Azərbaycandan xaricə milyonlar çıxaran dəstə: Qazaxlı “Musto“, Aqil, Nicat və digərləri... .....                     Qaş düzəldən yerdə göz çıxarmaq... .....                     Trampın yeni planı İranı qəzəbləndirdi .....                     Etibar Əliyev Əlisa Nicatı sərt tənqid etdi: .....                     "Sevmək sevilməkdən daha gözəldir" .....                     Azərbaycan və Türkiyənin birgə müəssisəsinin rəhbərliyində iki mühüm təyinat baş tutub .....                     Gürcüstan və Azərbaycan arasında pul “axını” istiqamətini dəyişib .....                     Rəqibinin üzünü bıçaqlayan Rustəm 10 min dollara barışıb: .....                     AAYDA sədri Cavid Kərimova yüksək vəzifə verdi .....                     Vüsal Nəsirli Rafael Məmmədova yüksək vəzifə verdi .....                     "Mərkəzi Azəri" platformasında planlaşdırılmış profilaktik işlər aparılacaq .....                     Zabratda TAM ÖZBAŞINALIQ: Olan-qalan ağacları da naməlum şəxslər KƏSİR... .....                     MTK-larda yeni özbaşınalıq: beş min gətir... .....                     Bakının axtardığı o 3 TƏXRİBATÇI... .....                     Sevgilisinin qızıllarını oğurladı, borclarını ödədi .....                     Bərdə xəstəxanasında DƏHŞƏT: Bir ayın xəstəsi necə öldü? .....                     “Ayıbdır vallah, xəcalət çəkirəm, kişi səhnədə kişi kimi geyinməlidir...” .....                     Bu dəfə İsraili Türkiyənin əlindən BAKI DA ALA BİLMƏYƏCƏK... .....                     Sabir Adnayevin sığorta şirkətinin mənfəəti 3 dəfə azalıb, zərərlilik 100%-ə yaxınlaşıb .....                     Moskvadan Bakıya SENSASİON hücum: .....                     Mağazanın 90 min manatını mənimsəyən .....                     Zaxarova və “Pandora qutusu” .....                     Milli Park , yoxsa gəlir mənbəyi? .....                     Hasar mübahisəsinə görə əmisi oğlunu daşla vuran şəxsə .....                     "QHT işi" üzrə təqsirləndirilən Qalib Bayramova cəza istənilib .....                     Nə Zəfər Qurbanov, nə də Əhməd Məlikov ixtisasca aqrar mütəxəssis deyillər... .....                     Psixiatriya xəstəxanasına yerləşdirilən Elşad Xosedən .....                     Ərdoğandan müharibə ANONSU: Bakı üçün KRİTİK seçim .....                     Lombard sahibinin 140 min manatını mənimsəməyən mütəxəssisi ilə bağlı .....                     Şərur təhsilində AĞLASIĞMAZ İŞLƏR... .....                     Bu xəstəxananın baş həkimi işdən çıxarıldı .....                     Keçmiş icra nümayəndəsi ilə bağlı qərar ləğv edildi .....                     "By Ella" ləqəbli bloger həbs edildi .....                     Qasparyandan rusiyalı blogerlərə XƏBƏRDARLIQ: Bakı hər şeyi eşidir… .....                     Məhkəmə “Bolluq LTD” şirkətinin pulunu mənimsəyən ekspeditorla bağlı qərar verdi .....                     İrəvan “Tramp marşrutu” ilə bağlı son durumu açıqladı .....                     Rusiyadan Azərbaycana viza rejimi tətbiqi çağırışı .....                     SEPAH-dan İrəvanla gizli sövdələşmə .....                     Rusiya Ermənistandan araşdırmanın nəticələrini gözləyir .....                     Azərbaycan neftinin qiymətinin qiyməti 94 dolları ötüb .....                 

Türkiyə ilə Rusiya arasında gərginlik yenidən alovlanır
Tarix: 25-03-2017, 08:33 | Çap et
Türkiyə ilə Rusiya arasında gərginlik yenidən alovlanır
Türkiyənin “Hürriyet” qəzeti yazır ki, 2016-cı ilin may ayında Suriyadakı ABŞ Xüsusi Qüvvələri əsgərlərinin qollarında kürd Xalq Müdafiə Birlikləri və ya YPG-nin nişanları görünəndə Ankara buna hiddətlə reaksiya vermişdi.

“Hürriyet” yazır ki, ötən həftə YPG-nin emblemi artıq Suriyanın şimalındakı Afrin şəhərinə yeridilmiş Rusiya əsgərlərinin qollarında görünüb.

Bu ərazi Türkiyə sərhədinə olduqca yaxındır və Ruisya özünün “atəşkəsin monitorinqi stansiyasını” məhz burada, kürd qüvvələri ilə Türkiyənin dəstəklədiyi gücləri ayıran cəbhə xəttində qurublar.

“Hürriyet” qəzetinin müəllifi hesab edir ki, indiki vəziyyət faktiki olaraq Türkiyəyə “Rusiya əsgərlərini vurmaq riskinə girmək istəmirsinizsə, YPG-yə qarşı heç nə etməməlisiniz” deməkdir.

Qəzet vurğulayır ki, üstəlik sanki prezident “Recep Tayyip Erdoğanın və hakim Ədalət və İnkişaf Partiyası – AKP-nin yarasına duz basırmış kimi” Rusiya əsgərlərinin YPG qol nişanları ilə göründüyü gün, martın 22-də Pentaqon Raqqa yaxınlığında İŞİD-in arxasına paraşütlə Suriya Demokratik Qüvvələrinin döyüşçülərini atdığını bəyan edib.

Bu da xəbər verilir ki, amerikalılar bu desant dəstəsini havadan helikopterlərlə, yerdən isə artilleriya ilə dəstəkləyiblər.

“Hürriyet” yazır ki, Pentaqon bunun “Suriya ərəb qüvvələri” olduğunu desə də, kürd YPG əsgərləri paraşütçü forması geyindikləri şəkilləri sosial mediada paylaşıblar.

Qəzetin yazdığına görə senator John McCain martın 22-də deyib ki, Trump administrasiyası dilemma qarşısındadır. ABŞ qüvvələri üçün son üç ildə müttəfiqlik etdikləri YPG qüvvələri olmadan Raqqa əməliyyatını həyata keçirmək çox çətin olardı.

Senator deyib ki, hadisələrin belə inkişaflı ABŞ-ın NATO müttəfiqi Türkiyəni ciddi şəkildə narazı salacaq.

Hürriyet işarə edir ki, bu, prezident Erdoğanın böyük ümidlər bəslədiyi 16 aprel referendumu ərəfəsində o qədər də yaxşı xəbər deyil.

Lakin indi vəziyyət Erdoğan üçün daha da qəlizləşib.

TRT xəbər verib ki, YPG kürdlərinin nəzarətində olan Afrin ərazisindən snayper atəşləri nəticəsində sərhədin Türkiyə tayındakı Hatay məntəqəsində bir əsgər həlak olub.

Türkiyə bilidirir ki, martin 23-də bu hadisə baş verərkən Rusiya əsgərləri artıq Afrində idilər və snayper güllələri faktiki olaraq onların başı üstündən atılıb.

Bu hadisə ilə əlaqədar Türkiyə Rusiyanın Ankaradakı səfir əvəzini Xarici İşlər Nazirliyinə dəvət edib.

Səfir əvəzinə xəbərdarlıq edilib ki, YPG tərəfindən bir daha belə hücumlara yol verilərsə, Türkiyə cavab verməli olacaq.

Rusiya əsgərləri və Suriyadakı kürd qüvvələrin birgə Novruzu

Türkiyə Xarici İşlər nazirliyinin sözçüsü Hüseyin Müftüoğlu martın 23-də bəyan edib ki, Türkiyə “onun üçün həssas olan məsələlərdə Rusiyadan ehtiram gözləyir”.

Müftüoğlu qollarında YPG nişanları olan Rusiya əsgərlərinin sosial mediada yayılan şəkillərini“xoşagəlməz” hal adlandırıb.

Sözçü habelə bildirib ki, Türkiyə Rusiyanı Süriya kürdlərinin Moskvadakı nümayəndəliyini bağlamağa çağırıb.

Müftüoğlu bunu da vurğulayıb ki, Ankara ABŞ-ın dəstəklədiyi kürd YPG qüvvələrinin İŞİD-in Raqqadan çıxarılması üçün hər hansı əməliyyatda iştirakını yolverilməz hesab edir.

Newsweek məcmuəsi YPG kürd qüvvələrinin və Rusiya əsgərlərinin Afrində birgə çəkdirdikləri fotoları göstərən tvitləri dərc edib.

YPG-lilərin paylaşdıqları düşünülən bu fotolarda onların Rusiya əsgərləri ilə birlikdə Novruz bayramını qeyd etdikləri əks olunur. Bu fotoların çəkilmə tarixi martın 21-i göstərilir.

Newsweek yazır ki, martın əvvəllərində Moskva Suriyanın hökumət qoşunları ilə ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri (SDQ) arasında sülh sazişinin vasitəçiliyini edib. SDQ birləşmələrinin özəyini isə kürdlərin YPG birliyi təşkil edir.

Məqalədə deyilir ki, bu saziş, əslində Türkiyə qoşunlarının Mənbic şəhərini ələ keçirmək planlarını iflasa uğradıb.

Bundan əvvəl YPG qüvvələri Qərb mediasına bildirmişdilər ki, təşkilatın rəhbərliyi ilə Suriyadakı Rusiya qoşunlarının komandanlığı arasında da saziş imzalanıb.

Onlar deyirdilər ki, bu sazişə əsasən Afrində hərbi baza yaradan ruslar burada kürd qüvvələrinə təlim keçəcəklər.

Rusiyanın Müdafiə Nazirliyi bu xəbərlərə “düzəliş” edərək bildirmişdi ki, söhbət hərbi bazadan yox, “barışıq məntəqəsindən” gedir. Amma Moskva kürd qüvvələrə təlim verilməsini təkzib etməmişdi.

Suriya kürd qüvvələri Türkiyənin narahatlıqlarına hələki heç bir reaksiya verməyiblər.

Qərb mediası, ümumilikdə Rusiya və Türkiyə arasında çox ciddi ixtilafın başlandığından yazır.

Elə Rusiya mediası da bunu gizlətmir.

“Təmkinli” Putin, “çılğın” Erdoğan

“Moskovski Komsomolets” qəzeti yazır ki, “Rusiya və Türkiyə yenə də dava-dalaşın kandarındadırlar”.

Məqalədə deyilir ki, Türkiyə Xarici İşlər Nazirliyində Rusiya diplomatlarının məzəmmət edilməsi buna misaldır və əslində, Moskvada Suriyaya dair son danışıqlar da əvvəlki qədər uğurlu olmayıb.

Qəzet yazır ki, “təmkinli” Putindən fərqli olaraq, Erdoğan hər an “partlaya” bilər.

Məqalədə bu da xəbər verilir ki, Ankara ilhaq edilmiş Krımla İstanbul arasındakı bərə nəqliyyatını birtərəfli şəkildə ləğv edib.

Artıq martın ortalarından Sevastopol, Kerç, Yalta, Feodosiya və Yevpatoriyadan gələn gəmilərə nəinki Türkiyə limanlarına daxil olmaq, hətta bu orada yanacaq doldurmaq da qadağan olunub.

Erdoğan tərəfindən Rusiyaya qarşı daha bir xoşagəlməz addım martın 15-də Astanada atılıb.

Burada Rusiyanın egidası altında keçirilən Suriya sülh danışıqlarına ilk dəfə olaraq Suriya müxalifətinin nümayəndələri gəlməyiblər. Onların Astana danışıqlarında iştirakını Ankara təmin edirdi.

Qəzet yazır ki, Erdoğan Putinin Suriya sülh planını faktiki olaraq iflasa uğratdırıb.

“Moskovski Komsomolets” həm də iki ölkə arasında son günlər baş qaldırmış “taxıl qalmaqalından” yazır.

Məqalədə deyilir ki, Türkiyə qəflətən Rusiya taxılını almaqdan imtina edib. Bundan əvvəl Türkiyə taxıl idxalına 130 faizlik rüsum qoyub. Türkiyə habelə Rusiya qarğıdalısından da imtina edib.

Moskva bu addımı yeni mövsümün başlanğıcı üçün pis xəbər adlandırır. Türkiyə Rusiya taxılının ikinci ən böyük idxalçısıdır.

“Moskovski Komsomolets” yazır ki, ölkələr arasındakı münasibətlər qarşılıqlı maraqlar yox, liderlərin münasibətləri üzərində qurulursa, belə əməkdaşlığın proqnozunu vermək asan deyil. Belə olduqda ən xırda hadisə bu münasibətlərin pozulmasına səbəb ola bilər.

Pomidor-xiyar, yoxsa geosiyasət

Qəzet yazır ki, hələlik prezident Vladimir Putin iki ölkə arasında baş verənləri sankı görməməzliyə vurur. Amma gələcək tonqalın odunları artıq qalaqlanıb.

Bu da qeyd olunmalıdır ki, Erdoğana hədsiz səlahiyyətlər verəcək 16 aprel referendumunun ərəfəsində Erdoğan da “xoşagəlməz” insidentləri qabartmır.

Məsələn, Britaniyanın ticarət daşımalarından yazan Rwfreight saytı bildirir ki, Türkiyə Rusiyadan taxıl idxalını qadağan etmədiyini bəyan edib, lakin bu idxal tamamilə dayana bilər.

Türkiyənin ticarət naziri Nihat Zeybekci deyib ki, sadəcə olaraq Türkiyə şirkətləri Rusiyadan taxıl, qarğıdalı və günəbaxan yağı almaq istəmirlər.

Sayt bunu da bildirir ki, Rusiya, Türkiyə hökumətinin ötən həftə dərc etdiyi rüsumsuz idxal lisenziyası siyahısına daxil edilməyib.

“Financial Times” qəzeti isə yazır ki, heç Rusiya da hələlik Türkiyə tərəvəzinin idxalına qoyulmuş qadağanı əməldə aradan qaldırmayıb.

Türkiyə biznesmenlərinin Rusiyaya səfərləri də problemli olaraq qalır.

Türkiyənin Rusiya taxılına qoyduğu yazılmamış qadağana gəlincə isə, Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviç martın 23-də bəyan edib ki, bu, iki ölkə arasında əməkdaşlığın bərpasını ciddi şəkildə əngəlləyə bilər.

Lakin siyasi təhlilçilər Moskva və Ankara arasındakı münasibətlərin əngəllənməsi səbəbini taxıl və ya pomidor-xiyar idxalında yox, konkret olaraq kürd məsələsində görürlər.

Bir sıra Qərb şərhçiləri bildirirlər ki, hazırda Suriya kürdləri məsələsində Vaşinqton və Moskva arasında “çox nadir həmrəylik” yaranıb və belə bir şəraitdə Suriyada hər hansı bir formada kürd muxtariyyətinin yaranacağı o qədər də uzaq perspektiv kimi görünmür.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycandan xaricə milyonlar çıxaran dəstə: Qazaxlı “Musto“, Aqil, Nicat və digərləri... - TƏFƏRRÜAT
Bu gün, 13:14
Qaş düzəldən yerdə göz çıxarmaq... - Kartlara qoyulan limit hansı problemləri yaradıb?
Bu gün, 13:12
Trampın yeni planı İranı qəzəbləndirdi - Tehranın son rıçağı əlindən alınır
Bu gün, 13:05
Etibar Əliyev Əlisa Nicatı sərt tənqid etdi: - “Xalqı qoyun adlandıran ikinci nadan”
Bu gün, 13:04
"Sevmək sevilməkdən daha gözəldir" - Vüsalə
Bu gün, 13:01
Azərbaycan və Türkiyənin birgə müəssisəsinin rəhbərliyində iki mühüm təyinat baş tutub - BUNDAN SONRA...
Bu gün, 13:00
Gürcüstan və Azərbaycan arasında pul “axını” istiqamətini dəyişib - TƏFƏRRÜAT
Bu gün, 12:57
Rəqibinin üzünü bıçaqlayan Rustəm 10 min dollara barışıb: - “Kriminal avtoritet” cəzadan belə yayındı
Bu gün, 12:56
AAYDA sədri Cavid Kərimova yüksək vəzifə verdi - ƏMR
Bu gün, 12:54
Vüsal Nəsirli Rafael Məmmədova yüksək vəzifə verdi - FOTO
Bu gün, 12:50
"Mərkəzi Azəri" platformasında planlaşdırılmış profilaktik işlər aparılacaq - Bu gündən
Bu gün, 12:48
Zabratda TAM ÖZBAŞINALIQ: Olan-qalan ağacları da naməlum şəxslər KƏSİR... - DÖVLƏT QURUMLARI NİYƏ SUSUR?
Bu gün, 12:39
MTK-larda yeni özbaşınalıq: beş min gətir... - NƏ ETMƏLİ?
Bu gün, 12:18
Bakının axtardığı o 3 TƏXRİBATÇI... – Rusiya özü cəzalandıracaq?
Bu gün, 12:16
Sevgilisinin qızıllarını oğurladı, borclarını ödədi - TƏFƏRRÜAT
Bu gün, 12:11
Bərdə xəstəxanasında DƏHŞƏT: Bir ayın xəstəsi necə öldü? - İTTİHAM VAR
Bu gün, 11:59
“Ayıbdır vallah, xəcalət çəkirəm, kişi səhnədə kişi kimi geyinməlidir...” - Xalq artistindən ETİRAZ
Bu gün, 11:47
Bu dəfə İsraili Türkiyənin əlindən BAKI DA ALA BİLMƏYƏCƏK... - FAKT BUDUR!
Bu gün, 11:40
Sabir Adnayevin sığorta şirkətinin mənfəəti 3 dəfə azalıb, zərərlilik 100%-ə yaxınlaşıb - DETALLAR
Bu gün, 11:34
Moskvadan Bakıya SENSASİON hücum: - Həmin şəxslərə əmri kim verib?
Bu gün, 11:29
Mağazanın 90 min manatını mənimsəyən satış məsləhətçisinə şərti cəza verildi
Bu gün, 11:21
Zaxarova və “Pandora qutusu” - İkili standartların bumeranq effekti
Bu gün, 11:12
Milli Park , yoxsa gəlir mənbəyi? - VİDEO
Bu gün, 11:07
Hasar mübahisəsinə görə əmisi oğlunu daşla vuran şəxsə 4 il HƏBS CƏZASI
Bu gün, 10:56
"QHT işi" üzrə təqsirləndirilən Qalib Bayramova cəza istənilib - TƏFƏRRÜAT
Bu gün, 10:55
Nə Zəfər Qurbanov, nə də Əhməd Məlikov ixtisasca aqrar mütəxəssis deyillər... - ONA GÖRƏ DƏ...
Bu gün, 10:53
Psixiatriya xəstəxanasına yerləşdirilən Elşad Xosedən YENİ XƏBƏR
Bu gün, 10:46
Ərdoğandan müharibə ANONSU: Bakı üçün KRİTİK seçim - NƏ ETMƏLİ?
Bu gün, 10:42
Lombard sahibinin 140 min manatını mənimsəməyən mütəxəssisi ilə bağlı QƏRAR
Bu gün, 10:41
Şərur təhsilində AĞLASIĞMAZ İŞLƏR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:39
Bu xəstəxananın baş həkimi işdən çıxarıldı - ƏMR
Bu gün, 10:34
Keçmiş icra nümayəndəsi ilə bağlı qərar ləğv edildi – MƏHKƏMƏ
Bu gün, 10:02
"By Ella" ləqəbli bloger həbs edildi - FOTO
Bu gün, 10:01
Qasparyandan rusiyalı blogerlərə XƏBƏRDARLIQ: Bakı hər şeyi eşidir… - AKTUAL
Bu gün, 10:00
Məhkəmə “Bolluq LTD” şirkətinin pulunu mənimsəyən ekspeditorla bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 09:59
İrəvan “Tramp marşrutu” ilə bağlı son durumu açıqladı - "...hesablamalar və tədqiqat işləri aparılır"
Bu gün, 09:58
Rusiyadan Azərbaycana viza rejimi tətbiqi çağırışı - NƏ ETMƏLİ?
Bu gün, 09:57
SEPAH-dan İrəvanla gizli sövdələşmə - Görünəni odur ki...
Bu gün, 09:56
Rusiya Ermənistandan araşdırmanın nəticələrini gözləyir - “İzvestiya”
Bu gün, 09:53
Azərbaycan neftinin qiymətinin qiyməti 94 dolları ötüb
Bu gün, 09:51
Azərbaycan və Pakistan iki xalq, tək ürəkdir - İmran xan...
Bu gün, 09:44
“Putin NATO-su”, yoxsa Avropa ordusu dilemması - GƏLİŞMƏ
Bu gün, 08:34
Niyə ermənilərdən geri qalırıq... - MALƏSƏF...
Bu gün, 08:26
Peşə təhsilində sənəd qəbulu ilə bağlı narazılıq - Bakıda rəsmi qəbul alan şəxslərin sənədləri qəbul edilmir
Bu gün, 08:21
Gəlirimiz də artır... BORCUMUZ DA... - AXI NECƏ...
Bu gün, 08:16
Zəngəzurda yeni hərbi baza? - NƏ BAŞ VERİR?
Bu gün, 08:11
Təhsil adı altında SOYĞUN... - MÜRACİƏT
Bu gün, 08:09
Kapital bank HƏR KƏSİ YORUR... - Fərq etməz: müştərisən, ya yox...
Bu gün, 07:51
Kasıb səhiyyə sisteminin VARLI BALALARI... - REPLİKA
Bu gün, 07:45
Venesuela neftinin təxminən yarısı ABŞ-yə göndərilir - Son bir neçə ay ərzində...
Bu gün, 07:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru