Venesuelada hasil olunan neftin təxminən yarısı ABŞ-yə ixrac edilir.
Teleqraf xəbər verir ki, bunu ABŞ energetika nazirinin müavini Kayl Haustvayt Hyustonda çıxışı zamanı deyib. Onun sözlərini “Reuters” agentliyi yayıb.
“Son bir neçə ay ərzində görürük ki, gündəlik 500 min bareldən çox, yəni Venesuelada hasil olunan neftin təxminən yarısı ABŞ-yə, məhz bu növ neftin emalı üçün inşa edilmiş neft emalı zavodlarına göndərilir”, – Haustvayt bildirib.
Onun sözlərinə görə, hazırda Venesuelada gündəlik neft hasilatı təxminən 1,25 milyon barel təşkil edir.


















