Bir neçə İŞİD komandiri Rəqqadan qaçıb
Tarix: 9-03-2017, 10:33 |
Çap et
İŞİD terror təşkilatı rəhbərliyinin bir sıra nümayəndələri terrorçuların “paytaxt” hesab etdikləri Suriyanın Rəqqa şəhərini tərk ediblər.
SalamNews-un xəbərinə görə, bu barədə “New York Times” qəzeti ABŞ ordusundakı mənbələrə istinadla bildirib.
Məlumatda deyilir ki, Rəqqadan qaçmış İŞİD komandirləri Suriya və İraqdakı nisbətən təhlükəsiz bölgələrə getmək niyyətindədirlər.
Qeyd edək ki, bundan əvvəl Pentaqon nümayəndəsi İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin İraqın Mosul şəhərində olmadığı barədə məlumat yayıb. Fevralın ortalarında isə İraq hərbçiləri əl-Bağdadinin Suriyanın Rəqqa şəhərini tərk edərək İraq ərazisinə sığındığını bəyan ediblər.