulunda problem yaradılır.

Redaksiyaya daxil olan məlumatlarda həmçinin iddia olunur ki, bəzi hallarda təlim-tərbiyə işləri üzrə müavinlərin göstərişi ilə qəbul olunmuş şəxsin qarşısında ilk gündən müəyyən şərtlər qoyulur və onun haqqında mənfi fikir formalaşdırılır. Nəticədə isə rəsmi qəbul aldığı halda həmin şəxsin sənədlərinin qəbul edilməməsi ilə bağlı hallar yaşanır.

Bu məsələ ilə bağlı redaksiyaya onlarla müraciətin daxil olduğu, eyni zamanda sosial şəbəkələrdə də analoji problemlərin geniş müzakirə edildiyi bildirilir.

"Sənəd qəbulu zamanı özlərini "ağa" kimi aparan qeydiyyatçılar rəhbərliyin adından şagirdlərə qarşı ciddi şərtlər irəli sürürlər. Sənədləri götürmədən öncə şərtlərini qoyurlar. Mümkün çalışırlar ki, sənədləri qəbul etməsinlər. Görünür 3-cü mərhələni gözləyirlər ki, isdətiklərini öz şərtlərinə və cidblərinə uyğun həll etsinlər".

Diğər bir şikayətçi bildirir ki, Bakı şəhərində yerləşən Peşə Mərkəzlərindən birinə qəbul olub. Sənədlərini aparan zaman ona geyimi, danışığı irad olaraq tutulub: "Mənim geyimimi irad olaraq tutdular. Haqqını deyirsən, deyir səsini kəs... Mən açıq şəkildə bildirdim ki, hazırda sənəd verməyə gəlmişəm və siz mənim geyimimə irad bildirə bilmərsiz. Bu zaman özünü direktorun Tərbiyəvi İşlər üzrə müavini kimi təqdim edən qadın (çox kobud və özünü apara bilmirdi) "bizim məktəbin qaydaları var, əgər belə geyinəcəksinizsə, sizin sənədlərinizi qəbul etmirəm, gedin kimə şikayət edirsiz, edin" cavabını verdi. Qarşılığında ona cavab olaraq "hələ dərs başlamayıb və siz bunu mənə irad oaraq tuta bilmərsiz" cavabını verdim və sənədlərimi götürüb çıxdım. O qadından aidiyyatı üzrə şikayət etmişəm. Onları məhkəməyə verəcəm. Mən qəbul olmuşam və sənədlərimi təqdim etməliyəm" deyə bildirib. Şikayətçi bildirib ki, sözügedən Peşə Mərkəzi ilə bağlı artıq aidiyyatı qurumlara müraciət edib.

Hər peşə mərkəzində fərqli qaydalar?

Müraciətlərdə diqqət çəkən əsas məsələlərdən biri peşə təhsili müəssisələrində idarəetmə və sənəd qəbulu mexanizmlərinin vahid şəkildə tətbiq olunmaması ilə bağlı iddialardır.

Belə ki, məlumatlara görə, ayrı-ayrı peşə təhsili mərkəzlərində rəhbərliyin yanaşmasından asılı olaraq fərqli qaydalar formalaşıb. Bu isə eyni qəbul prosesi çərçivəsində müxtəlif müəssisələrdə fərqli münasibətin ortaya çıxmasına səbəb olur. Əgər şəxs qəbul qaydalarına uyğun olaraq rəsmi şəkildə peşə təhsili müəssisəsinə qəbul olunubsa, onun sənədlərinin hansı əsasla qəbul edilməməsi məsələsi ciddi suallar doğurur.

“Yerlər üçüncü mərhələyə saxlanılır” iddiası

Redaksiyaya daxil olan məlumatlarda daha bir ciddi iddia da irəli sürülür. İddialara görə, bəzi müəssisələrdə birinci mərhələdə qəbul olunan şəxslərin sənədlərinin qəbulunda müxtəlif problemlərin yaradılmasının səbəblərindən biri boş yerlərin növbəti - ikinci və üçüncü qəbul mərhələlərinə saxlanılmasıdır.

Bu iddiaların nə dərəcədə əsaslı olduğu isə müvafiq qurumlar tərəfindən araşdırılmalıdır.

Məsələ burasındadır ki, belə bir yanaşma varsa, bu, peşə təhsili almaq istəyən və rəsmi qəbul nəticəsində yer qazanmış şəxslərin hüquqları ilə bağlı ciddi suallar yaradır. Digər tərəfdən, redaksiyaya daxil olan məlumatlarda sənəd qəbulu prosesində müxtəlif xoşagəlməz halların da baş verdiyi iddia edilir. Bu hallar da ayrıca araşdırma tələb edir.

Bir neçə müavin barədə aidiyyəti qurumlara müraciət edilib

Məlumata görə, artıq bir neçə peşə təhsili mərkəzinin təlim-tərbiyə işləri üzrə müavini barədə aidiyyəti qurumlara müraciətlər edilib. Həmin müraciətlərdə sözügedən şəxslərin fəaliyyəti, qəbul prosesi zamanı davranışları və rəsmi qəbul almış şəxslərin sənədlərinin hansı əsaslarla qəbul edilməməsi məsələlərinin araşdırılması tələb olunur.

Əgər faktlar təsdiqini taparsa, bu zaman yalnız ayrı-ayrı vəzifəli şəxslərin davranışı deyil, peşə təhsili müəssisələrində qəbul və idarəetmə mexanizmlərinin necə işləməsi də ciddi şəkildə araşdırılmalıdır.

Çünki söhbət peşə təhsili almaq istəyən və qəbul nəticəsində buna hüquq qazanan şəxslərin gələcəyindən gedir.

Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlıdır. Onun təyinatından sonra peşə təhsili sistemində problemlər daha da qabarıq olaraq hiss olunur və müavinlərinə nəzarəti itirib. Məlumatlara görə, İlqar Bayramlının müavinləri peşə sistemində böyük komanda formalaşdırıb və bu, onları artıq idarəolmaz vəziyyətə gətirib çıxarıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Putin NATO-su”, yoxsa Avropa ordusu dilemması - GƏLİŞMƏ
Bu gün, 08:34
Niyə ermənilərdən geri qalırıq... - MALƏSƏF...
Bu gün, 08:26
Peşə təhsilində sənəd qəbulu ilə bağlı narazılıq - Bakıda rəsmi qəbul alan şəxslərin sənədləri qəbul edilmir
Bu gün, 08:21
Gəlirimiz də artır... BORCUMUZ DA... - AXI NECƏ...
Bu gün, 08:16
Zəngəzurda yeni hərbi baza? - NƏ BAŞ VERİR?
Bu gün, 08:11
Təhsil adı altında SOYĞUN... - MÜRACİƏT
Bu gün, 08:09
Kapital bank HƏR KƏSİ YORUR... - Fərq etməz: müştərisən, ya yox...
Bu gün, 07:51
Kasıb səhiyyə sisteminin VARLI BALALARI... - REPLİKA
Bu gün, 07:45
Venesuela neftinin təxminən yarısı ABŞ-yə göndərilir - Son bir neçə ay ərzində...
Bu gün, 07:08
Rusiya ilə müharibədə buna diqqət etməliyik - Molde
Bu gün, 07:06
ADSEA-dan sakinlərə YEZİD ZÜLMÜ - NARAZILIQ VAR...
Bu gün, 06:56
“Rusiya mediası özbaşına belə addımlar atmağa cəsarət etməzdi” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46
Gəncədə vergi xidməti CİBƏ İŞLƏYİR... - DÖVLƏTƏ YOX!
Bu gün, 06:39
Rubio BƏƏ rəsmisi ilə İran və Hörmüz boğazını müzakirə edib - KİV
Bu gün, 06:33
“O nəfəsliyi də bağlamaq istəyirlərsə, bağlasınlar” - Deputatdan Rusiyaya təpki
Bu gün, 02:31
Moskva rus ayısının jestləri ilə davranır - FAKT BUDUR!
Bu gün, 02:28
Toy mövsümü açıldı: Bəs qızılın bazarı? - ARAŞDIRMA
Bu gün, 02:26
Paşinyanın KTMT-də çıxmamasının əsasında hansı səbəblər durur? - İNCƏLƏMƏ
Bu gün, 02:23
“Şahbaz bəy roluna məni çağırmışdılar, getmədim, yaxşı ki, Ənvər gedib filmdəki qızla evləndi” - İllər sonra ETİRAF etdi
Bu gün, 02:20
Tramp İranla danışıqların dayandırılmasını əmr edib - CNN
Bu gün, 02:12
Ucar İcra Hakimiyyətindən "Hinal Proje"yə bir gündə 4 tender: Layihələr eyni şirkətə yağdı - İcazə verin şübhələnək...
Bu gün, 02:11
Pezeşkian Əliyevlə Azərbaycan dilində danışdı - Bakı-Tehran münasibətlərində müsbət dönüş
Bu gün, 02:08
"Rufo Gəncinski"yə sui-qəsd oldu - TƏFƏRRÜAT
Bu gün, 02:06
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu - AÇIQLAMA
Bu gün, 00:01
İstehsalçıdan mağazaya qədər qiymət niyə şişir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:18
Doğum sayı kəskin çökdü: - “Belə davam edərsə, bizi Belorusun vəziyyəti gözləyir”
Dünən, 18:12
Əsgərliyə getmədiyi üçün "tac"landırılan "qanuni oğru" öldü
Dünən, 18:03
Gürcüstandan ən çox pul Azərbaycana köçürülüb - SİYAHI
Dünən, 17:59
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığını bildirib
Dünən, 17:53
“Şapka Mamed” qalmaqalı böyüyür – Milyardlıq maxinasiyalar, offşor əmlaklar və...
Dünən, 17:47
Aşıq Hüseyn Saraçlının nəvəsindən sonra oğlu da vəfat etdi
Dünən, 17:42
Azərbaycan qərəzli məlumat yaydığına görə CNN-ni məhkəməyə verib - DETALLAR
Dünən, 17:41
Sərxoş halda avtomobili qaçırıb qəza törədən şəxsə hökm oxundu
Dünən, 17:31
Vüsal Nəsirli onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Dünən, 17:29
“Ermənistanla ticarət dövriyyəsini 3 milyarda qaldırmalıyıq” - İranlı deputat
Dünən, 17:25
Rusiya nə qələt etsə, ikiqat cavabını alacaq - REAKSİYA
Dünən, 17:15
Aynur Poluxova ilə şöbə müdiri arasında qalmaqal - TƏFƏRRÜAT
Dünən, 17:13
Paşinyan konqresmenlə TRİPP-i müzakirə etdi - KİV
Dünən, 17:11
“Məni ölümlə hədələyib, ölkədən çıxmağımı istəyirlər” – Sərdar Cəlaloğlu kürd qalmalından danışdı
Dünən, 17:01
Rusiya Ukraynaya 600 milyard dollardan çox ziyan vurub - Sibiqa
Dünən, 16:58
AAYDA-nın bu departamentinə yeni müdir müavini təyin olundu - FOTO
Dünən, 16:53
"Ferrum Kapital" QSC 1 milyon manatlıq - BORCLANIR
Dünən, 16:51
Okampo Azərbaycana qarşı kampaniyada BCM-in nüfuzundan istifadə edib - "Liberium"
Dünən, 16:45
Əli İsa Cabbarovun maxinasiyaları və xarici maraqlar... - Kino İttifaqında nə baş verir?
Dünən, 16:38
Pezeşkianla İranın anti-Azərbaycan “dərin dövləti” arasındakı savaş - AKTUAL
Dünən, 16:32
Siqaret çəkənlərdən pul tələb edən saxta "polis" HƏBS EDİLDİ
Dünən, 16:18
Generalın oğlu Penitensiar Xidmətdəki vəzifəsindən niyə gedib? - SƏN DEMƏ...
Dünən, 16:14
Böyürtkən yığan qadınlara cərimə şoku: - “Hələ yaxşı ki, yerdən mazut çıxarmayıblar!”
Dünən, 16:11
Hacıqabulda 19 yaşlı qadın maşında qətlə yetirilib, qardaşı tutulub - TƏFƏRRÜAT
Dünən, 16:08
“Bu seçimlərin hər ikisi də Paşinyan üçün risklidir” - ŞƏRH
Dünən, 16:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru