Alman millətçilərinin lideri ruslarla görüşüb
Tarix: 21-02-2017, 08:46 |
Çap et
Almaniya millətçilərinin lideri, ölkənin ən tanınan siyasətçilərindən olan Frauke Petry Rusiyaya gedib, deputatlarla, həmçinin prezident Vladimir Putin-in «Vahid Rusiya» partiyasının rəhbər üzvləriylə görüşüb.
Bu haqda dünən—fevralın 20-də F.Petry-nin ofisindən məlumat veriblər.
Məlumatda F.Petry-nin görüşlərdə konkret nələrdən daşıdığı açıqlanmır, Moskvaya əməkdaşlıq məsələlərini müzakirə etməyə dəvət olunduğu, Dövlət Dumasının spikeri və V.Putin-in yaxın adamı olan Vyacheslav Volodin-lə, onun müavini Pyotr Tolstoy-la görüşdüyü deyilir.
Dövlət Dumasının bəyanatında isə danışıqlarda partiyalararası əməkdaşlıq, gənclər təşkilatları arasında əlaqələrin inkişafı məsələlərinə toxunulduğu qeyd olunur. Görüşdə Rusiyanın ifrat millətçi Liberal Demokrat Partiyasının lideri Vladimir Zhirinovsky-nin və partiyanın digər üzvü Leonid Slutsky-nin də iştirak etdiyini bildirir.
Hazırda Rusiyayla Almaniyanın münasibətlərində gərginlik var. Almaniya rəsmiləri Rusiyanın ölkədə seçkiyə müdaxilə cəhdlərindən narahatdırlar. Onlar Moskvanın Almaniyadakı ekstremist qüvvələrə dayaq duraraq stabilliyi pozmağa çalışdığını bildirirlər.
Almaniyada seçkilər sentyabrda keçirilməlidir. Sorğular F.Petry-nin «Almaniya üçün Alternativ» partiyasının 10%-dən çox səs toplamayacağını göstərir. Partiya indiki kansler Angela Merkel-in miqrantlarla bağlı siyasətinin qəti əleyhinədir.