“MAŞIN BAZARI”NIN TƏMİRİ SAHİBKARLARIN BAŞINDA “ÇATLAYIR” – Salmanovun “eksperimenti”...
Tarix: 3-06-2024, 17:36 | Çap et
 Əhasli arasında “Xalqlar dostluğu” – “maşın bazarı” kimi tanınan məşhur bazarın bir hissəsində son bir neçə ayda təmir işləri aparılıb. Daha doğrusu, bazarın Babək prospektinə çıxan hissəsindəki mağazalar sökülərək, yenidən dəmir konstruksiyalarla tikilib və daha “abırlı” hala salınıb. Bunun icra hakimiyyəti orqanlarının tələbi ilə edildiyi bildirilir.
Lakin məsələ ondadır ki, bu “abadlıq işi” həmin mağazaların əvvəlki icarəçilərinin və bu ərazidə kiçik sahibkarlıqla məşğul olan digər vətəndaşların “başında çatlayıb”.
Belə ki, “AzPolitika”nın əldə etdiyi məlumata görə, sözügedən obyektlərdə bazarın sahibi tərəfindən aylıq icarə haqları 2-3 dəfə artırılıb. Təmirdən əvvəl bir kvadrat metri 20-25 manata başa gələn icarə haqqı 55-60 manata qaldırılıb. Hətta təmirdən dərhal sonra bu mağazaların kvadratının aylıq 110 manata təklif edildiyi bildirilir. Lakin sonradan bu qiymətə heç kimin mağaza götürüb işlətmək imkanının olmadığını görən bazar sahibi tamahını bir qədər azaltmalı olub və 50 faizlik “güzəşt edərək”, qiyməti 55-60 manata endirib.
Ancaq bu qiymət də olduqca yüksəkdir və hətta təmirdən əvvəlki icarə qiymətləri ilə belə işləməkdə çətinlik çəkən sahibkarlar yeni qiymətlərin qarşısında çıxılmaz, aciz duruma düşüblər. Ona görə də hazırda sözügedən mağazaların böyük əksəriyyəti boşdur.
Onu da qeyd edək ki, əslində, təmir nəticəsində mağazaların şəraitində ciddi şəkildə dəyişən bir şey yoxdur, daş divarlar sökülərək, yüngül dəmir konstruksiyalar və şüşə ilə əvəzlənib. Ancaq belə görünür ki, bazarın sahibləri icra hakimiyyətinin tələbilə yerinə yetirdiyi kosmetik təmir işlərinə çəkdiyi xərclərin əvəzini artıqlaması ilə kiçik sahibkarlardan çıxarır və üstəlik, icarə haqlarını artırmaqla gələcək qazanclarını da dəfələrlə artırmış olur.
Göründüyü kimi, “maşın bazarı”ndakı kiçik sahibkarın bazarın sahibi qarşısında heç bir müdafiə mexanizmi yoxdur. Hansı ki, bu ölkənin İqtisadiyyat Nazirliyi və hökumətin bu cür hallar yarandıqda kiçik sahibkarın maraqlarını qorumalı, ona sahib çıxmalı olan strukturları var. Lakin bu qurumların sahibkarlara münasibətdəki laqeydliyi, passivliyi göz önündədir.
Xüsusilə də söhbət sözügedən bazarın sahibi (O, həm də "Bizim Market” mağazalar şəbəkəsinin sahibi kimi tanınırdı. İki il əvvəl mağazalar şəbəkəsini satdığına dair xəbərlər yayılıb -red.) Rasim Salmanov kimi “arxalı” iş adamlarından gedirsə, müvafiq qurumlar ümumiyyətlə, çox şeyləri görməzdən gəlilər. O da istədiyi icarə qiymətini qoya bilir, bunun əziyyətini çəkən isə kiçik sahibkar olur.
Yaxşı olar ki, müvafiq qurumlar sözügedən icarə haqlarının ödəniş mexanizmlərinə, onların rəsmi vergi hesabatlarında nə dərəcədə şəffaf əks etdirildiyinə də diqqət yetirsinlər. Məsələn, hazırda yeni qiymətlərlə bu bazarda icarə haqqı 50 kvadratlıq bir mağaza üçün aylıq 3000-3500 manata başa gəlir. Lakin həmin məbləğ rəsmən bank hesabına ödənmir və bazar sahibinə nağd şəkildə verilir. Yaxşı olar ki, müvafiq qurumlar bu məbləğin hansı hissəsinin rəsmiləşdirildiyi ilə də maraqlansınlar...
Təəssüf ki, Azərbaycanda xüsusilə də kiçik sahibkarlar ən çox hüquqları tapdanan və demək olar, heç bir ciddi müdafiə mexanizmləri olmayan zümrəyə çevriliblər. Bütn normal ölkələrəd kiçik sahibkarlıq subyektləri hökumət tərəfindən böyük qayğı ilə əhatə olunduğu, ucuz kreditlər və çoxsaylı güzəştlərlə təmin olunduğu halda bizdəki sahibkar vergi orqanından tutmuş fövqəladə hallara, qida təhlükəsizliyinə və digər orqanlara, hətta “uçaskovılar”a qədər hamının qarşısında aciz, müdafiəsiz duruma salınıb.
Bu da azmış kimi, “maşın bazarı”nın sahibi kimi daha iri və “arxalı” iş adamları, oliqarxlar da bir tərəfdən onların üzərində istənilən “eksperimenti” keçirməkdə sərbəstdirlər...
“AzPolitika.info”

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycanda qızını boğan ata həbsdə öldü - azadlığa çıxmağa 3 ili qalmışdı...
Bu gün, 11:08 |
|
|
|
| • Rüşvətə görə həbs edilən keçmiş vəzifəli şəxsdən XƏBƏR VAR
Bu gün, 11:06 |
|
|
|
| • Rusiyada gəmini talan etdi, 20 il axtardılar - Azərbaycanda gizlənibmiş
Bu gün, 11:03 |
|
|
|
| • Krımda hərbçi xidmət yoldaşlarını və üç mülki şəxsi güllələyib
Bu gün, 10:53 |
|
|
|
| • Daşla avtomobilin şüşəsini sındırdı, daha sonra bıçaqla yaraladı – 3 il HƏBS CƏZASI
Bu gün, 10:48 |
|
|
|
| • İrəvanda məhkum məhkəmədən qaçıb - “Shamshyan.com”
Bu gün, 10:47 |
|
|
|
| • Naxçıvanda məmurlar iş vaxtı QUMAR OYNAYIRLAR... - ŞOK İDDİA
Bu gün, 10:44 |
|
|
|
| • Şagirdlər arasındakı mübahisə böyüdü: Valideyn məktəb önündə döyüldü - TƏFƏRRÜAT
Bu gün, 10:38 |
|
|
|
| • Sərhəddə quruyan nəhəng: - Urmiya gölü faciəsi Azərbaycan üçün nə deməkdir?
Bu gün, 10:32 |
|
|
|
| • KTMT-dən Ermənistana növbəti xəbərdarlıq - AÇIQLAMA
Bu gün, 10:28 |
|
|
|
| • 6 regionda DOST binalarının təmiri 4.5 milyon manata başa gələcək
Bu gün, 10:26 |
|
|
|
| • Putinin təhdidindən sonra Qərbdən Paşinyana mesaj göndərilib: - Təşvişə düşmə, Rusiya dağılır
Bu gün, 10:23 |
|
|
|
| • 4,5 milyon manata bina təmiri – TENDER
Bu gün, 10:19 |
|
|
|
| • Qəzzada vəziyyətlə bağlı Trampla fikir ayrılıqlarım var - Netanyahu
Bu gün, 09:59 |
|
|
|
| • "BRAVO"da müştəriləri RƏSMƏN ZƏHƏRLƏYİRLƏR! - BU NƏDİ BELƏ?
Bu gün, 09:56 |
|
|
|
| • "Daha nə? Yəni bəhanəniz nədir? Hansı nağıla inanaq?" - "Kapital Bank" ARTIQ AĞ EDİR...
Bu gün, 09:47 |
|
|
|
| • "Paşa Sığorta" müştəriləri ÇİLƏDƏN ÇIXARIR... - "Bərbad sığorta şirkətidir... uzaq durun!"
Bu gün, 09:40 |
|
|
|
| • Paşinyanın “eyni hamam, eyni tas” komandası - GƏLİŞMƏ
Bu gün, 09:31 |
|
|
|
| • Azərbaycan nefti ucuzlaşıb
Bu gün, 09:28 |
|
|
|
| • ABŞ beş ölkədə diplomatik missiyasını bağlamağa hazırlaşır - “Reuters”
Bu gün, 09:26 |
|
|
|
| • Məşhur Türkiyə şirkətinin Bakı filialı BAĞLANDI: - Dövlətə vergi ÖHDƏLİYİ QALDI
Bu gün, 08:18 |
|
|
|
| • Bakıdan İrəvana XƏBƏRDARLIQ - Sülh nə bir gecədə, nə də...
Bu gün, 08:16 |
|
|
|
| • Moskvanın İrəvanla bağlı nə planı var... - GƏLİŞMƏ
Bu gün, 07:43 |
|
|
|
| • Danimarka ABŞ təcavüzünə qarşı ordu SƏFƏRBƏR EDİR
Bu gün, 07:38 |
|
|
|
| • Ramin Məmmədovun rəis təyin etdiyi Qüdrət Əliyev kimdir - DTX-nın həbs etdiyi icra başçısı ilə... (FOTO)
Bu gün, 07:36 |
|
|
|
| • Kartdan-karta limit: Vətəndaşa problem, yoxsa gecikmiş qərar? - AKTUAL
Bu gün, 07:15 |
|
|
|
| • QHT sektorunda MÜƏMMALI DURUM - SAXTA İMZA iddiası...
Bu gün, 07:14 |
|
|
|
| • 5 manatlıq "Arpaçay Pro" MMC-nin külli miqdarda vergi borcu üzə çıxdı - Sahibi kimdir?
Bu gün, 07:10 |
|
|
|
| • Azərbaycanın sürətlə silahlanması Ermənistanda qorxu yaratdı – “savaş ssenarisi...”
Bu gün, 07:08 |
|
|
|
| • Tramp Ukraynaya niyə “Patriot” raketlərini vermir? - Polkovnik
Bu gün, 07:06 |
|
|
|
| • Bakıda ev almaq istəyənlərin nəzərinə: qiymətlər kəskin dəyişir – Yeni rəqəm
Bu gün, 07:05 |
|
|
|
| • ATƏT-in fəaliyyətdə olan sədri İqnazio Kassis Azərbaycana ilk rəsmi səfərinə başlayıb
Bu gün, 07:03 |
|
|
|
| • "Biləvçay" MMC fəaliyyətini DAYANDIRDI: Dövlətə 24 min manatdan çox ÖHDƏLİYİ QALDI - TƏFƏRRÜAT
Bu gün, 06:15 |
|
|
|
| • Səhiyyə Nazirliyinin həbsdə olan keçmiş idarə rəisi - : “Mənimkimilərin sayəsində...”
Bu gün, 06:14 |
|
|
|
| • Xalq artisti qalmaqallı şirkətlə əlaqələrini kəsib - “Kadrlarımı yayımlayıblar, bu doğru deyil”
Bu gün, 06:11 |
|
|
|
| • İran atom bombasından güclü silah tapıb - "Newsweek"
Bu gün, 06:08 |
|
|
|
| • "Lənkəran-Çay-5" ASC bağlandı - FOTO
Bu gün, 06:06 |
|
|
|
| • “Ermənistanın İrana ərazi iddiası… Necə olacaq?” – Yeqoyan
Bu gün, 06:02 |
|
|
|
| • ABŞ Ermənistandakı TRIPP+ fondunun maliyyəsini ikiqat artırdı! – 402 milyon
Bu gün, 06:01 |
|
|
|
| • NATO-nun Ukraynaya silah tədarükünü əlaqələndirən komandanlığı ABŞ-da qalıb
Bu gün, 05:58 |
|
|
|
| • Zülfəli İsmayılov bu QÜDRƏTİ kimdən alır? - NARAZILIQ VAR...
Bu gün, 03:28 |
|
|
|
| • "Axı bunların əksəriyyəti həm də vaxtı ilə məmur olublar!" - keçmiş deputat
Bu gün, 03:12 |
|
|
|
| • Ruslar Özbəkistan vətəndaşını deportasiya edəcək... - SƏBƏB
Bu gün, 03:07 |
|
|
|
| • İrəvanda qadınlar hakimiyyəti ələ keçirib... - SİYAHI
Bu gün, 03:05 |
|
|
|
| • "Evdə iydən otura bilmirik" - GİLEY
Bu gün, 03:01 |
|
|
|
| • "“Sorry”, Nolan qardaş, bu səfər o döyül qaqa..." - Nura Suri
Bu gün, 02:54 |
|
|
|
| • Kartdan karta köçürməyə QADAĞA gəlirsə... - AKTUAL
Bu gün, 02:28 |
|
|
|
| • Prezidentə müraciət olundu - TƏXRİBATÇILAR İŞ BAŞINDA!
Bu gün, 02:23 |
|
|
|
| • Mingəçevir şəhərində yolların cari və əsaslı təmiri işlərini bu şirkət görəcək – 1.5 milyona
Dünən, 18:08 |
|
|
|
| • Xurafat fanatizmi necə qidalandırır? -TURAL İRFAN YAZIR
Dünən, 18:04 |
|
|
|
|