RƏSUL QULİYEVİN DOSTU OLAN MƏMUR KİMDİR?
Tarix: 16-11-2013, 14:06 |
Çap et
KEÇMİŞ SPİKER VƏTƏNƏ DÖNƏ BİLMƏSİ ÜÇÜN ACP-DƏN İSTİNA ETMƏLİ OLUB
DİA.AZ: - Hazırda ABŞ-da siyasi mühacir həyatı yaşayan, keçmiş spiker Rəsul Quliyevin hakimiyyət dairələri ilə vətənə dönə bilməsi üçün danışıqlar apardığı barədə məlumatlar neçə müddətdir ki, dövriyyəyə buraxılıb. Hətta bəzi mətbu orqanlarda xeyli əvvəl «Rəsul Quliyevin iqtidarda adamları da var, onların vasitəsilə danışıq aparır» kimi xəbərlər də yerləşdirilmişdi.
Doğrudur, iqtidara aid cəbhədən bu məsələyə zamanında sərt reaksiya verildi və bildirildi ki, Rəsul Quliyevlə bağı ola biləcək hər hansı fiqurun hakim düşərgədə işi yoxdur. Amma fakt faktlığında qalır. Və elə DİA.AZ-a ötürülən informasiyalardan da aydın olur ki, bu gün müəyyən qüvvələr hətta keçmiş spikerin Azərbaycana dönə bilməsi üçün «yuxarıların» razılığının alınması üçün hərəkətə də keçib.
Məlumatlara görə, hazırda Nazirlər Kabinetində mühüm vəzifə tutan şəxslərdən biri Rəsul Quliyevlə dostluq münasibətlərini qoruyub saxlayır: «Baş nazirin müavinlərindən biri olan bu adamın kimliyi «yuxarılara» da məlumdur. Hətta Əli İnsanovla Fərhad Əliyev həbs olunduqları zaman onun da durumu gərginləşmişdi. Amma vəziyyətdən çıxa bildi. İndi isə köhnə dostluğunu davam etdirən bu adam Rəsul Quliyev üçün xahişdə bulunub».
Hələlik bu prosesin hansı sonluqla bitəcəyi məlum olmasa da, görüntüdə olanı odur ki, keçmiş spiker hətta Azərbaycana dönə bilməsi üçün lideri və qurucusu olduğu ACP-dən belə imtina edib.