Keçmiş icra nümayəndəsi ilə bağlı qərar ləğv edildi .....                     "By Ella" ləqəbli bloger həbs edildi .....                     Qasparyandan rusiyalı blogerlərə XƏBƏRDARLIQ: Bakı hər şeyi eşidir… .....                     Məhkəmə “Bolluq LTD” şirkətinin pulunu mənimsəyən ekspeditorla bağlı qərar verdi .....                     İrəvan “Tramp marşrutu” ilə bağlı son durumu açıqladı .....                     Rusiyadan Azərbaycana viza rejimi tətbiqi çağırışı .....                     SEPAH-dan İrəvanla gizli sövdələşmə .....                     Rusiya Ermənistandan araşdırmanın nəticələrini gözləyir .....                     Azərbaycan neftinin qiymətinin qiyməti 94 dolları ötüb .....                     Azərbaycan və Pakistan iki xalq, tək ürəkdir .....                     “Putin NATO-su”, yoxsa Avropa ordusu dilemması .....                     Niyə ermənilərdən geri qalırıq... .....                     Peşə təhsilində sənəd qəbulu ilə bağlı narazılıq .....                     Gəlirimiz də artır... BORCUMUZ DA... .....                     Zəngəzurda yeni hərbi baza? .....                     Təhsil adı altında SOYĞUN... .....                     Kapital bank HƏR KƏSİ YORUR... .....                     Kasıb səhiyyə sisteminin VARLI BALALARI... .....                     Venesuela neftinin təxminən yarısı ABŞ-yə göndərilir .....                     Rusiya ilə müharibədə buna diqqət etməliyik .....                     ADSEA-dan sakinlərə YEZİD ZÜLMÜ .....                     “Rusiya mediası özbaşına belə addımlar atmağa cəsarət etməzdi” .....                     Gəncədə vergi xidməti CİBƏ İŞLƏYİR... .....                     Rubio BƏƏ rəsmisi ilə İran və Hörmüz boğazını müzakirə edib .....                     “O nəfəsliyi də bağlamaq istəyirlərsə, bağlasınlar” .....                     Moskva rus ayısının jestləri ilə davranır .....                     Toy mövsümü açıldı: Bəs qızılın bazarı? .....                     Paşinyanın KTMT-də çıxmamasının əsasında hansı səbəblər durur? .....                     “Şahbaz bəy roluna məni çağırmışdılar, getmədim, yaxşı ki, Ənvər gedib filmdəki qızla evləndi” .....                     Tramp İranla danışıqların dayandırılmasını əmr edib .....                     Ucar İcra Hakimiyyətindən "Hinal Proje"yə bir gündə 4 tender: Layihələr eyni şirkətə yağdı .....                     Pezeşkian Əliyevlə Azərbaycan dilində danışdı .....                     "Rufo Gəncinski"yə sui-qəsd oldu .....                     Mustafa Abbasbəyli vəzifəsindən azad olundu .....                     İstehsalçıdan mağazaya qədər qiymət niyə şişir? .....                     Doğum sayı kəskin çökdü: .....                     Əsgərliyə getmədiyi üçün "tac"landırılan "qanuni oğru" öldü .....                     Gürcüstandan ən çox pul Azərbaycana köçürülüb .....                     Tramp ABŞ-ın İranla danışıqlar aparmadığını bildirib .....                     “Şapka Mamed” qalmaqalı böyüyür .....                 

SEPAH-dan İrəvanla gizli sövdələşmə - Görünəni odur ki...
Tarix: Bu gün, 09:56 | Çap et

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Ermənistanla hərbi əməkdaşlığı ilə bağlı yeni detallar üzə çıxıb. Söhbət Ermənistanın mayın 28-də keçirdiyi hərbi parad zamanı nümayiş etdirilən “Sepehr-110" rəqəmsal taktiki rabitə platformasından gedir.

SEPAH-ın mühəndis-konstruktor qrupu tərəfindən hazırlanan platforma ilk dəfə 2019-cu ilin iyulunda təqdim olunub. Sistem strateji, taktiki və döyüş səviyyələrində məlumat mübadiləsini təmin etmək, müxtəlif hərbi bölmələr arasında informasiyanın ötürülməsini sürətləndirmək və komanda-idarəetmə imkanlarını artırmaq üçün nəzərdə tutulub.
Platformanın səs, rəqəmsal məlumat, telemetriya və görüntüləri real vaxt rejimində ötürə bildiyi bildirilir. Bununla belə, texniki təhlillərdə sistemin imkanları ilə bağlı müəyyən məhdudiyyətlər də qeyd olunur. Sanksiyalar səbəbindən rəqəmsal komponentlərin Çin mənşəli mülki komponentlərə və ya paralel idxal kanallarına əsaslana biləcəyi ehtimal edilir. Bu isə sistemin etibarlılığı ilə bağlı suallar yaradır.

“Sepehr-110" klassik mənada zərbə silahı deyil. Onun əsas funksiyası məlumatların toplanması, emalı, bölmələr arasında ötürülməsi və komanda-idarəetmənin təmin edilməsidir. Başqa sözlə, bu, mobil komanda-idarəetmə və informasiya mübadiləsi platformasıdır. Onun effektivliyi hansı rabitə və informasiya infrastrukturu ilə birləşdirilməsindən asılıdır.

Beləliklə, “Sepehr-110" özü-özlüyündə hədəfi məhv edən silah deyil. Lakin onun Ermənistanda nümayiş etdirilməsi İranla hərbi-texniki əməkdaşlıq barədə suallar yaradır. Məsələ Ermənistanın komanda-idarəetmə və məlumat mübadiləsi imkanlarının modernləşdirilməsi baxımından diqqət çəkir.
Bu silahlanma nəyin hazırlığıdır və Azərbaycan üçün təhlükə yaradırmı?

Milli Məclisin deputatı Azər Badamov “Yeni Müsavat”a bildirib ki, Ermənistanın yenidən silahlanması regionda gərginliyin artmasına səbəb ola biləcək amillərdən biridir:

“Ermənistanın müxtəlif ölkələrdən yeni silah və hərbi texnologiyalar əldə etməsi, bununla yanaşı, İranla hərbi-texniki əməkdaşlığını genişləndirməsi ciddi suallar doğurur. Azərbaycan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan sonra regionda müharibə səhifəsinin bağlanmasını və münasibətlərin yeni mərhələyə keçməsini təklif edib. Bu gün də Azərbaycan sülh gündəliyinin irəlilədilməsi və regionda davamlı sülhün təmin olunması istiqamətində təşəbbüslər irəli sürür. Lakin Ermənistanın son dövrlərdə həyata keçirdiyi silahlanma siyasəti müəyyən narahatlıqlar yaradır.

Ermənistanın iqtisadi və demoqrafik imkanlarının məhdud olmasına baxmayaraq, hərbi potensialının artırılmasına ciddi vəsait ayırması diqqətdən kənarda qala bilməz. Bu, müdafiə qabiliyyətinin gücləndirilməsi kimi təqdim oluna bilər. Ancaq silahlanmanın miqyası və müxtəlif dövlətlərlə hərbi əməkdaşlıqlar Ermənistanın gələcək məqsədləri barədə suallar yaradır.

Bu baxımdan İranın Ermənistanla hərbi əməkdaşlığı da xüsusi diqqət tələb edir. İranın, xüsusilə SEPAH-ın Ermənistanın hərbi imkanlarının artırılmasına verdiyi dəstək region üçün yeni məsələ deyil. Tehran əvvəllər də Ermənistanın silahlandırılması və keçmiş separatçı rejimin təminatı ilə bağlı müxtəlif formada dəstək göstərməkdə ittiham olunub.
Azərbaycan İranla münasibətlərin qorunub saxlanılmasının və inkişaf etdirilməsinin tərəfdarı olmaqla yanaşı, milli təhlükəsizliyinə və regional maraqlarına təsir edə biləcək prosesləri də izləyir. Bakı münasibətlərin gərginləşməməsi üçün təmkinli yanaşsa da, bu, həmin proseslərin diqqətdən kənarda qalması demək deyil.

SEPAH tərəfindən Ermənistana “Sepehr-110" rəqəmsal taktiki rabitə platformasının verilməsi ilə bağlı məlumatlara da bu kontekstdə baxmaq lazımdır. Əsas məsələ yalnız konkret bir rabitə sisteminin təqdim edilməsi deyil. Söhbət Ermənistanın hərbi infrastrukturunun, komanda-idarəetmə və məlumat mübadiləsi imkanlarının modernləşdirilməsindən gedir.

Ermənistanın yeni silah sistemləri və hərbi texnologiyalar əldə etməsi, müxtəlif dövlətlərlə hərbi əməkdaşlığı genişləndirməsi Azərbaycan tərəfindən nəzərə alınmalıdır. Sülh prosesinin davam etdiyi vaxtda tərəflərdən birinin hərbi imkanlarını artırması regionda etimad mühitinə mənfi təsir göstərə bilər.

Azərbaycan sülhün, sabitliyin və regional əməkdaşlığın tərəfdarıdır. Lakin sülh yalnız siyasi bəyanatlarla deyil, qarşılıqlı etimad və konkret addımlarla möhkəmləndirilə bilər. Ermənistanın silahlanması və bu prosesdə İran kimi regional aktorların iştirakı diqqətlə izlənilməlidir".

ƏHP-nin baş katibi, politoloq Niyaməddin Orduxanlının sözlərinə görə, SEPAH-ın Ermənistanla hərbi əməkdaşlığı Azərbaycan ictimaiyyəti üçün təəccüblü deyil: “35 ildir ki, Ermənistana dəstək verən İranın siyasəti Azərbaycan üçün məlumdur. İranın müxtəlif dövrlərdə Ermənistana silah-sursat, enerji, ərzaq və tikinti materialları ilə bağlı dəstək göstərdiyi barədə iddialar səslənib. Qarabağın işğalı dövründə də İranın Ermənistanla əlaqələri Azərbaycan tərəfindən ciddi narazılıqla qarşılanıb”.

Politoloq deyib ki, Ermənistanın 28 may paradında İran istehsalı olduğu bildirilən hərbi sistemlərin nümayiş etdirilməsi də diqqət çəkdi: “44 günlük Vətən müharibəsindən sonra İranın Ermənistana raketlər verdiyi ilə bağlı müxtəlif açıqlamalar səsləndirilib. Əgər belə silahlar həqiqətən Ermənistana təqdim olunubsa, onların gələcəkdə Azərbaycana qarşı istifadə edilməsi ehtimalı təhlükəsizlik baxımından nəzərə alınmalıdır. Ermənistanın silahlanmasının Azərbaycan üçün risk yaratması təbiidir. Ancaq Azərbaycan da öz müdafiə qabiliyyətini gücləndirir. Prezident İlham Əliyev ordunun müasir silahlarla təchizatının və ordu quruculuğunun prioritet olduğunu bildirib. Azərbaycan Türkiyə ilə əməkdaşlıq çərçivəsində peşəkar ordu quruculuğunu davam etdirir. Ermənistan rəhbərliyi nəzərə almalıdır ki, regionda hərbi balans dəyişdikcə Azərbaycan da öz təhlükəsizlik imkanlarını artırır. Ermənistanın İran və digər dövlətlərlə hərbi əməkdaşlığı isə regionda sülh və sabitlik üçün əlavə risklər yarada bilər”.

Müsahibimiz sonda dedi ki, nəticə etibarilə, “Sepehr-110" məsələsinə yalnız bir rabitə platforması kimi yanaşmaq düzgün olmazdı: "Bu fakt Ermənistanın hərbi potensialının modernləşdirilməsi və yeni hərbi-texniki əlaqələr baxımından qiymətləndirilməlidir. Azərbaycan üçün əsas hədəf yeni müharibənin qarşısını almaq və sülhü möhkəmləndirməkdir. Bununla yanaşı, ölkə təhlükəsizlik risklərini izləməli və milli maraqlarını qorumaq üçün adekvat tədbirlər görməlidir".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Keçmiş icra nümayəndəsi ilə bağlı qərar ləğv edildi – MƏHKƏMƏ
Bu gün, 10:02
"By Ella" ləqəbli bloger həbs edildi - FOTO
Bu gün, 10:01
Qasparyandan rusiyalı blogerlərə XƏBƏRDARLIQ: Bakı hər şeyi eşidir… - AKTUAL
Bu gün, 10:00
Məhkəmə “Bolluq LTD” şirkətinin pulunu mənimsəyən ekspeditorla bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 09:59
İrəvan “Tramp marşrutu” ilə bağlı son durumu açıqladı - "...hesablamalar və tədqiqat işləri aparılır"
Bu gün, 09:58
Rusiyadan Azərbaycana viza rejimi tətbiqi çağırışı - NƏ ETMƏLİ?
Bu gün, 09:57
SEPAH-dan İrəvanla gizli sövdələşmə - Görünəni odur ki...
Bu gün, 09:56
Rusiya Ermənistandan araşdırmanın nəticələrini gözləyir - “İzvestiya”
Bu gün, 09:53
Azərbaycan neftinin qiymətinin qiyməti 94 dolları ötüb
Bu gün, 09:51
Azərbaycan və Pakistan iki xalq, tək ürəkdir - İmran xan...
Bu gün, 09:44
“Putin NATO-su”, yoxsa Avropa ordusu dilemması - GƏLİŞMƏ
Bu gün, 08:34
Niyə ermənilərdən geri qalırıq... - MALƏSƏF...
Bu gün, 08:26
Peşə təhsilində sənəd qəbulu ilə bağlı narazılıq - Bakıda rəsmi qəbul alan şəxslərin sənədləri qəbul edilmir
Bu gün, 08:21
Gəlirimiz də artır... BORCUMUZ DA... - AXI NECƏ...
Bu gün, 08:16
Zəngəzurda yeni hərbi baza? - NƏ BAŞ VERİR?
Bu gün, 08:11
Təhsil adı altında SOYĞUN... - MÜRACİƏT
Bu gün, 08:09
Kapital bank HƏR KƏSİ YORUR... - Fərq etməz: müştərisən, ya yox...
Bu gün, 07:51
Kasıb səhiyyə sisteminin VARLI BALALARI... - REPLİKA
Bu gün, 07:45
Venesuela neftinin təxminən yarısı ABŞ-yə göndərilir - Son bir neçə ay ərzində...
Bu gün, 07:08
Rusiya ilə müharibədə buna diqqət etməliyik - Molde
Bu gün, 07:06
ADSEA-dan sakinlərə YEZİD ZÜLMÜ - NARAZILIQ VAR...
Bu gün, 06:56
“Rusiya mediası özbaşına belə addımlar atmağa cəsarət etməzdi” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46
Gəncədə vergi xidməti CİBƏ İŞLƏYİR... - DÖVLƏTƏ YOX!
Bu gün, 06:39
Rubio BƏƏ rəsmisi ilə İran və Hörmüz boğazını müzakirə edib - KİV
Bu gün, 06:33
“O nəfəsliyi də bağlamaq istəyirlərsə, bağlasınlar” - Deputatdan Rusiyaya təpki
Bu gün, 02:31
Moskva rus ayısının jestləri ilə davranır - FAKT BUDUR!
Bu gün, 02:28
Toy mövsümü açıldı: Bəs qızılın bazarı? - ARAŞDIRMA
Bu gün, 02:26
Paşinyanın KTMT-də çıxmamasının əsasında hansı səbəblər durur? - İNCƏLƏMƏ
Bu gün, 02:23
“Şahbaz bəy roluna məni çağırmışdılar, getmədim, yaxşı ki, Ənvər gedib filmdəki qızla evləndi” - İllər sonra ETİRAF etdi
Bu gün, 02:20
Tramp İranla danışıqların dayandırılmasını əmr edib - CNN
Bu gün, 02:12
Ucar İcra Hakimiyyətindən "Hinal Proje"yə bir gündə 4 tender: Layihələr eyni şirkətə yağdı - İcazə verin şübhələnək...
Bu gün, 02:11
Pezeşkian Əliyevlə Azərbaycan dilində danışdı - Bakı-Tehran münasibətlərində müsbət dönüş
Bu gün, 02:08
"Rufo Gəncinski"yə sui-qəsd oldu - TƏFƏRRÜAT
Bu gün, 02:06
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu - AÇIQLAMA
Bu gün, 00:01
İstehsalçıdan mağazaya qədər qiymət niyə şişir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:18
Doğum sayı kəskin çökdü: - “Belə davam edərsə, bizi Belorusun vəziyyəti gözləyir”
Dünən, 18:12
Əsgərliyə getmədiyi üçün "tac"landırılan "qanuni oğru" öldü
Dünən, 18:03
Gürcüstandan ən çox pul Azərbaycana köçürülüb - SİYAHI
Dünən, 17:59
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığını bildirib
Dünən, 17:53
“Şapka Mamed” qalmaqalı böyüyür – Milyardlıq maxinasiyalar, offşor əmlaklar və...
Dünən, 17:47
Aşıq Hüseyn Saraçlının nəvəsindən sonra oğlu da vəfat etdi
Dünən, 17:42
Azərbaycan qərəzli məlumat yaydığına görə CNN-ni məhkəməyə verib - DETALLAR
Dünən, 17:41
Sərxoş halda avtomobili qaçırıb qəza törədən şəxsə hökm oxundu
Dünən, 17:31
Vüsal Nəsirli onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Dünən, 17:29
“Ermənistanla ticarət dövriyyəsini 3 milyarda qaldırmalıyıq” - İranlı deputat
Dünən, 17:25
Rusiya nə qələt etsə, ikiqat cavabını alacaq - REAKSİYA
Dünən, 17:15
Aynur Poluxova ilə şöbə müdiri arasında qalmaqal - TƏFƏRRÜAT
Dünən, 17:13
Paşinyan konqresmenlə TRİPP-i müzakirə etdi - KİV
Dünən, 17:11
“Məni ölümlə hədələyib, ölkədən çıxmağımı istəyirlər” – Sərdar Cəlaloğlu kürd qalmalından danışdı
Dünən, 17:01
Rusiya Ukraynaya 600 milyard dollardan çox ziyan vurub - Sibiqa
Dünən, 16:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru