"Arpaçay Pro" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə iri məbləğdə vergi borcu yaranıb.
32gun.az-ın əldə etdiyi məlumata görə, sözügedən şirkətin hazırda dövlət qarşısında 276.201,89 AZN məbləğində vergi borcu mövcuddur.Qeyd edək ki, cəmi 5 AZN nizamnamə kapitalı olan MMC Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ştq, 8 Mart (Rəsulzadə qəsəbəsi), ev 4, mənzil 0 ünvanında hüquqi qeydiyyatdadır. Şirkətin qanuni təmsilçisi Emin Cavadoviç Eminovdur.























