Tramp Rusiyaya səfir göndərəcəyi adamı seçib
Tarix: 9-03-2017, 08:54 |
Çap et
ABŞ mətbuatı prezident Donald Trump-ın Rusiyaya göndərəcəyi səfiri müəyyən etdiyini yazır. Agentliklərin Ağ evdən aldıqları məlumata görə, bu, Yuta ştatının qubernatoru Jon Huntsman-dır. J.Huntsman G.Bush-un dövründə Sinqapurda, B.Obama-nın vaxtında isə Çində səfir olub, 2012-ci ildə respublikaçıların prezidentliyə namizədi olmağa çalışıb.
Seçki kampaniyası zamanı J.Huntsman D.Trump-ın qatı tənqidçilərindən idi, hətta D.Trump-ın qadınlar haqda kobud danışıqları üzə çıxanda onu namizədliyini geri götürməyə çağırmışdı. Amma «Politico» saytı sonradan bu iki şəxsin münasibətlərinin yaxşılaşdığını qeyd edir. Mətbuatın yazdığına görə, J.Huntsman prezidentin təklifini qəbul edib.