Aksiyaçılar Rumıniyada baş nazirin istefasını tələb edirlər
Tarix: 13-02-2017, 08:18 |
Çap et
Rumıniyada etiraz aksiyaları başlayanı 2 həftə olub. İştirakçıların sayı nisbətən azalıb. Amma havanın çox soyuq olmasına baxmayaraq, paytaxtda 50 minə qədər adam hökumət binasının qabağından getmir. Onlar ölkə rəhbərlərini «oğrular» adlandırır, korrupsiyaya son qoyulmasını, baş nazir Sorin Grindeanu-nun istefasını tələb edirlər.
Rumıniyada etirazlara səbəb yenicə hakimiyyətə gəlmiş sosial demokratların korrupsiya haqda sərəncamı idi. Sərəncam rəsmilərin korrupsiyayla bağlı cəzasının yüngülləşdirilməsini nəzərdə tuturdu. 500 mindən çox adam küçələrə axışandan sonra nazir qərarın ləğv edildiyini bildirdi. Amma ölkənin müxtəlif yerlərində kiçik olsa da, etiraz aksiyaları davam edir.