Krım yarımadasının Sevastopol şəhərinin Xmelnitskoye kəndində (Ukraynanın müvəqqəti işğal olunmuş ərazisi) hərbçi xidmət yoldaşlarına atəş açıb, nəticədə bir hərbçi ölüb, digəri isə xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə regionun "rəhbəri" Mixail Razvojayev məlumat verib.
***
Sevastopol yaxınlığında hərbçi əsgər yoldaşlarına və mülki şəxslərə atəş açıb.
“Vedomosti”nin xəbərinə görə, bu barədə regionun qubernatoru Mixail Razvojayev bildirib.
Hadisə Xmelnitskoye kəndində baş verib, nəticədə 4 nəfər ölüb, daha 4 nəfər isə yaralanıb.
Qubernatorun sözlərinə görə, hərbçi əvvəlcə əsgər yoldaşlarına atəş açıb, onlardan biri ölüb, digəri yaralanıb.
O, daha sonra kəndə yollanıb, orada 71 və 59 yaşlı kişini və 64 yaşlı bir qadını güllələyərək öldürüb. Daha üç nəfər isə yaralanıb.
Hadisəni törətməkdə təqsirləndirilən şəxs saxlanılıb, yaralılara tibbi yardım göstərilir.




















