Paytaxt Bakıda vətəndaşları narazı salan söküntü işləri öz axarı ilə davam edir və artıq növbəti qurbanlar məmur özbaşınalığından dad deyirlər. "DİA-AZ" bu barədə sakinlərə istinadən xəbər verir.
Sakinlər deyirlər ki, Bakının Bayırşəhər ərazisində Zərgərpalan küçəsi 44 ünvanında alqı-satqı olmadan evi dağıdıblar, əşyalarını da aparırlar.
Bütün bu işlərə etiraz edən sakinlər soruşur: "Belə bir səlahiyyəti Bakı şəhər İcra Hakimiyyətinin Təftiş və Nəzarət Şöbəsinin müdiri Zülfəli İsmayılova kim verib?"
Qeyd edək ki, Zülfəli İsmayılov dövlət adından söküntü işlərinə nəzarət edən komissiyada bir rəhbər olaraq BŞİH -İn nümayəndəsi kimi təmsil olunur...











