FaktXəbər-in verdiyi məlumata görə, "İŞİD" və müxtəlif terror qruplaşmalarından tamamilə azad olunmuş Suriyanın Hələb şəhərinə Rusiya ordusunun texnikaları daxil olub. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, Hələbdə təhüləsizliyi tədbirlərini gücləndirmək məqsədilə Rusiya ordusunun əlavə texnkilaları şəhərə gətirilib.
Qeyd edək ki, Aralıq dənizi sahilindəki hərbi bazanı istifadə edən Moskva rəhbərliyi, Himeymimə xeyli sayda döyüş təyyarələrini gətirib. Suriya ərazisində "S-400" raket kompleksini yerləşdirən Rusiyabu yolla ölkədə hərbi mövqelərinin müdafiəsini tam gücləndirib.